“Fokus” jurnalının may 2005-ci il tarixli sayında, “İnanc geni tapıldımı?” başlıqlı məqalə yayımlandı. Umida Saleh tərəfindən hazırlanan yazıda, Dean Hamerin “inanc geni” iddiasından bəhs olunurdu, bu mövzu çərçivəsində, genlərin insan xüsusiyyətlərinin hamısını təyin edib-etmədiyi sualı verildi. Bu haqda, fikirlərinə müraciət edilən İ. Ü molekulyar biologiya və genetika bölməsi rəhbəri prof. Dr. Şule Arı, “genlərin bütün xüsusiyyətlərimizi təyin edən irsi vahidlər” olduğunu iddia edir, bunun əxlaqi dəyərləri təyin edən xüsusiyyətləri də, əhatə etdiyini qarşıya qoyurdu.
Aşağıda inanc geni tədqiqatının səbəbi, heç bir elmi etibarlılığı olmadığı izah edilir, sonra da, bu iddianın əsas götürdüyü “bizi biz edən şey, genlərimizdir” yanaşmasının səhvi ortaya çıxarılır.
Hamerin iddiası
İnanc geni fikri, ABŞ-ın Milli Xərçəng İnstitutunda işləyən genetik, Dean H. Hamerə aiddir. Hamerin iddiasının mərkəzindəki gen, “VMAT2a” adlı gendir. Hamer, işini, beyin hüceyrələrindəki sinir köçürücülərinin (neurotransmitters) istehsalına nəzarət edən, 9 genlə məhdudlaşdırmışdır və bu genlər arasında olan “VAT” geninin bir variasiyası ilə, bir qrup təcrübədə, əvvəldən həyata keçirtdiyi mənəviyyat sınağından gələn qiymətləndirmələr arasında əlaqə olduğu iddiası ilə ortaya çıxmışdır.
1000-dən çox DNT vericisinin qatıldığı bu sınaqda, möcüzələrə inanıb inanmadıqları, ətraflarındakı insanlarla güclü mənəvi və romantik əlaqələri olub olmadığı kimi suallar verilmişdi. Təcrübələr, sınağın sonunda aparılan qiymətləndirmədə çıxışlarına görə ruhi cəhətdən qiymətləndirilmiş və kateqoriyalara bölünmüşdürlər.
Bəhs olunan genin variasiyalarından birinin, sınaq nəticələrinə görə, mənəviyyata meyli çox olmayan kəslərdə olduğu halda, digər variasiyanın (VMAT2) mənəviyyata daha da meylli olan kəslərdə olduğu görünmüşdür.
Hamerin təcrübəsi, elmi cəhətdən etibarlı təmələ əsaslanmır
Genlər və davranışlar arasında əlaqə iddiaları, elm adamlarının əldə etdikləri məlumatları, öz ön fikirlərinə aid yığıb düzəldərək təəssürat yaratmaqdan ibarətdir.
Məsələn bir tədqiqatçı, insan davranışlarının, planetlərin hərəkətlərindən qaynaqlandığına aid bir inanc bəsləyirsə, bir sıra insanları sınaqdan keçirə bilər və onların, savaşqan və ya yenilik tədqiqatlarına meylli olmaq kimi davranışlarını öz fikilərinə görə kateqoriyalara ayıra bilər. Bir tərəfdən də, Saturn və Yupiterin mövqe xəritələrinə baxaraq, planetlərin mövqeyi ilə, bu insanların davranış xüsusiyyətləri arasında paralelliklər olub-olmadığını araşdıra bilər. Bunların nəticəsində, Saturn davakar planetidir, Yüpiter yeniliklərə meylli planetidir kimi iddialarla ortaya çıxa bilər. Ancaq apardığı bu ölçü və əlaqələndirmələr, planetlərin insan davranışlarını təyin etdiyini sübut etməyəcək.
Bundan əlavə, insan davranışları, olduqca kompleksdir və bunların ən inkişaf etmiş psixoloji sınaqla da, ölçülməsi demək olar qeyri-mümkündür. “New Scientist” jurnalında Karen Schimidt imzası ilə nəşr olunan məqalədə, bununla əlaqədar olaraq aşağıdakıları yazır:
“Davranış, göz rəngi kimi irsi xüsusiyyətlərin əksinə, elmi cəhətdən təyin olunması və ölçülməsi çətin bir şeydir. Bir çox davranışlı xüsusiyyət bir-birindən az dərəcələrlə fərqlənir, insanlar çox utancaq, çox ictimai ola bilər, amma eyni zamanda bunun ikisi arasında da, bir yerdə də ola bilər. Bu müxtəlifliklərin ən inkişaf etmiş psixoloji sınaqlarla da, ölçülməsi demək olar qeyri-mümkündür.” 1
Davranışın ölçüsü haradasa qeyri-mümkündür, amma, bunun genlərlə elmi cəhətdən güclü təməllərdə əlaqələndirilməsi tamamilə qeyri-mümkündür. Çünki genlər, minlərlədir və üstəlik bir-biriləri ilə kompleks və qarşılıqlı təsiredicidirlər. Bir xüsusiyyəti, birdən çox genin nəzarət etdiyi, ya da tərsinə, bir genin birdən çox xüsusiyyəti nəzarət etdiyi vəziyyətlərdir. Genlərə aid mövcud olan məlumatlar, kodlaşdırdıqları zülalın amin turşusunun düzülmə məlumatından ibarətdir. Heç bir gendə, hansı davranışa nəzarət etdiyi yazılmır. Bu vəziyyətdə, davranışı X geni tərəfindən nəzarət edilir kimi yanaşmaların hər hansı həqiqi zəminə oturdula bilməyəcəyi aydındır.
Şule Arının genetik determinizm yanılmaları
Hörmətli Arı, “Focus” jurnalının “Genlər, fizioloji xüsusiyyətlərimizdə olduğu kimi, fərdi düşüncə, arzu və inanclarımızın formalaşmasında da təsirlidirmi?” sualına cavabında bunları deyir:
“…Canlılarla əlaqəli hər hadisə, hüceyrələrdə yaranan çox kompleks (qarışıq) bioloji reaksiyaların nəticəsində baş verir.” Bu məzmunda xəstəliklərlə mübarizəni təmin edən zülallar, hətta mənəvi dəyərləri təyin edən xüsusiyyətlər, hüceyrələrin, genetik materialın rəhbərliyində, sintez etdikləri kimyəvi maddələrin funksiyalarının nəticələridir… Hər fərdin, özünə xas genetik infrastrukturu olduğuna görə, mənəvi dəyərləri də bir-birlərindən fərqlidir.”
Hörmətli Şule Arı, canlılarla əlaqədar “hər” hadisənin genetik təməlləri olduğunu iddia etməklə, “bizi biz edən şey genlərimizdədir” şəklində yekunlaşdıran yanılmaya ortaqdır. Halbuki, genlərin bütün xüsusiyyətlərimizi təyin edən bir xüsusiyyəti yoxdur. İnsan Geni Layihəsində insan DNT-nin bir qismini üzə çıxaran “Celera Genomics”-in rəhbəri və məşhur genetik Kreq Venter də, “Genlər bizi biz edən şeylərin hamısını açıqlamaz” deyərək bu həqiqəti qəbul etmişdir.2
1994-cü ildə nəşr olunan “Science” məqaləsində, insanın xarakter xüsusiyyətlərinin yalnız genlərdən qaynaqlandığı inancının səhvi, bu sözlərlə ortaya çıxmışdır:
“Genlər və çevrə arasındakı qarşılılıqlı təsir, məşhur mediada “davakar genləri”, “zəka genləri” kimi anlayışlarla yayılmış halından daha da kompleksdir… Genlərin təsirini göstərən məlumatlar, eyni zamanda genetik olmayan faktorların da, olduqca təsirli olduğuna işarə edir.” 3
Təəccüblü formada, Şule Arının açıqlamalarını yayımlayan “Focus” jurnalı, eyni yazıda Arının dünyagörüşünün molekulyar biologiyadan zərbə aldığını da ifadə etmişdir. Umida Saleh bu haqda aşağıdakıları yazmışdır:
“Molekulyar biologiya və genetika elmində ortaya çıxan yeni kəşf, “hər şeyi genlərlə əlaqələndirmək” fikrinə bir zərbə vurdu. Uzun müddətdir davam edən insan DNT-i düzülməsinin tam sıralamasını (genom) çıxarma əməliyyatı 3 il əvvəl böyük ölçüdə tamamlandı. Bir çox ölkədən fərqli araşdırma qruplarının meydana gətirdiyi “İnsan geni layihəsi” qrupuna görə, gen sayı təqribən 31 min, Seleraya görə isə bir az da çox idi.
Genetik determinizmin müdafiə etdiyi kimi, hər müxtəlif vəziyyətə uyğun gələn bir gen olsaydı, o biri canlı növlərinə baxılanda çox kompleks quruluşa sahib olan insanda, 10 ya da 100 minlərlə deyil, milyonlarla gen tapılmalı idi. Halbuki, ümidlərdən fərqli olaraq, ən az 100 mindən çox olduğu zənn edilən genlərin sayı daha da az çıxdı. Maraqlıdır ki, insan üçün bir çox orqanizm növündəki genlərin ümumi sayı təxminən yenə də eyni çıxmışdı… Buna aid, siçanın gen sayı 30 min, insanın isə 31 min idi. Daha da, maraqlısı, yeməli soğanın gen sayı, insanın gen sayının 200 qat çox idi! Nəticədə, genetik deterministlərin qarşısında yer alanlar, heç vaxt itirmədən soruşdular: “Hər şeyi genlər təyin edirsə və insanla siçandakı gen sayı da, demək olar ki eynidirsə, düzgün məntiqə görə “siçanla insan eynidir” kimi bir ümumiləşdirmə aparıla bilər?”
Göründüyü kimi, Şule Arının, genlər və davranış arasında qurduğu əlaqə, heç bir elmi əsası yoxdur. Elmi tapıntılar, olduqca kompleks olan insan davranışlarının genlərə aid olan bir tərəfi olmadığını aşkar edir.
Nəticə:
İnsanı genlərinə (aid edilməsi) sərbəst yanaşma şəkli, elmin tapıntılarından deyil, materialist fəlsəfənin qəbul edilməsindən qaynaqlanır. İnsanın bütün xüsusiyyətlərinin, genlərdəki məlumatın hüceyrədə işlənməsi İlə çıxarılan kimyəvilərə əsaslandığını iddia etmək, insanı bir atom yığını kimi qəbul edən materialist fəlsəfənin özü ilə gətirdiyi bir yanılmadır. Halbuki, hörmətli Arı bir az düşünsə, Focus yazarının özü ilə müsahibə aparılmasını istəməsinin, özünün suallara verdiyi cavabların yalnız kimyəvi reaksiyalara əsaslanan bir hadisələr zənciri olmadığını asanlıqla görə bilər. Buna baxmayaraq insanı, genlərinin bir kuklası kimi qəbul etmək, atomların bir yerə yığılıb, atomlar haqqında şərhlər etməsinə inanmaqdan fərqlənmir, çünki genlər də, nəhayət atomların əmələ gətirdiyi zəncirlərdir. İnsan, yalnız bioloji cəhətdən sərbəst buraxılan bir canlı deyil. Ruhunun, ağılının, hisslərinin maddəyə aid edilə bilməməsi Uca Allahın insanı yaratdığının açıq bir dəlilidir.
1) Karen Schmidt, “It was my genes, guv”, New Scientist, cild 156, sayı 2107, 8 noyabr 1997, səh. 46
2) Keay Davidson, “No Easy Link Between Genes, Behavior; DNA Studies Dash Quest for Easy Answers; Genome”s link to behavior hard to prove”, The San Fransisco Chronicle, 13 fevral 2001
3) C. Mann, “Genes and behavior” Science 264 ; 1687 (1994), səh.1686-1689