“Milliyet” yazarlarından Ece Temelkuran, 11 avqust 2003-cü il tarixli və “Fəlsəfə arası nikah” başlıqlı yazısında belə yazırdı:
“Türkiyə Fəlsəfə Təşkilatı rəhbəri prof. Ionna Kuçuradinin o hər zamanki müdrik gülümsəməsi dünən bütün qəzetlərdə idi… Həyatı boyunca sual soruşaraq və düşünərək yaşamanın insanı necə təvazökar bir sükunətə çağırdığını da onun üzündə görmüşdüm. İnsanın başında minlərlə müzakirəylə yaşaması kiməsə çətin gələ bilər. Buna görə “inanmaq”, “boyun əymək”, “üsyan etməmək”, “qəbul etmək” daha komfortlu kimi görünə bilər. Evlənmək, uşaq-muşağa qarışmaq, “Mən kiməm?” deyə soruşmadan sənə kim olduğun deyilirsə o olmaq kiməsə daha yaxşı ola bilər. Amma Reyyan xanımın üzündəki müzakirəsiz inanc mənim kimilərə çox yorucu gəlir… Fəlsəfi sual verər və cavab axtarar. Din, sizdən çox əvvəl verilmiş cavablara təslim olmağınızı gözləyər. Bəziləri sual soruşaraq vurnuxmağı seçər. Bəzilərinin isə üzündə o qəribə gülümsəmə vardır; heç sual soruşmadan, heç yorulmadan cavabları əldə etmiş olmanın, elə sanmanın gülümsəməsi. Rahatdır, çox rahatdır…”
Bu sətirlərdə, din və fəlsəfənin fərqi haqqında əhəmiyyətli yanılma ortaya çıxmaqdadır. Yalnız Ece Temelkurana xas olmayan, olduqca sıx rastlananan və bir neçə ayrı mərhələdən ibarət olan bu yanılmanı belə açıqlaya bilərik:
1) Ece Temelkuran, insanın “mən kiməm?” sualı üzərində düşünməməsinin insanları din əxlaqına yönəltdiyini sanmaqdadır. Ona görə bu sual üzərində düşünməmək insanı dinə yönəldər, düşünmək isə fəlsəfəyə…
Bu yanılmanın səbəbi dindarlığın “ənənəçilik” ilə qarışdırılmasıdır. “Mən kiməm, niyə yaşayıram, doğru nədir?” kimi təməl suallar üzərində düşünməyən insanlar, bu sualların cavablarını özünü yetişdirən cəmiyyətin ənənələrindən götürər. Adamın mənimsədiyi dəyərlər cəmiyyətin sahib olduğu ənənələrə görə şəkillənər. Bu insanların hər vaxt din əxlaqına yönəldikləri mənasını verməz. Məsələn, əgər cəmiyyət din əxlaqından uzaq, hətta ateist bir cəmiyyətdirsə, adam bu ənənəni mənimsəyər. Sovet cəmiyyətində yetişən bir çox insan da “mən kiməm, niyə yaşayıram, doğru nədir?” kimi təməl suallar üzərində heç düşünməmiş, heç sorğulamadan, özünə Kommunist partiyası tərəfindən öyrədilən doktrinaları (daha doğrusu, yanılmaları) qəbul etmişdir.
Bu səbəbdən, “sorğulamadan qəbul etmək, sorğulamadan inanmaq”, din əxlaqı ilə əlaqədar bir düşüncə deyil.
2) Əslində, “sorğulamadan qəbul etmək, sorğulamadan inanmaq”, doğrudan İlahi dinlərə, xüsusilə də İslama zidd bir düşüncə formasıdır. Çünki İlahi dinlər və xüsusilə İslam, insanın tam da “mən kiməm, necə var oldum, meydana gəlmənin məqsədi nədir?” kimi suallar üzərində düşünməsini tələb edir. Allah Quranın bir çox ayəsində insanlara düşünməyi əmr etmişdir. Bu ayələrdən bir neçəsi belədir:
“Onlar, ayaqda ikən, oturarkən, yan yatarkən Allahı zikr edərlər və göylərin və yerin yaradılışı mövzusunda düşünərlər. (Və deyərlər ki:) “Rəbbimiz, Sən bunu boşuna yaratmadın. Sən çox ucasan, bizi atəşin əzabından qoru.” (Ali-İmran surəsi, 191)
“… Beləcə Allah, sizə ayələrini açıqlayar; ümid edilər ki düşünərsiniz;…” (Bəqərə surəsi, 219)
“…Allah sizə ayələri belə açıqlayar, ki düşünəsiniz.” (Bəqərə surəsi, 266)
“… Şübhəsiz, bunlarda düşünən bir birlik üçün həqiqətən, ayələr vardır.” (Rəd surəsi, 3)
“(Onları) Açıq-aşkar dəlillər və kitablarla (göndərdik). Sənə də zikri (Quranı) endirdik ki, insanlara özləri üçün endiriləni açıqlayasan və onlar da yaxşıca düşünsünlər, deyə.” (Nəhl surəsi, 44)
İnsan bu suallar üzərində düşünsə, özünün “yaradılmış” olduğunu anlayacaq və sonra da Yaradıcının özünü nə məqsədlə var etdiyini öyrənməyə çalışacaq. Əgər bu suallar üzərində düşünməzsə, o zaman, Ece Temelkuranın ifadə etdiyi kimi, “Evlənmək, uşaq-muşağa qarışmaq, “Mən kiməm?” deyə soruşmadan sənə kim olduğun deyilirsə, o olmaq tərcih edilə bilər” hala gələr.
3) Üstdəki iki gerçək, bizi bu nəticəyə aparır: Bir qisim batil inancların və xurafatların qarışdığı ictimai ənənələri sorğulamadan qəbul etmək, din əxlaqında da yeri olmayan bir anlayışdır. Əslində “mən kiməm?” sualı üzərində düşünmək, din əxlaqının təməllərindən biridir.
Təbii ki, eyni sual fəlsəfənin də başlanğıc nöqtəsidir.
Ancaq bu başlanğıc nöqtəsindən sonra, çox böyük bir fərq ortaya çıxar: Din əxlaqı, insanın “mən kiməm?” kimi təməl suallara cavab axtararkən, özünü yaratmış olan Allahdan gələn bir yol göstəriciyə uymasını tələb edir. Fəlsəfə isə, insanı yalnız öz ağlıyla və ya digər insanların ağılına istinad edərək cavab axtarma yanılmasına sürüyər.
Düşünürük ki, Ece Temelkuran xüsusilə, bu nöqtəni “inanmaq”, “boyun əymək”, “üsyan etməmək”, “qəbul etmək” olaraq şərh etməkdə və bu saydıqlarını özünə görə mənfi tutum olaraq görməkdədir.
Halbuki, yanılmaqdadır.
Hörmətli Temelkuran və özü kimi düşünən şəxslərin yanılmasının təməlində, insanın dünyaya təsadüfi olaraq gəldiyi və dolayısilə bir “yol göstəriciyə” uymasının lazımlı olmadığı kimi batil bir inanış vardır. Halbuki, insan bu dünyaya təsadüfi olaraq gəlməmişdir. Həm kainat, həm də digər canlılarla birlikdə insan oğlu, yaradılmışdır. (Buna qarşı çıxan materialist nəzəriyyələrin necə çürüdüldüyünü görmək istəyənlər, bunu saytımızda və Harun Yəhyanın əsərlərində detallarıyla görə bilərlər.) Yaradılmış olan insan oğlunun, özünü yaratmış olan Allahdan gələn məlumata inanması və o məlumata görə yaşamasından daha “ağıllı” bir şey ola bilməz.
Əgər insan “mən, məni Yaradandan gələn məlumata görə deyil, öz ağılımla doğrunu axtaracağam” desə, yanılmış olar. Çünki insanın ağılının sərhədləri vardır. Həm də hər insan acizdir və bir çox faktordan mənfi istiqamətdə təsirlənə bilər. Duyğuları, təcrübələri, yaşadığı mühit, ətrafındakı insanlar özünə dərhal təsir edə bilər. Bu səbəblə də bir çox insan üçün doğru və səhv fərqli ola bilər. Bəzisinin çox doğru tapdığı bir fikir kiməsə çox səhv gələ bilər. Tarixdə bunun xeyli çox nümunəsi yaşanmışdır; məsələn, keçdiyimiz əsr başlarında kommunist ideologiya bəzi ölkələrdə mütləq doğru qəbul edilmiş və bunun nəticəsi olaraq da milyonlarla insan böyük bir fəlakətə süründürülmüşdür. (Geniş məlumat üçün baxın: Kommunizm pusquda, Harun Yəhya, Araşdırma nəşriyyat) Tarix buna bənzər saysız örnəklə doludur. Bu səbəblə insanın öz doğru zənn etdiklərinə deyil, özünü yaradan sonsuz qüdrət sahibi Allahın bildirdiyi mütləq doğrulara əməl etməsi lazımdır.
4) Son və çox əhəmiyyətli bir nöqtəyə gəlmişik.
Hörmətli Temelkuran və “fəlsəfə”nin dinə görə seçim edilə bilər olduğuna inanan daha bir çoxları, bütün bunlara baxmayaraq, yenə də yanılmalarını belə davam etdirə bilərlər: “Nə olursa olsun, mən öz ağılımla düşünəcək və doğrunu axtaracağam.” Və üstəlik, bu rəftarı özlərinə görə sözdə böyüklük olaraq görə bilərlər.
Bu da böyük bir yanılmadır və altında da insan oğlunu yanıldan ən təhlükəli impuls yatır: Qürur. Özünü, olduğundan daha böyük, əhəmiyyətli, ağıllı zənn etmə yanılması.
Qürur insanın mühakimə qabiliyyətinə mənfi təsir edər. Bütün dünyaya “mən mərkəzli” baxmasına gətirib çıxarar. Özünə doğrunun öyrədilməsini qəbul etməz, öz doğrusunu, öz yönünü təlqin edər. Qürur, ən böyük “azdırıcı”lardan biridir.
Din əxlaqına inanan insan, “qürur”dan da xilas olduğu üçün, fəlsəfəyə inanan insanın daha da irəlisinə gedər. Fəlsəfəyə inanan insan, “yol göstərici”ni qəbul etmədiyi üçün həyatı boyunca cavab axtarar, amma tapa bilməz. Cavabı tapmaq üçün, ağlın yanında, bu ağlı pərdələyən qürurdan xilas olmaq da lazımdır.
Allah Quranda, insanın özünü “müstağni” yəni kafi, əskiksiz və qüsursuz gördüyü üçün doğru yola gəlmədiyini bildirmişdir.
“Yaradan Rəbbin adıyla oxu. O, insanı bir ələqdən yaratdı. Oxu, Rəbbin ən böyük kərəm sahibidir; Ki O, qələmlə (yazmağı) öyrədəndir. İnsana bilmədiyini öyrətdi. Xeyr; həqiqətən insan azar. Özünü müstağni gördüyündən.” (Ələq surəsi, 1-7)
Bu səbəbdən doğrunu və həqiqi cavabı axtaran insanın əvvəlcə qürurdan xilas olması lazımdır.
Ece Temelkuranın da, həyatın mənası, din əxlaqı və fəlsəfə mövzularını, burada izah edilən gerçəklər işığında yenidən qiymətləndirməsini ümid edirik.