aliatif 150“Hürriyet” qəzetinin yazarı Əli Atif Bir “Tempo” jurnalının 22-28 may tarixli sayında yazdığı “Səsimi eşidən varmı?” başlıqlı yazısını “Səsimi eşidən biri olsun. Varmı?” deyə bitirirdi.

Bəli, biz Əli Atif Birin səsini eşitdik. “Bir az şifrəli” yazdığı yazısının mesajını aldıq. Bu yazıda nümayiş etdirdiyi yanılmaları da təsbit etdik. Aşağıda cavablandırırıq.

Əli Atif Birin yazısında “Richard Dawkins təbliğatı” var idi. Richard Dawkins kimdir? Müasir dövrdə yaşayan ən məşhur və ən fanatik darvinistdir. Oxford universitetinin zooloqu olan Dawkinsi məşhur edən ən böyük faktor isə, zooloji sahəsindəki hər hansı bir çalışması deyil, hər fürsətdə dilə gətirdiyi qatı ateizmidir. Həyatını dini inanclarla mübarizə etməyə və ateizmi yaymağa həsr edən Dawkinsin, təkamül nəzəriyyəsinin qurucusu Charles Darvinə olan heyranlığı da, Darvinin yaradılış anlayışını inkar etməsi və canlıların mənşəyini “təsadüflərə və həyat mübarizəsinə” bağlamasından qaynaqlanır. Dawkins, “Darvin bizə intellektual ateistlər ola bilmə şansını verdi, ona minnətdarıq” sözüylə də tanınır.

Əli Atif Bir isə Dawkinsin fikirlərindən olduqca təsirlənmiş və bu fikirləri oxucularına təlqin etməyə qərar verib… Amma Dawkinsin nöqteyi-nəzərinin və bütün darvinizmin nə cür böyük yanılma olduğunun fərqində deyil.

 

Eqoist gen yanılması

Richard Dawkinsin ən məşhur tezisi, Əli Atif Birin də heyranlığını cəlb edən, “eqoist gen” hekayəsidir. Bununla Dawkins yer üzündəki bütün həyatın genlər arasındakı həyatda qalma mübarizəsi olduğunu iddia edir. Genlər özlərini sonrakı nəsillərə ötürmək üçün yarışırlar və guya beləliklə, “təkamül” meydana gəlir.

Dawkinsin çox elmi nəzəriyyə kimi izah etdiyi və Əli Atif Birin də elə hesab etdiyi bu nəzəriyyənin gerçəkdə bir pəri nağılından daha çox dəyəri yoxdur. Pərilərə inanmaq dəlilsiz inancdır. Genlərin bir şüura sahib olduqlarına və “eqoistlik” duyğusu daşıdıqlarına inanmaq da elədir. Gen dediyimiz şey, uzun DNT zəncirləridir. DNT isə fosfat və şəkər ilə bir-birinə tutdurulmuş uzun bir “nuklein turşu” nərdivanıdır. Yəni uzun bir molekuldur. H20 (su) və ya H2SO4 (Sulfat turşusu) necə bir molekuldursa, DNT də elə bir molekuldur. Və “eqoist su”dan və ya “qısqanc turşu”dan bəhs etmək nə qədər məntiqlidirsə, “eqoist gen”dən bəhs etmək də o qədər məntiqli (yəni məntiqsiz)dir.

 

Dawkinsin belə bir nağılı ortaya atmasının və təkidlə müdafiə etməsinin səbəbi, sahib olduğu mövhumatçı ateizmdən başqa bir şey deyil. Yer üzündə həyatın şüurlu dizaynın məhsulu olduğunu qəbul etməkdənsə, bu şüuru genlərə yükləməyə çalışır. Bu, yağlı boya bir portretin “rəssamsız” ortaya çıxdığını iddia etmək istəyən birinin, rəsmi “boyaların öz əsəri” hesab etməsi və “sənət zövqünə sahib boyalar”dan danışması kimi bir şeydir. Yəni, cəfəngiyatdır.

Bu mövzunu detallı olaraq daha əvvəl açıqlamışdıq, istəyənlər oxuya bilərlər: Eqoist gen yanılması.

 

Mem hekayəsi

Əli Atif Birin təlqin etdiyi ikinci Dawkins yanılması da “memlər” haqqındadır. Mem, Dawkinsin uydurduğu bir anlayışdır. Bütün bioloji strukturları “genlərin” məhsulu sayan Dawkins, insanlığın mədəni əsərlərini də “mem” adlandırır. Bu, əsassız adlandırmadır və təkamül nəzəriyyəsinə (və materializmə) müsbət ya da mənfi təsiri yoxdur.

Ancaq Dawkins mem hekayəsinə dini inancları da daxil etməkdə və bu inancların insanların öz məhsulları olduğunu irəli sürür. Bu da yenə bir fərziyyə, bir ön mühakimədir. Dinlərin “insan məhsulu” olduqlarının bir dəlili yoxdur. Əksinə, fərqli və təcrid olmuş coğrafiyalarda ortaya çıxan dinlərin hamısında ortaq inanclar olması, bunların tək bir fövqəlbəşər qaynaqdan gəldiyinə dəlildir. (Detallı məlumat üçün baxın. Harun Yəhya, Materializmin çöküşü, 1999)

Əli Atif Birin dinləri “kor inanc” adlandırması, eynilə ilham qaynağı Dawkinsin hekayələri kimi, doqmatiq hücumdan başqa bir şey deyil. Allaha inanan insan, Onun varlığının və yaratma gücünün sonsuz dəlillərini gördüyü üçün inanır. Bu, ağıllı bir inancdır. Allahı inkar edən insan isə, Onun varlığının və yaratma gücünün əsərlərini gördüyü halda, inanmaq öz qürur və təkəbbürünə ağır gəldiyi üçün inkar edir. Ağıl və elm Allah inancının tərəfindədir. Ateizmin tərəfində isə, Dawkinsinki kimi pəri nağıllarıdır. (Bu mövzuda məlumatlanmaq üçün, baxın Harun Yəhyanın Ateizmin çöküşüAteistlərin məntiq pozuqluqları başlıqlı məqalələri.)

 

“Sınanmaq” və ya “savab qazanmaq” istəyənlər

Əli Atif Bir yazısının sonlarında “şifrəli” yazmaqdan imtina edərək və əsl məqsədini ortaya qoyaraq, dinə və dindarlara qarşı rəftarını ifadə edir. Birin ifadəsiylə, “Hər gün Tanrı qarşısında sınanmaq və savab əldə etmək üçün” yazı yazan insanların qəzetlərdə köşə sahibi olmalarını tənbeh edir. Qısacası, Əli Atif Bir Allaha inanan və Ona qulluq şüuruna sahib olan insanların qəzetlərdə yazı yazmasından narahat olur… Anlaşılan özünün utopiyası, bütün yazıların özü və heyran olduğu Dawkins kimi materialist qələmlərin əlində olmasıdır.

Əli Atif Biri bu xəyaldan imtina etməyə çağırırıq. Bir başqası deyil, özü üçün: Allaha inanan və Ona qulluq etmə şüuruna sahib olan insanların yazı yazması sayəsində, bəlkə daha əvvəl bilmədiyi və ya anlamadığı gerçəkləri öyrənmə imkanına sahib ola bilər. Məsələn, Dawkinsi böyük elm adamı sanmaqdan, yer üzündəki həyatın sözdə “eqoist” genlərin məhsulu olduğunu zənn etməkdən xilas ola bilər. İman edən insanları boykot etməyə çalışmaqdansa, onların bildiyi gerçəklərdən istifadə etməyə çalışması, onun üçün daha ağıllı və faydalı olacaq.

 

Son söz

Əli Atif Birə bir daha xatırlamaq yerində olar: Səsini eşidənlər vardır. Amma səsi sandığı kimi gerçəyin və elmin səsi deyil, yanılmanın və mövhumatçılığın səsidir. Çünki Əli Atif Bir darvinizmə və materialist fəlsəfəyə inanır və dünyaya bu pəncərədən baxır. Halbuki, hər iki 19-cu əsr doqması da müasir elmi tapıntılar qarşısında çökmüş vəziyyətdədir.

Əli Atif Birə tövsiyəmiz, “dünya görüşünü” əvvəldən nəzərdən keçirsin. “Kor inanc” sandığı şeylərin, mütləq və əsl gerçək olduğunu bəlkə o zaman anlaya bilər.