İçeriğe geç

“Bilim ve Teknik” jurnalının HIV virusunun təkamül hekayəsi

“Bilim ve Teknik” jurnalının aprel 2002-ci il tarixli sayında AIDS başlıqlı yazı nəşr olundu. Yazıda, AIDS xəstəliyinə səbəb olan HIV virusunun təkamülündən bəhs olunurdu. HIV virusunun daha çox mutasiyaya uğraması və dərmanlara çox sürətli müqavimət qazanması “Bilim ve Teknik” jurnalı tərəfindən “HIV virusunun təkamülü” kimi səciyyələndirilmişdir.

Halbuki, HIV virusunun bu xüsusiyyətləri bir təkamül deyil. “Bilim ve Teknik” jurnalı, mövzunu təkamülçü ön mühakimələrlə qiymətləndirmiş və oxucuya səhv məlumat vermişdir.

HIV virusunun çox sürətli mutasiya keçirdiyi doğrudur, ancaq bu virusun daha da, mutasiya keçirməsi onu başqa bir canlı etmir, “HI virusu” yenə “HI virusu” olaraq qalır. Biologiya professoru Maykl Beh, təkamülçülərin HI virusunun mutasiyaya uğramasını təkamül kimi səcyyələndirməsini belə tənqid edir:

 

“Görürsünüz, HIV mutasiyaya uğrayır və dərmanlara qarşı daha da müqavimətli olur, beləliklə, təkamül reallaşır! Başqa suala nə gərək var? Ancaq bu proqramı (bu iddianın iştirak etdiyi PBS televiziyasındakı proqramı) izləyən heç kim, milyonlarla xəstədə mövcud olan fövqəladə sayda virus hissəciklərinin dəfələrlə mutasiyaya uğramalarına, aralarında mərhəmətsiz bir rəqabət olmağına və təbii seleksiyanın təsirinə baxmayaraq, hələ HIV virusuna sahib olduğumuzun, çox fərqli bir virusun əmələ gəlmədiyinin fərqində deyildi. Elə isə, bu təbii seleksiyanın sərhədsiz ehtimallarını deyil, sərhədlərini göstərir? Və bir virusda əmələ gələn sadə bir dərman müqavimətinə baxaraq, fövqəladə kompleks bioloji xüsusiyyətlərin müəyyən müddət sonra əmələ gələcəyi fərziyyəsini edə bilərik?” (Maykl Behe, “Fatuous Filmmaking”, http://www.trueorigin.org/pbsevolution02.asp)

 

Tibb həkimi Karl Viland isə, “Has AIDS Evolved?” (AIDS təkamülləşdi?) başlıqlı məqaləsini belə bitirir:

 

“Bu məqalənin başlığında sual verilən problemin cavabı belədir: “Viruslar, daha çox dəyişə bilərlər və AIDS virusu yoluxuculuğunu dəyişdirə bilər, ancaq bu cür dəyişikliklərin, xüsusiyyət və ya istiqamət kimi, virusu tamamilə yeni və daha kompleks bir orqanizmə çevirən dəyişikliklər olmadığı dəqiqdir. Bu mənada, AIDS təkamülləşməmişdir.” (Carl Wieland, “Has AIDS evolved?”, Creation Ex Nihilo12(3):29-32, iyun-avqust 1990).

 

Təkamülçü elm adamlarının, HIV virusu kimi sürətli mutasiyaya uğrayan orqanizmləri və ya dərmanlara qarşı müqavimət qazanan bakteriya və virusları, növlərin malik olduğu genetik müxtəlifliyi təkamülə dəlil kimi göstərmələri, bilinən təkamülçü taktikasıdır. Heç bir elmi dəlili olmayan, hətta təkamül olmadıqları dəfələrlə elmi dəlil və şərhlərlə göstərilən bu düşüncələr, təkamülçü nəşrlərdə tez-tez təkamül nəzəriyyəsinin gözlə görülən dəlilləri kimi təqdim edilir. Məqsəd, mövzu haqqında məlumatı olmayan insanların gözlərini boyamaq, təkamülü, elmi həqiqət kimi təqdim etməkdir. Genetik müxtəlifliyin, dərmanlara müqavimət inkişafının və mutasiyaların niyə təkamül olmadıqları, bu saytda dəfələrlə izah olunduğu üçün burada təkrarlanmayacaq.

“Bilim ve Teknik” jurnalı kimi ciddi elmi nəşrdə yer verilən məlumatların doğruluğu və etibarlılığı olduqca əhəmiyyətlidir. Jurnal səlahiyyətlilərinin bu mövzuya diqqət yetirəcəklərini ümid edirik.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz