Harun Yəhyanın əsərləri bütün dünyada əks-səda oyandırmağa davam edir. Bu əks-sədaların bir qismi də, ateistlərdən gələn reaksiya və cavablardır. Bunun son nümunəsi, Francois Tremblayın, “Harun Yəhya: An Invitation to Dogmatism” (Harun Yəhya: Doqmatizmə dəvət) başlıqlı məqaləsi oldu. Ancaq Tremblayın gətirdiyi tənqidlər həm haqsız, həm də məntiqsiz idi. Niyə belə olduğu aşağıda maddə-maddə açıqlanmaqdadır.

 

İslam əxlaqı və qövmlərin həlakı mövzusundakı tənqid

Francois Tremblayın tənqidlərinin tutarlı və obyektiv olmadığı, qarşıya qoyduğu ilk etirazdan aydın ola bilər. Tremblay, Harun Yəhya saytında, “Gerçək islam əxlaqı” başlığı altında sevgi və ədalətdən danışıldığını ifadə etməkdə və bunun yenə eyni saytda yer alan “Qövmlərin həlakı” başlığı ilə ziddiyyət təşkil etdiyini qarşıya qoymaqdadır. Yəni Tremblay, müsəlmanların digər insanlara gözəl əxlaqlı davranması lazım olduğu gerçəyi ilə, Allahın keçmişdəki bəzi cəmiyyətləri həlak etdiyi gerçəyini ziddiyyətli görməkdədir.

Hər iki mövzu arasında bir ziddiyyət olmadığı isə çox açıqdır. Çünki müsəlmanların digər insanlara yaxşı davranması ilə, bu insanların işlədikləri günahların Allah Qatında cəzalandırılmaları bir-birindən çox ayrı anlayışlardır. Allah müsəlmanlara insanlara yaxşı davranmağı əmr etmişdir; çünki insanları mühakimə edəcək olan yalnız sonsuz ədalət sahibi olan Rəbbimizdir. Müsəlman, hər kəsə yaxşı davranar və əgər bəzi insanlar buna pisliklə cavab versələr, bunun qarşılığını Allah qatından görmələrini diləyər.

 

Bu qədər sadə bir gerçəyin Tremblay tərəfindən necə aydın ola bilmədiyi isə maraq mövzusudur. Əslində o da gətirdiyi tənqidin haqsızlığını fərq etmiş olacaq ki, bunun “öz tərəfindən səthi bir qiymətləndirmə”dən qaynaqlanmış ola biləcəyini qəbul etməkdədir. Tremblay gətirdiyi tənqiddə deyil, ancaq bu öz-tənqiddə haqlıdır: Yəni şərhi “səthi”dir.

 

Dizayn arqumenti mövzusundakı tənqid

Tremblayın darvinizmə və materializmə iman etmiş bir adam olduğu açıqdır. Harun Yəhyanın bütün yazdıqlarını da bu inancı içində qiymətləndirməkdə və tənqid etməyə çalışmaqdadır. Yəni subyektivdir, ön mühakiməlidir. Aşağıdakı şərhi bunu açıqca göstərməkdədir:

 

(Harun Yəhyanın) məqalələrində Allaha edilən təriflər və Quran ayələri çoxdur və bu da, məzmunu son dərəcə sıxıcı hala gətirməkdədir.

 

Görüldüyü kimi, Tremblayın reaksiyası, Allahdan və Qurandan danışılmasına qarşı olduğunu göstərməkdədir. Bu əlbəttə, tutarlı bir davranış deyil. Yalnız dinə qarşı duyduğu irrasional reaksiyanın bir ifadəsi olaraq qəbul edilə bilər. Tremblay, inancsız bir adam olaraq, heç olmasa inanclı insanların neyə inandığını maraq edə bilər və bu baxımdan mətnləri “araşdırıla bilər” tapa bilərdi. Ancaq Allahdan və Onun vəhyindən danışıldığını eşitmək belə istəmədiyi aydın olmaqdadır ki, bunun açıq fikirli deyil, doqmatiq bir davranış olduğu aşkardır. Həm də bu Allahın Quranda xəbər verdiyi bir vəziyyətdir. Allah, Tremblay kimi inanmayanlar üçün belə bildirməkdədir:

 

“Ki onlar, Məni zikr etmə (mövzusan)də gözləri bir pərdə içində idi. (Quranı) dinləməyə dözə bilməzdilər.” (Kəhf surəsi, 101)

 

Bunun ardından Tremblay, Harun Yəhyanın təbiətlə əlaqədar olan bütün məqalələrini tənqid etməkdə və bunların “dizayn arqumenti”nin versiyaları olduğunu söyləyərək qarşı çıxmaqdadır. Bu da yenə, Tremblayın “dizayn arqumentini başdan rədd etmiş olduğunu göstərməkdən başqa bir məna ifadə etməməkdədir. Gerçəkdə, bu arqumentin son dərəcə güclü olduğu, təkamülçülərin buna qarşı qənaətbəxş cavab verə bilmədikləri bilinməkdədir. Tremblay heç olmasa “Harun Yəhya təbiəti dizayn gözüylə araşdırır, mən belə düşünmürəm” deyə bilərdi. Ancaq dizayn arqumentini başdan səhv sayaraq şərhə başlaması, bir daha mövzuya doqmatiq olaraq yaxınlaşdığını göstərməkdədir.

 

Etdiyi tənqid isə, Tremblayın əslində dizayn arqumentinin nə olduğunu belə anlamadığını göstərməkdədir. Kainatdakı tarazlıq ilə əlaqədar olaraq Harun Yəhyadan etdiyi bir sitatdan sonra belə yazmaqdadır:

 

“Amma bu cür şərhlər bizə Yaradıcını göstərməz, ya da bir Yaradıcının varlığının lazım olduğunu göstərməz. Yalnız təbiət qanunlarının böyüklüyünü göstərər. Dəlil göstərmə zəruriliyi, dini müdafiə edənə aiddir: Təbiət qanunlarının təbiətin bir xüsusiyyətini izahda yetərsiz olduğunu göstərməlidir.”

 

Halbuki, Harun Yəhyanın əsərlərində kainatdakı tarazlıq izah edilərkən açıqlanan məsələ, “təbiət qanunlarının bu tarazlığı qorumaqdakı yetərsizliyi” deyil, “bu tarazlığı qoruyan təbiət qanunlarının insan həyatı üçün ən lazımi dəyərlərdə həssas-nizamla nizamlanmış olduğudur. Əgər Harun Yəhyanın Kainatın Yaradılışı adlı əsərini oxusa, burada, elm dünyasında “Anthropic Principle” deyilən gerçəyin araşdırıldığını görəcək. Bu gerçək, kainatdakı təbiət qanunlarının (məsələn, 4 təməl qüvvətin dəyərlərinin) insan həyatına imkan təmin etmək üçün ən uyğun dəyərdə olduqlarıdır.

Üstdəki paraqrafdakı bir başqa yanılma isə, “Dəlil göstərmə zəruriliyi, dini müdafiə edənə aiddir: Təbiət qanunlarının təbiətin bir xüsusiyyətini izahda yetərsiz olduğunu göstərməlidir” cümləsində ortaya çıxmaqdadır. Halbuki, Tremblayın “bizə göstərin” dediyi şey açıqca ortadadır: Təbiət qanunları, canlılığın mənşəyini açıqlaya bilmir. Yer üzündə ilk canlı orqanizmin necə ortaya çıxdığını, bunun genetik məlumatının, bu məlumatı oxuyan və istifadə edən fermentlərin necə meydana gəldiyini açıqlaya bilən heç bir təbiət qanunu yoxdur. Heç bir fizika və ya kimya qanunu, canlılığın ən fundamental xüsusiyyəti olan “məlumat”ın necə ortaya çıxdığını açıqlamamaqdadır. Bu səbəbdən bu məlumatın təbiət qanunlarından deyil, bir “şüurdan” gəlmiş olduğu açıqdır. 20-ci əsrin ən əhəmiyyətli elm adamlarından biri olan Fred Hoyle bunu vurğulayaraq belə demişdi:

 

“Əslində, həyatın ağıl sahibi bir varlıq tərəfindən meydana gətirildiyi o qədər açıqdır ki, insan bu açıq gerçəyin niyə geniş şəkildə qəbul edilmədiyini maraqlanmaqdadır. Bunun (qəbul edilməməsinin) səbəbi, elmi deyil, psixolojidir.”

 

Tremblayın göstərdiyi reaksiya da “psixoloji”dir. Onu daha ağıllı olmağa dəvət edirik.

 

Embriologiya və Quran

Tremblayın irəli sürdüyü bir başqa xəyali ziddiyyət isə, Quran ayələri və müasir embriologiya arasındadır. Tremblay aşağıdakı ayələrə etiraz etməkdədir:

 

Həqiqətən, Biz insanı palçıq cövhərindən yaratdıq. Sonra nütfə halında möhkəm yerdə yerləşdirdik. Sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq olaraq xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır! (Muminun surəsi, 12-14)

 

Burada Tremblayın anlaya bilmədiyi nöqtə, ilk ayədə xəbər verilən “palçıqdan yaratma”nın, ilk insanın yaradılışını izah etməkdə olmasıdır. Necə ki, Quranın başqa ayələrində də ilk insanın palçıqdan yaradıldığı xəbər verilir. (6/2, 15/26, 55/14) İnsanın bədənini meydana gətirən elementlərin hamısının torpaqda da var olduğu düşünüldüyündə, bu izahın elmi gerçəklərlə son dərəcə uyğun olduğu aydın olar.

Ayələrin davamında isə insanın ana rəhmindəki inkişafı izah edilməkdədir və bu izahat elmi məlumatlara tamamilə uyğundur: Spermanın ana rəhminə çatması, orada yapışması, orada böyüyərək bir toxuma halına gəlməsi, bu toxumanın içində sümüklərin meydana gəlməsi, sümüklərin də əzələyə sarılması izah edilməkdədir. Tremblay bu sıralamağa, sümüklərin 40-cı gündən sonra meydana gəlməyə başladığını söyləyərək etiraz etməkdədir, amma bu etirazının heç bir mənası yoxdur. Çünki 40-cı gündən əvvəl embrion ayədə ifadə edildiyi kimi bir “ət parçası” vəziyyətindədir. 40-cı gündən sonra sümüklər meydana gəlməyə başlamaqda, digər toxumalar da sümüklərin ətrafından şəkillənməkdədir ki, bu inkişaf Quranda verilən məlumatlarla uyğundur.

Bu mövzuda geniş çalışma edən əhəmiyyətli bir ad, Toronto Universiteti Anatomiya və Hüceyrə Biologiyası fakültəsindən təqaüdə çıxan Kanadalı professor Keith L. Mooredir. Bir müddət Səudiyyə Ərəbistanda yaşayan Moore, orada bəzi müsəlman din alimləri ilə birlikdə Quranda embriologiya haqqında verilən məlumatları araşdırmış və bunların çox diqqət çəkici şəkildə müasir elmin tapıntılarına birə-bir uyğun gəldiyini təsbit etmişdir. Moore, Tremblayın tənqid etməyə çalışdığı ayələri də detallı olaraq araşdırmış və elmi tapıntılarla tam uyğunluq içində olduqlarını göstərmişdir.

(Baxın: http://www.contactpakistan.com/news/news118.htm

http://www.islampedia.com/ijaz/Html/Scientist_All/Keith%20L.htm)

 

Tremblayın Qurana istiqamətli bir başqa etirazı da, bəzi xristianların Qurandakı surələrə bənzər yazılar yazdıqları istiqamətindədir. Şübhəsiz, hər kəsin əlinə qələm alıb bir şeylər yazma azadlığı vardır, ancaq heç kim Quranın fövqəladə əbədi dəyərinə və insanlarda oyandırdığı mənəvi təsirə yaxınlaşacaq qədər də “təqlid” edə bilməz. Həm də Quran, Allahın sözüdür və bir çox möcüzəyə malikdir. Məsələn, Allahın Quranda 1400 il əvvəl bildirdiyi bir çox məlumat, hələ 20-ci əsrdə elm tərəfindən olan, o dövrdə insanlar tərəfindən bilinməsi qeyri-mümkün olan məlumatlardır.

(http://www.harunyahya.com/miracles_of_the_quran_01.php)

 

Quranın Allahın sözü olduğu və təqlid edilə bilməyəcəyi çox açıq gerçəkdir və bir çox Qərbli İslam mütəxəssisi də bunu qəbul etməkdədir.

Tremblayın maddələr halında ələ aldığı digər etirazlarını da belə cavablandıra bilərik:

 

Maddə 1: Darvinizmin təsadüfə əsaslanmadığı iddiası

Tremblayın bir başqa etirazı isə, Harun Yəhyanın, darvinizmin canlıların mənşəyini təsadüfə əsaslanmadığı istiqamətindəki şərhlərinə istiqamətlidir.

Tremblay buna iki istiqamətdən etiraz etməkdədir. Birincisi “təsadüf” deyə bir şey olmadığı, bunun yalnız bizim hər şeyi bilməməyimizdən qaynaqlandığı istiqamətindədir. Bu nöqtədə biz də özünə qatılırıq. Həqiqətən, kainatda təsadüf deyə bir şey yoxdur, çünki hər şey Allahın sonsuz məlumatı və planı içindədir. Amma biz insanlar baxımından, planlı hərəkətlərlə qəfil hərəkətlər arasında bir fərq vardır və buna da “təsadüf” deyilir.

Tremblayın təsadüf anlayışına elmi olaraq qarşı çıxması və neodarvinizmin mexanizmlərini təsadüfdən uzaq mexanizmlər olaraq göstərməsi isə axmaqlıqdır. Neodarvinizmin iki təməl mexanizmi təbii seleksiya və mutasiyalardır. Yeni genetik məlumat istehsalı yalnız mutasiyalardan gözlənildiyi üçün kritik olan mexanizm budur və mutasiyalar da təsadüfü hadisələrdir. Hətta elmi ədəbiyyatda çox vaxt “təsadüfi mutasiya” anlayışı istifadə edilər. Tremblayın buna gətirdiyi etiraz isə gülməlidir:

 

“Mutasiyaların da genetik əməliyyatlar və təbiət qanunları ilə təyin olunmuş müəyyən xüsusiyyətləri vardır: Törəmə hüceyrələrində meydana gələn mutasiyalar, nöqtə mutasiyalar, bir nitrogen vəzinin əlavə olunduğu və ya silindiyi mutasiyalar və s.”

 

Tremblay, yuxarıdakı sözündə mutasiyaların göstərdikləri təsirə görə təsnif etmişdir. Amma bu təsnif mutasiyaların təsadüfi olduğu gerçəyini dəyişdirməz. İnsanlar yol qəzalarını da təsirlərinə görə təsnif edə bilərlər, ancaq bu qəzaların “təsadüfi” olmadıqlarını göstərməz.

Tremblayın məntiq hörgüsünü anlamaq həqiqətən, çətindir.

 

Maddə 2, 10 və 11: Fosillər və Kembri partlaması

Tremblay yazısında hər hansı bir dəlil göstərmədən, Eldredge və Gouldun sıçramalı təkamül nəzəriyyəsini müdafiə etməkdə və ortada bir “fosil biabırçılığı” olmadığını söyləməkdədir. Halbuki, fosil qeydlərinin darvinizmə uyğun düşmədiyi, Darvinin uzaq görənlikləriylə uyğunlaşmadığını bir çox paleontoloq tərəfindən bilinən və qəbul edilən olduqca açıq bir gerçəkdir.

Məsələn, Tremblayın yazısında qaynaq olaraq göstərdiyi Robert Carroll (kitabının Tremblay tərəfindən göstərilən 1988-ci tarixli köhnə nəşrində deyil, 1997-ci il tarixli yeni çapında), belə yazmaqdadır:

 

“Darvinin ölümündən bu yana bir əsrdən çox sürən sıx toplama səylərinə baxmayaraq, fosil qeydləri hələ Darvinin tapılmasını ümid etdiyi saysız ara-keçid əlaqəsini ortaya çıxarmır.”

 

Tremblayın Kembri partlaması mövzusundakı etirazı da son dərəcə əsassızdır. Kembri Partlamasında, 50-dən çox heyvan filumu birdən ortaya çıxmışdır və bunun təkamüllü izahı edilə bilməməkdədir. Tremblayın bu gerçəyi gizlədə bilmək üçün etdiyi bu izah isə, əslində nə qədər çarəsiz olduğunu göstərməkdədir:

 

“Filumun müəyyən bir dövrdə birdən ortaya çıxmasına təəccüblənməliyikmi? Bir ağacın ən böyük budaqlarının eyni zamanda böyüməyə başlamasına heyrətlənməyimizdən daha çox təəccüblənməməliyik.”

 

Ancaq Tremblay verdiyi nümunədə çox əhəmiyyətli həqiqəti nəzərdən qaçırmaqdadır. Bu həqiqət budur: Kembri dövrü əvvəlində bir “ağac” yoxdur. Kembri dövrü əvvəlində yer üzündə 2 və ya ən çox 3 filum olduğu düşünülməkdədir. Kembri Partlamasında isə 50-dən çox filum birdən ortaya çıxmışdır və bunların ortaq bir ataya sahib olduqlarını göstərən heç bir dəlil yoxdur.

Bir ağac müəyyən bir nöqtədə budaqlara ayrılar, çünki bu budaqları təyin edən genetik bir proqram vardır. Tremblayın bunu Kembri dövrünə bənzətməsi, mövzuya nə qədər səthi baxdığını göstərməkdədir.

Filumların birdən ortaya çıxışını sadə bir fakt kimi göstərməyə çalışması da bir başqa yalandır. Tremblay, “Sözdə “partlama” yaradılışın deyil, bizim heyvanları qruplar və alt qruplar olaraq təsnif etməmizin bir nəticəsidir.” deyə yazmaqdadır. Halbuki mövzunu bilən hər paleontoloq, ortada təkamül nəzəriyyəsi adına böyük bir problem olduğunu başa düşür. Məsələn, qabaqcıl elm jurnallarından “Scientific American”da nəşr olunan “The Big Bang of Animal Evolution” (Heyvan təkamülünün Big Bangı) başlıqlı yazıda, təkamülçü paleontoloq Jeffrey S. Levinton Kembri Partlaması haqqında bunları söyləməkdədir:

 

“Bu səbəblə, o zaman xüsusi və çox sirli – yüksək yaradıcı bir “güc” var idi.”

 

3-cü maddə: Dizayna etiraz

Tremblay, canlılarda bir dizayn olmadığını və dolayısilə Yaradıcıya işarə olmanın səhv olduğunu irəli sürməkdədir. “Canlılarda bir dizayn olmadığı”, obyektiv gerçək deyil, təkamülçülərin elmi dəlili olmayan bir iddiası olduğuna görə, Tremblayın bu şərhi təkamül nəzəriyyəsini bir daha təkrarlamaqdan başqa bir məna daşımaz.

 

4-cü maddə: Din və elm

Tremblay, Harun Yəhyanın “Darvinizm, elmlə din arasındakı təbii uyğunluğunu pozur və məhz bu, səhv olduğunun bir dəlilidir” şəklində bir arqument istifadə etdiyini iddia etməkdədir ki, bu səhvdir. Darvinizmin səhv olduğunu sübut edən şey, elmi tapıntılara zidd düşməsidir və necə ki, Harun Yəhya da bütün kitablarında və işlərində nəzəriyyəni elmi dəlilləri istifadə edərək tənqid etməkdədir.

Tremblayın elmi materializmlə, dini isə sözdə “mistik”lə əlaqələndirməyə çalışması isə, artıq çox köhnəlmiş və inandırıcılığı qalmamış köhnə təbliğatdır. Özünə, elmlə materializmi eyni şey zənn etməkdən imtina etməsini və dini anlamağa təklif edirik. (Geniş məlumat üçün Harun Yəhyanın “Elmlə materializmi ayırmaq” başlıqlı yazısına baxa bilərsiz.)

 

5-cü maddə: İnstinktlər

Tremblay, Harun Yəhyanın heyvan instinktlərinin əslində Allahın ilhamı olduğu istiqamətindəki şərhinə etiraz etməkdədir. Tremblaya görə “Allahın ilham etdiyi bir davranışla, beyin tərəfindən etdirilən bir davranışı ayırd edə bilmərik”. Tremblay materialist düşüncəyə sahib olduğu üçün, maddi olan izahı seçməkdədir. Ancaq Tremblayın görməzlikdən gəldiyi iki nöqtə vardır;

 

  1. a) Bəzi heyvan instinktləri, beyinə sadələşdirilə bilməyəcək qədər mürəkkəbdir. Yəni bu canlının instinkti göstərmək üçün sahib olmalı məlumata qarşılıq gələn kompleks bir sinir sistemi yoxdur. Almaniyanın qabaqcıl təkamülçü təbiət alimlərindən biri olan Hoïmar Von Dithfurth, imperator tırtılının son dərəcə ağıllı gizlənmə üsulu haqqında şərh edərkən bu gerçəyi belə qəbul etməkdədir:

 

Yanıldıcı bənzərləri (başqa quru yarpaqları) təqibçinin önünə qoyaraq gizlənmənin mümkün ola biləcəyi fikrinin, insanı qarışıqlığa salan bu ağıllı düşüncənin əsl sahibi kimdir? Quşların tırtıl axtarış həvəslərini beləliklə qursaqlarında buraxa biləcəyi, quru yarpaqlar arasında bir şeylər tapa bilmə şanslarının müəyyən bir nisbətdə azaldıla biləcəyi formasındakı bu son dərəcə xüsusi görüş kimin əsəridir də, tırtıl bunu doğumuyla birlikdə ondan götürmüşdür?.. Bütün bunların ancaq olduqca ağıllı bir insanın həyatda qala bilmək üçün müraciət edə biləcəyi yollar olduğunu qəbul etməyimiz lazımdır. Halbuki, gərək mərkəzi sinir sisteminin primitivliyini, gərəksə o biri davranışlarını göz qarşısında saxladığımızda Attacus tırtılının (imperator tırtılı) nə müəyyən bir məqsədi hazırlaya bilməsi nə də bu istiqamətdə ağıl icra edə bilməsi ola bilər.

 

Heyvan bu davranışı hazırlaya biləcək ağıl icra etməyə sahib ola bilməyəcəyinə görə, bu davranışın ona “verildiyi” açıqca ortadadır. (Harun Yəhyanın əsərlərində edilən izah, bu açıq gerçəyi ifadə etməkdədir.) Dithfurth, bunu niyə qəbul edə bilməyəcəklərini belə açıqlayar:

 

Yaxşı, tırtıl bütün bu xüsusiyyətlərə qarşı necə olub da özünü bu yoldan qoruya bilməkdədir?.. Keçmişin təbiət alimləri bu cür hadisələrlə qarşılaşdıqca bir möcüzənin varlığına inanmaqla qalmamışlar, fövqəltəbii bir Yaradıcının, yəni Allahın, öz yaratdıqlarını qorumaq üçün belə bir qorunmanın lazımlı məlumatlarıyla onu payladığını düşünməkdən özlərini ala bilməmişdilər. Halbuki, bu tərz izah, təbiət alimi üçün bir intihardır…

 

Niyə intihardır? Çünki bu darvinizmi rədd etmək mənasını verir. Və Dithfurth kimiləri darvinizmi həyatlarının ən böyük doqması halına gətirmişlər. Tremblay da elə…

Gerçəkdə isə, heyvanların nümayiş etdirdikləri və öz zəkalarını aşan davranışların onlara ilham edildiyini qəbul etmək son dərəcə tutarlı izahdır.

 

  1. b) İnstinktlərin genetik təməli ola bilər. Amma belə bir təməl olması da, bunların canlılara ilham edildiyini qəbul etməmizə bir maneə deyil. Çünki bu genetik məlumatın mənşəyinin də təbii təsirlərlə (yəni təbii seleksiya və mutasiya ilə) açıqlana bilməyəcəyi ortadadır. (neodarvinizmin bu iki mexanizminin genetik məlumat yaratdığı heç bir zaman görülməmişdir.) Bu səbəbdən Allahın ilhamı, canlılara kodlaşdırılmış genetik məlumat olaraq da ortaya çıxa bilər.

 

6-cı maddə: “Faydalı” mutasiyalar və “Oraq hüceyrə anemiyası” tragediyası

Neodarvinizmin iddiaları mutasiyaların canlılara yeni genetik məlumat əlavə etmələrini və fayda təmin etmələrini tələb edir. Amma bütün dünyada nümunəsi görülmüş tək bir “faydalı mutasiya” yoxdur! Bu gerçək, təkamül nəzəriyyəsini tək başına çürütməyə yetər.

Yaxşı, təkamülçülər bu mövzuda nə deyirlər? Tək edə bildikləri bir neçə sözdə faydalı mutasiya nümunəsi göstərərək vəziyyəti qurtarmağa çalışmaqdır. Bunlar da həmişə antibiotik immunitetinə səbəb olan mutasiyalar və “oraq hüceyrə anemiyası” xəstəliyinə səbəb olan mutasiyadır.

Harun Yəhyanın əsərlərində hər iki nümunənin niyə “faydalı mutasiya” olmadığı açıqlanmaqdadır. (baxın: Antibiotik immuniteti) Burada xüsusilə oraq hüceyrə anemiyası üzərində dayanacağıq.

Bu xəstəlik, qırmızı qan hüceyrələrinin şəklinin pozulması ilə yaranan bir xəstəlikdir. Hüceyrələr “hemoqlobin S” adı verilən anormal bir hemoqlobin tipi ehtiva edərlər. Bu hemoqlobin, oksigensiz qaldığı zamanlarda qırmızı qan hüceyrəsi içində uzun kristallar şəklində çökər və qırmızı qan hüceyrəsinin şəklini bir növ orağa bənzədər. Qırmızı qan hüceyrəsinin dəyişən bu şəkli, yetərli oksigen daşıya bilməməsinə səbəb olar və bir müddət sonra qırmızı qan hüceyrəsi kütləsi azalmağa başlayar.

 

Xəstəliyin hiss edilən təsirləri isə son dərəcə ciddidir. Sümüklərdə, əzələlərdə, ya da qarında günlərlə və ya həftələrlə davam edən şiddətli ağrı və spazmalar yaranır. Qırmızı qan hüceyrələrinin dar tor qişa damarlarına çata bilməmələri səbəbiylə görmə pozuqluqları hətta korluq da yaranır. Qaraciyərdəki funksiya pozuqluğu sarılıq xəstəliyinə səbəb ola bilər. Uşaqlarda böyümə gecikər. Bədən infeksiyalara açıq hala gələr. Və daha da əhəmiyyətlisi beyindəki kiçik qan damarlarının tıxanması səbəbiylə beynin bəzi hissələrində zədə əmələ gələ bilər.

Təkamülçülər isə “oraq hüceyrə anemiyasına səbəb olan mutasiyanı, “faydalı mutasiya nümunəsi” sayarlar.

Bu iddianın dayağı, hemoqlobin molekulunda meydana gələn bu mutasiyanın, bir başqa xəstəlik olan qızdırmaya qarşı qoruma meydana gətirməsidir. Qızdırma virusunun xüsusiyyəti, şəkli yumru olan sağlam qan hüceyrələrinə hücum etməsidir. Bu səbəblə, oraq halına gələrək dəyişmiş olan qan hüceyrələrinə hücum etməz. Bu səbəbdən, qızdırma virusu bu kəslərin bədəninə girsə də, virus xəstəliyə səbəb olmayacaq.

Halbuki, yarandığı bədəndə ciddi, hətta ölümcül xəstəliklərə gətirib çıxaran, bədəndəki bəzi orqan və toxumaların bəslənə bilməməsi səbəbiylə ölümünə səbəb olan, sonrakı nəsillərə belə çataraq yayılan bu mutasiyanın insana verdiyi böyük zərərlər ortadadır. Bu məntiqlə hərəkət edildiyində, doğuşdan görmə üzrlü olan kəslərin, avtomobil istifadə etmək məcburiyyətində qalmayacaqları və bu səbəblə də yol qəzasından ölmə riskinin azalacağı da iddia edilə bilər. Oraq hüceyrə anemiyasını “faydalı mutasiya” saymaq, təkamülçülərin çarəsizliyinin etirafından başqa bir şey deyildir.

Yaxşı, Harun Yəhyanın “faydalı mutasiya yoxdur” izahına etiraz edən François Tremblay “faydalı mutasiya” nümunəsi olaraq nə göstərməkdədir?

Təxmin edə biləcəyiniz kimi, oraq hüceyrə anemiyasını!..

Çünki Tremblayın saya biləcəyi başqa heç bir “faydalı mutasiya” yoxdur. Bu isə, ortada “faydalı mutasiya” deyə bir şey olmadığının bir başqa dəlilidir.

 

Maddə 7: Rudiment orqanlar

Tremblayın darvinizmi qurtarmaq üçün etdiklərindən biri də rudiment orqanlar mövzusundadır. Rudiment orqanların “funksiyasız” orqanlar deyil, “azaldılmış funksiyalara sahib” orqanlar olduğunu iddia etməkdə, hətta Harun Yəhyanın bu anlayışı səhv izah etdiyini irəli sürməkdədir.

Halbuki, anlayışı səhv izah edən özüdür. Rudiment orqanların çox vaxt “funksiyasız orqanlar” olaraq izah olunduğu açıq gerçəkdir. Darvin “Növlərin mənşəyi”ndə bu orqanları “əskik orqanlar” olaraq ifadə etmiş və bir sözün içində yazılan, amma oxunmadığı üçün təsiri olmayan hərflərə bənzətmişdir:

 

Əskik orqanlar bir sözdə yazarkən istifadə edilən, ancaq tələffüz edilərkən istifadə edilməyən, ancaq sözün mənşəyini araşdırarkən işarə funksiyası yerinə yetirən hərflərlə müqayisə edilə bilər.

 

Darvin bu orqanları da “əskik, qüsurlu və istifadəsiz vəziyyətdəki orqanlar” deyə ifadə etmişdir ki, “rudiment orqanlar”dan qəsdinin funksiyasını tam yerinə gətirə bilməyən və ya tamamilə funksiyasız orqanlar olduğu açıqdır.

Bu səbəbdən Tremblayın rudiment orqanların tərifi mövzusunda Harun Yəhyaya gətirdiyi tənqid haqsızdır.

Əsl əsassızlıq isə Tremblayın etdiyi şərhdədir. “Rudiment bir orqan, təkamüllü atalarındakı istifadəsi ilə müqayisə edildiyində daha azaldılmış funksiyaları olan orqandır” deyə yazmaqdadır. Yaxşı, mövcud bir orqanın, sözdə “təkamüllü ataları”nda başqa bir funksiya boynuna götürdüyünü haradan bilməkdədir? Bu məntiqlə, bədəndəki bütün orqanların rudiment olduğu irəli sürtülə bilər; gözlərin sözdə “daha əvvəlki atalarımızda” işığı qəbul etmək yerinə “su torbası” olduğu və ya qollarımızın əslində üzgəc funksiyası daşıdığı da iddia edilə bilər. Yəni Tremblayın etdiyi şərh, əslində ortada bir “rudiment orqan” tərifi buraxmamaqdadır. Bu isə, təkamülçülərin rudiment orqanlar arqumentindəki məğlubiyyətlərinin bir ifadəsidir.

 

Maddə 8 və 9: Zülallar, DNT və hüceyrənin mənşəyi

Tremblay bəzi gerçəkləri həqiqətənmi anlamır, ya da anlamazlıqdan gələrək vəziyyəti qurtara biləciyinimi sanır? Bu sual, xüsusilə zülalların, DNT-nin və hüceyrənin mənşəyi mövzusunda etdiyi izah üzərinə bizi düşündürməkdədir.

 

Tremblayın anlamazlıqdan gəldiyi gerçəyin adı “sadələşdirilə bilməz komplekslik”dir. Zülallar, lazımi amin turşusu hissəsi meydana gəlmədikcə funksional olmazlar. Bir Sitokrom-C zülalının yalnız 10%-nin, 25%-nin və ya 50%-nin meydana gəlməsi, heç bir şeyə yaramaz. Eyni şəkildə genetik məlumat, bu məlumatı kodlaşdıracaq DNT zənciri və bu zənciri oxuyacaq fermentlər olmadıqdan sonra, həyatdan söz edilə bilməz. Hər kəsin bildiyi bu gerçək, təkamül nəzəriyyəsini çıxmaza soxan ən böyük problemlərdən biridir. (Geniş məlumat üçün baxın: http://www.harunyahya.com/refuted13.php)

 

İctimai və dini mövzulardakı etirazlar

Bunlardan başqa Tremblay ictimai və dini mövzularda da tənqidlər gətirməkdədir ki, bunları qısaca belə cavablandıra bilərik:

 

Tarixdə “din və elm qarşıdurması” olaraq keçən hadisələr, din adına fanatizm edən bəzi insan və təşkilatların səhvlərindən və ya (eynilə Tremblayın etdiyi kimi) elmi ateizm zənn edənlərin doqmatizmindən qaynaqlanmaqdadır. Gerçəkdə, doğru aydın olduqlarında və tətbiq olunduqlarında, İlahi dinlər ilə elm arasında qarşıdurma yoxdur, əksinə böyük uyğunlaşma vardır.

Tremblayın İslam dünyasında saydığı mənfiliklər isə, İslamın özündən, yəni Qurandan deyil, əksinə Quranın yerinə qəbul edilən səhv ənənələrdən qaynaqlanmaqdadır.

Tremblay, Harun Yəhyanın inancsızlıq ilə əxlaqsızlıq arasında qurduğu əlaqəni də rədd etməkdədir ki, bu da səhv və səthi etirazdır. Əxlaqi degenerasiya, insanların ehtiraslarını sərhəd tanımaz şəkildə təmin etmək istəmələriylə başlar. İlahi dinlər isə insana bu ehtirasları tənzimləməyi öyrədir. Bu dinlərin şəkilləndirmədiyi bir cəmiyyətdə, eqoist fərdlərin çoxalması və dolayısilə əxlaqi degenerasiyanın artması qaçınılmazdır.

Tremblay İctimai darvinizmin təsirli fikir olmadığını da irəli sürməkdə və belə yazmaqdadır:

 

Aşağı heyvanlarla bizim davranışlarımız arasında lazımi əlaqə yoxdur və heç bir ciddi düşünən bunu qarşıya qoymayacaq. Bunun hər hansı biri tərəfindən ciddi arqument olaraq istifadə edildiyini heç eşitmədim…

 

Bu aşkar bir yanılmadır. İctimai darvinizmin, yəni insan davranışlarını heyvan davranışlarına görə izah etməyə çalışmağının, 19-cu əsrin sonlarından 20-ci əsrin ortalarına qədər təsirli olduğu bilinən bir gerçəkdir. O zamandan bu yana isə İctimai darvinizm termini məşhurluğunu itirmiş, ancaq eyni görüş fərqli şəkillərdə ifadə edilmişdir. 1970-ci illərdən bəri müdafiə olunan “Sosial biologiya” tezisinin və indiki vaxtda gedərək daha məşhur hala gətirilməyə çalışılan təkamüllü psixologiyanın əsası budur. Tremblay, əgər bunları həqiqətən “heç eşitməmiş”dirsə, mövzunu bir az daha yaxından araşdırmalıdır.

 

Nəticə

François Tremblayın Harun Yəhyanın əsərlərinə qarşı qoyduğu tənqidlər, özünün bir dəfə şübhələndiyi kimi “səthi” və səhvdir. Ən böyük səhvi isə, təkamül nəzəriyyəsini və materializmi müzakirə edilməz doqma olaraq qəbul etməsi və sonra bütün tapıntıları bu ideoloji süzgəcdən keçirməsidir. Özünə daha açıq fikirli və ağıllı düşünməsini təklif edirik.