“Nature” jurnalının 8 may 2003-cü il sayında darvinizmin biokompleksliyi izah etmədə necə böyük çıxılmaz vəziyyətdə olduğunu göstərən bir araşdırma nəşr olundu.1 Bu günə qədər təbiətdə, fosil qeydlərində və ya laboratoriyada canlılardakı kompleks xüsusiyyətlərin mərhələ ilə qazanıldığı iddiasını sübut edə bilən heç bir elmi dəlil göstərə bilməyən darvinistlər, təsəllini virtual aləmdə axtarırdılar.

Tədqiqatçılar, inkişaf etdirdikləri “Avida” adlı proqram platformasında, bir-birləri ilə rəqabət halındakı digital orqanizmlərin mutasiyaya uğrayaraq, təkamülləşdiklərini və (sürətləndirilmiş) minlərlə nəsil, sonunda kompleks xüsusiyyətlərə sahib olduqlarını yazır, nail olduqları nəticələrin canlı orqanizmlərdəki kompleks funksiyaların, təbii seleksiya və təsadüfi mutasiya ilə ortaya çıxa biləcəyini göstərdiyini iddia edirdilər.

Ancaq “in silico” (kompüter mühitində) edilən bu təcrübənin darvinizmə dəlil olaraq təqdim edilməsi səhvdir, çünki təcrübədə, əldə edilən komplekslik əvvəldən “proqramlaşdırılmış” bir kompüter proqramında, yəni şüurlu müdaxilə ilə ortaya çıxır. Kompüterdə həyata keçən bütün simulyasiyalar, təkamülçü olan proqramçıların təyin etdikləri parametrlərə görə reallaşır.

Simulyasiyada reallaşan hadisələr hər nə qədər təsadüfi reallaşan kimi görünsələr də, bu vəziyyət hiyləlidir. Təməlində təkamülü dəstəkləmə məqsədi duran açıq-aşkar ortada olan bu araşdırmada, əsas götürülən parametrlərin təkamülçü ön mühakimələrə görə şəkilləndiyi müəyyəndir. Buna baxmayaraq bəzi xəbər qaynaqlarının, bunu elmi çalışma kimi qələmə verdiyi görünür. Məsələn, bəhs olunan araşdırma, “space.com”-da “Darvinin haqlı olduğu üzə çıxdı”2 başlığı ilə verilir. Halbuki, bu şərh, tamamilə səhvdir. Çünki, araşdırma, təsadüfi deyil, istiqamətləndirilən bir prosesə əsaslanır.

Məsələn, bu təcrübədəki digital orqanizmlər, riyazi qabiliyyətlərinə görə “mükafatlandırılan” kiçik kompüter proqramlarıdır. Müvəffəqiyyətli əməliyyatlar aparan bir digital orqanizmin çoxalaraq, daha da, müvəffəqiyyətə nail ola biləcəyi, kompüter zamanı qazanmasına icazə verilir. “Space.com” isə, bunun nəzarət edilə bilən bir proses olduğunu nəzərdən qaçırıb, vəziyyəti, təkamülçü ön mühakimələrə görə, qiymətləndirir və bu ifadələrə yer verir:

 

“Təcrübə, kompleks məntiqi bacarığın [riyazi əməliyyat aparma bacarığının] daha sadə qabiliyyətlər (infrastruktur mutasiyalar) mükafatlandırılmadıqca əsla təkamülləşmədiyini üzə çıxartdı.”

 

Aydındır ki, burada, nəyin mükafat ala bilən dəyişiklik olduğu, tamamilə proqramçının təşəbbüsüdür. Proqramçı, əvvəl mükafat alan dəyişikliyi təyin edir, sonra bu dəyişikliyə uğrayan digital orqanizmin alacağı mükafatı, yəni hansı mərhələyə keçəcəyini, yenə özü şəkilləndirir. Əslində, təbiətdə nəyin mükafat, nəyin cəza olduğunu bilən və orqanizmləri buna görə seçən şüurlu bir sistem yoxdur. Təkamülçülərin əsaslandığı təbii seleksiya, tamami ilə kor bir mexanizm kimi ortaya atılmışdır, hər hansı şüurdan məhrum və bir sözlə yaxşı-pis, faydalı-zərərli, müsbət-mənfi ayrı-seçkilik etməsi mümkün olmayan bir prosesdir. Bir sözlə, təbii seleksiya, bu simulyasiyada diqqətə çarpan şəkildə dəstəklənilən bir şeydən məhrumdur: “Məqsəd”.

“Space.com”da tədqiqatçılardan Riçard Lenski, çalışma haqqında bu izahı etmişdir:

 

“Çalışmamız kompleks funksiyaların daha sadə və daha da sadə funksiyalardan necə ediləcəyini görməyimizi təmin etdi

 

Nəticələri əvvəldən müəyyən olan, hətta, şəxsən proqramçının özü tərəfindən təyin olunmuş bir çalışma üçün “görməyimizi təmin etdi” demək əsassızdır. Lenskinin bu ifadələri, müəyyən saatda çalması üçün qurulan bir zəngli saat siqnal verəndə “çalışmamız, zəngli saatın müəyyən saatlarda siqnal verməyini görməyimizi təmin etdi” kimi məntiqdən kənardır.

“Space.com”dakı yazıda, Lenski daha sonra “Mutasiyaların, reallaşdıqları vaxt pis hadisələr kimi göründüklərini, amma populyasiyanın uzun, davamlı təkamülü üzərində çox əhəmiyyətli olduqlarını gördük” deyir. Yəni Lenski, zərərli mutasiyaların bir populyasiya (cütləşmə) üçün uzunmüddətli faydalı olacağını bildirir.

Lenskinin mutasiyaları, digital orqanizmlər üçün zərərli olmamışdır, hətta daha da kompleks digital orqanizmlərin ortaya çıxmağına yarayacaq qədər faydalı ola bilərlər. Ancaq Lenskinin digital orqanizmlərində əmələ gələn mutasiyalarla həqiqi orqanizmlərdə əmələ gələn mutasiyalar, təsir cəhətdən çox fərqlidir. Bu da, Lenskinin “in silico” mutasiyalar haqqındakı şərhlərinin “in silico” aləmlə məhdud qalmalı olduğunu göstərir.

“Nature” jurnalının 9 yanvar 2003-cü il tarixli sayında kimyagər Stiven A. Benner tərəfindən nəşr olunan bir məqalədə “sintetik biologiya” ilə əlaqədar bəzi şərhlər edılmışdir və simulyasiyalardakı (bənzər) mutasiyaların həqiqətdən uzaq olduğunu ortaya çıxaran bu ifadələrə yer verilmişdir:

 

“Replikasiyası (DNA-nın özünü cütləşdirməsi) və təkamülü “in silico” olaraq simulyasiya (təqlid) edən kompüter modelləri, nisbətən daha asandır. Bir kompüter proqramı mutasiyaya uğraya bilər amma işə davam edə bilər. Ancaq həqiqi molekullar, quruluşlarında çox kiçik bir dəyişiklik olsa belə, ümumiyyətlə dramatik ölçüdə dəyişikliyə uğrayarlar. Kimyagərlər öz reaksiyalarında qəlib kimi istifadə oluna bilən çox az kimyəvi sistemə sahibdirlər. Ancaq mutasiyaya uğradığına baxmayaraq, yenə də “uşaq” sahibi olanların tapılmasının daha da, çətin olduğu ortaya çıxır.” 3

 

Təsadüfi mutasiyaların, canlılar üzərində təsirli olduqları vaxt, daim zərərli olduqları görülmüşdür. Məsələn, bir milçəyin gözündən baş çıxmış və ya bir körpə tək bir gözlə doğulmuşdur. Bu mutasiyaların, canlının DNT-sinə məlumat əlavə edərək onu daha kompleks bir canlı halına çevirdiyi kimi, bir nümunə də bilinir. Yəni, Lenskinin simulyasiyasında mutasiyaya uğrayan digital orqanizmin “həyatda qalaraq” daha kompleks canlılara çevrilməsi, həqiqi dünyada görülən mutasiyaların təsirini təqlid etməsindən deyil, ön mühakimələrə görə, təşkil edilmiş kompüter parametrlərindən qaynaqlanır.

Bu araşdırmanın bir başqa əsassız istiqaməti, istifadə edilən digital orqanizmlərin hər hansı bir canlı orqanizmi təqlid edən həqiqi simulyasiyaların olmamasıdır. Christoph Adami, “space.com”a, bunların dünyadakı həyatla heç bir əlaqəsi olmayan, ancaq həqiqi orqanizmlər olduğunu deyərək bu əsassızlığı gözlər önünə sərir. Dünyadakı canlılığın mənşəyinə dair tapıntılar ortaya qoyduğu iddia edilən bir simulyasiyada, yer üzündə yaşayan heç bir canlıya bənzəməyən orqanizmlər istifadə edilir.

Əslində, heç bir “in silico” çalışma, canlılığın kompleks quruluşunu həqiqi olaraq simulyasiya (təqlid) edə bilməz. Məsələn bir bakteriyada reallaşan biokimyəvi hadisələr, minlərlə kompleks molekula əsaslanır. Tək bir zülalın qablaşdırılmasını təqlid etmək, bir kompüter üçün olduqca zəhmətlidir. 2002-ci ildə, belə bir çalışma yayımlayan Stanford Universiteti, fizik-kimyagər Vijay Pande, bu haqda bunları deyir:

 

“Zülalların saniyənin milyonda biri kimi zaman dilimlərində qatlandığı bilinir, ancaq ortalama bir kompüterin, saniyənin milyardda biri qədər sürən bir zülal qatlanması, simulyasiyasını (təqlidini) tamamlaması, bütün gününü alar.” 4

 

Buna görə, “in silico” orqanizmlər üzərində aparılan təcrübələrin nəticələri, həqiqi həyatda bir məna ifadə etmir, digital orqanizmlərə əsaslanan bu təcrübə də, bir kompüter oyunundan kənara çıxa bilməz.

Göründüyü kimi, “Nature” jurnalında nəşr olunan bu simulyasiya təcrübəsi, canlılardakı kompleksliyin təkamüllə ortaya çıxdığını göstərə bilən bir dəlil deyil. Bu cür virtual cəhdlər, mərhələlərə əsaslanan təkamül nəzəriyyəsinin canlılarda çox vaxt sadələşdirilə bilməyən quruluşda olan kompleksliyi heç cür açıqlana bilmədiyindən qaynaqlanır. Sadələşdirilə bilməz kompleksliyin yeganə şərhi isə, əsaslandığı hissələrin qüsursuz olaraq bir anda tapılmaları, yəni yaradılmaları lazım olduğudur. “Nature” jurnalına elmi çalışmalarda virtual dünyada, guya sübut edilən xəyalları deyil, həqiqi dünyanın həqiqətlərini təməll almasını təklif edirik.

 

 

1) “The evolutionary origin of complex features”, RICHARD E. LENSKI, CHARLES OFRIA, ROBERT T. PENNOCK & CHRISTOPH ADAMI, Nature 423, 139-144 (8 may 2003)

2) “Darwin Proved Right by Experiment with “Alien” Life”, Robert Roy Britt, 7 may 2003: http://www.space.com/scienceastronomy/artificial_life_030507.html

3) “Synthetic biology: Act natural”, STEVEN A. BENNER, Nature 421, 118 (9 yanvar 2003)

4) “30.000 Bilgisayarın Erişemediği Mucize” http://www.harunyahya.net/index.php?gelen=download&eserid=836