Keçmiş “Radikal” qəzetinin yazarı Mine Kırıkkanat, 2 noyabr 2003-cü il tarixli “Yetidən setiyə” başlıqlı yazısında, dini və dinin təməli olan vəhyi hədəf alan bir yazı yazdı. Hörmətli Kırıkkanat, materialistlərin XVIII əsrdən bu yana müdafiə etdikləri şablon “din-elm qarşıdurması” yazıları təkrarlayırdı.
Yaxşı, görəsən hörmətli Kırıkkanat, bu iddiasına dəlil olaraq nəyi göstərirdi? Elmlə vəhy əlaqəsi haqqında əhatəli araşdırma edir və ya bu cür araşdırmanı istinadmı göstərirdi?
Xeyr. Hörmətli Kırıkkanat tək bir marginal nümunə götürüb onun üzərində demaqoqluq edirdi. Verdiyi tək “dəlil”, İngiltərədəki xristian təriqətinin, Ölü Dənizlə əlaqədar Tövrat kəhanətini məntiqsiz şəkildə şərh etməsi idi.
Mine Kırıkkanatın bu yazıda etdiyi ən sadə “arqument” şəklidir. Ümumiləşdirici şərh etdikdən sonra, bunu dəstəkləyir kimi görünən tək bir nümunə verilir və beləcə istənilən tezis sübut edilmiş kimi görünür. Məsələn, zənci düşməni irqçi, “bütün zəncilər kriminaldır, cinayətə meyllidir” dedikdən sonra, məşhur zənci qatili nümunə göstərir və müdafiə etdiyi axmaq tezisi sübut etdiyini zənn edir.
Halbuki tezisin doğru olub olmadığını araşdırarkən, tək nümunələrə deyil, rəsmə geniş baxılmalıdır. Əlaqədar bütün məlumatlar ələ alınmalı, bunların ümumi analizi edilməli, arqument bunlara əsaslanmalıdır.
Din və elm arasındakı əlaqəyə baxdığımızda isə, vəziyyətin hörmətli Kırıkkanatın iddia etdiyinin tam əksinə istiqamətdə olduğunu görərik. Bir zamanlar, xüsusilə XIX əsrdə, elm və din bir-birinə zidd iki məlumat qaynağı kimi şərh olunmuşdur, amma axırıncı yarım əsrin xüsusilə də son 20-30 ilin elmi tapıntıları, İlahi dinlərin insanlara minlərlə ildir öyrətdiyi təməl həqiqətləri bir-bir təsdiqləməyə başlamışdır. Məsələn, elmin ortaya qoyduğu nəticələr;
– Kainatın başlanğıcı olduğu; maddə və zamanın yoxdan yaradıldığı,
– Kainatda insan həyatını güdən bir məqsəd, bir dizayn olduğu,
– Canlıların dünya üzərində şüurlu yaradılışla ortaya çıxdıqları,
– İnsan şüurunun maddədən fərqli bir şey olduğu, maddə-sonrası bir “ruh”dan qaynaqlandığı,
kimi ən başda Quranda, bundan əlavə təhrif edilmiş olmalarına baxmayaraq Tövrat və İncildə öyrədilən həqiqətlərlə açıq paralellik göstərmişdir.
Amerikalı yazar Patrick Glynn, 1997-ci ildə nəşr olunan “God: The Evidence, The Reconciliation of Faith and Reason in a Postsecular World” (Allahın dəlilləri, dünyəvilik sonrası dünyada ağıl və inancın uzlaşması) adlı kitabında, bu mövzuda bu şərhi edir:
“Keçən 20 ilin araşdırmaları, daha əvvəlki nəslin dünyəvi və ateist mütəfəkkirlərinin Allah haqqındakı bütün fərziyyələrini və uzaq görənliklərini tərsinə çevirmişdir. Müasir mütəfəkkirlər, elmin kainatın daha da mexaniki və təsadüfi olduğunu ortaya çıxaracağını hesab etmişlər; əksinə elm, kainatda ağla sığmaz dərəcədə geniş “böyük dizayn” olduğunu göstərən heç gözlənilməz həssas nizamın ölçülərini kəşf etmişdir. Müasir psixoloqlar dinin nevroz olaraq təyin olunub tərk ediləcəyini nəzərdə tutmuşlar, əksinə dini inancların təməl zehin sağlamlığının çox həyati parçası olduğu empirik (evristika) olaraq ortaya çıxmışdır…
Bunu az sayda insan fərq etmiş kimi görünür, amma bu açıq bir həqiqətdir: Elm və inanc arasında keçən bir əsrlik böyük müzakirənin ardından, indi mövqelər tamamilə alt-üst olmuş vəziyyətdədir. Darvinin ardından, Huxley və Russell kimi ateistlər və aqnostiklər, həyatın tamamilə təsadüfi və kainatın da radikal şəkildə məqsədsiz olduğunu göstərən… bir tezisə əsaslanırdılar. Çox sayda elm adamı və intellektual hələ bu görüşə davam edir. Amma bunu müdafiə etmək üçün gedərək daha da məntiqsiz uclara sovrulurlar. İndiki vaxtda konkret dəlillər, çox güclü şəkildə, Allah inancı istiqamətində işarə verir.”
NASA-ın “Goddard Institute for Space Studies” adlı hissəsinin qurucusu və yenə NASA bünyəsində “Mount Wilson Institute”nin rəhbəri olan Amerikalı astronom və fizik Robert Jastrow, “God and the Astronomers” (Allah və astronomlar) adlı məşhur kitabında, elmin ortaya çıxardığı həqiqətləri araşdıran elm adamlarının, “ən üstdəki qayaya doğru çəkib dırmaşdıqlarında, orada əsrlərdir oturan bir qrup teoloq tərəfindən qarşılandıqları” şəklində şərh edir. Bu şərhdən də aydın olduğu kimi, indiki vaxtda elmin ortaya qoyduğu həqiqətlər, əsrlərdir haqq dinin bildirdikləri ilə tam uyğunlaşma içindədir.
Hörmətli Mine Kırıkkanatın, keçmiş “din-elm” qarşıdurması şablonlarını (və tək nümunələrə əsaslanan primitiv arqumentləri) bir kənara buraxıb, elm dünyasında həqiqətən nələr olduğunu araşdırması lazımdır. Bu həm vəhyin işığını görməsini və həqiqəti anlamasını təmin edəcək, həm də özü kimi bir yazara yaraşmayacaq dərəcədə səthi məntiq hörgüləriylə yazmaqdan xilas olmasına vəsilə olacaq..