“Bilim ve Ütopya” jurnalının, iyul 2001-ci il sayında, jurnalın müntəzəm yazıçılarından Dos. Dr. Haluk Ertanın “Böyük təbiət üzrə alim Darvin, “qoz qabığına sığarmı?” başlıqlı yazısı nəşr olundu. Ertan, yazısında keçdiyimiz həftələrdə bəzi televiziya kanallarında göstərilən təkamül nəzəriyyəsi haqqında mübahisələri və mübahisələrdə iştirak edən kəsləri tənqid edirdi. Ertanın bu haqda şərhləri öz fikirləridir və burada, bunları mübahisə etməyəcəyik. Ancaq ortaya qoyulmalı olan məqam, təkamülü, elmi həqiqət kimi görən hörmətli Ertanın elmi yanılmalarıdır.

Dos. Dr. Ertanın yazısının böyük hissəsini, “təkamül əleyhdarlarına” aid uzun tənqidlər, Darvin haqqında uzun təriflər və populyasiya geni haqqındakı bəzi bioloji məlumatlar təşkil edir. Əlbəttə, bunların heç biri, təkamül nəzəriyyəsi adına irəli sürülən bir dəlil deyil. Ertanın “təkamül nəzəriyyəsinə dəlil” iddiası isə, yazının sonlarında üzə çıxmışdır. Təkamülə səbəb olaraq inandığı, darvinizmi niyə elmi həqiqət sanaraq yanıldığı, Ertanın aşağıdakı paraqrafından aydın olur.

 

“Əgər bir canlı qrupunun fərdlərində genetik müxtəliflik əmələ gəlib, bu müxtəliflikdəki kimi genlər (buna bağlı olan xüsusiyyətlər), qrupda məşhur hala gələ bilirsə, təkamül həyata keçmişdir deməkdir. Onsuz da, bunun nəticəsində, genetik quruluşdakı dəyişikliyin ölçüsünə bağlı olaraq, ya yeni bir növ, ya yeni bir cins, ya da daha böyük sistematik kateqoriya əmələ gələcək. Amma, bütün bunların başındakı əsas zərurət, genetik quruluş dəyişikliyidir. Təkamül olmadığını söyləyənlərin keçid forması (nə deməkdirsə) axtarmaq yerinə, əvvəlcə genetik dəyişiklik olmadığını sübut etməlidirlər.” (Mötərizə içindəki ifadələr, sitatın orijinalında mövcuddur.)

 

Ertanın bu paraqrafında iki böyük səhv ortaya çıxır:

 

  • Ertanın ilk yanılması, “keçid formalarının yoxluğunu əhəmiyyətsiz göstərməyidir. Hətta “keçid forması” anlayışının yanına əlavə etdiyi “nə deməkdirsə” ifadəsi ilə, bu anlayışın sanki təkamülə qarşı çıxanlar tərəfindən qarşıya qoyulan qaynağı naməlum bir anlayış olduğu mesajını verir. Halbuki Hörmətli Ertan “keçid forması”nın nə olduğunu öyrənmək istəyirsə, tərifləyərək təqdim etdiyi Darvinin, “Növlərin mənşəyi” adlı təməl kitabını oxuya bilər. Bu kitabda “keçid forması” anlayışı (transitional form, transitional variety və ya, transitional state şəklində) on dəfələrlə keçir və Darvin bunların yoxluğunun nəzəriyyəsi üçün, çox ciddi problem olduğunu qəbul edir. Darvin bu xəyali formaların, sonra aparılacaq detallı araşdırmalarla tapılacağı arzusu ilə mövzunu buraxmışdır, halbuki aradan keçən 140 il, bu ümidləri boşa çıxarmışdır. Hörmətli Ertan bu həqiqətləri bilməzlikdən gələrək, təkamül nəzəriyyəsinin paleontologiya sahəsindəki böyük məğlubiyyətini gizləyə bilməz.
  • Ertanın ikinci və daha kritik yanılması isə, genetik variasiyanı, bütün canlıların mənşəyini yeganə ortaq ataya bağlamağa çalışan təkamül nəzəriyyəsi lehində dəlil sanmağıdır. Halbuki, genetik variasiya, Ertanın iddia etdiyi kimi, “yeni bir növ, yeni bir cins, ya da daha böyük sistematik kateqoriya” (yəni ailə, dəstə, sinif və ya növ) əmələ gətirməz.

Variasiya, bir canlı növünün gen hovuzunda, fərqli xüsusiyyətlərin iştirak etməsi və bunların fenotip (canlının xarici görünüşündə) ortaya çıxması ilə meydana gəlir. Məsələn, yer üzündəki insanların hamısı, təməldə eyni genetik məlumata sahibdirlər, amma bu genetik məlumatın icazə verdiyi variasiya potensialı sayəsində, bəzisi qıyıqgözlüdür, bəzisi qırmızı saçlıdır, bəzisinin burnu uzun, bəzisinin boyu qısadır.

Variasiya, təkamülə dəlil meydana gətirməz, çünki variasiya, onsuz da mövcud olan genetik məlumatın fərqli uyğunlaşmalarının ortaya çıxmasından ibarətdir və genetik məlumata yeni xüsusiyyət qazandırmaz. Təkamül nəzəriyyəsi üçün əhəmiyyətli olan isə, yeni növü təyin edən yeni məlumatın necə ortaya çıxa biləcəyi sualıdır.

Variasiyanın təkamülə dəlil meydana gətirmədiyi, əslində təkamülçülər tərəfindən də, qəbul edilir. Bu səbəblə, təkamülçülər, bir növün öz içindəki variasiyalarını “mikrotəkamül” olaraq təyin edirlər. Mikrotəkamül, onsuz da, mövcud olan bir növün içindəki növlərə ayrılmalar mənasında istifadə edilir.

Halbuki cavablandırılması istənilən suallar bunlardır: İlk dəfə bu cür necə yaranmışdır? Növlərin daha üst kateqoriyaları olan siniflər (növlər, qruplar), dəstələr, ailələr, şöbələr (məsələn, məməlilər, quşlar, onurğalılar, molyusklar (dəniz məhsulları, ilbiz və s.) kimi təməl kateqoriyalar, ilk dəfə necə yaranmışdır? Təkamülçülərin əsas açıqlaması lazım olan mövzu budur. Təkamülçülər, bu ikinci mövzuya da, “makrotəkamül” deyirlər. Əslində, təkamül nəzəriyyəsi dedikdə, nəzərdə tutulan və mübahisə edilən anlayış da makrotəkamüldür. Çünki, “mikrotəkamül” kimi adlandırılan genetik növlərə ayrılmalar, müşahidə edilən və hər kəs tərəfindən qəbul edilən bioloji bir faktdır. Ancaq bu təkamül nəzəriyyəsinin irəli sürdüyü “növün bir başqa növə dəyişməsi”ni göstərən bir dəyişiklik deyil. Əvvəl də, ifadə edildiyi kimi, yalnız bir növün içindəki çeşidlərə ayrılmaları göstərir. Makrotəkamül iddiasının isə, nə bioloji müşahidə, nə də fosil qeydləri cəhətindən heç bir dəlili yoxdur. (Əslində, burada “təkamül” ifadəsinin keçirilməsi tamamilə məqsədli şəkildə edilən bir seçimdir. Çünki “mikro” səviyyədə də olsa, ortada təkamül kimi bir proses yoxdur. Vəziyyət, o növün gen hovuzunda mövcud olan genetik məlumatın müxtəlif fərdlərdəki paylanmasından, müxtəlif kombinasiyalarından ibarətdir.)

Burada məhz çox əhəmiyyətli bir “incə məqam” vardır. Mövzu haqqında yetərli məlumatı olmayanlar, “mikrotəkamül, qısa zaman hissəsi içində reallaşdığına görə, on milyonlarla il ərzində də makrotəkamül həyata keçər” kimi yanılmaya qapılarlar. Bəzi təkamülçülər də, eyni yanılmaya düşər, və ya bu yanılmanı istifadə edərək insanları təkamül nəzəriyyəsinə inandırmaq istəyərlər. Dos. Dr. Haluk Ertanın, yuxarıda bildirdiyimiz kimi, bu yanılmanın çox açıq bir ifadəsidir.

Halbuki, bu düşüncənin etibarsızlığı, yəni variasiyanın bir “makrotəkamül mexanizmi” ola bilməyəcəyi, 80-cı illərdən bu yana elm dünyasına məlumdur və qəbul edilir. Təkamülçü bioloqlar, Qilbert, Opitz və Raff, “Developmental Biology” jurnalında nəşr olunan 1996-ci il tarixli məqalələrində bu mövzunu belə izah edirlər:

 

Müasir sintez (neo-darvinist nəzəriyyə) əhəmiyyətli bir müvəffəqiyyətdir. Ancaq, 1970-ci illərdən başlayaraq, çox sayda bioloq bunun açıqlayıcı gücünü sorğu-sual etməyə başlamışdır. Genetika elmi, mikrotəkamülü açıqlamaq üçün yetərli vasitə ola bilər, amma genetik məlumat üzərindəki mikrotəkamül dəyişikliklər, bir sürünəni bir məməliyə çevirə bilən, ya da bir balığı amfibiyaya çevirən növdən deyildir. Mikrotəkamül, yalnız uyğunlaşanın həyatda qalması anlayışına köməkçi ola bilər, uyğunlaşanın meydana gəlməsini izah edə bilməz. Qudvinin 1995-ci ildə ifadə etdiyi kimi, “növlərin mənşəyi, yəni Darvinin problemi, həlsiz qalmağa davam edir.”

 

Təkamülçü bioloqlar Fearstrom, Sçister və Szatmeri də yenə 1996-cı ildə “Science” jurnalında nəşr olunan bir məqalədə, eyni həqiqəti belə ifadə edirlər:

 

Təkamüldəki böyük keçidlər (məsələn, bir neçəsini üzə çıxartmaq lazım olsa, həyatın mənşəyi, eukariot hüceyrələrin ortaya çıxması, insanın danışıq qabiliyyətinin mənşəyi kimi keçidlər) bir “tarazlıqdan uzaqlaşma” halı ola bilməzlər. Bunlar, mikrotəkamülün qurulmuş modelləri tərəfindən də, təminedici şəkildə tərif edilə bilməzlər.

 

Çox təəssüf ki, ölkəmizdəki təkamülçü bioloqların çoxu, bu həqiqətdən xəbərsizdirlər. Hələ 1950-1960-cı illərdə, oxuduqları təkamül (mənşəli) biologiya kitablarının təlimləri ilə fikirləşir və bir növün müxtəlif variasiyalarının əmələ gəlməsini “təkamül nəzəriyyəsinin mübahisə” dəlili zənn edirlər.

“Bilim ve Ütopya” yazıçısı Dos. Dr. Haluk Ertan da, bu köhnə fikirdən xilas ola bilmədiyi görünür. “Təkamül olmadığını deyənlərin… əvvəlcə genetik dəyişiklik olmadığını sübut etməlidirlər” deməyi, bu mövzudakı elmi mübahisələrdən çox uzaq olduğunu göstərir. Ona, hələ də, Darvin dövrünün əfsanələri ilə düşünməkdən imtina etməyini, genetik variasiya yolu ilə, cins ya da, daha böyük sistematik kateqoriyaların əmələ gələ biləcəyi kimi, elmdən uzaq inancı elmi hesab etməkdən xilas olmağı təklif edirik.