7 noyabr 2003-cü il tarixli “Milliyet” qəzetinin “Popüler Kültür” hissəsində, “Yeni çağın dini: Matriks” başlıqlı reportaj nəşr olundu. Reportajda Matriks filmlərini izah etməyə çalışan prof. Ünsal Oskay, filmi tənqid etməklə qalmır, bunu bəhanə edərək İlahi dinləri hədəf alırdı. Ancaq prof. Oskayın iddiaları, etibarsızlığı çoxdan aydın olmuş keçmiş XIX əsr pozitivizminin və şablon Marksist “sinif analizləri”nin təkrarı vəziyyətindəki yanılmalardan ibarət idi.

 

Marksizm insanların zehnini müəyyən şablonlara həbs edən düşüncə qandalıdır. Özünü bu qandala qapdıran insan, dünyadakı hər şeyi marksizmin kobud nəzəriyyəsi içində qiymətləndirməyə başlayar. Hər şeyi bu nəzəriyyəyə məcburi uydurduğu üçün də, etdiyi məcburi izahları “dəlil” zənn edir və beləcə özünü aldadır. Böyük elm fəlsəfəçisi Karl Popper, “Tarixçiliyin səfaləti” adlı əsərində marksizmin bu “intellektual səfalətini” detallarıyla açıqlamışdır.

 

“Milliyet”dəki reportajda prof. Oskayın din haqqında dilə gətirdiyi görüşlər də, Popperin təsvir etdiyi növdə, tipik intellektual yanılmadır.

 

“Elm-din qarşıdurması” deyilən primitiv nağılın səfaləti

Prof. Oskay, “din, mifologiya ya da elmdən kənar rasional olmayan inanclar” ifadəsiylə, dinin “elmdən kənar və irrasional” (ağıldan kənar) olduğunu irəli sürür.

 

Bunu iddia etmək üçün, elmin və ağlın ateizmi sübut etdiyi kimi batil inanca qapılmış olmaq lazımdır. XIX əsrin primitiv elm səviyyəsində düşünən Marx, Freud, Nietzsche, Comte kimi mütəfəkkirlər, belə bir batil inanca sahib idilər. (Prof Oskayın da hələ onların yolunda olduğu aydın şəkildə görülür.) Halbuki XX əsrdə iki əhəmiyyətli həqiqət aydın olmuşdur:

 

1) Elmin və insan ağlının, həqiqət haqqında edə biləcəyi araşdırma və əldə edə biləcəyi nəticələr məhduddur.

2) Daha da, əhəmiyyətlisi, elm və ağlın öz sahələrində etdikləri araşdırmadan çıxan nəticə, ateizmi deyil, əksinə Allah inancını dəstəkləyir.

 

Bu ikinci həqiqəti indiyə qədər bir çox yazımızda minlərlə dəlillə izah etdik. XX əsr elminin ortaya çıxardığı “Big Bang”, “İnsani qanun”, “Şüurlu dizayn” kimi elmi nəzəriyyələrin, ateizmin dünyanı izah etmə forması olan materialist fəlsəfəni təməlindən məhv etdiyini göstərdik. Elm bu gün kainatın yoxdan yaradıldığını, çox həssas dizaynla təşkil edildiyini, canlıların mənşəyinin “şüurlu dizayn” olduğunu kəşf etmə nöqtəsindədir. “News week” jurnalı bir neçə il əvvəlki sayısında “Science Finds God” (Elm Allahı tapır) başlıqlı xəbərində bunu vurğulamışdı. Bu mövzuda yazılmış yüzlərlə kitab, minlərlə məqalə, həmişə eyni həqiqəti vurğulayır: XX əsrin ikinci yarısında elm, XIX əsrdə düşünülənin əksinə, Yaradıcının varlığının dəlillərini görməyə başlamışdır.

 

Amerikalı yazar Patrick Glynn, 1997-ci ildə nəşr olunan “God: The Evidence, The Reconciliation of Faith and Reason in a Postsecular  World” (Allahın dəlilləri, sekulyarizmdən sonra dünyada ağıl və inancın uzlaşması) adlı kitabında bunu izah edir. Glynn bir məqaləsində isə belə deyir:

 

“Modernizmi şəkilləndirən böyük adların hamısı, təsadüfi, ateistik kainatı başlanğıc nöqtələri olaraq almışlar. Bu “təsadüfi kainat” anlayışının müasir elm tərəfindən yıxılması, XX əsrin sonlarındakı düşüncə dünyasında hələ tam fərq edilməmiş böyük inqilab olmuşdur.” (Patrick Glynn, National Review, may 1996, səh. 28)

 

Görünən odur ki, bu böyük inqilabı fərq edə bilməyən, keçmiş materialist nəzəriyyələrlə dünyanı çox “ağıllı” və “elmi” şəkildə anladığını zənn edənlərdən biri də prof. Oskaydır. Və onun yanılması, bəhsi keçən köhnə fikirləri oxucularına oxudan “Milliyet” müxbiri tərəfindən də paylaşılır.

 

Dinlərin nəticələri mövzusundakı yanılma

Prof. Oskayın sözlərindəki başqa diqqət çəkici intellektual yanılma, xristianlıq və islamın insanlara bir şey qazandırmadığını iddia etməsidir. Hz. İsanın təbliğ etdiyi dinin “xristianların illər boyu aslanlara atılmasıyla nəticələndiyini, islamın isə “İrandakı mollalar”ı ortaya çıxardığını söyləyərək, hər iki dini də hədəf alır.

 

Dünya tarixi haqqında müəyyən uzaqgörənliyi və intellektual dərinliyi olan hər kəs, bunun ciddi məlumatsızlığın və ibrət götürüləcək fanatizmin ifadəsi olduğunu anlayar.

Əvvəlcə ifadə etmək lazımdır ki, prof. Oskayın materializmi, onun, dinin insanlara nə qazandırdığını anlamasına mane olan böyük fikri problemdir. Oskay dini ölçərkən yalnız dinin maddi dünyada nəyi dəyişdirdiyinə istiqamətli ifrat nümunələrə baxır, “mənəviyyat” deyilən və dinin ən əhəmiyyətli mövzusu olan daha dərin həqiqəti isə tamamilə göz ardı edir.

 

Bu, ifadə etdiyimiz kimi, materialist zehniyyətin meydana gətirdiyi “dar qəlibli düşüncə”dir.

 

Prof. Oskay dinin maddi dünyadakı təsirləri mövzusunda da böyük yanılma içindədir. Xristianlıq və islam, dünya tarixini çevirən və bəşəriyyətə bütün maddi sahələrdə (ictimai əxlaqda, incəsənətdə, arxitekturada, elmdə) böyük qazanclar verən iki böyük dindir. Xristianlıq, hələ əvvəl barbar qövmlərdən ibarət olan bütpərəst Avropanı birləşdirmiş, mədəniləşdirmiş və bugünkü müasir qərb mədəniyyətinin ən böyük təməli olmuşdur. İslam isə, cahiliyyə dövrünün çöl ərəblərini aydınladaraq dünyanın ən görkəmli mədəniyyətini qurmuşdur. İslam mədəniyyəti, bəşəriyyətə elm, fəlsəfə, incəsənət, arxitektura, şəhər tənzimləməsi, tibb, təhsil kimi sahələrlə çox böyük qatqılar təmin etmişdir. Bunu bir çox qərbli tarixçi də israrla ifadə edir. (Geniş məlumat üçün baxın: (Harun Yəhya, İslamın yüksəlişi)

Daha geniş məlumat istəyənlər, Rodney Starkın “For the Glory of God : How Monotheism Led to Reformations, Science, Witch -Hunts, and the End of Slavery” adlı kitabına müraciət edə bilərlər. Kitabda, İlahi dinlərin bəşəriyyətə elm və düşüncə sahəsində nələr qazandırdığı, İlahi dinlər adına edilən bəzi mənfi fikirlərin isə bu dinlərin səhv başa düşülməsindən qaynaqlandığı, detallı olaraq izah edilir.

 

Bundan əlavə, əgər prof. Oskay maddi dünyaya ən çox kimlərin müsibət və itki gətirdiyini görmək istəyirsə, Marksist təşkilat və rejimləri araşdırması özünə daha təəccüblü nəticələr göstərəcək: Stalinin ölüm düşərgələri, Pol Potun ölüm tarlaları, Maonun süni qıtlıqları və “mədəniyyət inqilabı” faciələri kimi… (Əlavə məlumat üçün baxın: Harun Yəhya, Kommunizm pusquda)

 

Nəticə

“Milliyet” qəzetində “The Matrix” filmi bəhanə edilərək verilən ateizm təbliğatı, içi boş, keçmiş materialist tezislərdən və tarixin təhrif edilməsindən ibarətdir. Və bəşəriyyətin din əxlaqının gətirdiyi yüksək mənəviyyata ehtiyacı olduqları və Allah inancının əhəmiyyətini qavradıqları belə bir dövrdə, bu fikirlərin müvəffəqiyyət qazanması mümkün deyil.

 

Müasir elmi tapıntılar və tarixi həqiqətlər, “həqiqətin illüziya içində görülə bilməsi” xəstəliyinə qarşı əziyyət çəkənlərin, əslində ateistlər olduğunu açıq şəkildə göstərir.