“New Scientist” jurnalının 22 dekabr 2003-cü il tarixli sayında, “Düşmənlə birlikdə təkamülləşmək” (Evolving With The Enemy) başlıqlı yazı nəşr olundu. Yazıda, bəzi insanların qızdırmaya qarşı göstərdikləri müqavimət ilə, hemoqlobin molekullarına təsir edən bir mutasiya arasındakı tanış əlaqə izah edilir və bunun üzərinə təkamüllü şərhlər edilirdi.
Hemoqlobin quruluşuna təsir edən bu mutasiya, insanlarda anemiya (qansızlıq) xəstəliyinə səbəb olarkən, bir tərəfdən də, onlara qızdırmaya qarşı immunitet qazandırır. Təkamülçülər, bu immunitet güclənməsini vurğulayaraq bəhs olunan mutasiyanın “faydalı” olduğunu irəli sürür və darvinizmin ehtiyac duyduğu, amma tapa bilmədiyi “genetik məlumat artırıcı mutasiyalar”a belə nümunə verə bildikləri səhv fikrə düşürlər. Halbuki, bəhs olunan mutasiya, genetik məlumatı artırmır, çünki insanlara yeni bir gen və ya zülal qazandırmır, bundan əlavə, anemiya xəstəliyinə gətirib çıxararaq, onlara zərər də verir. Əmələ gəldiyi bədəndə ciddi, hətta ölümcül xəstəliklərə gətirib çıxaran, bədəndəki bəzi orqan və toxumaların bəslənə bilməməsinə, beləliklə ölümünə səbəb olan, sonrakı nəsillərə belə çataraq yayılan bu mutasiyanın insana verdiyi böyük zərərlər ortadadır. Ancaq, təkamülçülər, bütün bu həqiqətləri əhəmiyyətsiz edərək, xəstəliyin qızdırmaya qarşı təmin etdiyi qismi, immuniteti, təkamülün bir “hədiyyəsi” kimi qiymətləndirərlər. Əlbəttə, bu olduqca axmaq açıqlamadır. Bu məntiqlə hərəkət ediləndə, doğuşdan görmə qüsuru olanların, avtomobil istifadə etmək məcburiyyətində qalmayacaqları və bu səbəblə də, yol qəzasından ölmə riskinin azalacağı da, iddia edilə bilər. Hətta, bu ağlasığmaz məntiqə görə, kor olaraq doğulmaq, genetik bir hədiyyə olaraq belə qəbul edilə bilər. Bu izah, nə qədər mənasızdırsa, təkamülçülərin oraq (formalı, anormal hüceyrə, yuvarlaq deyil, oraq şəklində anormal hüceyrə) hüceyrə anemiyası ilə əlaqədar “faydalı mutasiya” izahları da, o dərəcə mənasızdır.
“New Scientist”də, bəhs olunan mutasiyanın quruluşu, təsirləri və bunun kəşfini təmin edən elmi proses haqqında təfərrüatlı məlumatlar verilir. Ancaq bunların heç biri darvinizmin nəzərdə tutduğu mənada “təkamül”ə (yəni makro-təkamülə) dəlil deyil. Eyni məqalədə hemoqlobin mutasiyası xaricində, başqa mutasiyaların da, müxtəlif xəstəliklərə qarşı immunitet yarada biləcəyi ifadə edilir və buna nümunə olaraq da, HIV virusuna qarşı immunitet vəziyyəti göstərilir. Bu da, hemoqlobin mutasiyasında olduğu kimi “genetik məlumat artırmayan”, bu səbəbdən, təkamülün iddialarına heç bir şəkildə dəlil meydana gətirməyən bir faktdır.
Yazıdakı diqqət çəkən məqam isə, “New Scientist”in, bu cür mutasiyalardan qaynaqlanaraq hər cür xəstəliyə təkamüllü izah çıxartmağa çalışan darvinist elm adamlarının səyinin dəlil çatışmazlığından qaynaqlandığını bildirir:
“Yaxın vaxtda, bəzi tədqiqatçılar, insan xəstəliklərinin çoxunu, hətta bəlkə də, hamısını, təkamüllü anlayışlarla şərh etmək istəmişlər və “təkamüllü tibb” adı verilən yeni sahə ortaya çıxmışdır… Bu, olduqca spekulyativdir və indi heç bir dəlilə əsaslanmır…”
Bu dəlilsizlik vəziyyəti, əslində yalnız “təkamüllü tibb” üçün deyil, bütün təkamül nəzəriyyəsi üçün etibarlıdır.
“New Scientist”in də, bu həqiqəti görməyini və səhifələrində yer verəcəyi məqalələri buna görə seçməsini diləyirik.