Mümtəhənə surəsi, 2-ci ayənin təfsiri
ADNAN OKTAR: Mumtəhənə surəsi, 2-ci ayə. Şeytandan Allaha sığınıram. “ Əgər onlar sizi ələ keçirsələr, sizə düşmən kəsilər,”sizinlə əlaqəyə girərlərsə, hər hansı bir şəkildə sizə çatmaq imkanları olsa, televiziyadan ola bilər, qəzetdən ola bilər, radiodan ola bilər, üz-üzə ola bilər, nə şəkildə olursa, “sizə düşmən kəsilərlər.” Xüsusiyyətidir, müsəlmanı gördümü, münafiq müsəlmana qarşı kinlidir. Küfr ilə dolanar, yəni pis adamlarla. Onsuz da onlar pisliyin içində yaşayarlar. ” əlləri və dilləri ilə sizə pislik edər”. Əllərini deyərkən, bəzəndə cinayətə və yaxud yaralamağa qədər hadisəni uzada bilərlər, Quranın izahatı budur. Yaxud da təxribat edərlər, məsələn əşyaya hücum edə bilər, müsəlmanlara aid bir şeyə hücum edə bilər, yəni münafiqin xüsusiyyətidir. Onun üçün birinci dərəcədən şübhəli olaraq, müsəlmana bir hadisə olduğunda dərhal münafiqlərə diqqət çəkilməsi lazım, çünki küfr hər zaman etməz belə bir şey, münafiq edər.
Hər hadisədə deyəcəksən ki, filan münafiq, ən azğın münafiq kim, bunlar etmişdir, deyəcəksən. Həqiqətən də pərdəni qaldırdığında altından münafiq çıxar. Müsəlmanların qarşısındakı ən böyük düşmən münafiqlərdir, küfr deyil, küfr ikinci dərəcədədir. Çünki küfr mərddir, açıqca deyər, mən kafirəm deyər adam, Allah qorusun. Açıqca deyir, yəni dürüst, münafiq gizləyər. ” və sizin kafir olmanızı istəyərlər.” Məsələn internetdə müsəlmanların əleyhinə bir yazı yazar və yaxud müsəlmanların əleyhinə televiziyada danışarlar. Amma Axır zamanda münafiqlər ən çox nəyə hücum edəcəkdirlər? Mehdi (ə.s), tələbələri, Mehdiyyət və İttihadi İslam, bunlara hücum edəcəklər. Bunlara hücum edənlərə diqqət etmək lazımdır. Mehdi (ə.s), Mehdiyyət, Mehdi (ə.s) tələbələri, İttihadi İslam və Türk-İslam Birliyi.
Münafiqin şeytani hədəfi budur. Bunlara saldırdıqca da Mehdiyyət coşar. Mehdiyyəti coşduran, həyəcana gətirən, şövqləndirən bir sistemdir, onun üçün Allah münafiqləri yaradar. Münafiqin olması, müsəlmanların boy atıb inkişafı üçün lazımlı bir sistemdir. Necə bir bitkinin torpağa ehtiyacı varsa, suya ehtiyacı varsa, günəşə ehtiyacı varsa, müsəlmanın da güclənmək üçün düşmənə ehtiyacı vardır. Onun üçün də Nəcib Fazilin gözəl bir sözü vardır düşməni ilə əlaqədar, düşmənin məqbulluğunu izah edər. Müsəlmanın da bir ehtiyacı olduğu üçün, müsəlmanın şövqünü artıran bir ehtiyac olduğu üçün, Allah münafiqləri Müsəlmanlara müsəllət edər və onlara o gücü verər. Və müsəlman beləcə möcüzələr yaradar, Allahın diləməsiylə. Möhtəşəm hücumlar edər, möcüzə bir mübarizə gücünə sahib olar. Ona görə biz zaman-zaman münafiqlərə istiqamətli bu tərz dərslər edəcəyik, söhbətlər edəcəyik qardaşlarımızın faydalanmaları üçün, inşaAllah.