“Atlas” jurnalının may 2003-cü il tarixli sayında “Dövlətin genləri” başlıqlı yazı nəşr olundu. Mustafa Camal tərəfindən qələmə alınan yazıda yazarın öz ideoloji fikirlərinə uyğun orijinal, ancaq elmdən kənar bir ssenari təlqin olunurdu. Camal əvvəl Richard Dawkinsin batil inancdan ibarət olan eqoist gen tezisinə yer verir, sonra dövlət anlayışına bu batil inanc baxımından yaxınlaşırdı. Bu yazıda eqoist gen tezisinin elmi etibarsızlığı və Camalın “Dövlətin genləri” tezisinin əsassızlığı göstəriləcək.

Bu yazıda dövlətlər soy suverenliyinə əsaslanan, varlıqlarını fəth etmə siyasətləriylə eqoistcə davam etdirmək istəyən vahidlər olaraq əks etdirilir. Misir, Çin, Osmanlı kimi tarixdə müvəffəqiyyətli olmuş dövlətlərin ailəyə əsaslandığı izah edilməkdə, bunların yanında günümüzdən də nümunə verilməkdədir. Ata ilə oğul Buş arasındakı davamlılığın, Səddam və oğulları arasında daha asan görüldüyü və böyük maliyyə təşkilatlarının qlobal ailə ziyalılarına aid olduğu ifadə edilməkdədir. Bütün bunlar guya eqoist genlərin varlıqlarını davam etdirmə mübarizəsiylə açıqlanmağa çalışılmaqdadır.

Gerçəkdə, sən dərəcə əsassız olan bu iddianın əsaslanıldığı eqoist gen tezisi doqmatiq inancdan ibarətdir.

Tezisin sahibi olan Richard Dawkins, “The selfish gene” (Eqoist gen) adlı kitabında bütün canlıların əslində “eqoist, mənfəətçi və yalnız özünü artıraraq varlığını qorumağa çalışan genlərdən ibarət olduğunu” irəli sürmüşdür.

Halbuki, bu iddia son dərəcə çürük və ağılsız fərziyyəyə əsaslanır: Genlərin ağılı, şüuru və hətta “xarakteri” olduğu fərziyyəsinə…

Bu fərziyyənin axmaqlığını görmək üçün genlərin nə olduğuna baxmaq kifayətdir: Genlər, bir-birinə əlavə olunmuş və xüsusi bir “qatlama və qablaşdırma” üsulu ilə sıxışdırılmış DNT parçalarıdır. DNT bir canlı haqqındakı bütün irsi məlumatların kodlaşdırılmış olduğu bir şifrələmə sistemidir. DNT, “əsas” adı verilən dörd fərqli molekulun zəncirvari bir-birinə əlavə olunmasıyla yaranır. Adenin, Timin, Sitozin və Guanin adlı bu molekulların sıralanma forması, bir növ kod yaratmaqda və beləliklə, DNT canlı haqqındakı bütün fiziki xüsusiyyətlərin məlumatını saxlamaqdadır.

 

Qısacası, DNT müəyyən bir şifrəni ehtiva edəcək şəkildə bir-birinə əlavə olunmuş uzun nəhəng molekuldur. Və əlbəttə, bir molekulun “eqoist” olması, “törəmə yoluyla çoxaltmağı hədəfləməsi” və ya başqa bir şəkildə bir şüura sahib olması mümkün deyil. DNT şüursuz və cansız atomlardan bir atomlar zənciridir və heç bir atom ağıl və şüura, xüsusilə də “eqoistliyə” sahib deyil. Bu səbəbdən Dawkinsin ortaya atdığı “eqoist gen” tezisi, bir növ pəri nağılı kimi, ağıl və elmdən kənar nağıldan ibarətdir. Təkamülçülər insanın ruhunun varlığını qəbul etmək istəmədikləri üçün, insanı bir maddə yığınından ibarət görməkdə, bu səbəbdən bu maddə yığınının bir yerinə bir şəkildə şüur ətf etməyə çalışırlar. Genlərə şüur ətf edəcək qədər əsassız iddia irəli sürmələri isə, nə qədər pis vəziyyətdə qaldıqlarının göstəricisidir. Əvvəllər taxtadan və ya daşdan hazırlama bütlərdə ağıl və şüur olduğunu zənn edən bütpərəstlərin yerini, müasir dövrdə molekullarda, bu molekulları meydana gətirən cansız atomlarda ağıl və şüur olduğunu zənn edən təkamülçülər almışdır.

 

Camalın aslanlarla əlaqədar yalanı

“Atlas”ın yazarı Mustafa Camal yazısının əvvəlində bir aslan qrupunun şəkilini nəşr edib, yanında bu ifadələrə yer verir:

 

“Aslanlar, genlərin davamlılığı mövzusundakı təkidin diqqət çəkici nümunələrindən birini nümayiş etdirir. Qrupa yeni qatılan erkək aslan əvvəlki balaları öldürür və dişini öz balalarına hamilə edir”.

 

Verilən bu nümunə tamamilə hiyləlidir və yuxarıda açıqladığımız kimi, etibarsızdır. Əlbəttə, qrupa yeni daxil olan bir aslanın şüursuz genləri, bala bir aslanla qarşılaşdıqlarında “qarşımıza rəqib genlər çıxdı, gəlin, onları yox edək, beləliklə, varlığımızı davam etdirmiş olarıq” şəklində düşünə bilməzlər. Camalın nümunəsi eqoist gen tezisinə elmi dəlil deyil. Aslanlarla əlaqədar nümunənin mənasızlığını anlamaq üçün Şərqi Afrikada orta hesabla 80 üzvlü yeraltı koloniyalar halında yaşayan kor siçanlara baxmaq kifayətdir. Bu koloniyada yalnız bir cüt törəyir, digərləri özlərini balaların baxımına və yuvanın müdafiə etməsinə həsr edirlər.1 Əlbəttə, bu genlərin Mustafa Camalın məntiqinə görə “Fədakar genlər” adlandırması gülünc olar.

 

Nəticə:

Şüursuz molekullardan meydana gələn genlər dövlətlər qura bilməz, ölkələr idarə edə bilməz və döyüşlər apara bilməzlər. Bu döyüşlərdə rol oynayan faktorların, məsələn, neftin dəyərini “bilməz” və onu “istəyə bilməzlər”. Camala tövsiyəmiz bu ağıldan və elmdən uzaq inanclarından imtina edib təbiəti və tarixi darvinist və materialist ön mühakimələrdən sıyrılaraq araşdırmasıdır.

 

 

1) “Together We Are Stronger”, James Randerson, 15 mart 2003, New Scientist