“Sabah” yazıçısı hörmətli Emre Aköz, 29 sentyabr 2003-cü il tarixli yazısında saytımıza istinad göstərdi. Hörmətli Aközün, saytımızın məzmununu ətraflı şəkildə tədqiqatı isə yerində olacaq. Çünki, təkamül və yaradılış haqqında bəzi ciddi yanılmalar içindədir. Bu yanılmaların şərhlərini, əvvəlki yazılarımızda olduğu kimi, bu yazıda da, elmi məlumatlara əsaslanaraq edəcəyik.
Emre Aközün “bioloji dəyişiklik” ilə təkamülü bir-birinə qarışdırmağı
Emre Aközün mövzu haqqındakı ilk yanılması, yaradılışı tərifləyərkən ortaya çıxır. Hörmətli Aköz belə yazır:
“Bilirsiniz, insan da daxil olmaq şərti ilə, canlıların varlığına bağlı iki təməl qayda (nəzəriyyə) var. Birincisinə “Yaradılış qaydası” deyilir. Bu qaydaya görə, canlılar dəyişməz. Hər canlı nədirsə, odur. Digərinə isə, “Təkamül qaydası” deyilir. Bu qaydaya görə, bütün canlılar təkamül keçirir. Yəni genlərində əmələ gələn dəyişikliklər nəticəsində ortaya yeni-yeni canlılar çıxar.”
Hörmətli Aközün bu təsviri səhvdir, çünki, canlıların yaradılışı haqqında heç bir bioloji dəyişikliyin qəbul edilmədiyini hesab edir. Bioloji dəyişikliyin varlığının da, yalnız təkamül nəzəriyyəsi tərəfindən qəbul edildiyini fərz edir.
Halbuki, vəziyyət, heç də belə deyil. Bu gün, dünyada, canlıların yaradıldığını müdafiə edən elm adamlarının heç biri, “canlılar bioloji dəyişiklik keçirməz” kimi bir fikri müdafiə etmirlər. Canlı növlərinin öz daxilindəki genetik variasiyalar ortaya çıxardıqları, bu variasiyaların coğrafi bölgüsünə uyğun olaraq, fərqli alt növlər çıxara bildiyi, məlum olan və hər kəs tərəfindən qəbul edilən elmi həqiqətdir.
Amma, burada əsas bir nöqtə vardır: “Variasiya” kimi də tanınan bioloji dəyişiklik heç vaxt yeni genetik məlumat ortaya çıxartmaz. Bundan əlavə, hər növün dəyişməsinin müəyyən genetik sərhədi vardır. Bu səbəbdən, bu dəyişikliklər, milyonlarla il davam etsə də, yeni canlı kateqoriyaları çıxara bilməz. İtlər həmişə it, atlar həmişə at olaraq qalar, heç vaxt dəvəyə və ya inəyə çevrilməzlər.
Bu mövzudan bəhs edən ən əhəmiyyətli qaynaqlardan biri, hər ikisi də, yaradılışçı olan biologiya professoru Leyn P. Lesterin və molekulyar bioloq Raymond G. Bolin birliklə qələmə aldıqları “Natural Limits to Biological Change (Bioloji dəyişikliyin təbii sərhədləri) adlı kitabdır. Lester və Bolin, kitabın girişində belə yazırlar:
“Yaşayan orqanizmlərin populyasiyalarının (cütləşməsinin), müəyyən bir zaman dilimində anatomiya, fiziologiya, genetik quruluş və s. cəhətdən dəyişdikləri, mübahisə edilməyən bir həqiqətdir. Geriyə qalan çətin məsələ, bu problemin cavabıdır. Nə qədər dəyişiklik mümkündür və bu dəyişikliklər hansı mexanizm ilə əmələ gələr? Bitkiçilər və heyvandarlar, canlıların əvəz edilə bildiyi haqqında təsiredici nümunələri bir yerə toplaya bilərlər. Amma bir yetişdirici, işə itlə başlasa, nəticədə yenə it (növ) əldə edir, fərqli və qəribə görünüşlü bir it olsa da bu, nəticədə itdir. Meyvə milçəyi yenə meyvə milçəyi olaraq qalır, güllər gül kimi qalır.”1
Bu sahədəki ən məşhur avtoritetlərdən biri olan Luzer Burbank, növlər arasındakı dəyişikliyi məhdudlaşdıran, görünməz bir qanunun olduğu fikrindədir:
“Təcrübələrimdən bilirəm ki, yarım ilə altı santimetr arasında bir ərik yetişdirə bilərəm. Amma etiraf edim ki, bir göy noxud qədər kiçik və ya bir az böyük ərik əldə etmə səyi müvəffəqiyyətlə nəticələnməyəcək… Bir sözlə, ola biləcək hesab edilən inkişafların sərhədləri vardır və bu sərhədlər bir qanuna tabedir… Bu, ilk hala, yəni ortalama (orta) ölçüyə dönmə qanunudur… Geniş miqyaslı təcrübələr, daha əvvəldən müşahidə etdiyimiz nəticələri təsdiqləyən elmi dəlillər ortaya qoymuşdur. Yəni bitkilər və heyvanlar sonrakı nəsillərdə orta ölçülərinə və ya quruluşlarına geri dönməyə meyllidirlər… Bir sözlə, bütün canlıları müəyyən bir sərhəddə olmağa məcbur edən bir cazibə qüvvəsi vardır.”2
Keçmişdə Darvinin olduğu kimi, hörmətli Emre Aközün səhvi isə, canlılarda görünən dəyişikliyin, sərhədsiz olduğunu və uzun müddətdə yeni canlı kateqoriyaları əmələ gətirə biləcəyini hesab edir. Darvin, öz dövründə genetika bilinmədiyi üçün belə hesab etmişdir, məsələn, ayıların zamanla dəyişə-dəyişə balinalara çevrildiyini irəli sürmüşdür. Bu fikrin tamami ilə səhv olduğunu indiki təkamülçü bioloqları da, qəbul edirlər.
Dünyanın qabaqcıl antropoloqlarından Loren Eisley bunu belə açıqlayar:
“Atların və ya kələmlərin keyfiyyətlərini yüksəltmək üçün edilən istehsal forması, sonsuz bioloji dəyişikliyə, yəni təkamülə gedən bir yol deyil. Bu cür süni istehsalların təkamülə dəlil olaraq istifadə edilməsi, həqiqətən qəribə bir vəziyyətdir.”3
Hörmətli Emre Aközün yaradılış-təkamül mübahisəsini, “bioloji dəyişikliyin varlığını qəbul edib etməmək” kimi xəyali meyara əsaslanmağı da, buna bir nümunədir.
Darvinin inancına aid yanılma
Hörmətli Aközün bir başqa yanılması, Darvinin inancı haqqındadır. Belə yazmışdır:
“Darvinin… özü yaxşı xristiandır. Hətta bir vaxtlar din adamı olmağı da, düşünmüşdür.”
Əslində Darvin, bir vaxtlar din adamı olmağı düşünməmişdir. Atası Robert Darvin, 1827-ci ildə, onu Kembric Universitetinin teologiya hissəsinə qeyd etdirmiş, ancaq özü teologiyanı öyrənmək istəmədiyi üçün, bu məktəbi yarımçıq buraxmışdır. Həyatının ilk dövrlərində, xristian inancına bağlı olmağına baxmayaraq, təkamül nəzəriyyəsini inkişaf etdirməsi ilə paralel şəkildə, inancını itirdiyi, gedərək ateizmə yönəldiyi, məlum olan həqiqətdir. Ateizmini açıq-aydın ifadə etməməsinin yeganə səbəbi, dindar xristian olan yoldaşı Emma Darvini üzməmək idi, bu Darvinin bioqrafiyalarında tez-tez izah edilir. Hətta 1876-cı ildə yazdığı, ancaq ölümündən sonra nəşr olunan avtobioqrafiyasında, xristianlıq əleyhinə olduqca sərt sözləri də, yenə Emma Darvinin təkidi ilə kitabdan çıxarmışdır.
Darvinin şəxsiyyəti bir tərəfə, bir nəzəriyyə olaraq Darvinizmi Allah inancı ilə uzlaşdırma səyi boşunadır. Özü də bir təkamülçü olan Kanadalı düşünər William Provine belə deyər:
“Yaradılışçıların iddia etdiyi kimi müasir təkamülə inanış, insanları ateist edər. İnsanlar təkamülə uyğun bir dini görüşə sahib də ola bilərlər, amma ancaq və ancaq bu dini görüş ateizmdən ayırd ediləməyəcək qədər fərqsiz isə.”4
“Qorxu” və “Təhqir” demaqoqluqları
Yazısına baxanda Emre Aközün, məsələni elmi dəlillərdən çox, demaqoqluq və mübahisə yolu ilə ələ almaq istədiyi aydın olur. Hörmətli Aközün iki ifadəsi diqqət çəkir:
1) Yazısına seçdiyi “Darvindən niyə qorxurlar?” başlığı.
2) Yaradılışı müdafiə edənlərin yanaşmağını izah etmək üçün, istifadə etdiyi “təkamül qaydasının daha məqbul, daha etibarlı bir düşüncə quruluşu olduğunu düşünənləri tənqid etməli, hətta, təhqirə çatan bir şəkildə günahlandırmalı” cümləsi idi.
Halbuki biz nə Darvindən qorxuruq, nə də ona inananları tənqid edərkən “təhqirə çatan bir şəkildə günahlandırırıq.”
Saytımızı araşdıran hər kəs, heç kimə təhqir edilmədiyini, əksinə olduqca səviyyəli üslubla, media mənsublarının elmi yanılmaları ortaya qoyulduğunu aydın görə bilər. Bunun “Darvin qorxusu”ndan qaynaqlandığını fikirləşmək isə, məntiqli olmaz. Darvindən, darvinizmdən “qorxsa” idik, hər halda bu nəzəriyyənin elmi etibarsızlığını açıq şəkildə və intellektual mənada ortaya qoyan bir sayt açmazdıq.
Bir fikirdən qorxan kəs, onu lağlağı ilə, təhqirlə və ya görməzdən gələrək “susdurmağa” çalışar. Biz isə, “gəlin bu məsələni mübahisə edək” deyirik. Yalnız əlaqədar müxbirlər deyil, Türkiyənin bütün darvinist elm adamlarına eyni çağırışı edirik: Gəlin, darvinizmi elmi nəzəriyyə sanmaqdan, bunun əleyhindəki saysız elmi dəlilə gözlərinizi bağlamaqdan imtina edin…
Son olaraq, Emre Aközün yazısındakı bir əsassızlığı müəyyən edək:
Saytımıza “qorxu” və “təhqir” ittihamları yönəldən hörmətli Aköz, yazısının başında dediyinə görə, saytımızı heç görməmişdir.
Yaxşı heç görmədiyi bir saytda “qorxu” və “təhqir” olduğunu necə “təsbit” edə bilmişdir?!…
Əlbəttə, bu, təsbit ola bilməz. Ancaq “əsassız ittiham” ola bilər. Şəxsən öz cümlələri bunu bildirir.
Hörmətli Aközdən daha əsaslı və sağlam fikirli tənqidlər gözləyirik…
1) Lane P. Lester, Raymond G. Bohlin, Natural Limits to Biological Change, 1989, səh. 13-14
2) Norman Macbeth, Darvin Retried, Boston, Gambit INC., 1971, səh. 36
3) Norman Macbeth, Darvin Retried, Boston. Gambit INC., 1971, səh. 35-36
4) William Provine, “Nömrə Free Will,” Catching Up with the Vision, Et. By Margaret W. Rossiter (Chicago: University of Chicago Press, 1999) səh. 123