“Radikal” qəzetinin 21 oktyabr 2004-cü il tarixli sayında, molekulyar biologiya müəllimi Haluk Ertan, təkamül nəzəriyyəsinin lisey (orta məktəb) təhsil tərzindən şikayət edirdi. Qatı təkamülçü olan və arada oxşar yanılmalar ortaya qoyan Ertan, təkamül nəzəriyyəsinin “həyatın mənşəyinə dair fikirlər” başlığı altında tədris olunmasından şikayətlənirdi. Bu şikayətində, təkamül nəzəriyyəsinin “fikir” olaraq deyil, həyatın mənşəyinə dair “yeganə elmi nəzəriyyə” kimi tədris olunmağını, yaradılışın isə, biologiya kitablarından çıxarılmasını istədiyini bildirirdi. Biologiya kitablarındakı yaradılış izahındakı məqsədin, elmi olmadığını iddia edən Ertan, adi təkamülçü üsuluna müraciət edərək, yaradılışı, dini doqma kimi qələmə verirdi.
Görəsən Ertanın məqsədi “elmi” idi? Xeyr! Görünüşdə doqmadan şikayətlənən Ertanın ifadələri, əslində, özünün elmdən kənar doqmanı müdafiə etdiyini ələ verirdi!
Təkamül-materialist doqmadır. Bu doqma, hər materialistə tətbiq etdirilir və bunu, kor-koranə qəbul etməsi gözlənilir. Çünki, materializm, hər şeyin maddə ilə məhdud olduğunu qəbul edər, bu qəbula görə də, həyat, maddənin təkamülləşməsi ilə ortaya çıxmalıdır. Təkamülü qəbul etməyən biri, materialist ola bilməz. Bununla əlaqədar olaraq, təkamül nəzəriyyəsi, əsasını elmi tapıntılarda deyil, keçmiş materialist fəlsəfədə tapır. Təkamülçü elm adamları, materializm üçün doğru qəbul etdikləri bir doqmanı müdafiə edirlər. Harvard Universitetindən məşhur təkamül genetik Riçard Levontin, bu əhəmiyyətli həqiqəti belə ifadə edir:
“Bizim materializmə bir inancımız var, “a priori” (əvvəldən qəbul edilən, doğru fərz edilən) bir inancdır bu. Bizi dünyaya materialist izahı etməyə məcbur edən şey, elmin üsulları və qaydaları deyil. Əksinə, materializmə olan “a priori” bağlılığımıza görə, dünyaya materialist izah gətirən tədqiqat üsullarını və fikirləri hazırlayırıq. Materializm, mütləq doğru olduğuna görə də, İlahi bir açıqlamanın dövrəyə girməsinə icazə vermərik.” 1
Levontinin işarə etdiyi “a priori” inanc (əvvəldən qəbul edilən, doğru fərz edilən), Ertanın bu cümlələrində ortaya çıxır:
“Təkamül, bütün təbiət elmlərinin təməl məlumatı mövqeyindədir. Buna aid, canlıların təkamülü faktı da, biologiyanın ən əhəmiyyətli tədqiqat sahələrindən biridir. Çünki biologiyada, bəhs olunan bütün icraat və sistemlər təkamül prosesinin nəticəsində, indiki vəziyyətə gəlmişdirlər.”
Burada Ertan, böyük bir yanılma ilə özünü aldadır. Levontinin etirafında göründüyü kimi, belə bir materialist izah, dayağını elmin üsul və qaydalarına, ya da elmi dəlillərə əsaslanmır. Burada bir neçə sual soruşaraq bunu, dərhal ortaya çıxarar.
Ertan, biologiyanın bəhs etdiyi icraat və sistemlərin, məsələn fotosintezin, gözün, bakteriya qamçısının, qanadın, qulağın, ürəyin, həzm sisteminin təkamül prosesin məhsulu olduğunu qəbul edir. Əgər, bu qəbulun elmi dəlillərə əsaslandığı qarşıya qoyulursa, bu orqan və sistemlərin tək bir hüceyrədən milyardlarla il ərzində nə cür mərhələlərlə, hansı mexanizmlərlə təkamülləşdiyini göstərən dəlillərin sıralanması lazımdır ki, belə bir dəlilli, təkamülçülər 1,5 əsrdir edə bilməmişlər.
Nə Haluk Ertan, nə də başqa təkamülçü, bu orqan və sistemlərdə mövcud olan məlumata əsaslanan kompleksliyin, darvinizmin iddia etdiyi təbii seleksiya və təsadüfi mutasiyalarla necə ortaya çıxdığını qəti olaraq göstərə bilməz. Bunu etməsi mümkün olmayan Ertanın təkamül qəbulunun da, əslində məlumata əsaslanmadığını və sözlərini fəlsəfi olaraq müdafiə etdiyi, yəni materializmə əsaslandığı aydındır.
Ertan, təkamülün bütün təbiət elmlərinin “təməl məlumatı” olduğunu iddia edir. Halbuki bu iddia, tamamilə səhvdir. Təkamül “məlumat” deyil, əsassız bir fərziyyəyə görə, inkişaf etdirilən fərziyyələr hörüyüdür.
Təkamülçü elm adamları, öz intizamlarında davam etdirdikləri işlərdə fərziyyələr irəli sürür, bu fərziyyələri də, bütün canlıların tək bir hüceyrədən şüursuz təbii səbəblərlə və təsadüflə təkamülləşdiyi şəklindəki geniş əhatəli fərziyyəyə əsaslandırırlar. Məsələn, bir paleontoloq, canlıların fosillərini araşdırarkən, araşdırmalarını təkamüllü çərçivəyə sığışdırır, beləliklə fosillər arasındakı bənzərliklərin canlılar arasında təkamülün bir göstəricisi olduğunu hazırlayır.
Ancaq paleontologiya və molekulyar sistematik sahəsində aparılan işlər, növlər arasında təkamüllə əlaqələr olan fərziyyəsini heç cür dəstəkləməmişdir, təkamül nəzəriyyəsinin fərz etdiyi xəyali təkamül ağacı ilə tamami ilə zidd nəticələr ortaya qoymuşdur. Bir sözlə, təkamül paradiqması, məlumatı araşdırmada nəzəri çərçivə təqdim etməsi ilə funksional olsa da, canlıların təkamülləşdiyinə dair heç bir məlumat ortaya qoya bilməmişdir, əsassız bir fərziyyə olaraq qalmışdır.
Bunu təsirli şəkildə ortaya qoyan bir hadisə, təkamülçü kütlələrin iştirakı ilə Amerikan Təbiət Tarixi Muzeyində təşkil edilən bir yığıncaqda yaşanmışdır. Məşhur İngilis paleontoloq Colin Paterson, yığıncaqda çıxış edərək bunları demişdir:
“…Keçən bir neçə həftə, müxtəlif insanlara və insan qruplarına sadə bir sual vermək istədim. Sual belə idi: “Mənə təkamül haqqında bildiyiniz bir şeyi, doğru olan bir şeyi izah edə bilərsiniz?” Bu sualı Təbiət Tarixi Muzeyindəki geologiya qrupuna verdim və aldığım yeganə cavab səssizlik idi… Sistemli ortaq ata fərziyyəsinin təsirinin yalnız darıxdırıcı olmaqla, məlumat əskikliyi ilə qalmadığını, hətta, məlumata açıq şəkildə zidd olduğunu düşünürəm. Bəs təkamülə nə deyilməlidir? Əlbəttə nəzəri bir çərçivə olaraq, məlumat funksiyası var, amma görəsən heç məlumat daşıyır? Sizə başda soruşduğum suala dönürük burada, “Mənə təkamül haqqında bildiyiniz bir şeyi, doğru olan bir şeyi izah edə bilərsiniz? Bu sual qarşısındakı susqunluq, dediklərimin doğru olduğunu, təkamülün heç məlumat daşımadığını göstərir.”2
Təkamülçü avtoritetlərin Pattersonun sualı qarşısındakı susqunluqları, aydındır ki, fərz edilən təkamülə aid “məlumatın” deyil, ancaq “məlumatsızlığın” göstəricisidir. Ertan, heç bir məlumat daşımayan, əsassız bir fərziyyəni mütləq doğru qəbul etmənin əslində doqma olduğunun şüuruna varmalıdır. Əgər doqma olduğu üçün biologiya kitablarından çıxarılacaq bir “yanaşma” varsa bu, məhz təkamül doqmasının özüdür.
Qeyd: Təkamülçülərin tez-tez müraciət etdiyi “Yaradılış dindir, təkamül elmdir” taktikası, təkamülü bir doqma kimi qorumağa aid cəhddir. Heç bir elmi əsası olmayan bu ifadəyə, əvvəl də verdiyimiz ətraflı cavabı buradan oxuya bilərsiniz.
1) Richard Lewontin, “The demon-Haunted World”, The New York Review of Books, 9 yanvar 1997, səh. 28
2) Colin Patterson, Director AMNH, Address at the American Museum of Natural History (5 noyabr 1981)