“Bilim ve Teknik” jurnalı, hər zamanki kimi, fevral 2001-ci il tarixli sayında da çoxlu darvinizm təbliğatı etməyə çalışdı. Jurnalda nəşr olunan “Darvin və molekulyar təkamül” başlıqlı məqalədə, Darvinin təkamül nəzəriyyəsinin müasir genetik tapıntılarla uyğunlaşma içində olduğu iddia edildi.

Yazı, may 2000-ci il tarixdə Sabancı universitetinin qonağı olaraq İstanbula gələn və təkamülçü konfrans verən amerikalı elm adamı Dr. Andrew Berryin qeydlərindən ibarət idi.

Berry, Aişə Turak tərəfindən türk dilinə tərcümə edilən məqalədə, Darvinin təkamül nəzəriyyəsinin müasir elmi tapıntılar tərəfindən dəstəklənildiyini irəli sürürdü. Amma verdiyi məlumatların gerçəkdə darvinizmin və bütün təkamül qaydalarının ən böyük dayağı kimi göstərilən “homologiya” anlayışını etibarsız etdiyindən xəbərdar deyildi, ya da məqaləsini hazırlayarkən bu gerçəyi görməzlikdən gəlmişdi.

 

Homologiyanı etibarsız edən bənzərliklər

Homoloji, ən sadə mənasıyla canlılardakı bənzər strukturları ifadə edər. Məsələn, qanadlar bütün quş növlərində rast gəlinən bənzər quruluşdur. Və ya beş barmaqlı əl və ayaq quruluşu, onurğalı quru canlılarının demək olar hamısında görülən ortaq modeldir. İndiyə qədər bu bənzərliyə iki fərqli izah gətirilmişdir:

 

1) “Ortaq dizayn” izahı: İlk olaraq müasir biologiyanın atası sayılan Linneaus tərəfindən gündəmə gətirilən bu izaha görə, fərqli canlıların bənzər orqanlara sahib olması, ortaq bir dizaynerin məhsulu olmalarından qaynaqlanmaqdadır. Məsələn, bütün quşların qanad sahibi olmasının səbəbi, qanadların uçuş üçün ideal dizayn olması və dolayısilə bu ideal dizaynın hər quş növü üçün ayrı-ayrı yaradılmış olmasıdır. Bu izah, canlıları Allahın yaratdığını ifadə edən “yaradılış” izahına uyğundur.

2) “Ortaq ata” izahı: Bu izah da Darvin tərəfindən ortaya atılmış və onu izləyən bütün təkamülçülər tərəfindən təkrarlanmışdır. Bu iddiaya görə, canlıların bənzər orqanlara sahib olmalarının səbəbi, ortaq atadan təkamülləşmiş olmalarıdır. Məsələn, bütün onurğalı quru canlılarının beş barmaqlı əl və ayaq strukturlarına sahib olması, təkamülçülərə görə, hamısının ortaq bir atadan (quruya çıxdığı fərz edilən ilk balıqlardan) gəlməsinin nəticəsidir. Təkamül nəzəriyyəsinin 20-ci əsrin əvvəlindən etibarən elm dünyasına hakim olmasıyla birlikdə, bənzərliklərə gətirilən bu ikinci izah hakim vəziyyətə gəlmişdir.

Canlılardakı hər bənzərlik, aralarındakı təkamüllü əlaqənin dəlili olaraq izah olunmuşdur. Halbuki, son 20-30 il içində əldə edilən tapıntılar, vəziyyətin heç də elə olmadığını göstərməkdədir.

Qısaca;

1) təkamülçülərin heç bir təkamüllü bağ qura bilmədikləri, tamamilə fərqli təsnif edərək canlılarda belə “homoloq” (bənzər) orqanların var olması,

2) bənzər orqanlara sahib canlılarda, bu orqanların genetik şifrələrinin çox fərqli olmaları və

3) bu orqanların embrioloji inkişaf mərhələlərinin bir-birindən çox fərqli olması, homologiyanın təkamülə heç bir dayaq meydana gətirmədiyini göstərmişdir.

 

Qısacası, bir-birlərinə bənzər orqanlara sahib canlıların, aralarında heç bir təkamüllü əlaqə qurulamayacaq qədər uzaq canlılar olduğu aydın olmuşdur.

 

Məsələn, səkkizayaqlı və insan, aralarında heç bir təkamüllü əlaqə qurulamayan, son dərəcə fərqli canlılardır. Lakin hər ikisinin də gözləri, quruluş və funksiya baxımından bir-birinə çox yaxındır. İnsanla səkkizayaqlının bənzər gözlərə sahib ortaq ataları olduğu kimi xəyali ssenarini isə təkamülçülər belə iddia edə bilməməkdədirlər.

Bu vəziyyət qarşısında, təkamülçülər bu orqanların “homoloq” (yəni ortaq atadan gələn) orqanlar deyil, “analoq” (aralarında təkamüllü əlaqə olmadığı halda bir-birinə çox bənzəyən) orqanlar olduğunu söyləyərlər.

Məsələn, insan gözü ilə səkkizayaqlı gözü onlara görə analoq orqandır. Halbuki, ortaya qoyduqları bu izah son dərəcə əsassızdır. Çünki “analoq” saymaq məcburiyyətində qaldıqları orqanlar bəzən, fövqəladə dərəcədə kompleks strukturlarına baxmayaraq bir-birlərinə o cür bənzərdir ki, bu bənzərliyin təsadüfi mutasiyalar sayəsində təmin edildiyini qarşıya qoymaq son dərəcə əsassızdır. Əgər səkkizayaqlının gözü, təkamülçülərin iddia etdiyi kimi tamamilə təsadüfən ortaya çıxmışsa, necə olar da onurğalı gözü də eynilə eyni təsadüfləri təkrarlayaraq ortaya çıxa bilər? Bu sualı düşünməkdən “başı ağrıyan” məşhur təkamülçü Frank Salisbury belə yazmaqdadır:

 

“Göz qədər kompleks bir orqan belə fərqli qruplarda ayrı-ayrı ortaya çıxmışdır. Məsələn, səkkizayaqlıda, onurğalılarda və artropodlarda. Bunların bir dəfə ortaya çıxmasını açıqlamaq kifayət qədər problem meydana gətirərkən, müasir sintetik (neo-Darvinist) nəzəriyyəyə görə, dəfələrlə ayrı-ayrı meydana gəldikləri düşüncəsi başımı ağrıtmaktadır.” (Frank Salisbury, “Doubts About the Modern Synthetic Theory of Evolution”, American Biology Teacher, sentyabr 1971, səh. 338)

 

Salisburyun başını ağrıdan nümunəyə bənzər nümunələr son illərdə sürətlə çoxalmışdır. Bunların biri, mövzunun başında bəhs etdiyimiz, onurğalı quru canlılarının əl və ayaq barmaqlarındakı bənzərlikdir. Təkamülçü nəşrlərdə bu mövzu uzun zaman təkamül dəlili olaraq təqdim edilmişdir. Halbuki haqqında danışılan canlılarda, bənzər barmaq strukturlarının çox fərqli genlər tərəfindən nəzarət edildiyi aydın olmuşdur. Təkamülçü bioloq William Fix, beşbarmaqlılıq haqqındakı təkamülçü tezisin çöküşünü belə izah edər:

 

Təkamül mövzusunda homoloji fikrə tez-tez müraciət edən köhnə dərs kitablarında, fərqli heyvanların skeletlərindəki ayaqların quruluşu üzərində xüsusilə dayanılırdı. Bu səbəbdən bir insanın qolunda, bir quşun qanadlarında və bir yarasanın üzgəclərində olan pentadactyl (beşbarmaqlı) quruluş, bu canlıların ortaq bir atadan gəldiklərinə dəlil sayılırdı. Əgər bu dəyişik strukturlar, mutasiyalar və təbii seleksiya tərəfindən zamanla dəyişmiş eyni gen-kompleksi tərəfindən idarə olunsaydılar, bu nəzəriyyənin də bir mənası olacaqdı. Amma çox təəssüf ki, vəziyyət belə deyil. Homolog orqanların, fərqli növlərdə tamamilə fərqli genlər tərəfindən idarə olunduğu artıq bilinməkdədir. Ortaq bir atadan gələn bənzər genlər üzərinə qurulmuş olan homoloji anlayış çökmüş vəziyyətdədir. (Fix, William, The Bone Peddlers: Selling Evolution, New York: Macmillan Publishing Co., 1984, səh. 189)

 

Beşbarmaqlı əl və ayaq quruluşu kimi daha bir çox sözdə “təkamül dəlili”, molekulyar biologiya işığında araşdırıldığında çürümüşdür. Burada bir neçə örnəklə ifadə etdiyimiz gerçək isə, qısaca budur:

Canlılardakı bənzərliklərə Darvinin gətirdiyi “ortaq ata izahı”nın etibarlı olması üçün, bu bənzərliklərin genetik olaraq bir-birlərinə çox bənzəyən canlılarda olması lazımdır. Əgər bənzərliklər, genetik olaraq bir-birlərindən çox fərqli canlılarda isə, bu vəziyyətdə “ortaq ata izahı” etibarlılığını itirər. Əksinə, “ortaq dizayn izahı”nın doğru olduğu aydın olar. Çünki genetik istiqamətdən çox fərqli olan canlılar arasında təkamüllü əlaqə iddia edilə bilməz. Genetik istiqamətdən çox fərqli olan canlılar arasındakı bənzərliklər artdıqca, darvinizmin homoloji izahı da çökməkdədir.

 

“Bilim ve Teknik” məqaləsində məntiq ziddiyyəti

Yuxarıda verilən məlumatlar işığında, “Bilim ve Teknik” jurnalındakı məqaləni araşdıraq. Yazar Dr. Andrew Berry, məqaləsində bir-birindən çox fərqli təsnif edərək daxil olan üç canlının (inəklər, lanqur meymunları və hoatzin quşlarının) bir-birinin tamamilə eyni olan bir ferment sistemi sayəsində qidaları həzm etdiklərini izah etməkdədir.

Dr. Andrew Berry, bir-birindən tamamilə fərqli üç canlı qrupunun çox bənzər sistemlərə sahib olmalarını da təkamül dəlili olaraq izah etməkdədir. İlk başda ələ aldığımız homoloji mövzusunu xatırlasaq, haqqında danışılan bənzərliyin təkamül nəzəriyyəsi əleyhinə dəlil olduğunu asanlıqla görə bilərik:

Çox fərqli canlılardakı bənzər strukturlar, “ortaq ata izahı”nı deyil, “ortaq dizaynı izahı”nı dəstəkləməkdədir. Ancaq Dr. Andrew Berry, bu gerçəyi tamamilə görməməzlikdən gəlmiş və bu bənzərlikləri, “təəccüblü şəkildə bu problem üçün eyni həllin təkamülləşdiyini görürük” deyə izah etmişdir. Bu, əvvəl təkamülü kor-koranə qəbul edən, sonra da qarşılaşdığı hər tapıntını buna görə bir şəkildə şərh etməyə çalışan bir zehniyyətin şərhidir.

Əgər Berry, mövzunu bir az daha dərindən düşünsəydi, qarşılaşdığı faktın “baxın, təkamül nələrə qadirdir” kimi səthi izah etməyi açıqlana bilməyəcəyini də görərdi.

Əgər mövzunu bir az daha dərindən düşünsəydi, fərqli canlılardakı bənzər orqanlar üçün “bunların bir dəfə ortaya çıxışlarını açıqlamaq kifayət qədər problem meydana gətirərkən, müasir sintetik (neo-Darvinist) nəzəriyyəyə görə, dəfələrlə ayrı-ayrı meydana gəldikləri düşüncəsi başımı ağrıtmaqdadır” deyən məşhur təkamülçü Frank Salisburyun şərhinə bənzər bir şərh edərdi.

Ancaq aydın olan, nə Berrynin, nə də məqaləsini nəşr edən “Bilim ve Teknik” jurnalının bu kimi incə mövzuları düşünmək kimi bir məqsədi vardır. Məqsəd, kobud bir təkamül təbliğatından ibarətdir. Gerçəkdə, Berrynin izah etdiyi mövzu, yəni üç tamam ayrı canlıda eyni kompleks sistemin iştirak etməsi, bu canlıların “ortaq dizaynın” nəticəsində ortaya çıxdıqlarını göstərməkdədir. “Təkamül dəlili” kimi təqdim edilən mövzu, gerçəkdə canlıların Allah tərəfindən yaradıldığının bir dəlilidir.

 

Digər yanılmalar

“Bilim ve Teknik” jurnalındakı məqalədə, yuxarıdakı əsassızlıqların yanında bir çox məcbur etmə və həqiqətdən kənar izaha da yer verilmişdir. Yazıda tez-tez keçən, “Darvinin nəzəriyyəsi 100 illik elmi inkişafı qaldıra bildi”, “Darvin genetika tərəfindən təsdiqləndi”, “Yeni tapıntılar qaydanı zəiflətmək bir tərəfə, dəstəklədi belə” kimi cümlələr, hər hansı bir dəlilə əsaslanmayan boş sözlərdən ibarətdir.

Gerçəkdə, məqalədə Darvinin təkamül nəzəriyyəsinin genetika mövzusunda tamamilə xurafatdan ibarət olan iki ayrı nəzəriyyəyə (Lamarckın qazanılmış xüsusiyyətlərin sonrakı nəsilə köçürülməsi nəzəriyyəsinə və varisliyin qan yoluyla edildiyini fərz edən “pangenesis” qaydasına) əsaslandığı etiraf edilməkdədir. Buna baxmayaraq, Darvinə möhtərəmlik qazandıra bilmək üçün də, Darvinin nəzəriyyəsinin əslində Mendel genetikasıyla uyğunluq içində olduğu iddia edilməkdədir. Hətta bu məqsədlə “Təbii seçmə əslində genetika qaydasıdır” deyilməkdədir.

Halbuki, Darvinin ortaya atdığı təbii seleksiya anlayışının genetika elmi ilə ortaq heç bir istiqaməti olmaz. Genetika, hər canlı növünün özünə xas bioloji plana sahib olduğunu və bunu sonrakı nəsillərə dəyişmədən köçürdüyünü göstərən bir elm sahəsi olaraq, Darvinin nəzəriyyəsiylə tamamilə ziddir. Necə ki, genetikanın atası Gregor Mendel də Darvinizmə qarşı olmuşdur.

Mövzu, “Journal of Heredity” jurnalında nəşr olunan “Mendel”s Opposition to Evolution and to Darvin” (Mendelin təkamülə və Darvinə müxalifəti) başlıqlı məqalədə, “Mendel, növlərin mənşəyinə dost idi və Darvinin nəzəriyyəsinə qarşı çıxırdı. Darvin, təbii seleksiyaya ortaq atadan təkamülləşmə nəzəriyyəsini qarşıya qoyarkən, Mendel xüsusi yaradılışa inanırdı” deyə açıqlanmaqdadır. (B. E. Bishop, “Mendel”s Opposition to Evolution and to Darvin,” Journal of Heredity 87 (1996): səh. 205-213; ayrıca baxın. L. A. Callender, “Gregor Mendel: An Opponent of Descent with Modification,” History of Science 26 (1988): səh. 41-75.)

“Bilim ve Teknik” jurnalındakı məqalədə, ayrıca laboratoriya təcrübələriylə mutasiyaya uğramış (mutant) meyvə milçəklərindən də söz etməkdə və “Mutantlar təbii seçimlə seçilsəydi, dörd qanadlı milçəklər çıxa bilərdi” deyə yazmaqdadır. Yəni əgər mutant milçəklərin heç birinin genetik inkişaf göstərmədiyi qəbul edilməkdə, ancaq təkamül əleyhində çox güclü dəlil olan bu vəziyyəti ört-bas edə bilmək üçün “əgər bu mutantlar təbiətə buraxılsalar və təbii seleksiya dövrəyə girsəydi, o zaman dörd qanadlı milçəklərə doğru təkamül ola bilərdi” deyilməkdədir.

Görüldüyü kimi, bu fərziyyə tamamilə xəyalidir. Bundan əlavə axmaqlıqdır və hiylədir. Çünki əgər mutasiya yoluyla milçəklərin genetik məlumatını inkişaf etdirmək mümkün olsaydı, bunlar “təbii seleksiya” yerinə “süni seleksiya”, yəni insan əliylə də çox yaxşı çoxaldıla bilər və törədilə bilərdi. Hətta o zaman daha sürətli inkişaf olardı. (Necə ki, Darvin, “Növlərin mənşəyi” adlı kitabında heyvandarlar tərəfindən süni seleksiyanın təbii seleksiyaya görə daha məhsuldar və sürətli olduğunu izah etmişdir.)

Burada əsas məsələ, mutantların təbii seleksiyaya tabe olub olmamaları məsələsi deyil, mutasiyanın bunlar üzərində necə bir təsir meydana gətirdiyi məsələsidir. Həm meyvə milçəkləri, həm də digər canlılar üzərində edilən bütün mutasiya təcrübələri, mutasiyanın genetik məlumatı inkişaf etdirən bir mexanizm olmadığını, bir təxribat mexanizmi olduğunu göstərmişdir. Bu isə “təkamülün laboratoriyada çöküşü” mənasını verməkdədir. Təkamülçü yazıçı Michael Pitman, meyvə milçəkləri üzərindəki təcrübələrin müvəffəqiyyətsizliyini bu şəkildə etiraf edər:

 

“Saysız genetik meyvə milçəklərini nəsillər boyunca saysız mutasiyaya məruz buraxdılar. Yaxşı nəticədə insan istehsalı bir təkamülmü ortaya çıxdı? Təəssüf ki, xeyr. Genetiklərin yaratdıqları canavarlardan yalnız çox azı bəsləndikləri şüşələrin xaricində həyatlarını davam etdirə bildilər. Praktikada mutasiyaya uğradılmış olan bütün milçəklər ya öldülər, ya şikəst ya da sonsuz oldular.” (Michael Pitman, Adam and Evolution, London: River Publishing, 1984, səh. 70)

 

“Bilim ve Teknik” jurnalındakı məqalədə isə, qısaca “əgər bu milçəklər təbiətə buraxılıb yaşasalar dörd qanadlılığa doğru təkamülləşəcəkdilər” deyilməkdədir ki, bu son dərəcə xəyali və əsassız izahdır. Mutant milçəklər, təkamülçülər onları təbiətə buraxmadıqları üçün deyil, yaşaya bilməyəcək qədər məhv olduqları üçün ölmüşlər. Qaldı ki, şüur və ağıl sahibi elm adamlarının son dərəcə ağıllı, təcrübəli və məqsədə istiqamətli müdaxilə, plan və təşkilatlarına baxmayaraq, ən inkişaf etmiş laboratoriyalarda da təkamül edə bilməyən bu milçəklərin təbiətdəki kor təsadüflərlə təkamülləşmələrini gözləmək böyük məntiq məğlubiyyətidir.

Yazıda həm də bakteriyaların antibiotik müqavimətinin təkamül nəzəriyyəsi lehinə bir dəlil olduğu da irəli sürülmüşdür ki, bu da səhv iddiadır. Bu mövzudakı detallı şərhlər, Harun Yəhyanın “Təkamül yalanı “ və “Həyatın gerçək mənşəyi “ adlı əsərlərindən öyrənilə bilər. (www.harunyahya.org)

 

Nəticə

Qısaca, “Bilim ve Teknik” jurnalında Dr. Andrew Berry adıyla yazılan məqalə, səthi təkamül təbliğatından ibarətdir. Məqalədə qarşıya qoyulan iddialar bir az araşdırıldığında, məntiqi ziddiyyətlər açıqca görülməkdədir. Təkamülün əleyhində olan dəlillər belə, bir növ laqeydlik içində, darvinizm dəlili kimi təqdim edilmişdir.

Təkamülçülər, bəzəkli şüarlar ataraq, elmi jurnalların səhifələrinə Darvin şəkilləri çap edərək, “elm təkamülü təsdiqləyir” kimi içi boş qəlibləri təkrarlayaraq bir yerə gələ bilməyəcəklərini bilməlidirlər.

Gerçəkdə elm, təkamülü deyil yaradılışı təsdiqləməkdədir. Bu gerçək, “Bilim ve Teknik” jurnalındakı kimi içi boş qəliblərə deyil, konkret elmi gerçəklərə əsaslanmır. Ölkəmizdə də bu məlumatlara gəlmək son dərəcə asan hala gəlmişdir.

Harun Yəhya tərəfindən sırf bu mövzu üzərinə çap olunmuş 30-a yaxın kitaba müraciət edənlər, yaradılış gerçəyini açıqca görəcəklər.

Görəcəklər ki, darvinizm 19-cu əsrin xurafatıdır. Dünya üzərindəki bütün canlıları və biz insanları, Allah yaratmışdır.