“Focus” jurnalının mart 2003-cü il tarixli sayında “Gen eqoistdir” başlığını daşıyan bir yazı nəşr olundu. Yazı, Darvindən günümüzə qədər olan dövrdə inkişaf etdirilmiş müxtəlif təkamülçü tezisləri ələ alır, tezislərin genlərlə əlaqədar fərziyyələrini araşdırırdı. Jurnal qatı bir ateist və darvinist olan zooloq Richard Dawkinsin 1976-cı ildə nəşr etdiyi “The Selfish Gene” (Eqoist gen) adlı kitabın, bu tezislərin aşa bilmədiyi bəzi anlaşılmazlıqları sözdə aradan qaldırdığı iddia edilirdi. Dawkins bu kitabında “Biz həyatını davam etdirməyə çalışan maşınlarıq… Gen deyilən eqoist molekulları qorumağa proqramlaşdırılmış robotlardan fərqimiz yoxdur” deyirdi. Bu yazıda, “Focus” jurnalında ələ alınan təkamülçü tezislərə cavab veriləcək və genlərin, həm Dawkinsin iddiaları, həm də ümumiyyətlə, təkamül nəzəriyyəsi üçün yaratdığı çətinliklər ortaya qoyulacaq.
Fədakar davranışların təkamül nəzəriyyəsinə zərbəsi və təkamülçülərin çarəsizliyi
“Focus” jurnalında Dawkinsin kitabı, Charles Darvin də daxil olmaq üzrə bir çox təkamülçünü məşğul edən bir problemin həlli olaraq göstərilir. Jurnal canlılarda görülən bəzi cəsur və fədakar davranışların Darvinin təbii seleksiya fikriylə açıqlana bilməyəcəyinə işarə edir və bununla əlaqədar bir nümunə verərək bu sualı verirdi: “Məsələn, niyə quşlar hücum ehtimalını artırsa da, təhlükə anında yüksək səslə oxuyurdular, ya da arılar niyə yuvalarını qorumaq üçün özlərini fəda edirdilər?”
Bu nümunələrdə quşlar və arılar canları bahasına qrupun mənfəətlərini müdafiə edir. Bu davranış canlılar arasında daima həyatda qalma mübarizəsi olduğunu müdafiə edən təkamül nəzəriyyəsi üçün əhəmiyyətli çətinlik yaradır. Təkamülçü məntiqə görə, quş və ya arının içində yaşadıqları birliyi qorumaq yerinə qaçıb öz canını qurtarmalıdır.
Charles Darvin bu maneəni aşmaq üçün 1871-ci ildə nəşr etdiyi “İnsanın mənşəyi” adlı kitabında, daha əvvəldən həmişə fərdi yaranma mübarizəsini vurğulamasına baxmayaraq, təkamülün fərdlər arasında deyil, qruplar səviyyəsində çalışan bir müddət olduğunu irəli sürmüşdü. Buna görə, quş və arının “cəsarət” xüsusiyyəti fərdin deyil, növün həyat mübarizəsində rol oynayan bir xüsusiyyət idi. Darvin fərd əvəzinə qrupa fokuslanmış və problemi “kölgələmişdi”.
“Focus” jurnalı Darvinin fikirlərindəki bu zorakı çevrilməni problemin guya həlli imiş kimi təqdim edir:
“Darvin təkamülün fərdlər deyil, qruplar səviyyəsində çalışan bir müddət olduğunu ortaya qoydu”.
Halbuki, ortada bir təkamül müddəti yoxdur. Bu fədakar davranışlar göstərən fərdlərin aid olduqları qruplar başqa canlılara təkamülləşməz. Əlbəttə, bəzi qrupların bir-birləri arasındakı ünsiyyət və həmrəylik qabiliyyətləri onları digər qruplara üstünlük verərək, həyatda qalmalarını təmin edə bilər. Ancaq canlı növündə bir dəyişiklik olmayacaq. Məsələn, ünsiyyət baxımından yaxşı anlaşan və aralarında qüvvətli bir həmrəylik olan bir sərçə qrupu qartallardan yaxşı qorunaraq digər qruplara görə üstün olsalar da, həyatda qalan sərçə qrupu başqa quşlara, məsələn, bayquşlara çevrilməyəcək. Bu vəziyyətin təkamüllə uyğunlaşdırılması açıq-aydın bir yalandan ibarətdir.
“Focus” jurnalında canlılardakı fədakarlıqla əlaqədar daha bir əsassız yanaşma nümayiş etdirilir. 1964-cü ildə William Hamilton tərəfindən ortaya atılan və “qohumluq seleksiyası” adı verilən bu tezisə görə, fərdlərin fədakar şəkildə öz həyatlarından qrupun xeyrinə imtina etmələri məna daşıya bilər, çünki ölən fərdlə birlikdə genetik xüsusiyyətlər tamamilə itirilir. Fərdin sahib olduğu genlər qardaşlarında da olduğuna görə ana-atadan qalan xüsusiyyətlər itirilmədən sonrakı nəsillərə ötürülə biləcək. “Focus” bu vəziyyəti genlər baxımından belə ifadə edir:
“Genlərin dünyagörüşünə görə, bu vəziyyət hamısının birdən yox olmasından daha yaxşıdır… Fərdin ölümü daha çox sayda gen dəstəsinin davamını təmin etdiyindən, fədakarlıq mənalı hala gəldi. Hamilton beləliklə, fədakarlığın genetik mənada “qohumluq seleksiyası” ilə açıqlana biləcəyini göstərdi.”
Bu, məntiqsizliyi açıq-aydın ortada olan bir iddiadır. Bir canlının ölməsi vəziyyətində, genlərinin qardaşları və ya balaları vasitəsi ilə gələcək nəsillərə ötürüləcəyi iddiası doğrudur. Ancaq genlərin gen köçürülməsi haqqında şüurlu bir planlarının olması və buna görə canlının davranışlarına nəzarət etdikləri iddiası son dərəcə məntiqsiz idi. Hər şeydən əvvəl fədakarlıq anlayışının genlərə bağlanılması mümkün deyil. Çünki fədakar davranışlar şüurla əlaqəlidir:
Fədakarlıq edən canlı əvvəlcə öz varlığının və digərlərinin varlığının xəbərdar olmalıdır. Hətta digərlərinin öz həyatı bahasına həyatda qalmasını “istəməli”, bunun üçün də fədakarlıq duyğusunu “hiss etməlidir”. Genlər isə şüursuz molekullardan əmələ gəlir. Genləri yaradan nitrogen, karbon və fosfat kimi elementlər “istəyə bilməzlər” və “hiss edə bilməzlər”. Başqa orqanizmlərdəki “qardaşlarına” nə olduğunu bilməzlər. Genlərin “dünyagörüşü” də olmaz. Buna inanmaq, daşların və ya qum dənələrinin düşündüyünə, plan qurduğuna inanmaqdan fərqlənmir. Təkamülçülər, yaradılışı qəbul etməmək üçün, bu cür ağılsız bir tezisi sevə-sevə qəbul edirlər.
Fədakarlıq kimi mücərrəd bir hissin molekullardan əmələ gələn genlərlə açıqlanmağa çalışılması təkamül nəzəriyyəsinin əsaslandığı materialist yanaşma tərzindən qaynaqlanır. Materialist düşüncə hər şeyin maddədən ibarət olduğunu qəbul edir və insan duyğu və düşüncələrinin də yalnız insan bədənində yaranan molekul alış-verişlərinin əsəri olduğunu fərz edir. Ancaq insan şüurunun necə ortaya çıxdığının təkamülçü və materialist nöqteyi-nəzərinə görə hələ göstərilə bilinməməyi bu yöndə qəbul edilmiş düşüncələri kökündən etibarsız edir. İnkişaf etmiş cihazlarla beyin üzərində uzun illər araşdırma aparan elm adamları şüurun necə və harada meydana çıxdığına dair ən kiçik işarə əldə edə bilməmişlər. Materialistlər gəlinən bu nöqtədə şüurun maddə üstü bir fakt olduğunu ifadə edən etiraflar edir və “sanki sehrli fakt” olduğunu ifadə edirlər. Qısacası, nə beyin, nə də genlər fədakarlığı açıqlaya bilməz.
Yazıda daha sonra Richard Dawkinsin iddialarına keçilir. Dawkinsin, Hamiltonun genlərlə əlaqədar fikrini bir addım daha irəliyə apardığı və genləri “eqoist gen” bənzətməsi altında, bədənlərdə gizlicə gəzib öz gələcəyini zəmanət altına almağa çalışan varlıqlar olaraq göstərdiyi izah edilir. Buna görə Dawkins, balıqların intiharı və ya babun meymunların cəsarəti kimi davranışları izah etmədə bu bənzətmədən faydalanmaqda, ancaq tək bir canlının, insanın tamamilə, eqoist genlər tərəfindən idarə olunmadığını iddia edir.
Dawkinsin bu tezisi bir az araşdırıldığında ortada çox böyük bir yalan olduğu görülə bilər. Əvvəla Dawkins genləri “eqoist” varlıqlar, yəni düşüncələri, duyğuları və ehtirasları olan şəxsiyyətlər adlandırmaqda, sonra da bu iddiaya görə genlərin bir yerə gələrək orqanizmlər yaratdıqlarını və bunları inkişaf etdirdiklərini iddia edir. Gen dediyimiz şeylərin, bir-birlərinə fosfat və şəkər bağları ilə bağlanmış hidrogen, azot, karbon və oksigen atomlarının cəmi olduğunu xatırladığımızda və bunun üzərinə bir az düşündüyümüzdə, Dawkinsin nəzəriyyəsinin nə qədər axmaq olduğu da ortaya çıxır. Bir-birinə bağlanmış bu atomların dizaynını “eqoistlikəri” ilə izah etməyə çalışmaq, bir avtomobilin meydana gəlməsini “avtomobilin bütün parçaları, metal hissələri, şinləri, vintləri, plastik parçaları və s. bir-birlərini çox sevirlər, bu sevgiylə bir yerə gəlib avtomobil meydana gətirmişlər, eyni sevgi sayəsində özlərini daima təkamülləşdirib yeni modellər ortaya çıxarırlar” demək kimi bir şeydir. Yəni axmaqlıqdır. Avtomobilin parçalarına “sevgi” ətf etmək nə qədər axmaqdırsa, genlərə “eqoistlik” ətf etmək də o qədər axmaqdır.
Dawkinsin və digər təkamülçülərin “eqoist genlər” kimi boş sözə inanmalarının tək səbəbi isə, “yaradıcılıq” xüsusiyyətini bu genlərə vermək istəmələridir. Bir başqa ifadə ilə, Allahın varlığını və yaratmasını qəbul etmək istəməmələridir. Belə ki, Dawkins dinə olan düşmənliyini həmişə açıq-aydın ifadə etmiş olan qatı, mövhumatçı ateistdir.
“Focus” isə, ateizmin təbliğatını edir.
Dawkinsin “mem” hekayəsi
Dawkins insan davranışlarına genlərlə bərabər mədəniyyətin də təsir etdiyini qarşıya qoyur. Mədəniyyətin tələb etdiyi davranış formalarını isə “memler” (memes) adlandırır. “Focus” jurnalında Dawkinsin bu mövzuda 1970-ci illərdə İtalyan genetik Luigi Cavalli-Sforza tərəfindən təkmilləşdirilən gen-mədəniyyət ortaq təkamülü tezisindən təsirləndiyi ifadə edilir. Bu düşüncəyə bir nümunə verilməkdə və dünyanın bir bölgəsində südçülük inkişafı kimi bir mədəni dəyişikliyin, südün içindəki laktozanın həzmi üçün ehtiyac duyulan genlərin qalıcılığına təsir etdiyi izah edilir.
Laktoza südün içində olan bir növ şəkərdir və bədənlərimizdə laktaz adı verilən bir fermentdən istifadə edilərək həzm edilir. Laktaz ifraz edən gen bütün insanlarda doğum anında “açıq” olur. Ancaq ana südüylə bəslənmə sona çatdıqdan sonra bu gen “bağlanılır”. Buna görə bəzi yetkin insanlar laktoza ehtiva edən süd və ya dondurma kimi məhsulları həzm edə bilmirlər və mədə qıc olması kimi narahatlıq duyurlar. Ancaq yer üzündəki bəzi irqlərdə yetkin insanlar laktoza həzm etmə qabiliyyətlərini itirmədən davam etdirə bilirlər. Məsələn, Skandinaviya irqinin yetkin insanları orta hesabla 97% nisbətində laktoza həzm edə bilmə qabiliyyətinə sahibdirlər. Halbuki, Uzaq Şərq irqlərində bu həzm etmə qabiliyyəti sıfırdan bir az yuxarıdadır. Skandinaviyalılar südçülüyə ən tez keçən toplumlardan biridir; Uzaq Şərqlilər isə tarixlərində südçülüyə əhəmiyyət verməmiş və ya bu fəaliyyətə, gec keçmişlər.
Ancaq burada verilən nümunənin bir “təkamül” göstərmədiyinə diqqət yetirilməlidir. Çünki haqqında danışılan gen, insanın gen variasiyalarının meydana gətirdiyi hovuzda onsuz da əvvəldən mövcuddur. Südçülüklə məşğul olan cəmiyyətlərdə genin laktaz həzmini mümkün edən variasiya məşhur olduğu halda, süd istehlakı az olan cəmiyyətlərdə genin (yetkin insanlarda) laktoza ifraz etməyən variasiya mövcuddur.
Bu vəziyyəti daha da aydınlaşdırmaq üçün belə bir nümunə verilə bilər: Bütün insanların genlərində qıyıqgözlülüyə aid genetik xüsusiyyətlər mövcuddur. Ancaq qıyıqgözlülük Şərqi asiyalılarda və Eskimoslarda ifadə edildiyi halda başqa irqlərdə ifadə edilmir.
Dawkinsin “mem” anlayışını vurğulamasının əsl məqsədi isə, “eqoist gen” iddiasına etibarlılıq qatmaqdır. Bəli, insanlar şüurlu olaraq mədəni davranışlar nümayiş etdirirlər. Dawkins istər “mem”, istəsə başqa bir şey deyə bilər. Amma insanların şüurlu davranışlar nümayiş etdirməsi, genlərin də şüurlu olduğu iddiasına (yəni cəfəngiyatına) dəstək verməz. Dawkinsin, “eqoist gen” nəzəriyyəsini bəzəmək üçün istifadə etdiyi “mem” ifadəsinin təkamül nəzəriyyəsinə dəstək vermək kimi bir xüsusiyyəti yoxdur.
Nəticə
Qısacası, “Focus” jurnalında ələ alınan “gen eqoistdir” iddiası şüursuz atomlara güc və ağıl biçən bir xurafatdan ibarətdir. Jurnal yazarları, “eqoist genlər” haqda yazarkən bir an dayanıb düşünməlidirlər: Nə qədər “eqoist” olduğundan, etdikləri eqoistcə planlardan danışdıqları genlər; hidrogen, oksigen, azot, karbon kimi atomların əlavə olunmasıyla yaranan bir molekul zənciridir. Bu atomların “eqoist” olduğuna həqiqətən, inanırlarmı? Onda üzərində oturduqları kürsünün qısqanc, stollarının utancaq, qəhvə fincanlarının da hüznlü olduğuna inana bilərlər. İnsan bir dəfə darvinizmə və materialist fəlsəfəyə kor-koranə bağlandıqdan sonra, qəbul edilməyəcək cəfəngiyat, inanılmayacaq yalan yoxdur…