“Bilim ve Ütopya” jurnalının aprel, 2003-cü il sayında “Təkamül gerçəyi” başlıqlı yazı nəşr olundu. Aleaddin Şenel tərəfindən yazılan yazı, təkamülçülərin, xüsusi ilə də məlumatlı olmayan təkamülçülərin düşdükləri çarəsizliyin ən son nümunələrindən birini meydana gətirirdi.

İnandığı dialektik materialist fəlsəfə üçün təkamül nəzəriyyəsini etibarsız edən elmi tapıntıları, heç cür qəbul etməyən Şenel, əvvəl də elmi cavabını saytımızdan dəfələrlə aldığı səhvləri yersiz həyəcanla təkamülü bir həqiqət, bir hadisə kimi elan edirdi. Ancaq, Şenelin təkamülə dəlil kimi təqdim etdiyi əsaslar və istifadə etdiyi “özündən əmin” üslubu, yalnız yazarın elmi həqiqətlərlə uzaqlığının bir göstəricisi idi. Burada Şenelin iddialarına cavab veriləcək və bəhs olunan yazıdakı səhvlər gözlər önünə səriləcək.

 

Şenel, dəbdən düşmüş təkamül təcrübələrindən imtina edib aktual elmin ardınca getməlidirlər

Şenel, yazının ilk cümlələrində bir növ meydan oxumuşdur. Mötərizə aralarında verdiyi ifadələrlə, təkamülün guya dəlillərini açıqlayan tərzdə bunları deyir:

 

“Keçmişdə nə olubsa olub! Amma indiki vaxtda, yaradılış mitosunun qarşısında (nəhəng) təkamül həqiqəti dayanır. Dövrümüzdə elmi düşünmə və araşdırma, təkamülün bir nəzəriyyədən əlavə, bir fakt, bir həqiqət olduğunu (bunu görəcəyik) irəli sürmüşdür.”

 

Şenelin bu iddialı çıxışı qarşısında, insanın ağılına “Şenel, yəqin ki, digər təkamülçülərin bilmədiyi bir şey bilir?” sualı gəlir. Çünki Darvinin təkamül nəzəriyyəsi ortaya atıldığı gündən bu günə qədər 150 il keçməsinə baxmayaraq, sübut edilməmişdir. Saytımızı izləyənlərin də, yaxından biləcəyi kimi, nəzəriyyə, yalnız təbliğatla dəstəklənilir. Təkamülün necə reallaşa biləcəyinə dair çox sayda iddia irəli sürülməsinə baxmayaraq, bunların bir-bir etibarsızlığı aydın olmuşdur, ancaq ideoloji narahatlıqlara görə nəzəriyyə rəfə qaldırılmamışdır.

Şenelin verdiyi nümunələrə baxanda, onun eyni təbliğata, ancaq olduqca həvəskar bir şəkildə başladığı görünür. Yazıçı, “Təkamül qaydalarından təkamül faktına” alt başlığını daşıyan hissədə, cansız varlıqdan canlıya keçid (abiogenesis) tədqiqatlarından bəhs edir, ancaq buna aid tamamən “dəbdən düşmüş” təkamülçü təşəbbüsləri nümunə verilir. Şenel, RNA halqalarının sintezi işlərini və Urey-Miller təcrübəsini, sanki elmi dəlil kimi göstərir. Ancaq Şenelin bu iki nümunəsi, ortaya qoyduqları nəticələrlə nəzəriyyəni heç cür dəstəkləməyən, artıq təkamülçü ədəbiyyatda belə müraciət edilməyən cəhdlərdir.

Urey-Miller təcrübəsi, 1953-cü ildə Çikaqo Universitetində aparılan bir amin turşusu sintezi təcrübəsidir. Kimyaçı Stanley Miller, müəllimi Harold Urey ilə birgə, bir təcrübə qurğusu qurmuşdur, qurğuda həbs etdiyi qazları 1 həftə boyunca istilətmişdir. Bu, 1 həftənin sonunda müxtəlif amin turşularının ortaya çıxdığı görünmüşdür.

“Bilim ve Ütopya” redaktoru, “Urey-Miller təcrübəsi ilə, bəzi qazların təsiri ilə, ətin, zülalın təməlini əmələ gətirən amin turşularının sintez edilə biləcəyi göstərildi” deyərək bunu təkamülə əsas kimi göstərir.

Şenel, burada, əvvəlcə təcrübənin səhv tərəflərini əhəmiyyətsiz edir. Yazaçının “bəzi qazlar” deyərək təyin etdiyi qazlar, təcrübənin təqlid etməyi məqsəd qoyduğu primitiv yer atmosferində olmadığı daha sonradan aydın olan qazlardır. Miller, təcrübəsində metan, ammonyak, su buxarı və hidrogen istifadə etmişdi. Metan və ammonyak seçməsinin səbəbi, bu qazların amin turşusu sintez etməyə uyğun olmağı idi. Ancaq, geologiya elminin tapıntıları, primitiv atmosferdə metan və ammonyak tapılmasının mümkün olmadığını göstərdi. Necə ki, Miller də, qısa müddət sonra istifadə etdiyi qazların primitiv yer atmosferini əks etdirmədiyini qəbul etdi. Bu inkişaflarla Miller təcrübəsinin nəticələrinin həyatın əmələ gəlməsi ssenarilərinə əsas göstərilməsinin heç bir dayağı qalmadı.

Qaldı ki, təcrübədə istifadə edilən qazların doğru olduğu qəbul edilsə belə, Şenelin iddiası, yəni zülalların təsadüfən əmələ gələ biləcəyi iddiası yenə etibarsızdır. Çünki, zülallar, iyirmi fərqli növdə olan amin turşularının müəyyən sırada düzüldüyü və üç ölçüdə müəyyən bir şəkildə qatlanan zəncirlərdir. Hər hansı bir zülal zəncirinin bir halqasına, düzgün amin turşusunun təsadüfən əmələ gəlmə ehtimalı 1/20-dir. Bu ehtimalın 200 amin turşusudan əmələ gələn bir zülalda 200 halqanın hər biri üçün doğru reallaşması lazımdır. Tək bir amin turşusunun səhv yerləşməyi, zülalı mənasız yığın halına çevirəcək. Yəni, Miller, təcrübəsində olduğu kimi, amin turşuları adi atmosferdə əmələ gəlsə belə, bunların təsadüflərlə bir zülal əmələ gətirmə ehtimalı sıfırdır. Bəzi təkamülçülər, hansı ki, Şenel də, bunlara daxildir, Miller təcrübəsini iddialı izahatlarla oxucularına qəbul etdirməyə çalışırlar. Ancaq, heç bir darvinist təbliğat bu adi həqiqəti, yəni sıfırın daim sıfır olduğu həqiqətini dəyişdirə bilməz. (Ətraflı məlumat üçün baxın: Miller təcrübəsi)

Şenelin ikinci, dəbdən düşmüş dayağı RNA molekulunu sintez etmə işləridir. Yazıçı, ilk canlını əmələ gətirdiyi düşünülən DNT bənzəri RNA kompleks molekulunun 80 halqasından 14-nün sintez edildiyini ifadə edir və bunu təkamülə dəlil kimi göstərir.

Şenelin burada anlamaqda çətinlik çəkdiyi nöqtə, laboratoriyada reallaşdırılan RNA sintezi təcrübələrində RNA-nin hamısı sintez edilsə, hətta, cansız maddədən canlı maddə yaradılsa da, bunun təkamülə deyil, şüurlu dizayna dəlil olmağıdır. Şübhəsiz, belə bir müvəffəqiyyət ancaq çox böyük maliyyə gücü, yüksək texnologiya və təcrübəli mütəxəssislərin məlumatı ilə, əgər reallaşdırıla bilsə, mümkün olacaq. Təkamülçülərin bu vəziyyətdən nəzəriyyələrinə çıxara biləcəkləri bir pay olmayacaq, çünki təkamül nəzəriyyəsi, canlılığın laboratoriya mühitində olduğu kimi, nəzarət edilən bir prosesdə deyil, təsadüfən ortaya çıxdığını müdafiə edir. Təkamül nəzəriyyəsi, bu işdə rol oynayan insanların, yəni şüurlu vasitəsilərin də, varlığını rədd edər. Canlılığa gətirilə bilən yeganə şərh olan şüurlu dizayn isə, bütünlüklə, bu işdə ortaya çıxan çərçivəni çəkir: Canlılığın təməlindəki komplekslik, təsadüfi təbiət hadisələri, təsadüfi mutasiyalar və təbii seleksiya ilə deyil, şüurlu yaradıldıqları açıqlana bilər.

Texnologiyanın inkişafı ilə, bir gün, insan oğlu Marsa gedib gələ biləcək xüsusiyyətdə bir kosmos gəmisi düzəldə bilsə, “insan bunu bacardı, deməli təbiətdəki vəsaitlər milyardlarla il içində kor təsadüflərlə bir yerə gəlib belə bir kosmos gəmisi düzəldə bilərlər” deyilməsi çox axmaq olar. İnsanların bəzi təbii molekulları sintez etmələri də, yenə eyni şəkildə, bu molekulların təsadüfən əmələ gəldikləri fikrinə deyil, şüurlu olaraq yaradıldıqları şərhinə dəlil olacaq.

 

RNA-ya əsaslanan təkamül ssenariləri təkamülçülər tərəfindən də, tərk edilmişdir.

Şenelin təkamül nəzəriyyəsinə əsas göstərdiyi, RNA sintezi işləri, artıq tərk edilmişdir. Bütün bu işlərin başlanğıc nöqtəsi, həyatın özünü köçürə bilən bir RNA molekulu sayəsində başladığı fikridir. Halbuki, “özünün surətini çıxaran RNA” anlayışı, tamami ilə xəyal məhsuludur və Şenelin danışdığı işlər bu fikri təsdiqləmək bir tərəfə, ona böyük bir zərbə vurmuşdur. Məşhur elm jurnalı, “Nature”-də 1999-cu ildə nəşr olunan bir məqalədə mövzunun mütəxəssisi bu şərhləri edir:

 

“Ümumiyyətlə bütün bioloqlar üçün, bunu ifadə etməyin açıqlayıcı olduğunu düşünürəm ki, süni olaraq sintez edilmiş kvadrilyonlarla (1024) təsadüfi RNA düzülmələri arasından bir dənə də özünün surətini çıxaran (self-replicating) bir RNA çıxmamışdır.”

 

(“RNA Dünyası” kimi tanınan bu fikrin etibarsızlığını göstərən elmi tapıntılar üçün baxın: http://www.darwinizminsonu.com/m_biyoloji_16.html)

 

Bu izahın nəşr olunduğu “Nature” jurnalı, təkamül nəzəriyyəsinin dünya səviyyəsində müdafiəçilərindən biridir. Belə bir jurnalda, özünün surətini çıxara bilən tək bir RNA molekuluna belə rast gəlinmədiyinin ifadə edilməsi, üstəlik bunun bütün bioloqlara çağırış şəklində edilməsi, Şenelin iddiasının nə qədər əsassız olduğunu aşkar edir.

Həm RNA sintezi işlərini icra edən, həm də, bunları jurnallarında təbliğat vəsaiti edən təkamülçülərin çarəsizliyini göstərməsi cəhətindən dövrümüzə daha yaxın bir nümunə daha vardır. NASA tərəfindən dəstəklənilən “Astrobioloji” jurnalının internet saytında, keçən günlərdə nəşr olunan bir reportajda, özü də təkamülçü olan Dr. Karol Klelandın RNA sintez etmə cəhdləri haqqındakı izahları verilir.

Kleland, RNA sintezi çalışmalarının mənasızlığını ifadə edir, RNA qarışığının genetik bir koda uyğun olaraq, “özünün surətini çıxara bilən katalitik molekul sistemi” əldə edilməsi ehtimalının, astronomik ölçülərdə aşağı olduğunu bildirir. Aleaddin Şenel, bir başqa “qeyri-mümkün” olduğunu müdafiə edir. Yəni, yazısının girişində göstərməyi vəd etdiyi, təkamülün “nəhəng reallıq” olduğu iddiası həqiqətdən uzaqdır.

Şenelin digər yanılmalarına keçmədən əvvəl, ona buna dair tövsiyəmiz var: Aktual elm ədəbiyyatını lazımi qədər təqib etsə, digər təkamülçülərin əlli il əvvəl səhv təcrübələrinə, ya da tərk edilmiş “özünün surətini çıxara bilən RNA” sintez etmə işlərinə sarılmaqdan imtina etdiklərini görə bilər. Həm də, bir çox təkamülçünün, təkamülü bir fakt kimi göstərmə narahatlığı keçirmədən əvvəl, nəzəriyyənin çıxılmaz vəziyyətini açıq-aydın etiraf etdiklərini görəcək. Yəni, davam etdirdiyi qatı təkamülçülüyün nə mənası var, nə də vacib deyil.

 

Şenelin mutasiya yanılması

Şenel, biotexnoloji inkişaflarla əlaqədar izahlarını yazdığı sətirlərdə, mutasiyaların təsiri haqqında açıq yalandan bəhs edir:

 

“Bioloji təkamülün genlərin mutasiyası ilə dəyişdiyi fərziyyəsinin doğruluğu sübut edilincə, laboratoriyalarda genlərlə oynanmağa başlandı. Genetikanın tətbiqli elm sahəsi olan biotexnoloji möcüzələr (transgenetik canlılar, klonlar) yaratdı. Canlıların quruluşlarının və hərəkətlərinin altındakı səbəb-nəticə əlaqələrinin, molekulyar (kimya elmi) səviyyədə aydın ola bilməsi corab söküyü kimi getdi.”

 

Şenelin bu yanılmasının həlli də, yuxarıda bildirdiyimiz tövsiyəyə uyğun gəlməyidir. Biz ona kömək etmək cəhətdən bəzi məşhur təkamülçülərin mutasiyanın təkamülləşdirici rolu olmadığını, buna görə Şenelin ifadələrinin tamami ilə həqiqətdən kənar olduğunu göstərən bəzi məqamları nəzərinizə çatdırırıq:

 

Bir mutasiya, böyük və yeni xammal (DNT) əmələ gətirməz. Növləri, mutasiyaya uğradaraq yeni bir növ əldə edə bilməzsiniz.

İfadə yerindədirsə, Bu qəribə varlıqları, şikəst doğum kimi bir şey kimi ifadə etmək olar. Bir mutasiyanın nəticələri idi. Mutasiya nəticələri, demək olar ki, həmişə bir fəlakətə gətirib çıxartmışdır. Həqiqətən də, çox sayda mutasiya, ehtimallara görə, nəinki inkişafı dəstəkləməyi, əksinə, zərərli və hətta öldürücü olmaqdan xilas ola bilməz.

 

Maykıl Pitman:

Saysız genetik, meyvə milçəklərini nəsillər boyunca saysız mutasiyalara məruz qoydular. Nəticədə insan istehsalı bir təkamül ortaya çıxdı? Təəssüf ki, xeyr. Genetiklərin yaratdıqları canavarlardan yalnız çox azı bəsləndikləri şüşələrin xaricində həyatlarını davam etdirə bildilər. Təcrübədə mutasiyaya uğradılan bütün milçəklər ya öldülər, ya şikəst qaldılar, ya da, sonsuz (qısır) qaldılar.

 

Qordon Taylor (Təkamülçü genetik):

Bu çox təəccüblüdür, amma bu qədər də, gözdən qaçırılan bir həqiqətdir: Altmış ildir dünyanın dörd bir tərəfindəki genetiklər, təkamülü sübut etmək üçün meyvə milçəkləri çoxaldıblar. Amma hələ də, bir növün, hətta tək bir fermentin belə ortaya çıxmasını müşahidə etməmişlər.

Bir sözlə, Şenelin mutasiyalara əsaslanan bioloji təkamülün doğruluğunun sübut edildiyi iddiası tamamilə səhvdir. Şenel, yazısının sonrakı sətirlərində isə, bunları yazır:

 

“…Zərərli mutasiyalar qədər, faydalı mutasiyaların varlığının ortaya qoyulması, təkamülün bir nəzəriyyə olmaqdan başqa, bir fakt olduğunu sübut etdi”

 

Şenel, bu təkamül faktı iddiasına dəstək olaraq, Nobel mükafatlı genetik François Jacobun 1977-ci ildə Türkiyədə etdiyi bir çıxışından olan ifadələrini verir və yazısını bunlarla bitirir.

Şenel, Jakobun, “Təkamül nəzəriyyəsinində bir gün təkzib olunma ehtimalı, indiki halda sıfıra yaxın” dedikdən sonra sinəsini gərə-gərə “Təkamül bir nəzəriyyə deyil, faktdır” dediyini bildirir.

Göründüyü kimi, Şenel burada da, təkamülü, elmi dəlillərlə deyil, şüarlarla dəstəkləməyə səy göstərir. Halbuki, Jacob, burada, təkamülün fakt olduğu iddiasına elmi bir dəlil təqdim etmir, yalnız “Təkamülün izləri bu gün hüceyrələrimizin hər birində, molekullarımızın hər birində qarşımıza çıxır” deyərək, öz ön mühakimələrindən bəhs edir. Jacobun danışdığı “izlər”, canlılar arasında görünən ortaq xüsusiyyətlərdir. Canlılarda genetik və molekulyar bənzərliklər kimi ortaq xüsusiyyətlərin tapılması, təkamülün bir dəlili deyil. Canlılığın ortaq dizayna əsaslanması, bütün canlıların eyni dizayner tərəfindən yaradıldığına da işarə edir. Qaldı ki, Jacobun və ya başqa hər hansı bir insanın, canlılıqdakı bənzərlikləri kəşf etmək üçün molekullara baxmasına da, ehtiyac yoxdur. Canlılığın mənşəyinə dair təkamül və yaradılışdan başqa şərh olmamağı onsuz da, bütün canlıların ortaq mənşəyə əsaslandıqlarını göstərir. Problem, canlılardakı ortaq quruluşları işarə etmək deyil, canlıların ortaq mənşəyinin təkamül nəzəriyyəsinin əsaslandığı təsadüflərlə ortaya çıxıb çıxamamağıdır.

Bu sorğulama, Jacobun bənzərlikləri yalnız ön mühakimələri və darvinist inanclarına əsaslanaraq şərh etdiyini ortaya çıxardır. Şenel, təkamülü bir fakt kimi irəli sürəcəksə, Jacobun ön mühakimələrini deyil, müşahidə edilə bilən, sınaqdan keçirilə bilən və təkrarlana bilən elmi tapıntıları ortaya qoyur. Jacobun “sinəsini gərib gərməməsi” deyil, ancaq təkamülçülərin əsaslandığı mutasiyaların təkamülləşdirici gücü olub-olmadığına dair laboratoriyada aparılan araşdırmalarda müşahidə edilə bilər, sınaqdan keçirilə bilər və təkrarlana bilər və yuxarıda bəhs etdiyimizdən də, aydın olduğu kimi edilən saysız mutasiya təcrübəsi, həmişə eyni nəticəni vermişdir: Mutasiyaların, canlıların DNT-sinə məlumat əlavə edərək onları başqa canlılara çevirmə gücü yoxdur. Yəni, “elm” təkamülü etibarsız etmişdir. (Mutasiyaların təkamül nəzəriyyəsinin iddialarını necə çürütdüyü haqqında daha çox məlumat üçün baxın: Mutasiyalar

Həm də, mutasiyaların təkamülləşdirici rolu olmadığına dair, daha da, etiraf üçün baxın: “Təkamülçülərin etirafları”, Harun Yəhya, Global nəşriyyat, İstanbul, 1999)

Şenel isə, elmin tapıntılarını əhəmiyyətsiz edərək, özü kimi materializmə bağlı təkamülçülərin və Nobel mükafatlı genetiklərin “sinə gərmə” şərhlərini təqlid edir. Şenelin yanaşmasının əsassızlığını göstərməsi cəhətdən, Fransız elmlər akademiyasının keçmiş rəhbəri Pyer Paul Qreysin bir sözü diqqət çəkir. Bir kitabında təsadüfi mutasiyaların, bütün canlılıq aləminin ehtiyaclarını qarşılamasının qeyri-mümkünlüyünü izah etdikdən sonra, Qreys belə deyir:

 

“Xəyal qurmağa qarşı bir qanun yoxdur amma elm buna daxil edilməməlidir”

 

Yəni Jacob kimi mükafatlı elm adamlarının təkamülə olan etibarı da, elmi dəlil göstərmədikcə, təkamül nəzəriyyəsini dəstəkləməz. (Jacobun sözlərinin 1977-ci ilə aid olduğunu, o dövrdən bu yana təkamül əleyhinə daha da dəlil ortaya çıxdığını, Darvindən bu yana inkişaf edən ən güclü təkamül əleyhdarı intellektual axın olan “Şüurlu dizayn” axınının 90-cı illərdə doğulduğunu da, ifadə etmək lazımdır. Şenel, elmi ədəbiyyatı 30 il geridə izləyir.)

Danışdığı, dəbdən düşmüş təcrübələr, bunlar haqqında təkamülçülərin şərhləri, təkamülçülərin mutasiyalar haqqındakı etirafları… Hamısı Şenelin təkamülü bir həqiqət kimi qəbul etməklə, əslində bir xəyal dünyasında yaşadığını göstərir.

 

Şenelin biotexnologiya haqqındakı yanılması

Şenelin bir başqa yanılması da, biotexnologiyadakı inkişafları yaradılış qarşısında bir dəlil sanmağıdır.

Biotexnologiya elmi sayəsində, müxtəlif genlər, canlılar arasında köçürülə bilir və ya canlılar klonlana bilir. Ancaq nə biotexnologiya təcrübələr, nə də onların əsaslandığı genetik araşdırmalar, yaradılışı etibarsız edər. Tam əksinə, bunlar, yaradılış lehində bir dəlildir. Çünki, bu işlərin hamısında genlər üzərində çox böyük bir diqqət və dəqiqliklə işlər aparılır, yəni “şüurlu dizayn” düzəldilir. (Şenel bu yanılmanı təkrar olaraq ortaya qoyduğu üçün, cavabımızı təkrarlamırıq, daha əvvəl buna dair yazdığımız cavabı diqqətinizə çatdırırıq: “Biotexnoloji: Dinin sonumu?” başlıqlı yazıdakı məntiq pozuqluqları

 

Genetika elminin (Biotexnologiyanın təməl elmi) yaradılışı dəstəkləyən tapıntılarına hər keçən gün bir yenisi əlavə olunur. Bunlardan birinə, keçdiyimiz günlərdə məşhur “Nature” jurnalının internet saytında yer verildi.

1994-cü ildə, sınaq-yanılma yolu ilə həll edilməsi illər sürən bir riyaziyyat probleminin, DNT hesablaması yolu ilə, saniyələr ərzində həll edilməsi mümkün oldu. Bu müvəffəqiyyəti reallaşdıran Dr. Adelman (Cənubi Kaliforniya Universiteti, Los Angeles, ABŞ) hüceyrə və DNT-dəki dizayn haqqında bunları deyirdi:

 

“Əgər hüceyrənin içinə baxsaq öz başımıza edə bilməyəcəyimiz möhtəşəm maşınlar (texnologiya) görərik.”

 

Adelman, DNT-dəki astronomik miqdarda (astronomiya qədər) məlumatı kiçik yerdə saxlama tutumunun mükəmməlliyini belə ifadə edirdi:

 

“Bir qram DNT, bir trilyon kompakt diskin saxlaya biləcəyi qədər məlumatı saxlaya bilər.”

 

Bir insan hüceyrəsindəki DNT ipliyi, uzunluğu 2 metr olmağına baxmayaraq, millimetrin yalnız beş milyonda biri qalınlığındadır. Bu xüsusi dizayn sayəsində, hüceyrənin nüvəsində mükəmməl qatlanan DNT, ortaya möcüzəvi mühəndislik dizaynı çıxarır. Kompüter mühəndisləri üçün olduqca kiçik hissələrdə olduqca böyük miqdarda məlumat saxlamaq əsas problemdir. Heç bir kompüter mühəndisi, gözlə görünməyən bir sahədə tam 1.000.000 ensiklopediya səhifəsini dolduracaq miqdarda məlumatı saxlayan DNT-ni təqlid edə bilməz. DNT-nin təsadüflərlə ortaya çıxdığını iddia etmək, ən inkişaf etmiş kompüter sərt diskinin təsadüflərlə ortaya çıxmağını iddia etməkdən də ağılsızlıqdır. DNT, Allahın üstün yaradılığını göstərir, Bunu inkar edənlərin tək dayağı, qürur və inadkarlıqdır. Bu cür insanların vəziyyəti bir Quran ayəsində belə xəbər verilir:

 

“Əgər Biz onlara mələkləri göndərsəydik, ölülər də onlarla danışsaydı və hər şeyi onların qarşısına toplasaydıq, Allah istəməyincə, onlar iman gətirməzdilər. Lakin onların çoxu (bunu) bilmir.” (Ənam surəsi, 111)

 

Şenelin “Böyük Partlayış” yanılması

“Bilim ve Ütopya” jurnalındakı yazıda kainatın yaranmasını izah edən “Böyük Partlayış”dan da, danışılır. Müxtəlif tədqiqatlar nəticəsində, “Böyük Partlayış” (Big Bang) nəzəriyyəsinin artıq qanun olmaqdan çıxdığı, bunun bir hadisə olduğu ifadə edilir. Ancaq, Şenel, “Böyük Partlayış”ın hadisə olduğunu qəbul etməklə yanaşı, bunun ortaya qoyduğu çox əhəmiyyətli elmi nəticələrə toxunmadan mövzunu buraxmışdır. “Böyük Partlayış” haqqında bəzi məlumatlara nəzər saldıqda, bu ötürmənin, tamami ilə ideoloji narahatlıqlara görə ortaya qoyulan davranış olduğu ortaya çıxır.

XX əsrdə astronomiya sahəsində çox əhəmiyyətli inkişaflar yaşanmışdır, kainatı əmələ gətirən maddə və enerjinin təxminən 13.5 milyard il əvvəl sonsuz sıxlıqda və sıfır həcmdə bir nöqtədən partlayaraq ortaya çıxdığı aydın olmuşdur. Bununla yanaşı icra edilən işlər də, partlayışın çox xüsusi bir nizama əsaslandığı ortaya qoymuşdur. Buna görə, kosmosdakı bütün cisimlər, partlayışın xüsusi şiddətli nizamlanması sayəsində, bir yerdə və tarazlıqdadır. Əgər partlayış şiddəti bir az da, zəif və ya şiddətli olsaydı, hər iki vəziyyətdə də, yaşana bilən bir kainat meydana gəlməyəcəkdi. Bu nizamlamanın həssaslığını, riyazi olaraq hesablayan astrofiziklər, nizamlamanın təsadüf ehtimalını sıfıra endirdiyini, yəni şüurlu bir şəkildə hazırlandığı ortaya çıxarmışdır. Yəni, kainatın üstün bir Yaradıcı tərəfindən, yoxdan var edildiyi elmi olaraq sübut edilmişdir. Bunun qaçınılmaz bir nəticəsi, materializmin elmi süqutudur. (“Böyük Partlayış”ın, Yaradıcının varlığına dair ortaya qoyduğu həqiqətlər haqqında daha çox məlumat üçün baxın: http://www.evreninyaratilisi.com)

 

Qısası, Alaeddin Şenelin materialist fəlsəfə və təkamül nəzəriyyəsi lehində önə sürdüyü bütün dəlillər, əslində bu fəlsəfənin və nəzəriyyənin əleyhinədir. Özünə və məqalələrini nəşr edən “Bilim ve Ütopya” jurnalına, elmi həqiqətləri ön mühakiməsiz şəkildə yenidən nəzərdən keçirmələrini tövsiyə edirik.