4 fevral 2002-ci il tarixdə “Milliyyet” qəzetində, “Təkamülün sonuna gəldik” başlıqlı xəbər nəşr olundu. İlk dəfə 3 fevral 2002-ci il tarixdə “The Observer” qəzetində “Is human evolution finally over?” (İnsanın təkamülü sonunda bitdi?) başlığı ilə nəşr olunan bu xəbərdə, Stiv Cons adlı elm adamının iddialarına yer verilir.
Xəbərdə, London Universitetindən Prof. Stiv Consun “Zəiflər bioloji olaraq ələnildi. Insan oğlu inkişaf prosesində ən son nöqtəyə (həddə) gəldi. Qərbdə təkamül sona çatdı” iddiasına yer verilmişdi. Elmi mənası olmayan, yalnız təkamül təbliğatı məqsədi ilə irəli sürülən bu iddianın ehtiva etdiyi ziddiyyət və yanılmaları izah etməkdə fayda görürük.
Təbii seleksiya, növləri təkamülləşdirməz
Prof. Cons, xəbərə mövzu olan fikrində, təkamülçülərin adi iddiasını təkrarlayır və təbii seleksiya nəticəsində zəif olan insanların tamamilə ələndiklərini və bunun nəticəsində, Qərbli insanların təkamülün ən son pilləsinə çatdıqlarını ifadə edir.
Çarls Darvin, təkamül nəzəriyyəsini qarşıya qoyarkən, təbii seleksiya anlayışına güvənmişdi. Təbii seleksiya, təbiətdə zəif və ya səmərəsiz olan canlıların ələnmələri, ətraf şərtlərinə daha uyğun olanların həyatda qalaraq yeni nəsillər törətdikləri üçün istifadə edilən bir ifadədir. Darvin isə, təbii seleksiya deyilən bu mexanizmin, növləri təkamülləşdirdiyini və yeni canlı növlərinin bu şəkildə əmələ gəldiyini qarşıya qoymuşdur.
Darvinin bu iddiası hər nə qədər, IX əsrin elmi şərtlərində asan qəbul görsə də, müəyyən müddətdə, təbii seleksiyanın canlıları təkamülləşdirici təsiri olmadığını, elmi dəlillərlə ortaya çıxdı. Ceremi Rifkin, “Darvinin təkzibi” adlı kitabında, təbii seleksiyanın təkamülləşdirici bir gücü olmadığının artıq bilindiyini belə açıqlayır:
“Təbii seleksiya nəzəriyyəsi, əsrdən çoxdur, bioloq həmkarlarımız və ümumiyyətlə bütün dünya tərəfindən yer üzündə həyatın inkişafını açıqlayan bir nəzəriyyə kimi heç tənqid olunmadan qəbul olundu. Elm adamları, nəzəriyyəni olduğu kimi qəbul edincə, onun təməlini əmələ gətirən fərziyyələri çox diqqətli araşdırmadılar. Əgər bu fərziyyələrə diqqətli baxsaydıq, nəzəriyyəni dəstəkləmək üçün ortaya qoyulan hiyləli dəlilləri gördükcə özlərindən utanardılar.
Amma artıq bu gün, ilk dəfədir ki, elm adamları təbii seleksiya fikrini tənqidi araşdırmağa məruz qoymağa başlamışlar. Onların tapıntıları həm nəzəriyyəni, həm də, birbaşa elmin özünü sarsıdır.” 1
Təbii seleksiya, yalnız ətrafına yaxşı uyğunlaşan, güclü fərdlərin həyatda qalma nisbətini daha da, artıran bir mexanizmdir. Məsələn, qarlı bölgədə yaşayan ağ dovşanlar, qəhvəyi dovşanlara nisbətən daha üstündürlər, çünki, daha yaxşı kamuflyaj olurlar. Buna görə, nəsilləri də, daha uzun müddət davam edir. Qəhvəyi dovşanlar isə, vaxt keçdikcə daha asan ovlandıqları üçün, yox olar, ya da azalarlar. Ancaq, bu mexanizm, heç vaxt dovşanların başqa canlılara təkamülləşməsinə səbəb olmaz. Dovşanları başqa canlılara təkamülləşdirmək bir yana, daha əvvəldən mövcud olmayan bir dovşan hətta variasiyasının əmələ gəlməsini təmin etməz. (Yəni ağ və ya qəhvəyi dovşanlar, təbii seleksiya sayəsində ortaya çıxmamışlar. Onlar genetik hovuzda onsuz da mövcuddurlar, təbii seleksiya yalnız var olan bu iki müxtəlif növdən birinin sayının artmağına səbəb olar.) Təbii seleksiyanın canlıların təkamülünü açıqlayan bir mexanizm olmadığı daha əvvəlki “Netcevap” yazılarında ətraflı izah edildiyi üçün burada təfərrüata girməyəcəyik.
Təbii seleksiya və insanın heç reallaşmayan təkamülü
Darvin, “Növlərin mənşəyi” adlı kitabında heyvanların və bitkilərin təbii seleksiya yolu ilə təkamülləşdiklərini, zəif olan növlərin isə ələnilərək yox olduqlarını irəli sürdükdən sonra, “İnsanın törəməsi” adlı kitabında eyni iddianı insanlar üçün də təkrarlamışdır. Darvinə görə, bəzi insan irqləri digərlərinə görə daha üstün idi, yəni, əvvəlcədən təkamülləşmişdi və buna görə digər irqlərə (Darvinin deyimi ilə “aşağı olan irqlərə”) qarşı üstün gəlmişdilər. Darvinin üstün hesab etdiyi irq isə, Qərb cəmiyyətləri idi.
İnsanlığın hər keçən gün, yeni bir elmi inkişafa imza atdığı, tibdən texnologiyaya kimi hər sahədə, böyük inkişaf etməyi gözlə görülən bir həqiqətdir. Bu inkişafların nəticəsində isə, insanlıq, özü üçün təhlükəli olan bir çox xəstəlikdən və ya təhlükədən xilas olmuşdur. Məsələn, çox yaxın bir keçmişdə, insanların əksəriyyəti vərəm kimi xəstəliklərdən çox gənc yaşlarda həyatını itirərkən, indiki vaxtda, vərəm, bir ölüm səbəbi olmaqdan çıxmışdır. Bənzər formada, indiki vaxtda tamami ilə çarəsi tapılmayan xərçəng xəstəliyi üçün, yaxın gələcəkdə bir çarə tapılanda, xərçəng də, ölüm səbəbi olmaqdan çıxacaq və bəlkə insanların həyat prosesləri beləliklə daha da, artacaq. Ancaq, bu inkişafların heç biri, heç vaxt insanların təkamülləşmələrinə səbəb olmamışdır və olmayacaq da. İnsan, əvvəlcədən, həmişə insan kimi vardır və insan kimi də mövcudluğa davam edəcək.
Buna görə, Prof. Consun iddiası əsassızdır. Bəlkə Prof. Cons, insanlığın nail ola biləcəyi ən son texnoloji imkana çatdığını irəli sürə bilər, və ya bundan sonra insanların ömürlərini daha çox uzadan bir tapıntı olmayacaq deyə, kahinlik etmişdilər. Bunları, öz fikirlərinə görə, bəzi məlumatlarla da, dəstəkləyə bilər. Ancaq, heç vaxt reallaşmayan prosesin, yəni təkamülün bitdiyini iddia etməyi əsassızdır. Təkamül, heç vaxt baş verməmişdir, bundan sonra da olmayacaqdır.
Təkamül nəzəriyyəsi, heç bir dəlilə əsaslanmadan inanılan bir dindir
Təkamül nəzəriyyəsinin heç bir elmi dəlili yoxdur. Ancaq, 19 əsrdə, gedərək daha da güclənən materialist fəlsəfəyə, yalnız görünüşcə elmi olaraq dəstəkləmək üçün, ateist elm adamları tərəfindən böyük şövqlə mənimsənmiş və sanki bir din kimi, gözübağlı, heç sorğu-sual olunmadan qəbul edilmişdir. Təkamül nəzəriyyəsi elm deyil, ideoloji səbəblərlə müdafiə olunan bir xurafatdır. Məhz buna görə, bəzi elm adamları, hər inkişafı və ya hadisəni, təkamülün bir dəlili, və ya göstəricisi kimi təqdim etməyə xüsusi cəhd göstərərlər. Beləliklə, sorğu-sual etmədən inandıqları bir dinin təbliğatını apardıqlarına inanarlar. “Milliyyet” qəzetindəki xəbər də, bu xüsusiyyətlərə malikdir.
Darvinizmə qarşı edilən böyük tənqidlərlə tanınan “Evolution of Living Organisms” adlı kitabın yazıçısı, məşhur Fransız zooloq Prof. Pyer Paul Qrase, Darvinizmin həqiqi elm olmadığını belə açıqlayır:
“Gizli-gizli fərziyyələrin, xam, hətta əsassız nəticələrinin bəzən yaxşı, bəzən pis istifadəsi ilə, saxta bir elm yaradıldı. Bu saxta elm, biologiyanın tam ürəyinə kök salır və təməl anlayışların qətiliyinin sübut edildiyini (sübut edilməmişdir) səmimiyyətlə inanan bir çox biokimyaçı və bioloqu səhv istiqamətə yönləndirir.” 2
Təkamül nəzəriyyəsinin saxta elm olduğu həqiqəti, XX əsrin ikinci yarısındakı elmi inkişaflarla ortaya çıxmışdır və gedərək daha çox elm adamı bunu qəbul etmişdir. Məsələn, İngilis zooloq Leonard Matdevs, bir təkamülçü olmağına baxmayaraq, obyektiv şərh etmişdir və illər öncə, Darvinin “Növlərin mənşəyi” adlı kitabının nəşrindən birinin girişinə bunları yazmışdır:
“Təkamül gerçəyi biologiyanın onurğasıdır, buna görə də, sübut edilməmiş bir nəzəriyyə üzərində təməlləndirilmiş olmaq kimi, bir imtiyazlı mövqeyi vardır. Elə isə, təkamül nəzəriyyəsi bir elmdir yoxsa bir inancdır?” 3
Əlbəttə ki, təkamül nəzəriyyəsi bir inancdır, həm də, batil bir inancdır. Darvinin nəzəriyyəsi, həyatın necə inkişaf etdiyinə dair bir çox insanın paylaşdığı, amma heç bir dəlili olmayan bir inancı təmsil edir. Əlbəttə ki, hər kəs inanclarını, nəzəriyyələrini və öz fikirlərini təyinetmə və qoruma haqqına malikdir. Ancaq təkamülçülər, təkamül nəzəriyyəsinin bir inancdan da uzaq, mütləq və mübahisə edilməz bir həqiqət olduğunu hesab edir və buna görə təkamül nəzəriyyəsinə gətirilən heç bir tənqidə dözə bilmirlər. Darvinin “Növlərin mənşəyi” adlı kitabının bir başqa nəşrinin müqəddiməsində yazan böcək alimi V. R. Tompson, təkamülə bu cür fanatik olaraq bağlı olanların elmə uyğun gəlməyən rəftarlarını belə tənqid etmişdir:
“İnsanların elmi cəhətdən təyin edə bilmədikləri tədrislə yanaşı müdafiə etmələri və bu tədrisə aid tənqidləri ört-basdır edərək, təlimin qarşılaşdığı problemləri yox sayaraq onu zəmanət altına almaları, elmi cəhətdən anormaldır və xoş qarşılanmayacaq bir vəziyyətdir.” 4
Ceremi Rifkin isə, təkamülçülərin təkamül dininə bağlılıqlarını belə açıqlayır:
“Bu gün, təkamülçü, hər şeyi ilə sadiq bir mömindir, təbii seleksiyaya dalmışdır, müjdəni (vəhyi) yaymaq və digər həmcinsləri Darvin təlimlərini qəbul etmələri üçün təbliğə hazır vəziyyətdədirlər.” 5
Nəticə
Məhz hər gün, yeni bir təkamül nəzəriyyəsi izahı ilə mediada boy göstərən təkamülçü avtoritetlər və haqqında danışılan xurafatçı darvinistlərdir. Əllərində təkamül nəzəriyyəsi lehində bir dəlil olmamağına baxmayaraq, təkidlə yeni fərziyyələr çıxarır, ssenarilər yazır və bunları, cəmiyyətin şüur altına yerləşdirməyə alışdırırlar. “Milliyyet” qəzetinin bu səthi təbliğatlara daha çox vasitə olmayacağını ümid edirik. Qaldı ki, bu gün, oxucularının böyük bir hissəsi də, təkamül nəzəriyyəsinin ağıldan və elmdən uzaq bir ssenari olduğunu, təkamülçülərin isə batil bir dinə bağlandıqlarını başa düşürlər.
1) Ceremi Rifkin, Darvinin təkzibi, Üfüq kitapları, İstanbul 2001, səh. 115
2) Pyer P. Grase, “Evolution of Living Organisms” (New York Academic Press, 1977), səh. 202
3) “Introduction to Origins of Species”, (London: J.M. Dent & Sons, 1971), səh. 11
4) “Introduction to Origins of Species”, New York, E. P. Dutton, 1956
5) Ceremi Rifkin, Darvinin təkzibi, Üfüq kitabları, İstanbul