“The Independent” qəzeti 9 sentyabr 2009-cu il tarixli sayının ön səhifəsində çox əhəmiyyətli bir fosil tapıntısı haqqında məlumata yer verdi. Qəzetin “İnsanın tarixini təkrar yazan fosil” başlığı altında verilən xəbərdə Gürcüstanın Dimanisi bölgəsində tapılan birdən çox insana aid fosil qalıqlarından bəhs edilirdi. Bu fosilin xüsusiyyətləri və yaşı insanın mənşəyi haqqında darvinist ssenariləri alt-üst etmişdir.
Darvinistlər insanın xəyali təkamülündə tez-tez dəlil kimi istifadə etdikləri, lakin əslində insandan heç nəyi ilə fərqlənməyən homo erectusun 1.9 milyon il əvvəl Afrikada ortaya çıxdığını iddia edirlər. Tapılan fosillər isə, 1.8 MİLYON İLLİK İDİ VƏ AVRASİYADA TAPILMIŞDI. Bu vəziyyət, illərdir məktəblərdə oxudulan təkamül nağıllarının saxta olduğunu bir daha ortaya çıxardı. Darvinistlərin məşhur “AFRİKADAN KÖÇ” SSENARİSİ DİGƏR BÜTÜN TƏKAMÜLÇÜ SSENARİLƏR KİMİ BİR DAHA UĞURSUZLUQLA NƏTİCƏLƏNDİ.
Bu hadisə ilk deyil. Darvinistlər dəfələrlə hazırladıqları ssenarilərdən “bağışlayın səhv etmişik” deyərək geri çəkilmişlər. Daha doğrusu, geri çəkilmək məcburiyyətində qalmışlar, çünki təkamül ssenariləri heç bir elmi dəlilə əsaslanmır. Xəyali hadisələrə əsaslanan ssenarilərini alt-üst edən gerçək fosillər ortaya çıxdıqda isə edə bildikləri tək şey uydurma hekayəni bir az daha dəyişdirib insanlara təqdim etmək olur. Bu o qədər çox baş verir ki, xəyali əcdadlar dəyişir, tarixlər dəyişir və bir anda xəyali əcdad ilə nəvə eyni tarixdə yaşamış olur. Darvinistlərin gizlətdikləri Yaradılışı isbat edən 250 milyon fosilin ortaya çıxarılması məhz bu səbəblə darvinistlər baxımından böyük bir uğursuzluq olmuşdur. Bu fosillər darvinistlərin təkamül adına uydurduqları hər ssenarini ortadan qaldırmışdır. Həll tapa bilmədikləri üçün darvinistlərin indi edə bildikləri tək şey 250 milyon fosili görməzlikdən gəlməyə çalışmaq və köhnə üsulları “ya tutarsa” məntiqiylə tətbiq etməyə davam etməkdir. Unutduqları nöqtə isə, odur ki, bütün dünya artıq 250 milyon fosili görmüş və təkamülün cəfəngiyat olduğunu başa düşmüşdür.
Yeni fosillərə görə şəkil dəyişdirmək, bir baxıma, darvinist yalanın hansı ölçülərə çata biləcəyini də açıqca göstərməkdədir. Uydurma atın təkamülü ardıcıllığı, sırf bu səbəblə 20 dəfədən çox dəyişdirilmişdir. Yeni tapılan fosillər davamlı olaraq bu saxta ardıcıllığı ortadan qaldırmış, dırnaq sayı, boy nisbətləri və tarixlər heç cür bir-birini tutmamış, lakin darvinistlər geri addım atmamaq uğruna, davamlı axmaqlıqlarla dolu yeni atın təkamülü ssenarisi meydana gətirmişlər. Bu ssenari, bir çox darvinistin də açıqca etiraf etdiyi şəkildə DARVİNİZM ADINA BİR UTANC VƏSİLƏSİDİR. Lakin eyni zamanda darvinist saxtakarlığı anlaya bilmək üçün yaxşı bir nümunədir. Son olaraq, 45 milyon illik at fosili bu nəzəriyyəni tam mənada süquta uğratmışdır. Çünki darvinistlərə görə, 50 milyon il əvvəl atın ancaq it böyüklüyündəki xəyali əcdadının mövcud olması lazım idi. Bu nəhəng məğlubiyyətin ardından fanatik darvinistlər cəbhəsində belə böyük bir səssizlik hakim olmuşdur.
45 milyon illik yabanı at kəlləsi dövrümüzdəki yabanı atlardan heç nəyi ilə fərqlənmir.
İndi, tapılan fosil ilə “Afrikadan köç” ssenarisi əhəmiyyətini itirdiyi üçün, darvinistlər ciddi mənada alçaldıcı bir iddia ilə vəziyyəti qurtarmağa çalışmaqdadırlar. Bu iddiaya görə, xəyali ilk insan Afrikadan çıxıb Avrasiyaya getmiş, sonra nədənsə oranı bəyənməyib Afrikaya geri qayıtmışdır. Niyə? Çünki tapılan yeni fosildən sonra saxta təkamülün saxta ssenarisinə ən uyğun olan uydurma hekayə budur…
Darvinistlər Darvinin izindən getdikləri üçün ağıllarıca Türk xalqını açıqca zəif görüb, nəcib millətimizi asanlıqla aldada biləcəklərini düşünərək yanılırlar. Çünki bu izahlar ancaq və ancaq qarşı tərəfin aldanacağını ümid edərək, qarşı tərəfi saf hətta cahil görərək sərf edilə biləcək sözlərdir. Darvinistlər daha əvvəl bütün dünyanı mətbuatının, təbliğatın və təhsilsizliyin təsiriylə aldatdıqları üçün bu üsulun hələ etibarlı olduğunu zənn etməkdədirlər. Halbuki TÜRK MİLLƏTİ ARTIQ ALDANMAMAQDADIR. Türk milləti artıq elmi dəlilləri görmüş, buna görə qərarını vermiş və doğrunu anlamış son dərəcə üstün xüsusiyyətli bir millətdir. Və özünü aldatmağa çalışan aciz vəziyyətdəki darvinistlərin təsirinə düşməyəcək. Məhz bu səbəblə, darvinistlərin artıq bu aciz izahlardan fayda əldə etməyi ümid etdikləri dövr sona çatmışdır.
“Homo erectusu” hələ də insanın əcdadı olaraq göstərməyə çalışan zehniyyət, aciz bir zehniyyətdir
Darvinistlər baxımından ürək ağrıdan hadisə, etibarsızlığı aydın olmuş iddialardan hələ bir şeylər gözləmələridir. “Homo erectus”ların nəsli tükənmiş bir insan irqi olduğu dəfələrlə dəlilləriylə ortaya qoyulmuşdur və bu fosillə əlaqədar elm adamlarının izahları da bu istiqamətdədir. Buna baxmayaraq darvinistlər hələ də “homo erectus”ların insanın xəyali əcdadı olduğu yalanını təlqin etməyə çalışmaqdadırlar. Çünki məqsəd, illərdir zehinlərdə meydana gətirdiklərinə inandıqları “insanın təkamülü” ssenarisini demaqoqluqla diri tuta bilməkdir.
“Homo erectus” olaraq bilinən canlılar, eynilə neandertallar kimi nəsli tükənmiş insan irqidir. Dövrümüzdəki insan irqlərindən fərqlənmirlər. Ətraflı məlumat üçün baxın: Homo erectus
Necə ki, Gürcüstanda tapılan fosilləri araşdıran elm adamlarının izahlarına baxıldıqda da bu gerçəyin təkrar təsdiq edilmiş olduğu görünür.
Fosilləri araşdıran Gürcüstan Milli Muzeyindən Darvinist Professor David Lordkipanidze bu fosillərlə bağlı olaraq, bu canlıların əmək, zehni və əqli qabiliyyətlərə sahib olduqlarını, ayaqları ilə baldır sümüklərinin müasir insanınkı ilə eyni olduğunu ifadə etmişdir. Lordkipanidze, eyni zamanda bu insanların bədən nisbətlərini araşdırdıqda müasir insanlardan heç bir fərqlərinin olmadığının aydın olduğunu da ifadə etmişdir.
“Homo erectus”ların kiçik beyin həcmi, bilindiyi kimi bu gün dünyada yaşayan bəzi insan irqlərinin beyin həcmi ilə eynidir. İndiki vaxtda bir çox insanın boy uzunluğunun 1.5 metr olması bu ölçünün təkamülə dəlili olaraq təqdim edilə bilməyəcəyi aydındır. Məhz Darvinistlərin “insanın xəyali əcdadı” olaraq elan etdikləri bu canlılarla əlaqədar əllərindəki tək dəlil isə, bunlardır.
Gürcüstanda tapılan yeni fosil, darvinizmə dəlil deyil, məğlubiyyət gətirmişdir. Darvinistlərin ibtidai əcdad və Afrikadan köç kimi bütün yalanlarını sona çatdırmışdır. Darvinizm tapılan 250 milyon fosil ilə onsuz da məğlub olduğu kimi, yeni tapılan fosillər də hər keçən gün eyni zərbəni bu saxta nəzəriyyənin üzərinə endirməyə davam edir. Darvinistlər cəbhəsindəki acizlik və pərişanlıq gün keçdikcə daha da artacaq və darvinizm çox yaxın bir tarixdə yeni nəsillərin lağ mövzusu olacaq.