“Hürriyet Bilim” jurnalının 15 mart 2003-cü il tarixli sayında “Elm, heçdən (yoxdan) yeni bir həyat yarada bilərmi?” başlıqlı yazı nəşr olundu. Yazıda, uşaq iflici virusunu yenidən yaradan bioloqların müvəffəqiyyəti izah edilir, elm adamlarının cansız maddədən canlı hüceyrə düzəldə bilmək ehtimalları üzərindəki fikirlərinə yer verilirdi. Bu yazıda, “Hürriyet Bilim”in mövzu ilə əlaqədar irəli sürdüyü yanılmalar gözlər önünə səriləcək.

“Hürriyet Bilim” əsassızlıqlarını ortaya qoymadan əvvəl, xəbərə mövzu olan tədqiqatların məzmunu haqqında bəzi məlumatlar vermək faydalı olacaq.

Yazının əvvəlində, Amerikalı tədqiqatçı Ekard Vimmer rəhbərliyindəki elm adamı qrupunun, çiçək iflici virusuna aid vəsaiti, bir biotexnoloji quruluşundan satın aldıqları, sonra da (virusun əvvəldən çıxarılmış genetik şifrəsinə görə) bu hissəcikləri nizamlı şəkildə yığışdıraraq, virusun genomunu laboratoriya mühitində sintez etdikləri izah edilir. Bu işdə yaradılan virus DNT-sinin, mikrobu əmələ gətirən zülalları yarada bildiyi və siçanlar üzərindəki təcrübədə təsirinin göstərildiyi ifadə edilir. “Hürriyet Bilim”, burada bir sual soruşaraq bir başqa nümunəyə keçmişdir: “Bu əməliyyat nəticəsində, yoxdan həyatın yaradıldığı deyilə bilər? İnsan oğlunun bu cür, ən qədim fantaziyalarından birini reallaşdırdığı doğrudur?”

Yazıda, sonra da, canlılığın tərifinin adamdan-adama dəyişdiyi ifadə edilir və virusla bakteriya arasındakı canlılıq meyarları müqayisə edilir. Bundan əlavə “İnsan genomu” layihə başçısı Kreq Venterin, Mycoplasma genitalium bakteriyası üzərindəki təcrübələrindən də danışılır. Bilindiyi kimi, Venter, bəhs olunan bakteriyanın 470 genindən 256-sının ciddi əhəmiyyət daşıdığını, bunları süni olaraq sintez edəcəyi bir xromosomda köçürə bilsə, bakteriyaya istədiyi bəzi molekulları, məsələn ucuz enerji əldə edə bilmək üçün, metan elementini yarada bilməyi məqsəd qoyur.

“Hürriyet Bilim”, bu işlərdən danışdıqdan sonra, bunların əsaslandığı ortaq bir üsul tapıldığını ifadə edir: “Burada üsul, kimyəvi maddələrdən qaynaqlanıb yaşayan bir varlıq, yəni öz-özünə köçürülüb təkamül keçirə bilən bir quruluş əldə edənə qədər, bunları (kimyəvi maddələri) davamlı həmişə daha da, inkişaf etmiş molekulyar formasında yığılmağa əsaslanır.” “Hürriyet Bilim” bəhs olunan üsulları təkamülə uyğun gəlməsi böyük bir yanılmadır çünki:

“Yaşayan varlıq, yəni təkamül keçirə bilən bir quruluş” ifadəsi tamami ilə həqiqətdən uzaqdır. Canlılığın təsvirində “təkamül keçirə bilmək” kimi bir xüsusiyyət yoxdur. “Yaşayan varlıq=təkamül keçirə bilən bir quruluş” mənfəəti yalnız “Hürriyet Bilim”, Darvinizmə olan ehkamlı bağlılığını əks etdirir. “Hürriyet Bilim” təkamül ehkamını mənimsədiyi üçün yaşayan bütün canlıların, guya davam edən bir təkamül prosesinin bir nöqtəsində tapıldığını fərz edir və oxucularına bu xurafatı təlqin etməyə çalışır.

Yaşayan canlıların təkamülləşdiyini qəbul etmək üçün, bir orqanizmin doğuşu və ölümü arasında təkamülləşdiyinin, bu olmasa da, həyatın uzun tarixi boyunca bu təkamülün reallaşdığını elmi dəlillərlə göstərilməsi lazımdır. Halbuki, hər ikisi də, reallaşmamışdır. Genetik, növlərə aid DNT-dəki məlumatın nəsildən-nəsilə dəyişmədən keçdiyini göstərir. Yəni, bir orqanizm növünün genetik xüsusiyyətlərini daim qorumaq istəyir. Bu genetik məlumatın keçdiyi əsnada əmələ gələ biləcək təsadüfi mutasiyaların nisbəti isə, çox aşağıdır. (Bakteriyalarda 10.000 bölünmədə bir dəfə əmələ gəldiyi hesablanır). Ən əhəmiyyətlisi isə, mutasiyalar çox vaxt orqanizmə təsir edə bilməzlər, təsirli olduqları vaxt isə, daim genetik cəhətdən məlumat itkisinə səbəb olarlar. Bu təkamül nəzəriyyəsinə öldürücü bir zərbədir, çünki nəzəriyyə, mutasiyalar yolu ilə sadədən kompleksə (mürəkkəbə) doğru bir təkamül yaşandığını qəbul edir. Halbuki, təsirli bütün mutasiyalar orqanizmdə məlumat itkisinə gətirib çıxardarlar. Bir tərəfdən fosil elmi cəhətdən də, təkamül nəzəriyyəsini yalanlayır. İndiki vaxtda yaşayan heyvan növlərinin demək olar ki, hamısının fosil qeydlərində, kompleks quruluşları ilə birdən və hər hansı bir ataları olmadan ortaya çıxdıqları görünür. Təkamül nəzəriyyəsinin iddiası olan ara-keçid formalarından əsər-əlamət yoxdur.

Bir tərəfdən də, bir məqamı da bildirmək lazımdır. “Hürriyet Bilim”-in bəhs etdiyi canlı hüceyrə düzəltməsi səyləri müvəffəqiyyətli olsa da, bu vəziyyət təkamülü dəstəkləmir. Çünki, burada yer verilən işlər, şüurlu müdaxilə ilə əlaqədardır. Xüsusi olaraq yaradılan laboratoriya mühitində və nəzarət altında təcrübə şərtlərində bəzi orqanizmlər “quruluşlarına uyğun şəkildə yenidən çıxarılır”. Məsələn, uşaq iflici virusu, virusun əvvəldən yaradılmış geninə, yəni “arxitektura planına” görə hazırlanmışdır. Həm də, bu işlərdəki şərtlər, dünyanın ən qabaqcıl texnologiyaları istifadə edilərək və məlumat sahibi olan mütəxəssislər tərəfindən nizamlanır. Yəni, kompleks həyatın əmələ gətirilməsi üçün, olduqca çox imkan və çox məlumata müraciət edilir. Bunlar göstərir ki, canlılığın əmələ gələ bilməsi üçün ağıl, məlumat və şüur lazımdır.

Təkamül nəzəriyyəsi isə, canlılığın təbiət hadisələri nəticəsində, yəni kor təsadüflərlə ortaya çıxdığını müdafiə edir. Bu nəzəriyyə, bu xəyali prosesi hər hansı bir şüurlu müdaxilədən tamami ilə azaddır. Kompleks dizayna malik quruluşların, məsələn, bir reaktiv təyyarəsinin bu cür təbiət hadisələri ilə, məsələn bir zibilxanaya düşən ildırımlarla əmələ gəlməyəcəyi aydındır. Bir reaktiv təyyarəsi, onu hazırlayan mühəndisin varlığına işarə edər.

Bir hüceyrə, ən inkişaf etmiş reaktiv təyyarəsinin elektron avadanlığı ilə müqayisə ediləndə, hüceyrənin daha da üstün və kompleks bir dizayna malik olduğu görülər. Bu halda, hər mərhələsi nəzarət edilib istiqamətləndirilən bir təcrübə ilə yaradılmağa çalışan hüceyrənin təkamülə uyğun gəlməsi bir aldatmadan ibarət olduğu ortaya çıxır.

 

Nəticə:

XXI əsr texnologiyasına malik şüurlu bir varlıq olan insanın, hüceyrə sintez etmək üçün səy göstərməsi də, bunu bacarması da, canlılığın elmə əsaslanan üstün dizaynla ortaya çıxdığını göstərir. Təkamül nəzəriyyəsinin təsadüf şərhləri isə, bu dizaynı açıqlaya bilmir. Canlılığın bu xüsusiyyəti, yer üzündəki bütün canlıları yaradan, üstün güc və ağıl sahibi Allahın varlığını bir dəfə də sübut edir.