Header

“Milliyyet” qəzetində yenə də içiboş təkamül təbliğatı

Aa4a

15 mart 2002-ci il tarixli “Milliyyet” qəzetində “AIDS-i milçək daşıdı” başlıqlı xəbər yayımlandı. Xəbərdə, bəzi elm adamlarının HI virusunun şimpanzelərdən insanlara at milçəkləri yolu ilə keçə biləcəyinə aid iddialarına yer verilmişdi. “Milliyyet” qəzeti bu xəbəri belə nəşr etmişdi: “Mütəxəssislərə görə, at milçəkləri şimpanzelərdən götürdükləri SI virusunu insanlara keçirdilər. Bu virus, sonra da təkamül keçirərək insan versiyası olan HIV-ə çevrildi…”

Diqqət yetirilsə, “Milliyyet” qəzeti, SI virusunu insana keçəndə təkamül keçirtdiyini və HI virusunu formasını aldığını ifadə edir. Amma, bu xəbərin qaynağı olan “New Scientist” jurnalında və bu xəbərin verildiyi BBC-də, belə bir təkamüldən bəhs edilmir, yalnız HI virusunun şimpanzelərdə olan SI virusunun bir versiyası olduğu ifadə edilir. Ancaq “Milliyyet” qəzeti hər fürsətdə təkamül təbliğatı aparmaq missiyasına görə, təkamül sözünü cümlə aralarına yerləşdirməyə laqeyd yanaşmamışdır.

Təkamül deyil növlərə ayrılmadır

Elm adamları, şimpanzelərdə olan SI virusunun at milçəkləri ilə insanlara keçdiyini və şərtlərə uyğunlaşmanı təmin edərək, SI virusunun bir versiyası olan HI virusunun formasını aldıqlarını ifadə edirlər. Ancaq buradakı dəyişiklik təkamül deyil, növlərə ayrılmadır (variasiyadır). Təkamülçülər, növlərə ayrılmanı qərəzli olaraq təkamül kimi göstərməyə çalışırlar. Halbuki, növlərə ayrılmada, təkamül nəzəriyyəsində iddia edildiyi kimi, bir növün başqa növə təkamülündən bəhs olunmur. Məsələn, HI virusunun bakteriyalarda da olduğu kimi, olduğu mühitə uyğunlaşma xüsusiyyətinə malikdir. Ancaq, minlərlə generasiyadan sonra da, bakteriyalar bakteriya, virus isə virus olaraq qalar, bir başqa növə çevrilməz.

Hər canlı növü növlərə ayrılmaq üçün böyük potensiala malikdir. Bir virusun və ya bakteriyanın içində olduğu mühitə uyğunlaşma təmin etməsinə yarayan genlər, o virusun genində (gen hovuzunda) əvvəldən etibarən onsuz da mövcuddur. Bir virus fərqli mühitə keçəndə, bu gen, o virusun, həmin mühitə uyğunlaşmağını təmin edər. Beləliklə, virusda bir sıra dəyişikliklər olar və buna-növlərə ayrılma deyilir. Ancaq genoma yeni genetik məlumat əlavə olunmur və yeni növ əmələ gəlmir. Virus elə virusdur, yalnız növlərə ayrılma əmələ gəlmişdir. Növlərə ayrılmanın niyə təkamül olmadığı, təkamülçülərin genetika elmində iştirak edən növlərə ayrılmağı niyə qərəzli şəkildə təkamülə dəlil kimi istifadə etdikləri, bu saytda əvvəl də, daha ətraflı şəkildə izah edildiyin görə burada təfərrüatlı bəhs etməyəcəyik.

Nəticə

Bunu xatırlatmaq istəyərik ki, cümlə aralarına “təsadüfi təkamül” sözünü yerləşdirərək, təkamül nəzəriyyəsi qurtarıla bilməz. XXI əsr təkamül nəzəriyyəsinin elmdən kənar buraxılaraq, yer üzünün düz olduğu iddiası kimi, xurafatlar zibilliyinə atılacağı bir əsr olacaq. Milliyyət qəzetinin bu həqiqəti görməsini diləyirik.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313