İçeriğe geç

İmmunitet sistemləri haqqındakı təkamül nağılı

“Nature” jurnalının internet saytında, 7 iyun 2004-cü il tarixli sayında “İmmunitet sistemləri birdən çox təkamülləşmiş (Immune systems evolved more than once)” başlıqlı xəbər nəşr olundu. Laura Nelson imzasıyla nəşr olunan yazıda, Lamprey adlı balıq bənzəri canlıların, məməlilərdən fərqli bir müdafiə etmə sisteminə sahib olduqlarının kəşf edildiyi izah edilirdi. Elm adamları daha əvvəldən, Lampreylərin dəri nəqlini rədd edən maddələr mübadilələrinə baxaraq bu canlıların bir müdafiə etmə sisteminə sahib olduqlarını təxmin edirdilər, ancaq anticisim çıxardıqları istiqamətində bir məlumatları olmurdu.

 

ABŞ-ın Seattle şəhərində olan Benaroya Araşdırma İnstitutundan Chris Amemiya və qrupu, Lamprey üzərində etdikləri təcrübələrdə, bu canlıların da anticisim çıxardıqlarını ancaq bunları çıxaran genlərin, məməlilərdəki qarşılıqlarından tamamilə fərqli olduğunu ortaya çıxardılar.

Nelson, bu tapıntıları izah etdiyi yazısında, heyvanlarda müdafiə etmə sisteminin birdən çox təkamülləşdiyi, Lampreylərin öz müdafiə etmə sistemlərini təkamülləşdirdikləri kimi iddialara yer verirdi. Ancaq oxuculara bu iddiaları dəstəkləyə biləcək heç bir şərh təqdim edilmir, elmi tək bir dəlil ortaya qoyulmur, yalnız oxucuların bunlara (yazarın etdiyi kimi) kor-koranə inanmaları gözlənilirdi. Qısacası, izah edilənlər nağıldan ibarət idi.

Gerçəkdə müdafiə etmə sistemi son dərəcə kompleks sistemdir və darvinizm, bu sistemin mənşəyini heç bir şəkildə açıqlaya bilməməkdədir. Necə ki, bu mövzuyla əlaqədar araşdırmasında elmi ədəbiyyatı detallı daramadan keçirmiş olan biokimyagər Michael Behe, “Darvinin qara qutusu” adlı kitabında bunları yazmışdır:

 

“Elmi ədəbiyyat, müdafiə etmə sisteminin mənşəyi haqqındakı suala dair heç bir cavab verə bilməməkdədir… Hara baxılsa, müdafiə etmə sistemini pilləli inkişafla izah etmə səyi, iç-içə keçmiş çox sayda lazımlılıqla maneə törədilməkdədir. Elm adamları olaraq bu möcüzə mexanizmin necə ortaya çıxdığını anlamağı çox istəyirik amma sistemin kompleksliyi bütün Darvinçi şərhləri hüsrana sürüyür.” 1

 

“Nature” jurnalı müdafiə etmə sistemlərinin sözdə təkamüllü mənşəyi mövzusunda tamamilə doqmatiq dünyagörüşüylə hərəkət etməkdədir. Behenin sözlərinin də açıqca ortaya qoyduğu kimi, təkamül nəzəriyyəsinin əsaslandığı təsadüfi mutasiyaların belə bir sistemi meydana gətirmə imkanı qəti olaraq yoxdur. İnsan bədənindəki müdafiə etmə sisteminin xüsusiyyətlərindən bəzilərini qısaca xatırlamaq, bu gerçəyi bir daha təsdiq edəcək.

Bir insanın müdafiə etmə sistemi; faqositlər (yeyici hüceyrələr), makrofaqlar (təmizlik hüceyrələri), limfositlər (B və T hüceyrələri) kimi döyüşçü hüceyrələrin, ağıllara durğunluq verən nizamlamalarıyla koordinasiya edilən, ən irəli əsgəri texnologiyaların, komplekslikdə yanına da yaxınlaşa bilmədiyi bir sistemdir. Mikroskopik ölçüdəki saysız düşmənlə çevrilmiş olan insan bədəni, bu sistem sayəsində, düşmənlərinə qarşı hər an oyanıqdır. Hər düşmənin tipinə uyğun olacaq şəkildə, xüsusi olaraq çıxarılmış silahlar sayəsində hücumlara daim hazırlıqlıdır. Heç bir şüuru olmayan hüceyrələrin belə kompleks nizamlamalara əsaslanan bir koordinasiya icra etmələri, bu sistemin sonsuz güc, məlumat və ağıl sahibi Yaradıcı tərəfindən yaradıldığını göstərər. Heç şübhəsiz, müdafiə etmə sistemini, təbiətdəki digər bütün sistemlərlə birlikdə var etmiş olan Uca Allahdır. (İmmunitet sisteminin təkamülü yalanlayan möcüzələri haqqında baxın: MÜDAFİƏ ETMƏ SİSTEMİ MÖCÜZƏSİ)

“Nature” redaktorlarını müasir elmin müdafiə etmə sistemi mövzusunda şüurlu dizayna işarə etdiyini və bu sistemi Allahın yaratdığı gerçəyini qəbul etməyə dəvət edirik.

 

 

1) Michael J. Behe, Darwin’s Black Box: The Biochemical Challenge to Evolution, New York: Touchstone Books, 1998, səh. 138-139

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz