“Cumhuriyet Bilim Teknik” (CBT) jurnalının 17 iyul 2004-cü il tarixli sayında “Viruslar üç milyard ildir dünyaya qan qusdurur” başlıqlı yazı nəşr olundu. Məhz, “Sulfolobus solfataricus arke” bakteriyası üzərində müəyyən olunan bir virus növünü, genetik material cəhətdən digər bəzi viruslarla müqayisə edən tədqiqatçıların nail olduğu nəticələr, təkamülçü prizmasından şərh olunurdu.
Yazıda Montana Əyalət universitetinin, virus mütəxəssislərindən Mark Yanq, bəhs olunan virusun elementlərin (təməlinin) qıvrılma cəhətdən, bakteriyaları yox edən viruslar və eukariotlara tutulan adeno viruslarda da rast gəlinilən bir modelə sahib olduğunu ifadə edir, bu vəziyyətin uyğun təkamüllə üç dəfə və fərqli qollardan ortaya çıxa biləcəyini qarşıya qoyurdu. Ancaq Yanq sonra da, bu ehtimalın güclü olmadığı şəklində bir təhlükəsini də ortaya qoyur, virusların ortaq atadan təkamülləşəcəyini də, hesaba qatmalı olduğunu da deyərək tapıntıları kor-koranə təkamüllə izah etmək istəyirdilər.
Yonqun izahlarındakı fanatizm bir tərəfə, viruslarda ortaq molekulların düzülməsini araşdıran bu cür işlərin təkamül nəzəriyyəsini dəstəkləyən heç bir elmi əsası yoxdur. Bunlar təkamülü ən başdan doqma kimi mənimsəyən tədqiqatçılar, bənzərlik və müxtəliflikləri öz qənaətlərinə dair subyektiv şərh etdikləri çalışmalardır. Biokimya professoru Maykl J. Behe “molekulyar təkamül” yaraşdırmağının tamami ilə yanıldıcı olduğunu, əslində araşdırılan molekulların daxil olduğu biokimyəvi sistem və proseslərin mərhələ ilə ortaya çıxdığına dair təcrübi heç bir dəlil olmadığını izah edir. Behe, “Darvinin qara qutusu: Təkamülə biokimyəvi etiraz” adlı kitabında bunları yazır:
“Molekulyar təkamül, elmi nüfuza əsaslanmır. Elmi ədəbiyyatda (nüfuzlu jurnallarda, mütəxəssislik haqqında olan jurnallarda və ya kitablarda) həqiqət, komplekslik, biokimyəvi sistemin necə ortaya çıxdığı və ya çıxacağına dair heç bir nəşr yoxdur. Belə bir təkamülün reallaşdığına aid iddialar vardır ancaq bunların heç biri də əlaqədar təcrübə və ya hesablamalarla dəstəklənməmişdir. Molekulyar təkamülü heç kim birbaşa təcrübə ilə bilmədiyi və bu məlumat iddialarının əsaslana biləcəyi bir zəmin olmadığı üçün, həqiqi mənada belə deyilə bilər… Darvinist molekulyar təkamül, yalnız boş [dəlilə əsaslanmayan] bir vəsvəsədən ibarətdir.” 1
Bir tərəfdən CBT-dəki bu yazı, təkamülçülərin ehkamını əks etdirməsi cəhətdən olduqca təəccüblü nümunə əmələ gətirir. CBT xəbəri belə başlayır:
“Son olan və əvvəlkiləri heç xatırlatmayan bir növü də daxil olmaqla, bütün viruslar ortaq dizayn qanununu paylaşırlar.”
Göründüyü kimi, bu çalışmada viruslarda ortaq dizayn qanununun varlığı təsbit edilmişdir və CBT bunu özü təsdiq edir. Ancaq ortaq dizayn qanununun varlığına baxmayaraq, virusların məqsədsiz proses kimi müdafiə olunan təkamüllə izah olunmaq istənilməsi açıq-aşkar məntiqi ziddiyyət yaradır.
Çünki ortaq dizayn qanunu, təkamül kimi məqsədsiz təbii mexanizmlərə əsaslanan bir prosesin deyil, şüurlu dizaynın dəlilini əmələ gətirir. Məsələn kompüterləri araşdıran hər kəs, bunların insanlar tərəfindən rahat istifadəsini hədəfləyən, bir sıra ortaq dizayn prinsiplərinə sahib olduğunu görə bilər.
Hərflərin klaviaturada düzülməsi, bütün kompüterlərdə eyni şəkildədir. Bu düzülmələrin kompüterlərdə ortaq dizayn qanunu əmələ gətirməsi, aydındır ki, şüurlu dizayna işarə edir. Bu cür dizayn qanunları, müəyyən bir məqsəd üçün bunları hazırlayan şüurlu insanların varlığını göstərir. Eyni şəkildə viruslardakı ortaq dizayn qanunu da, şüurlu dizayn göstəricisidir. Ancaq, materializmə kor-koranə bağlı olan CBT, bu dizayn qanunlarının varlığını açıqca təsdiq etdiyi halda, gözübağlı yanaşma sərgiləyir və təkamül nağılları izah etməyi davam etdirir. CBT-nin bu tutumu, kompüter düymələrinin düzülməsini, kompüterləri kor təsadüflərin və məqsədsiz təbiət hadisələrinin bir məhsulu kimi qəbul edən kor-koranə bir inanca görə izah olunması kimidir. Bəhs olunan yazı, CBT-nin təkamülə kor-koranə bağlılığını, ağlını tamamilə tərk etmiş bir şəkildə davam etdirdiyinin son bir göstəricisini meydana gətirir. CBT səlahiyyətlilərinə bu kor-koranə inanclarını tərk etməyə və oxucularının zehinlərini təkamül ehkamı ilə qaraltmaqdan imtina etməyə dəvət edirik.
Qeyd: Yonqın, virusların mənşəyini izah edərkən müraciət etdiyi konvergent təkamül, təkamül nəzəriyyəsinin ən fundamental əsaslardan (fikirlərdən) biri olan homologiya fikrinə zidd olan bənzərliklərin, “təkamül” adı ilə etiketlənildirilib nəzəriyyə lehinə dəlil kimi əks etdirilməsi taktikasının bir məhsuludur. İstəsəniz buna dair daha çox məlumatı buradan əldə edə bilərsiniz.
1) Michael J. Behe, Darwin”s Black Box: Biochemical Challenge to Evolution, Free Press, 1996, səh. 185-186