“Hürriyet” qəzetinin 19 oktyabr tarixli “Pazar” əlavəsində, jurnalist Özdemir İncenin ərəb şairi Adonis ilə etdiyi müsahibə nəşr olundu. Müsahibədə, özünü ateist olaraq tanıdan Adonis, İslam və ümumiyyətlə İlahi dinlər haqqında bir sıra səhv izahlar edirdi.

Bu izahların başında Adonisin, günümüz İslam dünyasında bəzi yerlərdə yaşanan bəzi mənfi hərəkətləri İslamiyyətə aid etməyə çalışması gəlir. Halbuki dinin, bu dinə mənsub olan bəzi kəslərin səhvlərinə görə qiymətləndirilə bilməyəcəyi aydındır. Hər dinin və hər cür dünyəvi ideologiya və fəlsəfənin tətbiq ediciləri arasında fanatik insanlar ola bilər. Meyar olaraq alınması lazım olan, o dinin təməli olan müqəddəs kitab və Peyğəmbərinin sünnəsidir. İslamiyyətin qaynağı olan Qurani Kərimə və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinə baxıldığında isə, İslam dünyasında bəzən yaşanan bir sıra mənfi hərəkətlərin, Quranın səhv başa düşülməsindən və ya Quranın və sünnənin yerinə bir sıra səhv ənənə və xurafatların qəbul edilməsindən qaynaqlandığı açıq aydın görünür.

Adonisin digər böyük yanılması, monoteist (Tək Allahı qəbul edən) dinlərin, bu dinlərdən əvvəl var olan bütpərəst inanclara görə mədəni istiqamətdən sözdə “geri” olduğunu iddia etməsidir.

Adonis bu iddiasının axmaqlığını “monoteizm elmi və texnikanı yaratdı” etirafını edərək yüngülləşdirməyə çalışır, amma tarixi araşdıran hər kəs, İlahi dinlərin yalnız elm və texnika sahəsində deyil, mədəniyyət sahəsində də insanlığı işıqlandırdığını açıqca görə bilər. İncəsənət, arxitektura, ədəbiyyat sahələrində İslamiyyətin və xristianlığın insanlığa qazandırdığı əsərlər sayıla bilməyəcək qədər çoxdur. İslamiyyətin, peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-ə vəhy olunmasının dərhal ardından, yalnız bir neçə on il içində, dünyanın ən görkəmli mədəniyyətlərindən biri halına gəlmişdir. İlk İslam dövlətlərindən Osmanlıya qədər uzanan görkəmli İslam mədəniyyəti, böyük məscidlər, saraylar, şəhərlər qurmuş, insanların həyat standartlarını və mədəniyyət səviyyələrini əvvəli ilə müqayisə edilə bilməyəcək qədər yüksəltmişdir. (Geniş məlumat üçün baxın: İslamın yüksəlişi, Harun Yəhya), Araşdırma nəşriyyat)

Qərbin tarixində də ən böyük incəsənət, arxitektura və ədəbiyyat əsərləri, Kitabı Müqəddəsi təməl alan görkəmli tablolar, heykəllər, baş kilsələrdir.

Adonisin reportajda yer alan, “Monoteist sivilizasiya yalnız müharibə, “Milliyet”çilik, irqçilik və diktatorluqlar yaratdı” cümləsi isə, böyük tarixi təhrif etmənin ifadəsidir. Tarixi bilən hər kəs bilir ki, haqqında danışılan müharibə, həddindən artıq “Milliyet”çilik, irqçilik, diktatorluq kimi faktlar, din əleyhinə fəlsəfə olan İşıqlanma düşüncəsinin Avropaya suveren olmasından sonra yüksəlmişdir. Hələ irqçiliyin İlahi dinlərlə əlaqələndirilməsi çox böyük təhrif etmədir. İslam və xristianlıq kimi İlahi dinlər, bütün insanları Allahın bərabər olaraq yaratdığını və irqlər arasında heç bir ayrı-seçkilik olmadığını açıqca ifadə edirlər. İrqçilik əsas olaraq XIX əsr Avropasında inkişaf edən İctimai Darvinist fikirlərin bir məhsuludur ki, bilindiyi kimi, İctimai darvinizm İlahi dinlərə tamamilə əleyhinə olan bir nəzəriyyədir. (Əlavə məlumat üçün baxın. Harun Yəhya, Darvinizmin insanlara gətirdiyi bəlalar, İstanbul, 2000)

Əslində, “müharibə, həddindən artıq “Milliyet”çilik, irqçilik və diktatorluqlar”, əsas olaraq bütpərəst (paqan) mədəniyyətlərin və onların XIX əsrdə gündəmə gətirilməsiylə çıxarılan neo-paqanizmin məhsullarıdır. Dünyanın ilk faşist sisteminin, bütpərəst Yunandakı Spartak olduğu, hər kəs tərəfindən bilinir. Tək məqsədləri qan tökmək və döyüşmək olan faşist Spartalılar, yeni doğan gücsüz körpələri “döyüşməyə yaramaz” deyə öldürəcək qədər canidirlər. Bunun bənzəri olan bir başqa azğınlıq, cahiliyyə ərəblərində görülür: Yeni doğan qız körpələri diri-diri torpağa basdırma adəti də bütpərəstlərə aiddir. (Geniş məlumat üçün baxın: Darvinizmin qanlı ideologiyası: Faşizm, Harun Yəhya, Araşdırma nəşriyyat)

Adonisin hərarətlə təriflədiyi Misir fironlarının çoxu; on minlərcə kölə işçini ölənə qədər işlədərək özlərinə nəhəng məzarlar (piramidalar) düzəltdirən, sonra da öldüklərində həyat yoldaşlarını da bu piramidalara diri-diri basdıran psixopatlardır. İnsanlıq tarixinin ən böyük vəhşiliklərinə imza atan Hitler və ya Stalin kimi diktatorlar da, neo-paqan və ya ateist təlimlərin nümayəndələridirlər. İlahi dinlərlə heç bir əlaqələri yoxdur.

Qısacası Adonisin İslama və ümumiyyətlə İlahi dinlərə yönəltdiyi günahlandırmalar tamamilə əsassızdır və tarixin təhrif edilməsinə əsaslanır. Bu təhrif etmənin ardındakı faktor isə, böyük ehtimalla, Adonisin ateizmidir.

“Hürriyet” yazıçısı Özdemir İncenin, bu fanatik və içi boş ateist təbliğatı çox dərin fikir hesab edərək oxucularına oxutması isə, həm özü, həm də qəzeti adına böyük axmaqlıqdır. Özdemir İncenin və “Hürriyet” yazı işlərinin ağıl və sağlam fikir ilə hərəkət edərək, oxucularına oxutduqları yazılarda daha seçici olmalarını diləyirik.