05.01.2002-ci il tarixli “Milliyyet” qəzetində, yer üzündəki ilk canlı olan bakteriyaya, Van gölündə rast gəlindiyi nəşr olundu. Önay Yılmaz, imzalı xəbərdə, “Science” jurnalında bu haqda bir araşdırma nəşr olunduğu yazılır, yəni bu jurnal, qaynaq olaraq göstərilirdi. Halbuki, əslində “Science” jurnalında bildirilən araşdırmada, belə bir məlumat verilməmişdir. Aşağıda, qəzet xəbərinin ilham alındığı araşdırma dəyərləndirilir və həyatın niyə iddia edildiyi kimi, təsadüflərlə başlaya bilməyəcəyi araşdırılır.
Canlılıq təsadüfən meydana gəlməmişdir
Bilindiyi kimi, təkamül nəzəriyyəsi canlılığın ibtidai (icma quruluşunda) dünyada təsadüflər nəticəsində yaranan bir hüceyrə ilə başladığını irəli sürür. Bu fərziyyənin doğru olub olmadığını isə, bizə ancaq müşahidə və təcrübələr göstərə bilər.
Təkamülçü iddianın dəstəklənməsi üçün, olduqca kompleks quruluşlara sahib olan hüceyrələrin, cansız maddələrin bir yerə yığılmadan ibarət olduğunun göstərilməsi əsas şərtdir. Bu nöqtədən hərəkətlə, elm adamları, təbiətdə, ya da laboratoriyada əmələ gətirdikləri süni şərtlərdə, canlılığı təkrar yarada bilməlidirlər. Təxminən 150 ildir, təkamülçülər, bu fərziyyəni təsdiqləməyə çalışırlar, ancaq, bütün səyləri nəticəsiz qalmışdır, canlılığın ancaq canlılıqdan gələ biləcəyi həqiqəti ilə üz-üzə qalmışdırlar. “Canlılıq ancaq canlılıqdan gələ (törəyə) bilər” şəklində yekunlaşdırılan bu bioloji qanun, yaradılışın bir dəlilidir.
Tədqiqat, canlılığın necə ortaya çıxdığını deyil, fosilləşmənin mexanizmini araşdırır
“Milliyyet” qəzetinin yeni xəbər kimi verdiyi, halbuki, “Science” jurnalında 6 ay əvvəl nəşr olunan araşdırma isə, sianobakteriya adlanan mikroorqanizmlərin necə ortaya çıxdıqları ilə əlaqədardır. “Fanerozoy, okeanlarda fotosintezin səbəb olduğu biofilm bərkiməsi və kalsium sıxlığı” başlıqlı araşdırma, Göttingen Universitetindən Gernot Arp, Andreas Raymer, İoakem Reyner imzalarını daşıyır. Maraqlı olan, “Milliyyet”-in xəbərinin əksinə, bu araşdırma nəticəsində təkamül lehinə bir kəşf edilməməsidir. Araşdırma, yalnız sianobakteriyaların necə fosilləşdiklərini araşdırır. Tədqiqatçılar, kalsium, karbonat və suda olan digər minerallarla bir bakteriya növü arasındakı qarşılıqlı təsiri izah etmişdilər. Bir sözlə, tədqiqatçılar, həyatın necə başladığını izah etmək istəməmişdilər. Ona görə ki, bu araşdırmanın təkamül nəzəriyyəsini dəstəkləyən, ya da bu nəzəriyyəyə yeni bir izah qazandıran cəhəti yoxdur. “Milliyyet”in xəbərinə mövzu olan “Həyat ilk dəfə Van gölündə başladı” iddiası, bu səbəblə tamamilə səhv izahdan ibarətdir.
Nəticələri “Science” jurnalında nəşr olunan, bəhs olunan araşdırma sianobakteriyaların təkamüllə necə əmələ gəldiyini də, açıqlamır. Hətta müəlliflər də, belə bir qənaətə gəlməmişdilər. Buna baxmayaraq, qəzet xəbərində, sanki təkamülə dəlil tapılmış kimi təəssürat bağışlamışdılar. Buna görə, xəbərin doğru tərəfi yoxdur.
Fərqli coğrafiyalarda eyni anda ortaya çıxan canlılıq
Digər tərəfdən, “Milliyyet” qəzetinin xəbərinin tam əksinə, sianobakteriyalara aid fosillər yalnız Van gölündə ortaya çıxmamışdır. Tanzaniyadakı Tanqanika gölü, İndoneziyadakı Satonda gölü, Avstraliyadakı Şark körfəzi və Klifton gölündə də sianobakteriyalara aid fosillər var. Göründüyü kimi, bu fosillər, Van gölünə xas deyildirlər. Bundan əlavə bu fosillər, təkamül nəzəriyyəsi üçün bir dəlil deyil, əksinə açıqlana bilməyən bir problemdir. Çünki bir-birlərindən on minlərlə kilometr uzaqdakı fərqli yerlərdə, eyni geoloji dövrdə ortaya çıxmışdılar. Kompleks canlıların tək bir dəfə ortaya çıxmasını açıqlamaq da, təkamülçülər üçün böyük maneədir, eyni kompleks quruluşların dünyanın müxtəlif yerlərində, eyni dövrdə, “təsadüfən” ortaya çıxdıqlarını iddia etmək daha da, böyük ziddiyyətdir. Şübhəsiz, həyatın bir-birindən müstəqil olaraq dünyanın müxtəlif yerlərində eyni anda başlamağı, yaradılışın bir dəlilidir.
Təkamülçü ön mühakimələrin səhv nəticələri
“Milliyyet” qəzetindəki xəbər, bizlərə, təkamülçülərin sadə səhvini bir daha göstərir. İstər maraqlı olsun, istərsə də maraqsız olsun, hər cür elmi inkişafı, təkamül nəzəriyyəsi lehində bir dəlil hesab edir və ya elə göstərməyə çalışırlar. Van gölündə bakteriya fosilinin tapılması, nəsli kəsilmiş bir canlının fosilinə rast gəlinməsi və ya DNT ilə əlaqədar bir kəşf, əslində təkamül nəzəriyyəsi lehinə heç bir dəlil təqdim etmədiyini, hətta çox vaxt nəzəriyyə əleyhində dəlil gətirdiyinə baxmayaraq, təkamülçü media qurumları tərəfindən, səthi yanaşılır, “təkamül dəlili” kimi göstərilir. Bu, bir batil inanc olan astrologiyaya inananların, qarşılaşdıqları hər hadisədə, xəyali “ulduz falı” imzası görmələri kimi, “öz özünü aldatma” üsuludur.
İstər “Milliyyet”in, istərsə də, təkamül nəzəriyyəsini elmi həqiqət hesab edən digər bəzi media qurumlarının bir an əvvəl bu səhvdən xilas olmalarını diləyirik.
Qaynaqlar:
Gernot Arp, Andreas Reimer, Joachim Reitner, Fanerozoy okeanlarda fotosintezin səbəb olduğu biofilm bərkiməsi və kalsium sıxlığı, SCIENCE, cild 292, sayı 5522, 1 iyun 2001, səh. 1701-1704, 17