“History Channel” adlı televiziya kanalı, Charles Darvinin həyatını və fikirlərini mövzu alan “Bioqrafiya” adlı film yayımladı. Bu filmdə, Charles Darvinin elmdən kənar fikirləri, isbat edilmiş həqiqət kimi, heç bir dəlil ortaya qoyulmadan müdafiə olunmaqda, eyni zamanda açıqca dinsizlik və ateizm təbliğatı edilməkdədir. Tarixi və elmi gerçəkləri tamaşaçıya təqdim etmə iddiasında olan bir kanalda elmi gerçəklərə uyğun gəlməyən darvinist izahların yer alması “History Channel”in nüfuzuna kölgə salmaqdadır.

 

Təkamül nəzəriyyəsi niyə təbliğatlarla diri tutulmağa çalışılır?

Son həftələrdə, “History Channel”, “National Geographic Channel”, “Discovery Channel” kimi bəzi kanallar güclü təkamül təbliğatı başladılar. Sanki ortaq bir qərar alınmış kimi təkamül nəzəriyyəsini izah edən, Charles Darvini tərifləyən sənədli filmlər arxivlərdən çıxardıldı və yayımlandı. Yaxşı bəs, bunun səbəbi nə idi? Fikrimizcə, son illərdə, xüsusilə də son aylarda təkamül nəzəriyyəsinin elmi tapıntılar tərəfindən aldığı ciddi yaralar bu şəkildə sarılmağa çalışılır. “Netcevap.org” saytını təqib edənlərin çox yaxşı bildikləri kimi, son illərdə paleontologiya, molekulyar biologiya və genetika sahəsində aparılan kəşflər təkamül nəzəriyyəsinin iddiaları ilə böyük ziddiyyət göstərir. Təkamülçülərin özləri belə bunu qəbul edirlər. (“Netcevap.org” saytının arxivində bunun bir çox nümunəsini tapa bilərsiniz.)

 

Əslində təkamül nəzəriyyəsinin belə bir sonla qarşılaşmış olması çox təbiidir. Çünki nəzəriyyənin əsl memarı Charles Darvin, 19-cu əsrdə yaşamışdı və çağımızın elm sahələrinin bir çoxundan xəbərsiz idi. Məsələn, genetika elmini bilmədiyi üçün, inək heyvandarlarının etdikləri kimi canlı növlərini islah edərək, yeni növlər əldə edə biləcəyini sanmışdı. Halbuki, genetika elmi sayəsində, islah işləri ilə yeni növlər yaradıla bilməyəcəyi ortaya çıxdı. Yenə hüceyrə biologiyasından xəbərsiz olduğu və dövründə son dərəcə yetərsiz mikroskoplarla çalışıldığı üçün, hüceyrənin çox sadə quruluşu olduğunu və bu səbəblə təsadüfən meydana gələ biləcəyini fərz edə bilmişdi. İndiki vaxtda isə, mikrobioloqlar hüceyrəni Nyu York şəhəri və ya bir kosmik gəmi qədər kompleks və fövqəladə qüsursuz təşkilata sahib quruluş olaraq qəbul edirlər və təsadüfən meydana gəlməsini qəti olaraq qeyri-mümkün görürlər. Bütün bu elm sahələrindən xəbərsiz və texnoloji imkanlardan məhrum olan, ayrıca biologiya ilə yalnız həvəskar mənada maraqlanan bir adam olan Darvinin, bəzi canlılar arasında gördüyü bənzərliklərdən təsirlənərək bir nəzəriyyə meydana gətirməsi və bu nəzəriyyənin elmi tapıntılar ilə çökməsi son dərəcə adi bir vəziyyətdir. Elm tarixi bunun nümunələri ilə doludur.

Ancaq adi olmayan və tarixdə bir başqa bənzəri də olmayan nöqtə budur: Darvinin nəzəriyyəsi elmi tapıntılar tərəfindən səhv olmasına baxmayaraq, digər bənzərləri kimi qüvvədən qaldırılmamış, elm adamı sifəti daşıyan bəzi şəxslər tərəfindən müdafiə olunmağa davam etmişdir və hələ də etməkdədir. Məhz əsas üzərində dayanıq lazım olan nöqtə budur. Elm çox açıq şəkildə canlıların təsadüflər nəticəsində təkamülləşdiyi iddiasını yalanlamasına baxmayaraq, niyə təkamül nəzəriyyəsi hələ müdafiə olunmaqdadır?

Bilindiyi kimi, təkamül nəzəriyyəsi həyatın mənşəyinə sözdə izah gətirərkən, canlıların şüurlu dizayn yaradılmış olduqları gerçəyini inkar edər. Bu səbəbdən nəzəriyyə, ateizmin elm sahəsindəki qoruyucusu mövqeyindədir. Şüurlu yaradılışı və üstün güc sahibi Yaradıcının varlığını inkar edənlər bu səbəblə təkamül nəzəriyyəsinə böyük bağlılıqla sahib çıxmaqdadırlar. Təkamül nəzəriyyəsinin çöküşü, öz ateist və materialist inanclarının çöküşü mənasını verdiyi üçün var gücləriylə təkamül nəzəriyyəsinin təbliğatını etməkdədirlər. Bu təbliğatlarının ən əhəmiyyətli və imtina edilməz elementləri isə “History Channel”, “National Geographic Society”, “Discovery Channel” kimi quruluşlar, “Science”, “Nature”, “Scientific American”, “New Scientist” kimi nəşrlərdir.

 

Bu təbliğatın ən fundamental çıxış nöqtəsi isə “Təkamül nəzəriyyəsini rədd etmək elmi rədd etməkdir” şüarı ilə təyin olunmuşdur. Bu səbəbdən dünyanın ən öndə gələn və ən etibarlı elmi quruluşları olma iddiasındakı bu kanal və nəşrlər, təkamül nəzəriyyəsini rədd edən elmi tapıntıları əsla gündəmə gətirə bilməməkdədirlər. Sanki gizli bir əl tərəfindən, hər şərtdə və hər vəziyyətdə təkamül nəzəriyyəsini müdafiə etmək, təkamül nəzəriyyəsi əleyhinə tək bir söz də söyləməmək üzrə proqramlaşdırılmış kimidirlər.

 

Yeniliklərdən və şoklardan qaçmamaq, yeniliklərin qabaqcılı ola bilmək bir üstünlükdür

Tarix insanlığa həmişə yeniliklər təqdim etmişdir. Bu yeniliklərə açıq olanlar, doqmatiq, mühafizəkar fikirlərə bağlanmadan azad şəkildə düşünə bilənlər, ətraflarının tənqid və hücumlarından çəkinməyənlər, tarixə bu yeniliklərin qabaqcılları, tarixi dəyişdirən kəslər olaraq keçmişlərdir. Doqmatiq, mühafizəkar kəslər isə, batil inanclarının içində sönüb qalmışlar. Bu quruluşların da tarixin yeni bir dönüş nöqtəsində olduğunu görmələri, təkamülçü kütlələrdə etibarlarının zədələnilməsindən narahatlıq etmədən, cəsur və qabaqcıl xarakter göstərmələri lazımdır.

Hal-hazırda çox əhəmiyyətli dönüş nöqtəsində olduğumuz görməməzlikdən gəlinə bilməyəcək qədər açıq gerçəkdir. Bir neçə əsrdir dünyaya, elmdən sənətə, fəlsəfədən ədəbiyyata qədər hər sahədə hakim olan materialist düşüncə çökməkdədir. Materializmin sözdə elmi dayağı olan təkamül nəzəriyyəsinin çöküşü isə, materialist düşüncənin hakimiyyətinin sona çatmasını sürətləndirməkdədir. Bu gün bütün elm dünyası “Şüurlu dizayn” tezisinin sürətli yüksəlişinə şahid olmaqdadır. Hər canlının, hətta hər canlını meydana gətirən trilyonlarca hüceyrədən hər birinin təsadüfən meydana gələ bilməyəcək qədər qüsursuz, fövqəladə dizayna sahib olduğu artıq açıq-aşkar gerçəkdir. Bir kağız üzərinə yazılmış tək bir “B” hərfinin də orada təsadüfən meydana gələ bilməyəcəyini, bu hərfi o kağıza yazan şüurlu varlıq olduğunu qəbul edən ağıl, canlılardakı “Şüurlu dizayn”ın varlığını da qəbul etməlidir. Bu gerçəyi qəbul etmək, elmə qarşı gəlmək deyil, elmin göstərdiyi gerçəkləri qəbul etməkdir.

“History Channel” və bənzəri kanallar onsuz da hər gün canlılardakı qüsursuz dizaynın, fövqəladə yaradılışın nümunələrini ekranlarda izah etməkdədirlər. Bütün bu möhtəşəm xüsusiyyətlərə sahib canlıların təkamülün, yəni təsadüflərin möcüzəsi olduğunu iddia etmək həm elm, həm də ağıldan kənardır. Təsadüflər möcüzələr yarada bilməzlər. Bir kamera, bir televiziya və ya bir portret necə təsadüfən, özbaşına meydana gələ bilməzsə, canlılar da təsadüfən meydana gəlmiş ola bilməzlər. Təkamül nəzəriyyəsinin elmlə və ağılla ziddiyyət təşkil etdiyi açıqca ortadadır.

 

Təkamülçülər də canlılığın təsadüflərlə açıqlana bilməyəcəyini bilirlər. Fransız zooloq Pierre Grassé bunu açıqca etiraf edir:

 

“Hər hansı bir canlı orqanizm, inanılmaz dərəcədə böyük “ağıl” ehtiva edər. Bu, insanların ən böyük arxitektura əsərləri olan baş kilsələri tikmək üçün istifadə etdiklərindən daha böyük bir ağıldır. Bu gün bu ağla “məlumat” (informasiya) deyirik, amma məna hələ eynidir. Bu məlumat bir kompüterdə proqramlaşdırılmamışdır, amma kompüterdəkindən daha dar bir yerə, DNT-dəki xromosomlara, ya da hər hüceyrədəki fərqli orqanellərə sıxışdırılmışdır. Bu “ağıl”, həyatın “olmazsa olmaz” şərtidir. Yaxşı, amma bunun qaynağı nədir?… Bu həm bioloqları, həm də filosofları maraqlandıran bir sualdır və elm bunu əsla həll edə bilməyəcək kimi dayanmaqdadır.” (Pierre P. Grassé, The Evolution of Living Organisms, 1977. səh. 168)

 

Grassénin bunu cavab verilə bilinməyəcək bir sual olaraq görməsinin səbəbi, suala materialist ön mühakimələri içində bir cavab axtarışıdır. Halbuki, gerçək çox açıq ortadadır və tamamilə materialist düşüncənin xaricində yer almaqdadır.

“History Channel” səlahiyyətlilərinə tövsiyəmiz, yenilikləri qəbul edə bilmə, doqmalardan imtina edə bilmə cəsarətini göstərə bilmələri, təkamül nəzəriyyəsinin 150 ildir davam edən və ağılları bağlayan cadusunu ekranlarından sona çatdırmalarıdır. Bu əlbəttə ki, həm kanal, həm də təkamülçülər baxımından böyük şok olacaq, ancaq “şoklardan qaçmamaq lazımdır.” Təkamül nəzəriyyəsinə qarşı çıxan və bu şokdan qaçmamış adlardan biri olan Prof. Dr. Michael Behe, digərlərinə də şoklardan qaçmamalarını tövsiyə etməkdədir:

 

“Həyatın üstün ağıl tərəfindən hazırlanmış olduğu anlayışı, həyatı sadə təbiət qanunlarının bir nəticəsi hesab etməyə öyrəşmiş bizlərdə şok təsiri yaratmış vəziyyətdədir. Amma digər əsrlər də bənzər şokları yaşamışdılar və şoklardan qaçmaq üçün bir səbəb də yoxdur.” (Michael Behe, Darvin”s Black Box, New York, The Free Press, 1996, səh. 252-53)

 

İnsanlıq dünyanın düz olduğu, ya da kainatın mərkəzində yer aldığı kimi doqmalardan xilas olmuşdur. Həyatın hazırlanmadan, öz-özünə meydana gəldiyi şəklindəki materialist və təkamülçü doqmadan da xilas olmaqdadır. Bu vəziyyət qarşısında gerçək elm adamlarına və elmi xüsusiyyətdəki quruluşlara düşən vəzifə, materialist doqmadan imtina edərək, həyatın və canlıların mənşəyi mövzusunu elmə yaraşar obyektivlik və səmimiyyətlə qiymətləndirməkdir. “History Channel” və bənzərlərinin etməli olduğu “şoklardan qaçmamaq”dır; 19-cu əsrin köhnə materialist doqmalarına bağlanaraq qeyri-mümkün ssenariləri müdafiə etmək deyil.

 

Təkamül təbliğatı ilə gələn təhlükəli dinsizlik təbliğatı

Əvvəlcə bunu ifadə edək ki, Türk xalqının böyük hissəsi dindardır, Allahın varlığına və ölümdən sonrakı həyatın varlığına inanır. Bu səbəblə millətimiz yüksək mənəvi gücə malikdir. Bu səbəbdən, əks istiqamətdəki təbliğatlar nə qədər güclü olursa olsun, millətimiz bu cür təlqinlərdən təsirlənməz. Ancaq “History Channel” beynəlxalq yayın edən kanaldır. Bu səbəblə dinsizlik və ateizm təbliğatlarının, bir çox cəmiyyət üçün təhlükə ehtiva etdiyini ifadə etmək lazımdır.

“History Channel”də yayımlanan Darvinin bioqrafiyası ilə əlaqədar proqramda, tez-tez ateizm və dinsizlik təbliğatı edilməkdə, elm ilə din qarşı qarşıya imiş kimi göstərilməyə çalışılmaqda və darvinizmin sözdə üstünlüyü müdafiə edilməkdədir. Proqramda Darvin, dinsiz elm adamı şəxsiyyəti ilə tanıdılmaqda və sanki elmlə maraqlandıqca dindən imtina etdiyi təəssüratı verilməyə çalışılmaqdadır. Sənədli filmdə istifadə edilən bu ifadələr diqqət çəkir: “Təkamül nəzəriyyəsinə görə insan da bir heyvan idi və ölümsüz ruh deyə bir şey yox idi, bu düşüncə Xristianlığa kökdən qarşı idi, çünki ruh olmayınca daha yaxşı mənəvi həyata təşviq edən güc də ortadan qalxırdı… (C. Darvin) Qızı Emmyin ölümündən sonra artıq qiyamət günü deyə bir şey olmadığından əmin idi.”

Sənədli filmdə təkamül nəzəriyyəsi bir gerçək kimi göstərildiyi üçün, tamaşaçıya “insan bir heyvandır, ruh sahibi deyil, mənəviyyat əhəmiyyətli deyil və qiyamət, axirət, ölümdən sonra həyat yoxdur” kimi əsassız iddialar təlqin edilməkdədir. Bu cür iddialar, təlqin edildiyi cəmiyyət üçün təhlükə ehtiva etməsinin yanında, əksəriyyəti inananlardan ibarət cəmiyyət üçün də təsdiqlənməyəcək düşüncələrdir. “History Channel”in Türkiyə səlahiyyətliləri, bu gerçəyi nəzərə almalı, yayın siyasətlərini, əksəriyyətini Allaha və dinə inanan insanların meydana gətirdiyi bir cəmiyyətə xitab etdiklərini unutmadan təkrar nəzərdən keçirməlidirlər.

Dinsizlik təbliğatının təhlükəsi isə açıqdır. Sovet İttifaqının ani çökməsinin, dinin və mənəviyyatın əhəmiyyətini anlayana qədər ayağa qalxa bilməməsinin ən əhəmiyyətli səbəblərindən biri dini və mənəvi dəyərlərdən məhrum olaraq yaşadığı uzun bir dövrdür. Kapitalist sistemdə qurtuluşu axtaran, ancaq bununla da başqa bir bataqlığın içinə düşdüyünü fərq edən Rusiya, dinin və mənəviyyatın əhəmiyyətini anlamağa başladıqdan sonra toplanma mərhələsinə keçə bilmişdir. Dinsizlik bir cəmiyyətin diriliyini, birliyini, uyğunlaşmasını, sülh və hüzurunu pozar. Özlərini heyvan olaraq görən, öldükdən sonra sonsuza qədər yox olacağını zənn edən insanlar hər cür pisliyə, əxlaqsızlığa, şiddətə, cinayətə qarşı meylli olarlar. Belə insanların, öldürmək, işgəncə etmək, zərər vermək üçün razı salınmaları çox asan olar, çünki qarşılarındakıları ruh sahibi varlıqlar olaraq deyil, heyvanlar olaraq görərlər. Dinsiz cəmiyyətlərdə saxtakarlıq, rüşvət, sui-istifadə, oğurluq kimi əxlaqsızlıqlar sürətlə artar və cəmiyyətin əxlaqi və dini quruluşu gücləndirilmədikcə bunların qabağına keçilməsi qeyri-mümkün hal olar. Dinsiz cəmiyyətlərdə sevgi, mərhəmət, şəfqət, fədakarlıq hissləri tamamilə itər, bunların yerinə qəzəb, şiddət, eqoizm, laqeydlik, zalımlıq hakim olar.

Bunlar dinsizliyin bir cəmiyyətə gətirəcəyi bəlaların kiçik bir qismidir. Dinsiz nəsillərin meydana gətirəcəyi hər ailənin yaşayacağı dağıntılar da tək-tək düşünülsə, dinsizliyin insanlıq üçün nə qədər böyük təhlükə olduğu görüləcək. Bu səbəbdən dinsizlik təbliğatı edənlər odla oynamaqdadırlar. Bu səbəblə “Netcevap.org” saytında tez-tez “gözübağlı təkamül təbliğatı” edənlərə tövsiyə edirik. Bu insan və təşkilatların gözləri bağlıdır, çünki həm təkamül nəzəriyyəsinin əleyhindəki dəlilləri görmürlər, həm də təkamül nəzəriyyəsini müdafiə etməklə cəmiyyətdə meydana gətirdikləri ciddi zərərləri hesab edə bilmirlər.

 

Nəticə

“History Channel” və digər təşkilatlar, əsrlər əvvəl dünyanın düz olduğunu iddia edənlər kimi həqiqətdən kənar iddialar edib, bunu da saxta elm görünüşü altına saxlamaqdan xilas olmalıdırlar. Elmin göstərdiyi gerçəkləri səmimiyyətlə müdafiə etdikləri təqdirdə, qazananlar onlar olacaqdır.