26 fevral 2003-cü il tarixindəki “National Geographic TV”-də, PBS televiziyasının istehsalı olan Təkamül (Evolution) adlı sənədli film silsilələrinin din və elm mövzulu hissəsi nəşr olundu. Sənədli filmin digər hissələrində olduğu kimi bu hissəsində də bir çox yanıldıcı məlumat verilməkdə və təkamül təbliğatı edilməkdə idi. Bu yazıda “National Geographic TV”-nin yanıldıcı məlumatları açıqlanmaqdadır:
Din elmlə deyil, təkamüllə ziddiyyət təşkil edir
Sənədli film boyunca təkamülçülərin ən klassik yanıltma taktikalarından biri tətbiq olunmaqda, din ilə təkamül nəzəriyyəsi arasındakı ziddiyyət, “din ilə elm” arasındakı ziddiyyət kimi göstərilməyə çalışılmaqdadır. NCSE (Elm Təhsili Milli Mərkəzi)nın başçısı Eugnie C. Scottun sənədli filmdə yer verilən “İnsanlara inanc ilə elm arasında seçki etmələri deyilir” sözləri bunun bir nümunəsidir.
Halbuki, din elmlə deyil təkamül nəzəriyyəsi ilə ziddiyyət təşkil etməkdədir. Və təkamül nəzəriyyəsi elm deyil. Bu əslində dəfələrlə açıqlanmış, bilinən bir gerçəkdir. Həm də təkamül nəzəriyyəsinə qarşı çıxan, Yaradılış gerçəyini müdafiə edən bir çox elm adamı olduğu da bilinməkdədir. Ancaq təkamülçülər bu cür söz oyunları ilə, dini elmi gerçəklərə qarşı kimi göstərməyə çalışmaqdadırlar. Bunu edərkən də “təkamülə qarşı olan, elmə də qarşıdır”, “təkamül nəzəriyyəsi olmadan elm var ola bilməz”, “təkamül nəzəriyyəsinə inanmayan doqmatikdir”, “təkamül nəzəriyyəsinə inanmayan elmi deyil” kimi əsassız şüarlarıyla, təkamülə inanmayanları elmi olmamaqla günahlandırmaqdadırlar.
“Təkamül” sənədli filmində bu üsul tez-tez istifadə edilmiş, təkamül nəzəriyyəsinə qarşı çıxanların elmdən kənar kəslər olduğu təəssüratı verilmişdir. Məsələn, sənədli film boyunca təkamül nəzəriyyəsinə qarşı olan Yaradılışçı elm adamlarının fikirlərinə heç yer verilməmişdir. Sənədli filmdə yer verilən təkamül əleyhinə tək adam “Answers in Genesis” adlı təkamül əleyhinə xristian quruluşun rəhbəri olan Ken Hamdır. Ancaq, PBS televiziyasının sənədli filmini hazırlayarkən Ken Ham ilə etdiyi 2.5 saatlıq reportajda təkamül nəzəriyyəsinə gətirdiyi elmi tənqidlərə xüsusilə yer verilmədiyi görülməkdədir. Bu səbəbdən, “National Geographic” və PBS televiziyası, təkamül nəzəriyyəsini yalnız “radikal xristianlar” tərəfindən qarşı qoyulan, elmi gerçək olaraq göstərməkdə, təkamül nəzəriyyəsinə gətirilən tənqidləri bilərək əhəmiyyətsiz etməkdədir. Təkamül nəzəriyyəsini tənqid edən elm adamlarının gətirdikləri sadələşdirilə bilməz komplekslik, kompleksliyin şüur olmadan təmin edilə bilməməsi, fosil qeydlərindəki boşluqlar kimi bir çox elmi tənqid, PSB və “National Gegraphic” tərəfindən bilərəkdən yox sayılmaqdadır, çünki bunlara gətirə bildikləri bir cavab yoxdur.
NGC-nin təkamül nəzəriyyəsi və “Sputnik” haqqındakı böyük yalanı
Sənədli filmdə ortaya olduqca məntiqsiz bir iddia atılır və ABŞ-dakı məktəblərdə illərlə təkamül nəzəriyyəsinin oxudulmadığı, bu səbəblə ABŞ-ın kosmosa gedən ilk ölkə ola bilmədiyi, məktəblərində təkamül nəzəriyyəsini tədris edən Rusiyanın bu mövzuda önə keçərək 1957-ci ildə “Sputnik” adlı peyki kosmosa göndərdiyi qarşıya qoyulurdu. İddia bununla da qalmır və davam edirdi: Məktəblərində təkamül nəzəriyyəsi tədris olan Rusiyanın onu keçdiyini görən ABŞ, dərhal məktəblərdə təkamül nəzəriyyəsini tədris etməyə başladı və 1969-cu ildə Aya ilk dəfə ABŞ ayaq basdı!
Bu iddianın ciddi olmadığı açıqca ortadadır. Amma yenə də bunu açıqlamaqda fayda vardır: Hər şeydən əvvəl ABŞ-da təkamül nəzəriyyəsinin bir dövr məktəblərdə tədris olmaması, məktəblərdə elmi təhsil verilmədiyi mənasını vermir. Daha əvvəl də ifadə edildiyi kimi təkamülçülər qərəzli olaraq təkamül və elm sözlərini bir-birinin yerinə istifadə etməkdədirlər.
Həm də haqqında danışılan dövrdə Amerikan məktəbləri, bütün ölkələrin cəmindən daha çox Nobel mükafatı qazanan elm adamı yetişdirmişdir. Bunun yanında, yenə eyni dövrdə, darvinizmin öyrədilməməsindən ən çox təsirlənməsi gözlənilən sahələrdən fiziologiya və tibb sahəsində, bütün digər ölkələrin cəminin iki misli qədər amerikalı elm adamı Nobel mükafatı almışdır. (www.discovery.org)
Rusiya kosmosa peyk göndərincə, ABŞ-ın təkamül dərslərini tədris planına əlavə etməsi və bunun ardından kosmosa gedə bildiyi iddiası isə son dərəcə məntiqsizdir. Kosmik gəmisini aya göndərmək üçün təkamül nəzəriyyəsi lazım deyil. Kosmos elmi günümüz şərtlərinin müşahidə edilməsi üzərinə quruludur. Təkamül nəzəriyyəsi isə keçmişlə əlaqədar dəlili olmayan bir hekayədir.
Həm də ABŞ-ın kosmos proqramı olan Apollo proqramının rəhbəri olan Wernher von Braunun dindar bir adam olması da “Təkamül” sənədli filmini hazırlayanların “təkamül və Sputnik” əlaqəsinin məntiqsizliyini bir daha vurğulamaqdadır.
Nəticə: “Dinsiz elmə inanmaq qeyri-mümkündür”
“National Geographic TV”-də nəşr olunan “Təkamül” sənədli filmlərində təlqin edilməyə çalışılan sözdə “din və elm ziddiyyəti” qəti olaraq doğru deyil. Din, Allahdan elçiləri vasitəçiliyi ilə insanlara çatan məlumatlara əsaslanır. Elmin mövzusu olan kainatı və təbiəti isə Allah yaratmışdır. Bu səbəbdən, hər ikisi arasında bir ziddiyyət olması qeyri-mümkündür. Ancaq dini ortadan qaldırmaq istəyənlər, xüsusilə son iki əsrdir dini və elmi qarşı-qarşıya gətirməyə çalışmışlar. Təhrif edilmiş olan Tövrat və İncildə elmi məlumatlarla uyğun gəlməyən məlumatların olması son dərəcə təbiidir. Ancaq Quran Allahın vəhyidir və heç bir dəyişikliyə məruz qalmamışdır. Necə ki, elmi heç bir tapıntı Quran ayələri ilə ziddiyyət təşkil etməz. Əksinə atom altı parçacıqlar, ana bətnindəki üç qaranlıq bölgə, dəmir filizlərinin yer üzünə meteoritlər ilə gəlməsi və qitələrin sürüşməsi kimi keçdiyimiz əsrdə kəşf edilən bir çox məlumat, 1400 il əvvəl vəhy edilmiş olan Quranda bildirilmişdir. (Geniş məlumat üçün baxın: Quran Möcüzələri və Quran Elmə Yol göstərər, Harun Yəhya)
Gerçək din həm elmlə uyğunlaşır, həm də elmi təşviq edər, Allahın varlığına iman edən bir elm adamı, araşdırdığı canlılardakı və nizamdakı möcüzələri görərək, Allahın böyüklüyünü, ucalığını, sonsuz qüdrətini daha yaxşı qavrayar. 20-ci əsrin ən böyük elm adamlarından biri olan Albert Eynşteynin ifadə etdiyi kimi:
Dərin bir imana sahib olmayan həqiqi elm adamı düşünə bilmirəm. Bu vəziyyət belə ifadə edilə bilər: Dinsiz elmə inanmaq qeyri-mümkündür. (Einstein, Science, Philosophy, And Religion: A Symposium, 1941, səh. 13)