Sənədli filmdə 3.8 milyard il qədər əvvəl Aya bir göy cisminin çarpdığı və bunun da dünyada həyatın sözdə təsadüfi başlanğıcına gətirib çıxardığı qarşıya qoyuldu. İddiaya görə bəhsi keçən toqquşma ibtidai atmosferi həyatın təkamülü üçün uyğun hala gətirmişdi. Əlbəttə ki, bu iddia heç bir elmi dayağı olmayan fərziyyədən ibarətdir.
Həyat bu sənədli filmdə əks etdirildiyi kimi yalnız “uyğun atmosfer” şərtinə asılı deyil. Həyatın əsaslandığı kompleks quruluşu özbaşına meydana gətirə biləcək heç bir təbii səbəb yoxdur. Bu kompleks dizaynın təsadüfi olaraq ortaya çıxması da riyazi olaraq qeyri-mümkündür. Bundan əlavə, həyat maddəyə sadələşdirilə bilməyən xüsusiyyətdə məlumata və koda malikdir. Materialistlərin həyatın mənşəyi ilə əlaqədar tezislərinə çıxılmaz vəziyyət meydana gətirən maneələr haqqında buradan daha çoxunu oxuya bilərsiniz.