“Cumhuriyet” qəzetinin 13 aprel 2003-cü il tarixli sayında “Təbiətdə həyat, qarşıdurma və savaş” başlıqlı yazı nəşr olundu. Qəzetin “Hadisələr və düşüncələr” hissəsində yer alan yazı, prof. Dr. Abidin Kumbasarın imzasını daşıyırdı. Ankara universiteti Tibb fakültəsi kardiologiya şöbəsindən təqaüdçü müəllim olan Kumbasar, yazısında çökmüş bir ideologiya olan kommunizmin dəbdən düşmüş ifadələrinə yer verir; cəmiyyətdəki ağa-kölə və istismar edən-əməkçi ayrı-seçkiliyindən danışaraq “istismar nizamına baş qaldırma” mesajları verirdi.
Kumbasar, kommunizmdə “düşmən” qəbul edilən din əleyhinə də sayıqlamalar sərgiləyərək dinlərin ölümdən sonrakı həyatda vəd etdiklərini, insanın yer üzündə reallaşdıra biləcəyini iddia edirdi. Yazısında bu kommunist ifadələrinə sözdə elmi dayaqlar da göstərirdi. Halbuki, bunlar heç bir elmi dəyəri olmayan yanılmalardan ibarət idi.
Dr. Kumbasarın 50 illik köhnə təcrübədən aldığı səhv ilham
Kommunizmin təməl doqması olan dialektikanın təbiətdə də etibarlı olduğu tezisini müdafiə edən Kumbasar, canlılığın sözdə təsadüflərlə ortaya çıxdığı tezisinin də “isbat edildiyini” irəli sürürdü. Müəllif özü üçün ancaq bir ovuntu qaynağı ola biləcək Miller təcrübəsini sözdə elmi dəlil olaraq təqdim edirdi.
Kumbasar Miller təcrübəsi haqqında belə yazırdı:
“Protoplazmanın meydana gəlməsi mövzusundakı fərziyyə, elm tarixinə “Çikaqo təcrübəsi” olaraq keçən və 1953-cü ildə kimyagər Stanley Miller tərəfindən laboratoriyada reallaşdırılan təcrübələrlə sübut edilmişdir.”
Dr. Kumbasarın təcrübə haqqındakı bu şərhi həqiqətə uyğun deyil. Çünki bu təcrübə protoplazmanın, yəni hüceyrə içindəki materialın təsadüflərlə meydana gələ biləcəyi tezisini isbat etmiş deyil. Təcrübədə canlı hüceyrə və ya hüceyrənin elementlər olan zülallar yaradılmamış, yalnız bir neçə sadə amin turşusu sintez edilmişdir. Halbuki, onsuz da məsələ amin turşularının meydana gəlib-gələ bilməyəcəyi məsələsi deyil, amin turşularının təsadüfən doğru sıralamaqla düzülərək zülalları meydana gətirmələri, bunların da bir hüceyrə meydana gətirmələri ssenarisidir. Bu, riyazi olaraq qeyri-mümkündür.
Qaldı ki, Millerin sintez etdiyi amin turşuları da bir məna daşımır. Çünki Miller təcrübəsində primitiv yer atmosferində olmayan qazlar istifadə etmiş, primitiv atmosferdəki qazları həqiqi şəkildə təqlid edən bir mühitdə bu amin turşularının sintez edilə bilməyəcəyini özü də etiraf etmişdir. Yəni bu təcrübə həyatın təsadüflərlə ortaya çıxdığı tezisinə heç bir yer almır. (Bu təcrübənin detalları üçün baxın: Millər təcrübəsi)
Dr. Kumbasarın bu təcrübəsi 50 il sonra “dəlil” olaraq göstərməyə çalışması isə, özünün elmi inkişafları yarım əsrlik gecikməklə izlədiyini göstərməkdədir. Müasir elm, canlılığın kompleks quruluşunun ancaq yaradılışla açıqlana biləcəyini göstərdiyi halda, yaradılışı qəbul etmək istəməyən Kumbasar, materialist doqmaya bağlılığını qorumaqda və materialist kütlələrdə oyandırdığı həyəcanın mənasız olduğu ortaya qoyulan bu təcrübəsi hələ qəti dəlilmiş kimi göstərməkdədir.
Gerçəkdə ilk hüceyrənin necə ortaya çıxdığı mövzusu, nə təcrübi olaraq sübut edilmiş, tutarlı bir şəkildə nəzəriyyə halına da salına bilməyən bir mərhələdir. Kumbasarın əksinə, bəzi təkamülçülər bunu açıqca ifadə etməkdən qaçmamaqdadırlar. Bunlardan biri olan Robert Shapiro, Dr. Kumbasarın da inandığı “kimyəvi təkamül”ün əslində yalnız materialist fəlsəfənin bir gərəyi olaraq müdafiə olunduğunu belə açıqlayır:
“Bizi sadə kimyəvilərin var olduğu bir qarışıqdan, ilk təsirli replikatora (DNT və ya RNA) daşıyacaq bir təkamüllü qanuna ehtiyac vardır. Bu qanun “kimyəvi təkamül” ya da “maddənin özünü təşkilatlandırması” olaraq adlandırılar, amma heç bir zaman detallı şəkildə təsvir edilməmiş, ya da varlığı göstərilə bilməmişdir. Belə bir prinsipin varlığına, dialektika materializmə olan bağlılıq üçün inanılır.”
Dr. Kumbasarın dialektik qarşıdurmaya olan doqmatiq inancı və gerçəklər
Dr. Kumbasarın yazısına seçdiyi başlıq da Shapironun təsbitini təsdiqləyir. Özünün “dialektik materializmə” doqmatiq bağlılığı vardır və hər şeyi bu pərdənin arxasından görməkdədir. Məsələn, “Təbiətdə həyat, qarşıdurma və savaş” başlığını istifadə edən müəllif, bütün təbiəti bir növ dialektika qarşıdurma sahəsi kimi görməkdə, canlıların ancaq təbiətə uyğunlaşa bildikləri və ancaq aralarındakı qarşıdurmalarda üstün olduqları vəziyyətdə yaşaya biləcəklərini, əks halda soylarının tükənəcəyini irəli sürməkdədir. Bu 19-cu əsr fərziyyəsidir. İnkişaf edən elmlə birlikdə isə, təbiətdəki canlıların davranışları daha yaxşı müşahidə edilmiş və nəticədə təbiətdəki həyatın eqoist həyatda qalma mübarizəsindən ibarət olmadığı aydın olmuşdur. Gərək növlər arasında, gərəksə növ içində çox müxtəlif fədakar davranışlara rast gəlinməsi, hətta canlıların bunun üçün bəzən öz canlarını da təhlükəyə atdıqlarının görülməsi “qarşıdurmaya əsaslanan təbii həyat” tezisini etibarsız etmişdir. Məsələn;
- İşçi qarışqaların öz törəmə mənfəətlərini bir tərəfə buraxıb kraliçanın xidmətində təhlükəli vəzifələrə çalışması
- Vampir yarasaların bəzən özləriylə doğrudan əlaqədar olmayan qonşu yarasalar üçün əmdikləri qanları çıxarmaları
- Şərqi Afrikada təxminən 80 üzvlü yeraltı koloniyalar halında yaşayan kor siçanlar arasında yalnız bir cütün törəyib digərlərinin özlərini balaların baxımına və yuvanın müdafiə etməsinə həsr etmələri
- Yenə Şərqi Afrikada balıqcıl (quş növü) koloniyasındakı üzvlərin törəmək yerinə zamanlarını, ancaq uzaqdan qohum ola biləcəkləri törəyən başqa bir cüt üçün balıq ovlayaraq keçirmələri
kimi davranışlar təkamül nəzəriyyəsiylə heç bir şəkildə açıqlana bilməz. (Bu mövzuda daha çox nümunə üçün baxın. “Canlılardakı fədakarlıq və ağıllı davranışlar”, Harun Yəhya, Global nəşriyyat, İstanbul, 1999)
İngilis zooloq Wynee-Edwardsın heyvan sürüləri üzərində 1960 və 70-ci illərdə etdiyi uzun çalışmalar da, canlı sürülərinin çox maraqlı şəkildə saylarını tarazladıqlarını və yemək üçün rəqabətə maneə törətdiklərini ortaya qoymuşdur. Heyvan sürüləri çox vaxt saylarını mövcud olan yemək qaynaqlarına görə təşkil etməkdədirlər. Sayı, aclıq və epidemiya xəstəliklər kimi “zəifləri ələyən” faktorlarla deyil, əsas olaraq heyvanlarda olan instinkt yoxlama mexanizmləri ilə nəzarət edilməkdədir. Yəni heyvanlar, saylarını Darvinin fərz etdiyi var gücü ilə rəqabət yoluyla deyil, öz çoxalmalarını məhdudlaşdıraraq nəzarət etməkdədirlər.
Bitkilər belə Darvinin qarşıya qoyduğu “rəqabət yoluyla seleksiya” nümunələri deyil, sayı nəzarət nümunələri verməkdədir. Botanik Bradshawın etdiyi müşahidələr, bitkilərin çoxalarkən üzərində böyüdükləri sahənin “sıxlığı”na görə davrandıqlarını, sahədəki bitki sıxlığı artdığında törəməyi azaltdıqlarını isbat etmişdir.
Son illərdəki bəzi araşdırmalar, fədakarlıq davranışının bakteriyalarda belə var olduğunu ortaya çıxarmışdır. Heç bir beyinə ya da sinir sisteminə sahib olmayan, bu səbəbdən düşünmə qabiliyyətləri olmayan bu canlılar, bir virus tərəfindən işğal edildiklərində, digər bakteriyaları qorumaq üçün intihar etməkdədirlər.
Bu nümunələr, təbiəti mütləq bir qarşıdurma sahəsi olaraq görən darvinistlərin və (Dr. Kumbasar kimi) dialektika materialistlərin böyük bir yanılma içində olduqlarını göstərməkdədir. Təbiətdə rəqabətin olduğu doğrudur, amma bu rəqabətin yanında çox diqqətə çarpan fədakarlıq və həmrəylik nümunələri də vardır.
Dr. Kumbasarın “Big Bang” yanılmaları
Hörmətli Kumbasarın gözardı etdiyi, hətta gizlədiyi bir gerçək də Böyük Partlamanın ortaya qoyduğu gerçəklərdir. Dr. Kumbasar, günümüzdəki ictimai quruluşu izah etdiyi yazısına Böyük Partlamaqla başlamaqda və bu cümlələrə yer verməkdədir:
“Kainatımızda hər şeyin enerji boşalması olaraq təyin olunan “Böyük Partlama” (Big Bang) ilə on üç yarım milyard il qədər əvvəl başladığı fərz edilir. İzləyən milyardlarla il içində davam edən enerji-maddə və maddə-enerji qarşılıqlı təsirləriylə kosmosun bugünkü mövqeyinə gəldiyi, mövzunun mütəxəssisi elm adamların tərəfindən qəbul edilməkdədir.”
Kumbasarın “şərhsiz” kimi təlqin etdiyi bu cümlələrdə əhəmiyyətli bir gerçək gizlidir: “Böyük Partlamanın, (Kumbasarın da ifadə etdiyi kimi) mütəxəssislər tərəfindən kainatın varlığını açıqlayan tək fikir olması, sonsuzdan gələn kainat modelini müdafiə edən materialist fəlsəfənin etibarsızlığını göstərməkdədir. 20-ci əsrdə astronomiya sahəsində aparılan çox əhəmiyyətli araşdırmalar kainatın yaradılışını qəti olaraq isbat etmişdir. Qısaca; kainatı meydana gətirən maddə və enerji sıfır həcmdə, sonsuz sıxlıqda bir nöqtənin partlamasıyla var olmuşdur. Təəccüblü bir şəkildə qarışıqlıq və dağıtma gətirən bütün partlamaların əksinə Böyük Partlama “nizam” meydana gətirmiş, göy cisimlərinin uyğunluq içində üzdüyü qalaktikalar ortaya çıxarmışdır. Astrofiziklər bu nizamın partlama şiddətindəki “tarazlıq”a əsaslandığını; həm də tarazlıqdakı nizamlamanın təsadüf ehtimalını etibarsız buraxacaq həssaslıqda nizamlanmış olduğunu kəşf etmişlər. Qısacası, kainat yaradılmışdır. (Hər şeyin yaradıcısı olan Allahın varlığını göstərən “partlamadakı tarazlıq” və sonrasında ortaya çıxan “kainatdakı uyğunluq” mövzularında daha geniş məlumat üçün baxın: www.evreninyaratilisi.com)
Müəllifin Böyük Partlamanın, Allahın açıq-aşkar varlığını işarə edən bu xüsusiyyətlərini tamamilə əhəmiyyətsiz etməsi, materializmə olan bağlılığından qaynaqlanmaqdadır.
Əmək hekayələri, şüurun mənşəyi və Dr. Kumbasarın ən böyük yanılması
Dr. Kumbasarın ön mühakimələri təkamül nəzəriyyəsini izah etdiyi sətirlərdə də açıqca görülməkdədir:
“Təkamülün izlədiyi mərhələlərdə protoplazmadan sonra, tək hüceyrəli, çox hüceyrəli canlılar və gedərək milyardlarla il sonra, kosmos ölçülərinə görə çox qısa sayıla biləcək olan iki milyon il əvvəl də, “İnsan soyu” bilinən ilk şüurlu növ olaraq inkişaf etmişdir… insan soyu şüur və əmək qatqısı ilə təbiət şərtlərini özünə uyğun vəziyyətə gətirərək bütün yer üzündə yaşaya bilməyi və soyunu davam etdirməyi bacarmışdır”
Görüldüyü kimi, müəllif heç bir elmi dəlil göstərmədən canlılığın və insanın təkamüllə ortaya çıxdığı nağılını izah etməkdədir. Nağılını elmi dəlillər yerinə Marksist terminlərlə haqlı çıxardığını zənn etməsi də maraqlıdır. Milyonlarla il əvvəl yaşamış xəyali meymun adamların “əmək” gücündən danışan yazarın özündən əmin havası, iddialarının əsassızlığını ört-bas etməyə çalışmaqdadır. Çünki yazarın bir-iki sətirlik nağılla açıqladığını zənn etdiyi “şüur”un mənşəyi, gerçəkdə təkamül nəzəriyyəsinin ən qaranlıq nöqtələrindən birini meydana gətirməkdədir.
Çünki, düşünmə qabiliyyəti olmayan meymun bənzəri bir heyvanın necə olub da düşünən, danışan və hiss edən insana çevrilmiş, yəni şüur inkişaf etdirmiş ola biləcəyi sualına təkamülçülərin verəcək heç bir cavabı yoxdur. Belə olması da təbiidir, çünki hər şeyi hüceyrələr arasındakı maddə alverinə əsaslanan nəzəriyyə, hüceyrəni meydana gətirən şüursuz atomlar və insan şüuru arasında tutarlı əlaqə göstərə bilməməkdədirlər. Çünki atomlar düşünə bilməz, bilə bilməz və hiss edə bilməzlər. İnsan şüurunun maddə üstü bir varlığın, yəni ruhun göstəricisi olduğu açıq bir gerçəkdir. Təkamülçülər üçün ruhun varlığını qəbul etmək, insana maddədən müstəqil bir ruh qazandıran yaradıcının varlığını da qəbul etməyi tələb etdiyi üçün bu gerçəyi təkidlə inkar etməkdədirlər.
Dr. Abidin Kumbasarın bu gerçəyi inkar etməsi ilk başda təəccüblü gələ bilər. Bir professor və eyni zamanda bir ürək-damar mütəxəssisi olmasına baxmayaraq, müasir elm qarşısında etibarsızlığı aydın olan materialist və darvinist sayıqlamalar ortaya qoymaqdadır. Halbuki əgər ön mühakiməsiz olaraq düşünəcək olsa, mütəxəssisi olduğu ürək və damar sistemindəki dizaynın şüurlu şəkildə hazırlandığını görəcəyi açıqdır. Ürəkdəki xüsusi əzələlər, bir saniyədən az müddətdə sinxronikə şəkildə açılıb bağlanan qapaqcıqlar, qanın qısa müddət həbs edildiyi xüsusi otaqcıqlar, bədənin hər yanına paylanan və diametrləri xüsusi nizamlanmış damarlar… Hamısı ana rəhmində inkişaf edən bir hüceyrədən ortaya çıxan bu qüsursuz dizayn, Allahın varlığının saysız dəlillərindən yalnız biridir. Bu kimi dəlillərə baxmayaraq inanmayanların inkarda israrını Allah bir Quran ayəsində belə xəbər verməkdədir:
“Gerçək budur ki, Biz onlara mələklər endirsəydik, onlarla ölülər danışsaydı və hər şeyi qarşılarına yığsaydıq, -Allahın dilədiyi xaricində- yenə onlar inanmayacaqdılar. Ancaq onların çoxu cahillik edirlər.” (Ənam surəsi, 111)