“Hürriyet” qəzetinin 5 iyun 2005-ci il tarixli “Pazar” əlavəsində “İnsan canlılar dünyasında ən dayanıqlı qaçandır” başlıqlı yazı nəşr olundu. Hikmət B. Çağlayangil tərəfindən hazırlanan yazıda, Harvard Universitetindən Daniel Lieberman ilə Utah Universitetindən Denis Brambl tərəfindən icra edilən son çalışmanın nəticələri bildirilirdi.
Çağlayangil, insanın yüksək qaçış qabiliyyətinə sahib olduğunu ortaya qoyan tapıntıları, təkamülçü nöqteyi-nəzərindən şərh edir və bu xüsusiyyətin, guya təkamül prosesində üstünlük əmələ gətirdiyi nağılını izah edirdi. Biz, bu araşdırma ilə əlaqədar, təkamülçü iddialara əvvəl də cavab vermişdik, cavabımızı buradan oxuya bilərsiniz.