İçeriğe geç

“Hürriyet Bilim”də növləşmə yalanı

“Hürriyet Bilim” jurnalının 3 aprel 2004-cü il tarixli sayında “İqlim də ayırd edilmə faktoru” başlıqlı xəbər nəşr olundu. Oslo Universitetinin zooloqu Nils Stensez tərəfindən həyata keçirilən araşdırmanın nəticələri deyilirdi. Nizamlı aramla artıb-çoxalan bir canlı növü olan, Kanada vaşaqlarının genlərini araşdıran tədqiqatçı, iqlimin vaşaq cütləşməsinin arasında genetik izolyasiya (təcridi) əmələ gətirən faktor olduğunu tapmışdı.

Stensez, müxtəlif iqlim şərtlərində, müxtəlif vaxtlarda yaşanan dövrələrdə hər bölgədə müxtəlif genlərin (tezlik cəhətdən) azalıb-çoxaldığını görmüşdü. Bu tapıntı, təkamül nəzəriyyəsinə heç bir dəlil gətirmədiyinə baxmayaraq, “Hürriyet Bilim” jurnalı bu tədqiqata əsaslanaraq müxtəlif iqlim şərtlərinin “yeni növlərin əmələ gəlməsində” təsirli ola biləcəyini iddia edirdi. Ancaq vaşaq cütləşmələrindəki genetik izolyasiya yeni növün varlığını qətiyyən göstərmir və bu iddia, tamamilə hiyləlidir.

Bilindiyi kimi, hər canlı növündə, genetik variasiyadan qaynaqlanan fərqlər vardır. Əgər bu növə aid canlıların arasına coğrafi maneə girsə (və ya bu araşdırmada göründüyü kimi, müxtəlif iqlim bölgələri ilə ayrılsalar) yəni bir-birlərindən “təcrid” olsalar, o vaxt bir-birindən qopan bu iki qrupun içində, böyük ehtimalla müxtəlif variasiyalar ağırlıq təşkil etməyə başlayır. Eyni növə aid olmalarına baxmayaraq, aralarında diqqətə çarpan morfoloji fərqlər olan bu cür variasiyalara “alt növ” adı verilir. Ancaq burada, “Hürriyet Bilim”də iddia edildiyi kimi, yeni bir növün ortaya çıxmağından bəhs edilmir. Bu alt növlər, öz aralarında cütləşdirilə bilər və sağlam balalar əldə edilə bilər. Bundan əlavə, genetik izolyasiya, təkamül nəzəriyyəsinin sadədən kompleksə inkişafı iddiasının doğru olduğu vəziyyətdə, gözləniləcək genetik məlumat artımı meyarını da təmin etməz. Hətta, genetik izolyasiya, genetik məlumat itkisi mənasını verəcək. İzolyasiya (təcrid, bölünmə) vəziyyətində, daha əvvəldən, müxtəlif genetik məlumatları eyni anda saxlayan populyasiya (cütləşmə) yerinə, indi genetik məlumat cəhətdən daha kasıblaşmış iki populyasiya vardır.

Buna görə “Hürriyet Bilim”in təkamül nümunəsi kimi göstərdiyi araşdırmada, “növləşmə” olduğu iddia edilən vəziyyətin, təkamül nəzəriyyəsini dəstəkləyən heç bir cəhəti yoxdur. Oxucularımızı növ, növləşmə, variasiya kimi anlayışların təkamülçülər tərəfindən təhrif edilərək istifadəsi haqqında həssas olmağa dəvət edir, buna dair məlumat əldə etmək istəyən oxucularımıza http://www.darwinizminsonu.com/t_kokeni_01.html və http://www.darwinizminsonu.com/t_kokeni_02.html səhifələrini araşdırmalarını tövsiyə edirik. (Bundan əlavə ətraflı məlumat üçün baxın: Harun Yəhya, Növlərin təkamülü yanılması)

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz