“Cumhuriyet Bilim Teknik” jurnalının 30 oktyabr 2004-cü il tarixli sayında “İlk zülallar vulkanik qazın təsiri ilə əmələ gəlmişdir” başlıqlı xəbər yayımlandı. Xəbərdə “La Jolla” Universitetindən Luke Lemanın “Science” jurnalında nəşr olunan araşdırma yazısı haqqında məlumatlar verilirdi.

Lemanın apardığı araşdırma, zülalları əmələ gətirən amin turşusu, molekullarının birləşməsinə aid bir təcrübə ilə əlaqədar idi. Tədqiqatçı, həyatın təsadüfi başlanğıcı ola biləcəyi ssenarisini müdafiə edən təkamülçülər üçün, öhdəsindən gəlinməz bir problemə həll tapdığı iddiasında idi. Bəhs olunan elm adamı, suda əriyən amin turşularının, karbon sulfit qazının əlavə edilməsi ilə birləşdiyini tapmışdı.

Buna görə, amin turşusu əvvəlcə qazın bir molekulu ilə reaksiyaya girir, halqa formasında reaksiyaya meylli bir ara məhsul əmələ gətirirdi. Bu məhsul isə, digər bir amin turşusu molekulu ilə reaksiyaya girir və iki amino asidin bir-biriylə birləşmiş olduğu dipeptidi meydana gətirirdi.

CBT, bu tapıntıdan qaynaqlanaraq, yer üzündə, hələ canlı hüceyrə yox ikən, vulkanların yaxınlığında qaz sıxlığının ən böyük olduğu qayalarda, bənzər reaksiyaların yaşandığını və qayalara yapışan qısa zəncirlərin vaxt keçdikcə uzanaraq ilk zülalları əmələ gətirdiyini iddia edirdi. Ancaq bu iddiası ilə yanılırdı. Çünki bəhs olunan təcrübə tapıntıları, təkamülçülərin, həyatın təsadüfən başladığı iddialarını əsaslandıran heç bir elmi dəlil təqdim etmir.

CBT-nin, zülalların, qayalarda uc-uca əlavə olunaraq uzanan amin turşuları ilə ortaya çıxdığı iddiası etibarsızdır. Bu həqiqət həyatın təsadüfən ortaya çıxma ehtimalı üzərində aparılan riyazi hesablamalar ilə sübut edilmişdir.

Prof. Fred Hoyle və Çəndra Vikremansinqi, buna dair apardıqları hesablamaların nəticələrini belə ifadə edirlər:

 

“… Həyat təsadüfi bir başlanğıca sahib ola bilməz. Kainatda mövcud olan bütün meymunları bir maşının üstünə oturtsanız və bu meymunlar təsadüfən maşının düymələrinə bassalar, bu meymunlardan birinin belə Şekspirin əsərini yaratmaları qəti olaraq qeyri-mümkündür. Hətta təcrübədə səhv sınaqların edilməsi üçün lazım olan zibil qutularının çatmamasına görə də ötəri olsa belə bu, qeyri-mümkündür. Eynisi canlı maddələr üçün də, doğrudur. Həyatın cansız maddədən öz-özünə əmələ gəlmə ehtimalı üçün 1 sayının yanına 40.000 sıfır qoyun. Məhz həyatın cansız maddədən öz-özünə əmələ gəlmə ehtimalı, bu ədəddə bir ehtimaldır… Əgər insan, ictimai inanclara görə və ya “elmin təkamülə inanması lazımdır” kimi təhsilinə görə, qərəzli hala gəlməmişsə, bu sadə hesab, Darvini və bütün nəzəriyyəni basdırmaq (məhv etmək) üçün kifayət dərəcədə qeyri-mümkün bir ədəddir. Nə bu planetdə, nə də bir başqasında, heç bir sadə şorba yox idi və əgər həyatın başlanğıcı təsadüfi deyilsə, o zaman müəyyən bir məqsədə aid bir ağlın məhsulu olmalıdır. (Sir Fred Hoyle-Chandra Wickramasinghe, Evolution from Space, New York: Simon and Schuster, 1984, səh. 148)”

 

Həyatın kompleksliyi, təsadüf ssenarisini hələ ən fundamental element olan zülalı da, yalanlayır. Amin turşuları, CBT-nin fərz etdiyi kimi, yalnız vulkanların yanında tapılsalar deyil, bütün dünyanı, hətta, milyardlarla planeti əhatə etsə də, ortaya bir zülal çıxa bilməzdi.

Amerikalı təkamülçü geoloq, Vilyam Stokes, bu həqiqəti bu cür etiraf edir:

 

“Əgər milyardlarla il ərzində, milyardlarla planetin səthi, lazımlı amin turşuları ehtiva edən yığılmış sulu təbəqə ilə dolu olsaydı belə, yenə (zülal) əmələ gələ bilməzdi (W. R. Bird, The Origin of Species Revisited, Nashville, Tomas Nelson Co., 1991, səh. 305)”

 

Göründüyü kimi, Lemanın təcrübəsindən, zülalların özbaşına əmələ gəlmə ssenarisinə sıçrayış etməyə, işin elmi cəhətdən heç bir məqbul tərəfi yoxdur. Bu yanaşma, tam mənası ilə bir xəyalpərəstlikdən ibarətdir. CBT-yə bu xəyalpərəstliyi tərk etməsini tövsiyə edirik. Müasir elm, həyatın, həddindən artıq dərəcədə kompleks quruluş və yüklü miqdarda məlumat ehtiva etdiyini və belə bir quruluşun təsadüflərlə ortaya çıxmağının mümkün olmadığını ortaya qoymuşdur. Bu həqiqət də, materialist fəlsəfəni yıxmış, Allahın yoxdan yaratmasını sübut etmişdir.