“Bilim ve Ütopya” jurnalının dekabr ayı 2002-ci il tarixli sayının 75-ci səhifəsində, “Fosillərdəki zülallar, təkamülün başa düşülməsinə yarayacaq” başlıqlı yazı nəşr olundu. Yazıda, bir sümük fosili üzərində aparılan işlərin nəticəsində, zülalların fosillərdə milyonlarla il qala bildiyi ifadə edilirdi.
Həm “Bilim ve Ütopya”, həm də, yazının əsl qaynağı olan “New Scientist” jurnalı, bu tapıntı sayəsində, canlı növlər arasındakı təkamüllü əlaqənin izlənilə biləcəyini irəli sürülürdü. Hər kəşfi, təkamülçü ön mühakimələri ilə qiymətləndirməkdən geri qalmayan bu yayım orqanları, elmi mənfəət güdmür, yalnız ideologiyalarına uyğun olaraq istədiklərini dilə gətirirlər.
Hər şeydən əvvəl bunu bildirmək lazımdır ki, canlı növlərinin bir-birlərindən təkamülləşərək törədikləri, elmi cəhətdən sübut edilmiş bir həqiqət deyil. Əksinə, dəlillər bunun mümkün olmadığını göstərir. Bir sözlə, təkamülçülərin ssenariləri, yalnız nəzəriyyələrinə olan doqma bağlılıqlarından qaynaqlanır. Əvvəl bir fərziyyə edib, sonra da, bu fərziyyə qəti həqiqət kimi yeni kəşfləri, bu fərziyyəyə uydurmağa çalışırlar.
Darvinizmin bu səhv məntiq hörgüsü, bəzən elə işlədilir ki, təkamülün əleyhindəki bir məlumat belə, bəzən nəzəriyyənin dəlili kimi təqdim edilə bilir. “Bilim ve Ütopya”-nın yazısı bunun açıq bir nümunəsini ehtiva edir: Yazıda, tədqiqatçıların təxminən 55 min il əvvələ aid Bizonların atalarına aid sümüklərdən osteokalsin adlı zülalı götürdükləri və bu zülalın amin turşusu düzülməsini təyin etdikləri bildirilir. Yaxşı nəticə nədir?
Bu düzülmənin indiki bizonlarınki ilə tamami ilə uyğun olduğu üzə çıxmışdır.
Bu məlumatı öyrənən qərəzsiz bir adam, “deməli bizonlar (vəhşi öküz) heç bir təkamül keçirməmişdir, 55 min il əvvəl necə idisə, indiki vaxtda da, eyni şəkildədirlər, bu işin təkamülü göstərən heç bir tərəfi yoxdur” deyəcək. Ancaq təkamülçülər bunu deyə bilmədikləri üçün, “Osteokalsinin fərqliləşməsi yavaşdır…” deyirlər. Bu təkamülçü ön mühakimənin təsirinin təəccüblü bir göstəricisidir. Ortada heç bir dəyişiklik olmadığı halda hələ fərqliləşmədən bəhs edə bilmək, bu şərhi edənin nə qədər fanatik olduğunu üzə çıxardır.
Təkamülçülər, əllərində təkamülü sübut edən bir dəlil olmadığı üçün, söz oyunlarını, nəzəriyyələrini gündəmdə saxlaya bilmək üçün ən təsirli üsul kimi görürlər. Təkamülçülərin bir başqa üsulu isə, yenə bu yazıda görünən tərəfdarlarına vəd etmək, ümid vermək üsuludur. Yazıda, fosillərdən əldə edilən zülalların, canlılar arasındakı təkamül əlaqəni ortaya çıxaracağı vəd edilir. Ancaq ortada buna dair əldə edilmiş heç bir elmi nəticə yoxdur.
“Bilim ve Ütopya” jurnalına və digər mühafizəçi təkamülçülərə, təkamülü kor-koranə müdafiə etmək üçün, yol, üsul və taktikalar fikirləşmək yerinə, mövzuya obyektiv bir gözlə yaxınlaşmalarını və elmi dəlillərlə üzləşmələrini tövsiyə edirik. Bu vəziyyətdə Darvinizmə inanmaqla böyük bir yalan içində olduqlarını özləri də görəcəklər.