Bir qəzetdə nəşr olunan və 5 gün davam edən yazı seriyasında, təkamülçü müəllim, Allahın insanı torpaqdan mərhələlərlə yaratdığını müdafiə etdi. Yazıda Allahın insanı torpaqdan mərhələlərlə yaratdığı, hz. Adəmin ilk insan olmadığı, xurma ilə heyvan arasında bənzərliklər olduğu iddia edilirdi. Buna görə bütün canlılar, ən üst mərtəbəsində insanın olduğu təkamüllü zəncirə görə dəyişiklik göstərirdi. Bəzi Quran ayələrini bu görüşlər istiqamətində şərh edərək təkamülçü düşüncələrə Qurandan dəlillər gətirməyə çalışıldığı görülürdü. Ancaq ayələr üzərindəki bu şərhlər həqiqətləri əks etdirmir və bu təkamülçü görüş hər hansı etibarlı dayaqdan məhrumdur.
Aşağıda ilk olaraq Quran və elm işığında etibarsız olan təkamül nəzəriyyəsinin, niyə Quran ayələrinə tamamilə zidd aldanma olduğu izah edilir. Daha sonra da haqqında danışılan yazıda yer alan təkamülçü səhvlər ortaya qoyulur. Niyyətimiz Allahın “Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər.” (Ənfal surəsi, 73) ayəsi gərəyi, təkamül nəzəriyyəsinin etibarsızlığı və Quran ayələrinə zidd xüsusiyyəti haqqında müsəlmanları məlumatlandırır. Beləcə tarix boyunca bəşəriyyətə müxtəlif bəlalar və çətinliklər gətirmiş darvinist düşüncənin, təkamülü elmi həqiqət zənn edən müsəlmanlar vəsiləsiylə dəstək təmin etməsinin qarşısına keçilmiş olacaq.
Təkamül nəzəriyyəsi elmi həqiqətlərə baxmayaraq və materializm üçün davam etdirilən aldatmadır
Təkamül nəzəriyyəsi, materialist fəlsəfəni mənimsəmiş kütlələr tərəfindən müdafiə olunması və yayılması qlobal missiya olaraq davam etdirilən aldatmadır. Nəzəriyyə, canlıların, təsadüflər və məqsədsiz təbiət hadisələriylə bir-birlərindən törədiklərini iddia edir. Canlılar aləmindəki növlərin, təbii seleksiya və mutasiya ilə inkişaf etdiyini müdafiə edir. Canlı quruluş və sistemlərindəki dizaynı açıqlamada, heç bir məqsədi, məlumatı olmayan şüursuz təsadüflərə yaradıcı güc ətf etməklə Allahın yaratmasını inkar edir.
Təkamül nəzəriyyəsinin, Allah inancına və dinə qarşı bir düşüncə sistemi olduğunun ən açıq göstəricisi, nəzəriyyə lehində səslərini ən çox yüksəldənlərin fəlsəfi fikirləridir. Təkamül nəzəriyyəsi lehində bir çox kitab, məqalə, konfrans ilə illərcə təbliğat etmiş məşhur elm adamları, ateist olduqlarını etiraf etmiş kəslərdir. Zooloq Ernst Mayr, genetik J. B. S Haldana, astronom Carl Sagan, biokimyaçı və elmi yazar Isaac Asimov, bioloq Sir Julian Huxley, bioloq Jacques Monod, eyni zamanda marksist olan paleontoloq Stephen Jay Gould, zooloq Richard Dawkins, filosof Daniel Dennett kimi adlar bunların başda gələnləridir.
“Darvin bizə intellektual istiqamətdən təmin olmuş ateist ola bilmə imkanını verdi” deyən Richard Dawkinsin də yazılı sənəd kimi, təkamül nəzəriyyəsi ateizm təbliğatının ən əhəmiyyətli ünsürüdür. Nəzəriyyə, ateist fəlsəfəni yalnız bəsləyən damar deyil, eyni zamanda materializmin doqmaları istiqamətində, Allah inancını və dini tərk etmiş bir mədəniyyət meydana gətirmək üçün icra edilən sistemli araşdırma proqramının mövzusudur. Bu araşdırma proqramının rəhbəri mövqeyindəki ateist elm adamları; elmi, kainatı və təbiəti tamamilə təsadüfü səbəb və müddətlərlə açıqlamaqla vəzifəli və məhdud araşdırma sahəsi olaraq təyin edir, (bu tərifin qaçınılmaz nəticəsi olaraq) təkamül nəzəriyyəsini cəmiyyətə elmi həqiqət olaraq təlqin edirlər. Elmi nəşrlərdə təkamül nəzəriyyəsinə verilən dəstək də elmi araşdırmalarda əldə edilən dəlillərdən doğulmur. Bu dəstək; materialist doqmanın qəbulunu şərt qoşduğunu, tamamilə elmi dəlillərə zidd “düşüncənin” məhsuludur. Bu düşüncəni mənimsəyənlər, təkamül nəzəriyyəsini, elmi tənqiddən və testə tabe tutulmaqdan qorumağa çalışırlar.
Təkamül nəzəriyyəsi müdafiəçilərinin, nəzəriyyəni ayaqda tuta bilmək üçün ən çox üzərində dayandıqları nöqtə, bu qorumanın hansı üsulla həyata keçirildiyini asan göstərir. Bu, “nəzəriyyənin elmi nəzəriyyə olduğu, təkamülün elm adamlarının böyük əksəriyyəti tərəfindən qəbul edildiyi və nəzəriyyəni rədd etmənin elmi rədd etməklə ekvivalent olduğu” istiqamətindəki əsaslanmadır. Bu əsaslanma, planlı və israrlı olaraq davam etdirildiyi kimi, vəziyyətə görə dəyişən bəzi formalara bürünə bilər: Təkamülü rədd edənlərin yalnız dindar kəslər olduqları; elmin təbiət tarixində fövqəltəbii müdaxilələri rədd edən həqiqətlər ortaya qoyduğu; (Allahı tənzih edirik) bir Yaradıcı varsa belə yalnız kainatı yaratdığı, digər mərhələlərə müdaxilə etmədiyi, bundan sonra həyatın təsadüf və təbiət hadisələriylə özbaşına təkamülləşdiyi kimi ağıldan kənar iddialardır.
Əslində isə bütün bunlar həqiqətdən uzaqdır. Təkamül nəzəriyyəsi, şəxsən Charles Darvinin qarşıya qoyduğu meyarlara görə, elmi tapıntılar tərəfindən qəti olaraq etibarsız nəzəriyyədir. (Detallı məlumat üçün baxın. Harun Yəhya, “Təkamül yalanı”, Qlobal nəşriyyat, İstanbul, 1997, Harun Yəhya “Həyatın gerçək mənşəyi”, Qlobal nəşriyyat, İstanbul, 2000). Həyatın və növlərin mənşəyi sahəsindəki elmi işləri araşdırıb izləyən və təkamül nəzəriyyəsinin iddialarını bu araşdırmaların nəticələrinə görə obyektiv olaraq qiymətləndirən hər kəs bunu görər. Bunu edən biri, özünə əvvəldən “elm” olaraq təqdim edilən şeyin əslində təkamül nəzəriyyəsi yandaşlarının nəzəriyyəni dəstək olmada müraciət etdikləri xəyali ssenarilər, kor-koranə inanc, məntiq pozuqluqları, təhrif etmə, demaqoqluq və hətta saxtakarlıq üsullarıyla davam etdirdikləri “yalan” olduğunu asanlıqla anlayacaq.
Təkamül nəzəriyyəsi, ortaq atadan varislik və pilləli inkişaf iddiaları üçün test arenası meydana gətirən fosil qeydlərində çoxdan məğlub olmuşdur. Fosil qeydlərində nəzəriyyənin yaşadığını fərz etdiyi ara-keçid formalarından əsər-əlamət yoxdur. Şəxsən Charles Darvin tərəfindən etiraf edilmiş bu həqiqət, özündən sonra gələn paleontoloqlar tərəfindən davam etdirilən saysız fosil araşdırmasının məyusluq və hüsranla nəticələnməsiylə qəti olaraq təsdiqlənmişdir. Paleontologiya elminin əldə etdiyi həqiqət, canlıların hər hansı təkamüllü ataları olmadan və qüsursuz bədən strukturlarıyla birdən ortaya çıxmış olduğudur. (Baxın: Harun Yəhya, “Təkamülçülərin etirafları”, Qlobal nəşriyyat, İstanbul, 1999)
Genetika sahəsində on illər boyu edilən çalışmalarında əldə edilən tapıntılar da təkamül nəzəriyyəsini etibarsız etmişdir. Genetika elmi, nəzəriyyənin əsaslandığı mutasiyaların canlıların genetik məlumatını artıran heç bir xüsusiyyətləri olmadığını, əksinə mutasiyaların, canlıların DNT-sindəki məlumatı dağıdaraq xəstə ya da şikəst fərdlərin doğulmasına səbəb olduqlarını ortaya qoymuşdur. Bir radioya vurulan çəkic zərbələrinin radionu televiziyaya çevirmədiyi kimi, mutasiyalar da canlıları başqa canlılara çevirmirlər.
Biokimya isə tək bir hüceyrədə ən inkişaf etmiş bir şəhərdəkindən daha çox səviyyədə komplekslik olduğunu və bunun pilləli inkişafla açıqlanması qeyri-mümkün olan “sadələşdirilə bilməz kompleks” işçilərə əsaslandığını göstərmişdir. (Baxın: “Sadələşdirilə bilməz komplekslik”, Harun Yəhya, Həyatın gerçək mənşəyi, Araşdırma nəşriyyat). Bunlarla yanaşı kimya, mikrobiologiya və müqayisəli anatomiya kimi digər intizamlar tərəfindən ortaya qoyulmuş başqa bir çox elmi tapıntı; təkamül nəzəriyyəsinin heç bir elmi dayağı olmayan materialist əfsanədən ibarət olduğunu açıq və dəqiq şəkildə ortaya qoymuşdur.
Aldatmalara inanmamaq, materialistlərə qarşı fikri mübarizədə qərarlı davranmaq
Müsəlmanların, İslamı təkamüllə uzlaşdırma axtarışlarında, materialistlərə görə davam etdirilən təkamül elmə bərabərdir. Təkamülü rədd etmək, elmi təməldən yox saymaqla bərabərdir kimi təlqinlər və uydurmalarının təsirində qaldıqları görülür. Bunun təməlində isə elmi mövzularda araşdırma etməyə qarşı laqeydlik yatar. Bu kəslər həyatın mənşəyiylə əlaqədar elmi mövzularda qulaqdan dolma məlumatlarla kifayətlənərlər. Təkamülçülərin iddialarının xüsusiyyətini yaxşı anlayaraq onları elmi tapıntılar qarşısında analiz edəcək bir məlumat və düşüncə işinə girməzlər. Kompleks görünən Latınca terminlər, elmi prinsiplər və fərziyyələr onların bu mövzularda gözünü qorxudaraq dərinləşmələrinə maneə törətmiş olar. Bundan ötrü bu işləri görmüş “elm adamları”nı gözlərində böyütmüş olarlar.
Təkamülçülərin hansı iddialarına hansı şəkildə cavab verəcəklərini bilmədikləri üçün ola biləcək bir mübahisə mühitində səssiz qalarlar və asan yolu seçərək Allahın təkamüllə yaratmış ola biləcəyini ifadə edib özlərini bu çətin vəziyyətdən qurtarmağa çalışarlar. Halbuki təkamül nəzəriyyəsi Allahı inkar edən materialist fəlsəfənin təməlidir və müsəlmanların bu nəzəriyyənin etibarsızlığını mütləq bilməsi lazımdır. Hər müsəlmanın araşdıraraq bilib öyrənməsi lazım olan şey budur: Təkamül nəzəriyyəsi heç bir dəlilə sahib deyil, təsadüf və təbiət hadisələrinə əsaslanan şərhləriylə insanlara Allaha şəriklər qoşmasını təlqin edir. Bir müsəlman bunun şüuruna vardıqdan sonra təkamülçülərin həqiqətdən uzaq iddialarından heç bir şəkildə çəkinməz. Özünə elm adı altında ediləcək təlqinlər qarşısında, hz. İbrahimin göstərdiyi rəftarı ortaya qoyur. Hz. İbrahim, Allaha iman etməyən və özünə Ona şəriklər qoşmağı təlqin edən inkarçılara bunları söyləmişdir:
Siz, Allahın sizə, haqqında heç bir dəlil nazil etmədiyi şeyləri (bütləri) Ona şərik qoşmaqdan qorxmursunuzsa, mən sizin şərik qoşduqlarınızdan necə qorxa bilərəm? Əgər bilirsinizsə, deyin görüm iki dəstədən hansı əmin-amanlıqda olmağa daha haqlıdır?” (Ənam surəsi, 81)
Hər müsəlman təkamül nəzəriyyəsinin iddiaları və onları etibarsız edən elmi tapıntılar haqqında məlumatını artırmaq üçün səmimi cəhdə etməlidir. Allah bir Quran ayəsində belə bildirir:
“ … Müsəlman olan şəxslər doğru yol tutanlardır. (Cin surəsi, 14)
Bu şəkildə düşünüb hərəkət edən və yaradılış gerçəyini öyrənmək üçün məlumatlarını artıranlar, zövqlü öyrənmə müddətindən sonra təkamülçülərin əsassızlıqlarını bir-bir görüb yoxlamağa başlayacaqlar. Yaradılış gerçəyini müdafiə edən məlumat sahibi müsəlmanların təkamülçülər qarşısındakı qalibiyyətləri Allahın icazəsiylə qaçınılmazdır. Allah bir Quran ayəsində belə bildirmişdir:
Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz. Allaha aid etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 18)
Təkamülçü müəllimin yanılmaları
Qeyd edilmiş yazıdakı yanılmalar bu başlıqlar altında araşdırıla bilər:
- İnsanın torpaqdan mərhələlərlə yaradıldığı yanılması
Allah, Ali İmran surəsi 59-cu ayəsində hz. Adəmin torpaqdan yaradıldığını belə xəbər verir:
Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir. Allah onu torpaqdan yaratdı, sonra isə ona “Ol!” – dedi, o da oldu. (Ali İmran surəsi, 59)
Yuxarıda xatırladılmış təkamülçü müəllim, ayədə keçən “oldu” ifadəsini “olmağa davam edir, olur” şəklində təfsir edir və bu tərcümədən yola çıxaraq ayədə təkamülə işarə olduğunu söyləyir. Halbuki yuxarıda Əli Bulaçın tərcüməsindən istifadə etdiyimiz ayədə görüldüyü kimi, torpağın insana çevrilməsi bir anda reallaşmışdır. Aydındır ki “ol” əmri və dərhal sonra torpağın dərhal hz. Adəmə çevrilməsi ani bir hadisəni göstərir. Haqqında danışılan yazıda bunu şərhdə “torpağı insan olmağa yönəltmə” kimi ifadə istifadə edilməsi bu ani müddəti mərhələli göstərmək üzrə edilmiş, məcburi bir şərhdir. Necə ki, islam alimləri bu ayənin tərcüməsi mövzusunda ittifaqla eyni fikirdədirlər. İmam Kurtubi ayədə keçən “yekun” ifadəsini “oldu” şəklində tərcümə edir və bunun səbəbini isə bu şəkildə açıqlayır:
…Buradakı “yekun” feili geniş zaman üçün olmaqla birlikdə; keçmiş zaman mənasında “oldu” şəklindədir. Gələcək zaman ifadə edən “muzari” (geniş və indiki zaman) hərəkəti mənası bilindiyi təqdirdə keçmiş (keçmiş zaman) istiqamətində istifadə edilir.
Fərqli tərcümə və təfsirlərdə isə bu ayə aşağıdakı şəkildə tərcümə edilir:
DİYANƏT TƏRCÜMƏSİ:
Ali İmran surəsi, 59- Allah yanında İsanın vəziyyəti, Adəmin vəziyyəti kimidir. Allah onu torpaqdan yaratdı. Sonra ona “Ol!” dedi və oldu.
YAŞAR NURU ÖZTÜRK TƏRCÜMƏSİ:
Ali İmran surəsi, 59- Allah qatında İsanın vəziyyəti, Adəmin vəziyyəti kimidir. Onu torpaqdan yaratdı, sonra ona “Ol!” dedi. Artıq o, olar.
ALMALILI TƏRCÜMƏSİ:
Ali İmran surəsi, 59- Doğrusu Allah qatında İsanın (yaradılışındakı) vəziyyəti, Adəmin vəziyyəti kimidir; onu torpaqdan yaratdı, sonra ona “ol!” dedi, o da oldu.
SEYİD KUTUB TƏRCÜMƏSİ:
Ali İmran surəsi, 59- Allah qatında İsa nümunəsi, Allahın torpaqdan yaratdıqdan sonra “ol” deməsi ilə olan Adəm nümunəsi kimidir.
TEFHİMUL QURAN TƏRCÜMƏSİ:
Şübhəsiz, Allah qatında İsanın vəziyyəti, Adəmin vəziyyəti kimidir. Onu torpaqdan yaratdı, sonra ona “ol” deməsiylə o da dərhal oldu.
TABƏRİ TƏRCÜMƏSİ:
Ali İmran surəsi, 59- Allah qatında İsanın vəziyyəti də Adəmin vəziyyəti kimidir. Adəmi torpaqdan yaratdı. Sonra ona “Ol” dedi və o da oldu.
İslam alimlərinin yuxarıdakı tərcümələrində də görüldüyü kimi ayədə Rəbbimizin “ol” əmrindən sonra hz. Adəmin “dərhal olduğu” bildirilir. Ayə bu qədər açıq ikən, bu ayəni təkamülə dəlil olaraq göstərməyin isə çox böyük aldatma olduğu ortadadır. Əslində problemin mənşəyi budur: Təkamülü müdafiə edən müsəlmanlar, bu nəzəriyyəni elmi həqiqət olaraq qəbul edir, bu səbəbdən Qurana da “təkamülü təsdiqləməsi lazımdır” məntiqiylə yaxınlaşırlar. Bu məqsədlə təkamül şərhi gətirə biləcəkləri hər sözə zorakı mənalar yükləyirlər. Qurana baxıldığında ya da dəlil alınan Quran ayəsi, əvvəlində və bir sonrasındakı ayələrlə birlikdə oxunduğunda, edilən şərhlərin heç bir etibarlılığının olmadığı da görüləcək.
Bundan əlavə ifadə edilməsi lazım olan əhəmiyyətli bir xüsusiyyət də vardır: Quran, Allahın endirdiyi şəkli ilə, hər hansı dinə zidd fikir və fəlsəfənin təsirində qalmadan, tamamilə səmimi ürəklə oxunub o şəkildə açıqlanmalıdır. Üstəlik şərhi edən adamın, Allah qorxusu ilə hərəkət etməsi, ayələrin mənasını dəyişdirməkdən, səhv şərh etməkdən Allaha sığınması lazımdır. Bu məntiq istiqamətində oxunduğunda, Quranda “təkamüllə yaradılış” mənasında heç bir məlumat olmadığı, əksinə Allahın “ol” əmri ilə varlıqları və canlıları yaratdığı görüləcək. Əgər həqiqətən hz. Adəmdən əvvəl yarı meymun-yarı insan canlılar yaşamış olsaydılar, Allah bunu bizə Qurani Kərimdə açıq, dəqiq, asan və aydın şəkildə izah edərdi. Qurani Kərimin “açıq-aşkar” olması və “asan və aydın” olması, təkamüllü yaradılış iddiasının gerçək olmadığını göstərir.
2) Hz Adəmin ilk insan olmadığı yanılması
Yazıda, hz. Adəmin ilk insan olmadığı, ondan əvvəl bir çox nəsil və insanların yaşadığı qarşıya qoyulur. Bu iddia təkamül nəzəriyyəsini müdafiə edən bəzi müsəlmanlar tərəfindən də dilə gətirilən çox böyük səhvdir. Halbuki Quran ayələrində hz. Adəmin ilk insan olduğu ilə əlaqədar bir çox ayə vardır. Ayələrdə bu şəkildə buyurulur:
Ey Adəm oğulları! Şeytan, əcdadınızın ayıb yerlərini özlərinə göstərmək məqsədilə aldadaraq libaslarını soyundurub Cənnətdən çıxartdığı kimi, sizi də aldatmasın. Şübhəsiz ki, o və onun nəsli sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Həqiqətən, Biz, şeytanları iman gətirməyənlərin dostları etdik. (Əraf surəsi, 27)
Biz dedik: “Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin için, təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız”. Şeytan isə o ağacla onları çaşdırıb olduqları yerdən çıxartdı. Biz dedik: “Bir-birinizə düşmən olaraq aşağı enin! Yerdə sizin üçün müəyyən olunmuş vaxtadək məskən və gün-güzəran vardır”. (Bəqərə surəsi, 35-36)
Ayələrdəki ifadələr çox aydındır. Allah hz. Adəmi torpaqdan yaratmışdır. Hz. Adəm xüsusi bir yaradılışa malikdir və bu xüsusi yaradılış onun əvvəl cənnətdə olmasından, daha sonra da buradan çıxarılmasından aydın olur. Ancaq təkamülçü müsəlmanlar açıq-aşkar olan bu həqiqətləri görməzlikdən gəlir və ayələrdə keçən “cənnət” sözünün, axirətdəki cənnəti deyil, dünyadakı gözəl məkanları ifadə etdiyini irəli sürürlər. Halbuki hz. Adəmin yaradıldığı cənnətin bir çox xüsusiyyəti Quranda ifadə edilir. Ayələrdəki ifadələr bu qədər açıq ikən, məcburi şərhlərlə təkamül nəzəriyyəsinə dəlil axtarma səyinə girmək səhv rəftardır.
Bütün insanların hz. Adəmdən gəldiyini, yəni hz. Adəmin ilk insan olduğunu xəbər verən bir çox ayədən biri də bu şəkildədir:
Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və: “Mən sizin Rəbbiniz deyiləmmi?” – deyə onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: “Bəli, biz şahid olduq!” – demişdilər. Bu ona görədir ki, siz Qiyamət günü: “Biz bundan xəbərsiz idik!” – deməyəsiniz. Yaxud: “Atalarımız bizdən əvvəl Allaha şərik qoşmuş, biz də onlardan sonra gələn bir nəsil olmuşuq. Məgər Sən bizi batilə uyanların etdikləri əməllərə görə məhv edəcəksən?” – deməyəsiniz. (Əraf surəsi, 172-173)
Qısacası hz. Adəm ilk insandır və Allahın ilk elçisidir. Bu mövzudakı ayələr hər hansı bir şərhə yer verməyəcək qədər aydındır. Tək edilməsi lazım olan şey insanların səmimi ürəklə, vicdanlarının səsini dinləyərək və ixlasla Quran ayələrini oxumalarıdır. Allah bu niyyətlə ayələrini oxuyan qullarına mütləq doğru olanı göstərəcək.
Yazını hazırlayan təkamülçü müəllim isə iddialarını Quran ayələrinə deyil, Alusinin izahına görə İmamiyyədən “Məscidil-ahbar” adlı əsərin sahibinə və İbn Babveyhin “kitabut-tövhid” adlı əsərinə əsaslandırır. Ancaq bu qaynaqlardan etdiyi ifadələr Quran ayələrinin izahı deyil. Quranda Adəmdən əvvəl yaşamış insanlar və nəsillər olduğuna dair bir məlumat yoxdur. Bu tərz iddialar, yaşadıqları dövrdə təkamülçü düşüncədən təsirlənmiş İslam alimlərinin fərdi açıqlamaları hesab edilməlidir.
3) Xurma ilə əlaqədar yanılma
Yazıda xurmanın heyvanla arasında bənzərliklər qurulduğu görülür və bunun təkamülçü dünyagörüşündən şərh olunduğu görülür. Xurmanın erkəyi ilə dişisi torpaq içində heyvan beyni funksiyası yerinə yetirən bir beyinə sahib olması təkamüllü bənzərlik olaraq irəli sürülür. Tamamilə əfsanəvi bir izahatla izah edilən ssenaridə, heyvanların bitkilərdən təkamülləşdiyi və xurmanın bitkiylə heyvan arasında ara-keçid forma meydana gətirdiyi qarşıya qoyulur.
Bənzərlikləri təkamül məhsulu kimi təqdim etmək yalnız ön fikirlərlə əlaqədardır. Bənzərliklər, ortaq dizayn məhsullarının diqqətə çarpan xüsusiyyətlərindəndir və təkamülə dəlil meydana gətirməzlər. Məsələn, kompüterlərdə ortaq bir çox parça var, ancaq bunlar kompüterlərin bir-birlərindən təkamülləşdiyini göstərməz. Eyni şəkildə xurma ilə heyvan arasında qurulan bu səthi bənzərliklər də heyvanların xurmadan təkamülləşdiyini göstərməz.
Elmi baxımdan, heyvanların xurmadan təkamülləşdiyi iddiasına haqqında danışılan bənzərlikləri əsas göstərməklə, ikisinin başlanğıc hərflərindəki (h) bənzərliyi əsas göstərmək arasında bir fərq yoxdur. Hər ikisi də hər hansı elmi dayaqdan məhrum, əsassız iddialardır.
4) Naturalist fəlsəfədən təsirlənmiş təkamülçü müsəlmanlar
Təkamül düşüncəsi Darvindən çox əvvəlki dövrlərə, Qədim Yunana qədər əsaslanır və müsəlmanları bir fəlsəfə olaraq müxtəlif dövrlərdə təsir etdiyi də bilinir. Haqqında bəhs edilən yazıda, bunlardan biri olan təkamülçü müsəlman İbrahim Haqqıdan (1703-1772) bəzi sitatlar götürür.
Yazıda Haqqıdan ötürülən sətirlər tamamilə spekulyativdir və təkamülçü müəllimin düşüncəsinin əksinə, bunlar təkamül düşüncəsi adına bir inkişaf ortaya qoyur. Əslində Haqqının təkamül nağılı o dövrdə Avropada məşhur olan təbiət fəlsəfəsiylə tam bir paralellik ortaya qoyur. Bir başqa deyişlə Avropanın naturalist fəlsəfəni mənimsəmiş elm adamlarından alınmışdır. İngilis elm jurnalı “Nature”in redaktoru Henry Gee, bir məqaləsində bu fəlsəfənin 18-ci əsrdə xüsusilə Almaniyada hakim olduğunu ifadə etmiş və bu axını belə yekunlaşdırmışdır:
“Bu fəlsəfədə bütün orqanik formalar, mükəmməlliyə doğru irəliləyən və son hədəfi insan olan universal bir məcburiyyətin nümayişimləridirlər”.1
Təkamülü müdafiə edən müəllim isə, İbrahim Haqqıdan sitat gətirdiyi sətirlərdə belə yazır:
“Vasitəçilərin varlığının hikməti budur ki, hər biri öz mərtəbəsinin aşağısından ən yüksəyinə çatıb, varlıqlar mərtəbəsi nizamla sıralanıb insan mərtəbəsində sona çatar. Məqsəd, dövrü zamanın tetimməsi (zamanın tamamlanması), dünyanın özü olan insanın meydana gəlməsidir.”
Görüldüyü kimi İbrahim Haqqının bu sözləri, Geenin yekunlaşdırdığı təbiət fəlsəfəsiylə eynilə eynidir. Hər ikisində hədəf insanın ortaya çıxmasıdır və İbrahim Haqqının ifadəsiylə, digər bütün canlıların varlığının hikməti bu məqsədə istiqamətli ara-keçid formalar funksiyası yerinə yetirir. Bu bənzərlik göstərir ki, İbrahim Haqqı təkamülçü düşüncələrinin qaynağını o dövrdə təsirli olmuş düşüncə axınlarından alma ehtimalı çoxdur.
Dövr artıq dəyişmiş olsa da bəzi müsəlmanların təkamülü müdafiə etməsinin səbəblərindən biri yenə eynidir: Naturalist düşüncə axınlarından təsirlənmələri. Naturalist fəlsəfədən təsirlənənlər, bu fəlsəfənin “davamlı dəyişmə” iddiasında olmasını cazibədar görür və bunu bir növ qabaqcıl düşüncə sistemi hesab edib, bunu rədd etməyi bir növ mürtəcelik olaraq görürlər. Buna təkamülçülərin, yuxarıda izah etdiyimiz “təkamülü qəbul etməmək elmi rədd etməkdir” aldatması əlavə olunduğunda həyatın mənşəyi sahəsindəki elmi tapıntılardan xəbərsiz müsəlmanların təkamüllə uzlaşma axtarış səbəbləri daha yaxşı aydın olur.
Qısacası təkamülçü müsəlmanların bu düşüncələrə qapılmalarının səbəbləri, əsas göstərməyə çalışdıqları Quran ayələri deyil, təbiətə yaradıcı sifəti ətf edən (Allahı tənzih edirik) materialist fəlsəfənin, elmi görünüş altında verilən təlqinləridir. Təkamülçü müsəlmanlar təkamülü müdafiə edən elm adamlarının sayca üstünlüyündən təsirlənərək bu təlqinlərə açıq hala gəlirlər. Ancaq naturalist axınlardan təsirlənərək bu təlqinlərin təsirində hərəkət etmək müsəlmanların uzaq durmalı bir rəftardır. Çünki islamla uyğun gəlməyən düşüncələr nə qədər çox sayda adam tərəfindən dəstəklənirsə dəstəklənsin, Allah bu insanların yoluna uymamağı əmr edir.
Quranda bildirildiyinə görə, tarixdəki bir çox inkarçı birlik Allahı və dinini inkar etmək üçün özlərinin əksəriyyətdə olduqlarını söyləyərək, insanları haqq yoldan döndərməyə çalışmışlar. Allah, bu səhv məntiqə qarşı iman edənləri xəbərdar edir və çoxluğa uymağın insanları böyük aldanışlara apara biləcəyini belə xəbər verir:
Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar. (Ənam surəsi, 116)
Nəticə
Təkamül nəzəriyyəsiylə islamı uzlaşdırma axtarışındakı müsəlmanların Quran ayələrindən gətirməyə çalışdıqları izahlar tamamilə məcburi açıqlamalara əsaslanır. Bu kəslərin tarixdən nümunə verdikləri islam alimləri də eynilə özləri kimi dövrün təkamülçü mütəfəkkirlərindən təsirlənmişlər. Təkamülçü görüş, islam alimləri arasında ancaq marjinal deyiləcək səviyyədə mənimsənmişdir. XX əsrdə yaşamış böyük islam alimi Səid Nursi canlıların bir-birlərindən təkamülləşdiyi fikrinin “axmaq” olduğunu yazaraq islama zidd olan təkamülçü düşüncəyə lazım olan cavabı vermişdir:
“Biologiya və botanika elmləriylə sübut edildiyi kimi, növlərin sayı iki yüz mini aşır… Bunlar hər vəziyyətdə İlahi Qüvvətlə var edilmiş olmalıdır, ara-keçid formaları olmadan. Çünki bu növlərin davamlı bir silsilə izləməsi və sonsuzluğa uzanması axmaqlıqdır. Bu növlərin başqa növlərdən ortaya çıxma xəyalı da axmaqlıqdır.” 2
Unutmamaq lazımdır ki, bütün müsəlmanlar üçün, Allahın varlığını inkar edən hər fikri, fikri mübarizə ilə çürütmək, haqqı istifadə edərək batili yox etmək əhəmiyyətli məsuliyyətdir. Bu məsuliyyət, “məğlubiyyəti qəbul et, güzəştə get, orta bir nöqtə tap” anlayışı ilə yerinə gətirilə bilməz.
Məsələn, kommunizmin yayıldığı bir cəmiyyətdə müsəlmanın vəzifəsi “kommunizmi islamlaşdırmağa çalışmaq” deyil. Bu, din lehində heç bir nəticə verməyəcək, əksinə kommunizmə fayda verəcək çıxılmaz bir yoldur. Müsəlmanın vəzifəsi, kommunizmi fəlsəfə olaraq çürütmək, məhv etmək və buna qarşı islamın həqiqətini ortaya qoymaqdır. Eyni şəkildə darvinizmə qarşı da müsəlmanın vəzifəsi “Darvinizmi islamlaşdırmağa çalışmaq” deyil, bu böyük yalanı fikirlə çürütmək, məhv etmək və buna qarşı yaradılış həqiqətini ortaya qoymaqdır.
Bütün müsəlmanlar bu şüurla hərəkət etməli, ateizmin təməli olan və 150 ildir dünyanı aldadan təkamül nəzəriyyəsinə qarşı icra edilən fikri mübarizəyə dəstək verməlidir.
Təkamülçü müsəlmanların yanılmaları haqqında daha çox məlumat üçün baxın:
Quran darvinizmi yalan sayır (Kitab)
Təkamül nəzəriyyəsi Quranla ziddiyyət təşkil edir (Məqalə)
1) Henry Gee, “Progressive evolution: Aspirational thinking”, Nature , 420, 611, 12 dekabr 2002
2) Bədiüzzaman Səid Nursi, Isaratü”l-I”caz, səh. 62. http://www.nur.org/treatise/articles/questions_of_science_and_technology.htm