06.02.2002-ci il tarixli “Hürriyet” qəzetində “AIDS-ə meydan oxuyan İngilis kəndi” başlıqlı xəbər nəşr olunmuşdur. Bu xəbərdə İngiltərədə bir kənddə yaşayan insanlarda görülən bir mutasiyanın bu kəsləri AIDS-ə qarşı qoruduğu irəli sürülməkdədir. Bəhs olunan yazıda, “Delta 32” adlı bu mutasiya, faydalı və insanı, infeksiyalardan qoruyan bir mutasiya kimi tanıdılmışdır. Ancaq bu izah, böyük bir yanılmadır. Aşağıda bütün mutasiyaların olduğu kimi, bu mutasiyanın da, zərərli olduğu elmi məlumatlar işığında bildiriləcək.

 

Müdafiə etmə sistemində zərər – Delta 32 mutasiyası

Bilindiyi kimi mutasiya, DNT-də əmələ gələn təsadüfi dəyişikliklərdir. Bu dəyişikliklər DNT kodunun pozulması ilə nəticələnər. Tanınan bütün mutasiyalar ya korlayıcı, ya da ən yaxşı ehtimalla təsirsizdir. Xəbərə mövzu olan “Delta 32” gen mutasiyası isə, ilk başda AIDS xəstələrində xəstəliyin irəliləməsini yavaşladan bir ünsür kimi təxmin edilmişdir.

Ancaq, görülən işlərin nəticəsində, bu mutasiyanın orqanizmi heç bir şəkildə qorumadığı, əksinə müdafiə etmə sisteminə zərər verən bir DNT-yə zərərli olduğu aydın olmuşdur.

Fevral 2001-ci il tarixdə də, Çikaqoda keçirilən “Səkkizinci opportunist və retro virus infeksiyalar konfransında” açıqlanan bir çalışma, bu həqiqəti gözlər önünə sərmişdir. Buna görə, müdafiə etmə sistemi hüceyrəvi immunitet səviyyəsində zədələnmişdir. Xromosomlarında Delta 32 mutasiyası müəyyən olunan xəstələr, bakteriya və viruslara qarşı lazım olan müdafiə etməni edə bilmirlər. Xəstələr, xüsusilə də, nadir olaraq görünən, ölümcül Hepatit C infeksiyasından yoxa çıxırlar. Qaraciyəri korlayan Hepatit C virusu, Delta 32 mutasiyası olan xəstələrdə daha şiddətli görünür.1 Bəhs olunan araşdırmanı idarə edən Bonn Universitetindən, Dr. Reiner Voitas, bu mutasiyanın verdiyi zərəri haqqında bunları demişdir:

 

“Mexanizmi tam olaraq bilinməməklə yanaşı, böyük ehtimalla bu mutasiya ilə, mikroba qarşı hüceyrəvi müdafiə etmə cavabı pozulmuşdur.” 2

 

Aron Diamond, AIDS Tədqiqat Mərkəzindən Dr. David D. Ho da, AIDS xəstələrində müşahidə edilən şiddətli Hepatit C virus infeksiyasının səbəbi kimi, Delta 32 mutasiyasını göstərir:

 

“Tapıntılar bu mutasiyanın Hepatit C infeksiyasının daha da, pisləşməsi ilə əlaqəli olduğunu bildirir.” 3

 

Bəhs olunan mutasiyanın zərərləri haqqında bilinənlər hələlik bu qədərlə məhduddur. Ancaq, elm adamları bu mutasiyanın bədəndə başqa xəstəliklərdən də, məsul olduğunu düşünürlər. Bu xəstəliklər arasında, iltihablı bağırsaq xəstəlikləri kimi adlandırılan və qəti müalicəsi tapılmayan yara kolit və Crohn xəstəlikləri də mövcuddur.

Əlaqəli olduğuna görə, şübhələnilən xəstəliklər haqqında təfərrüatlı çalışmalar, hələ də, davam edir. Göründüyü kimi, ilk başda AIDS xəstəliyinin yavaşlamasına səbəb olduğu düşünülən bir mutasiyanın, daha sonra, çox fərqli zərərləri olduğu aydın olmuşdur. Həqiqətən də, həssas məlumat zənciri olan DNT-də təsadüfən əmələ gələn dəyişikliyin məlumatı irəli aparması mümkün deyil. DNT, şifrə zəncirinə təsadüfi müdaxilə etmə, bu qüsursuz məlumatı pozacaq.

Buna görə, mutasiyaları orqanizmi daha irəli aparan qəzalar kimi qəbul edən neodarvinizm, böyük çıxılmaz vəziyyətdədir. Darvinizm təbliğatı aparmaq məqsədi ilə irəli sürülən “faydalı mutasiya” nümunələrinin hamısında da, Delta 32 gen mutasiyası nümunəsində olduğu kimi, təhrif etmə vardır.

Bir sözlə, elm, canlıları təsadüf məhsulu kimi göstərmək istəyən nəzəriyyələri təkzib edir, canlılığın həqiqətdə Allahın əsəri olduğunu göstərir.

 

 

1) Woitas RP. CCR5- Delta32 Mutation-Protective Against HIV, but Bad for Hepatitis C Virus? Abstract 499. Programs and Abstracts of the 8th Conference on Retroviruses and Opportunistic Infections. fevral 4-8, 2001, Chicago, IL.

2) Woitas RP. CCR5- Delta32 Mutation-Protective Against HIV, but Bad for Hepatitis C Virus? Abstract 499. Programs and Abstracts of the 8th Conference on Retroviruses and Opportunistic Infections. fevral 4-8, 2001, Chicago, IL.

3) Reuters Health-Chicago, 2/8/2001