“Esquire” jurnalının avqust 2003-cü il tarixli sayında, “5 dəqiqədə təkamül” başlıqlı məqalə yayımlandı. Təkamül nəzəriyyəsini müdafiə edən və yaradılışa qarşı çıxan iddialar, şərhlər və zarafatlar, cəmi iki səhifədən ibarət idi. Hər nə qədər “antitezis” kimi kiçik başlıq altında təkamül əleyhindəki bir dəlildən (Coelacanth növü balıqların quruluşundan) danışılsa da, “Esquire”, qatı təkamülçü xətti göstərirdi. Ancaq, Esquire yanılırdı.
Səbəblərini aşağıda qısaca izah edək.
Təbii seleksiya
“Esquire”dəki məqalədə, ən çox vurğulanan mövzu, təbii seleksiya idi. “Nəzəriyyə” başlıqlı yazıda, Darvinin “Qalapaqos” adalarındakı alacəhrə növləri ilə əlaqədar müşahidələrindən bəhs edilir və bundan qaynaqlanaraq, təbii seleksiya üçün vaxt vermək, canlılarda sərhədsiz dəyişiklik təmin edəcəyi iddia edilirdi. “Quruda yaşayan dörd ayaqlı məməli, okeanların nəhəngi balinaya çevrilər, dinozavr quşa çevrilər.”
Ancaq “Esquire”nin bu iddiası doğru deyil. Təbii seleksiya vardır və təsirlidir, amma bu mexanizm, “Esquire”nin və bütün digər təkamülçülərin zənn etdiklərinin əksinə, yeni canlı növləri yaratmaz. Çünki yeni canlı növünün əmələ gəlməsi, onun yeni quruluşlarını, orqanlarını, zülallarını təyin edən “genetik məlumat”ın ortaya çıxması deməkdir. Halbuki, təbii seleksiya yeni genetik məlumat ortaya çıxartmaz. Yalnız bir canlı növünün onsuz da, mövcud olan genetik məlumatda, müxtəlif versiyaların ən üstün olanını seçər. Məsələn, soyuq bir qış keçirən bizon sürüsündə, ən güclü olanlar həyatda qalar. Amma bu “həyatda qalma” vəziyyəti, o sürüdəki bəzi bizonların zamanla başqa bir növə çevrilməsini təmin etməz.
Darvin, genetikanı bilmədiyi üçün bunu başa düşə bilməmişdi. Amma, bu gün, genetika bilinir və bir sözlə, təbii seleksiyanın yeni növlər yaratmadığı da aydın olmuşdur. Onsuz da, bu səbəblə təkamül nəzəriyyəsinə 1930-cu illərin sonunda “mutasiya” anlayışı əlavə olundu və nəzəriyyənin adı da, “neodarvinizm” deyə dəyişdirildi. Amma, bu da, nəzəriyyəni xilas edə bilmir. Çünki, müşahidə edilən heç bir mutasiya, canlılarda genetik məlumat artımı təmin etmədi. Mutant fərdlər, həmişə normal fərdlərdən daha zəif, qüsurlu, şikəst oldular. Buna görə, təkamül nəzəriyyəsinin göstərə bildiyi inandırıcı “təkamül mexanizmi” qalmadı.
Antibiotiklər və bakteriyalar
“Esquire”nin “sübut” kimi irəli sürdüyü nümunə isə, digər bir çox təkamülçü qaynaqda olduğu kimi, bakteriyaların antibiotik müqaviməti haqqında hekayədir. Bunu, əvvəl də, dəfələrlə açıqlamışdıq, yenidən yekunlaşdıraq. Bəzi bakteriyalar, antibiotiklərə məruz qalanda, buna qarşı müqavimət göstərərlər və bu müqavimətin mənşəyi də, bəzən mutasiyadır. Amma burada təkamülçülərin anlamazlıqdan gəldiyi bir həqiqət vardır:
Bakteriyalara müqavimət göstərən mutasiyalar, əslində onların quruluşlarını pozan, deformasiya edən mutasiyalardır. Bu deformasiyalar, bəzən antibiotiklərin bu bakteriyalara yapışmasına mane olar və bir sözlə, mutant bakteriyaları antibiotikdən qoruyar. Kritik nöqtə isə budur: Belə bir proses nəticəsində bakteriyada, yeni bir genetik kod, yeni bir zülal, yeni bir orqanel meydana gəlməz. Əksinə, bakteriya, genetik məlumat itkisinə uğrayar, funksiyalarında yavaşlama və ya azalma olar. Buna elm adamları “fitness cost” (uyğunluq əvəzi) deyirlər.
Bu, öd kisəsi xəstəsi olan insanların, öd kisəsini hədəfləyən bir virusdan təsirlənməmələri kimi bir şeydir. Virusdan təsirlənmədikləri üçün üstün sayıla bilərlər, amma, öd kisəsi xəstəsi olduqları üçün, onsuz da əvvəldən əlverişli deyil və bundan əlavə, bu prosesin sonunda bədənlərində bir inkişaf, bir “təkamül” olmaz, yalnız virusdan çəkinərlər.
Bir sözlə, antibiotik toxunulmazlığı bir “təkamül” dəlili deyil. Təkamülçülər, başqa heç bir “üstünlük təmin edən mutasiya” nümunəsi tapa bilmədikləri üçün, məcbur olub bu nümunəyə sığınırlar. Bu çarəsizlikləri belə, başlı-başına, təkamül nəzəriyyəsində olduğu çıxılmaz vəziyyəti göstərən bir dəlildir.
“Müxaliflər”
“Esquire”nin yanılmalarının digəri isə, təkamül nəzəriyyəsinin “müxalifləri” ilə əlaqədardır. Jurnalın bu “müxaliflərə” çox isti və obyektiv baxmadığı, istifadə etdiyi “əlində müqəddəs kitab tutan qəzəbli primat” şəkilindən müəyyəndir. Etdiyi şərhlərdə də, yaradılışı müdafiə edənləri mövzunu “sadəcə” açıqlamaqla günahlandırırlar.
Əslində mövzunu kim səthi açıqladığına baxsaq, qarşımıza “Esquire”nin özü çıxar. Etdiyi çalışma, bir neçə başdansovdu izah və bir neçə insan-meymun rəsmi istifadə etməkdən ibarətdir. Bir tərəfdən, əgər “Esquire” yazıçıları, yaradılışı müdafiə edən elm adamlarının əsərlərini araşdırsalar, fikirlərini “səthi” (başdansovdu, təfərrüatsız) şərh etmədiklərini görəcəklər. Bu gün, təkamül nəzəriyyəsinə qarşı çıxan və həyatın şüurlu bir dizaynın məhsulu olduğunu müdafiə edən elm adamları, canlılıqdakı sadələşdirilməz kompleks orqanlar və sistemlər, genetik məlumatın maddəyə sadələşdirilə bilməyən mənşəyi, fosil qeydlərində müxtəlif canlı qruplarının birdən ortaya çıxışı, canlı qruplarının fosil qeydlərində yüz milyonlarla il dəyişmədən sabit qalmaları kimi, olduqca kompleks faktlar və texniki dəlillər təqdim edirlər. “Esquire”nin ifadə etməyə çalışdığı fanatik, elm əleyhinə olan qəzəbli insan tipi, əslində, bütün bu elmi həqiqətləri rədd edərək təkamül nəzəriyyəsinə kor-koranə inanmağı davam etdirən darvinistlərə itaət edir.
“Esquire” yazarlarının oxuma ehtiyacı
Əgər “Esquire”nin əlaqədar yazıçıları burada qısaca yekunlaşdırdığımız bu həqiqətləri təfərrüatları və dəlilləri ilə oxumaq istəyirlərsə, Harun Yəhyanın “Həyatın həqiqi mənşəyi” adlı kitabına müraciət edə bilərlər.
Əslində “Antitezis” başlığı altında “Coelacanth” haqqında bu kitabdan bildirdikləri məlumatlar, onu, qismən də olsa, oxuduqlarını göstərir. Əgər kitabı daha da ətraflı və daha açıq fikirli olaraq araşdırsalar, qadın-kişi əlaqəsi hekayələri ilə bəzədikləri təkamül təbliğatının olduqca səthi, boş və səhv olduğunu özləri də, görəcək. Təkamül nəzəriyyəsinin antitezisi, yer verdikləri tək bir balıqdan ibarət deyil. Əksinə, bu gün, elmin bir çox müxtəlif sahəsi, nəzəriyyə əleyhinə çox güclü dəlillər ortaya qoyur. Nəzəriyyə təkzib olunur və bunun qarşısını da almaq mümkün deyil.