Header

Darvinistlər xarici jurnalları müqəddəs görürlər

Aa4a

Son dövrdə darvinistlər böyük bir qibtə ilə xarici jurnalların möcüzəvi olduğuna inanırlar. Belə ki, sanki bu jurnalları müqəddəs görür, orada nəşr olunmuş hər şeyi müqəddəs sayırlar. Belə bir inancları olduğundan, o jurnallarda bir yazı nəşr olunduqda bunun bihuş edici bir təsir meydana gətirəcəyinə inanırlar. Xarici jurnallara qibtə etmək, təkamül nəzəriyyəsini elmi olaraq müdafiə edə bilməməkdən qaynaqlanan kompleks və məyusluq, onları bu cür şərhlər etməyə məcbur edir.

Bu qibtə hissi elə ölçülərə gəldi ki, xüsusilə ölkəmizdəki təkamül müdafiəçiləri, gözlərində böyütdükləri bu jurnallarda nəşr olunmadığı təqdirdə elmi dəlili dəlil olaraq qəbul etmirlər. “Əgər bir yazı xarici jurnallarda nəşr olundusa doğrudur, nəşr olunmadısa səhvdir” deyərək hər cür elmi gerçəyə qarşı çıxırlar. Əgər bu yazılar kitab halına gətirilsə qəbul etmirlər. Onlara görə, bir yazının elmi və doğru ola bilməsi üçün 27×20 sm ölçüdə, ofset kağıza çap edilmiş, qapağında tez-tez Darvinin rəsmi nəşr olunan 40-50 səhifəlik bir jurnalda olması şərtdir. Əgər üzərinə cild vurulub kitab olsa, içində hər nə qədər elmi dəlil olursa olsun, onlara görə bunun qəbul edilə biləcək tərəfi yoxdur.

Halbuki, ƏSL ELMİ ƏSƏR, ELMİ DƏLİL VERƏNDİR. Elmi dəlil verdiyi müddətcə bu əsər bir CD də ola bilər, kitab da ola bilər, jurnal da ola bilər. Bunun mütləq ingiliscə nəşr olunan, ofset kağıza çap edilmiş bir jurnal olması şərt deyil. Türkcə əsərləri, sırf türkcə olduğu və Türkiyədə çap edildiyi üçün tamamilə rədd etmək, bu istiqamətdəki kor-koranə Avropa heyranlığını israrla və açıq-açıq dilə gətirmək darvinist türk elm adamları baxımından son dərəcə alçaldıcıdır.

Türk darvinistlərin “Nature”a və bunun kimi Avropa mənşəli jurnallara olan bu marağı, böyük ehtimalla bu və buna oxşar jurnalların darvinist diktatorluğun himayəsində olmasından qaynaqlanır. Darvinistlər çox yaxşı bilirlər ki, bu nəşrlərin heç birində bir kəlmə belə anti-darvinist sözün işlədilməsinə icazə yoxdur. Hazırda paleontoloqların əlində Yaradılış gerçəyini sübut edən 250 milyon fosil var. Bunların hamısı elmi dəlil olmasına baxmayaraq, bunların bircə dənəsi belə bu jurnallarda yayımlanmayıb. Bu elmi dəlillərə yer verməzlər, çünki bu elmi dəlillər nəşr olunduğu təqdirdə Yaradılış gerçəyini isbat edəcək və bu da darvinist diktatorluğun maraqlarına uyğun gəlməyəcək.

Burada bir məqama da toxunmaq lazımdır ki, darvinistlərin israrla göylərə çıxardığı “Nature” jurnalı, üzvlərini masonların meydana gətirdiyi “Royal Society”in bir üzvü olan və özü də yüksək səviyyəli mason olan, Darvinin təkamül nəzəriyyəsini yaymaq üçün vəzifələndirilmiş “Darvinin bulldog”u Tomas Henry Huxley (Tomas Henri Haksli) tərəfindən hazırlanmış bir jurnaldır. Tamamilə masonların idarəçiliyi ilə yaradılmış bu jurnalın ən böyük məqsədi darvinizm cəfəngiyatının təbliğatını aparmaq və bu azğın nəzəriyyəni bütün dünyaya yaya bilməkdir. Məhz bu səbəblə, yalnız masonların nəzarətindəki darvinist bir jurnalda yazılanları “elmi qəbul edirəm” demək, darvinistlər baxımından olduqca asan bir qaçışdır.

Darvinistlər yalanı artıq tərk etməlidirlər. Artıq, 250 milyon fosilə qarşı çıxa bilmirlər, özlərini elmi gerçəklərə qarşı haqlı çıxara bilmirlər. Çünki darvinizm bütün dünya səviyyəsində böyük bir məğlubiyyət içindədir. Və hər kəs bunun fərqindədir. Darvinistlər də artıq xarici jurnallara qibtə etməkdən əl çəkib elmi dəlillərə görə hərəkət etməlidirlər.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313