14 may 2002-ci il tarixli “Radikal” qəzetində hörmətli Türker Alkanın “Biz indi kimik” başlıqlı yazısında bəzi əhəmiyyətli yanılmalar var idi. Aşağıda hörmətli Alkanın bu yanılmaları haqqında bəzi izahlar yer almaqdadır.

 

1) Elm, dini gerçəkləri deyil, darvinizmi yıxmışdır

Hörmətli Alkan yazısında elmin ön mühakimələri yıxıb gəldiyini ifadə etmiş və buna marksistlərin və irqçilərin elm tərəfindən yıxılan ön mühakimələrindən nümunələr vermişdir. Hörmətli Alkanın bu mövzudakı təsbitləri son dərəcə doğrudur. Ancaq, Hörmətli Alkanın yanıldığı nöqtə bu cümləsində yer alır.

 

“Elm yıxa-yıxa gəlir. Ən böyük zərbəni də Darvin nəzəriyyəsi ilə yara alan “Adəm-Həvva əhvalatı” yedi.” 

 

Hörmətli Alkanın bu şərhi çox səhvdir və xüsusilə, tam əks bir vəziyyətin, yəni darvinizmin elm tərəfindən qəti və açıq dəlillərlə yıxıldığının ortaya çıxdığı bir dövrdə belə bir şərhi etməsi, bu mövzudakı ədəbiyyatı və inkişafları izləmədiyinin bir göstəricisidir.

Çünki, 20-ci əsrin xüsusilə, ikinci yarısından bu yana, paleontologiya, mikrobiologiya, genetika, anatomiya kimi bir çox sahədə, darvinizmin təməl iddiaları bir-bir yıxılmışdır. “Netcevap.org” saytında, təkamül nəzəriyyəsini yıxan elmi inkişaflar detallarıyla yer almaqdadır, bu səbəblə bunlara bu yazıda təkrar olaraq yer verilməyəcək. Ancaq, təkamül nəzəriyyəsinin elmi etibarlılığı olmamasının səbəbləri qısaca belədir:

 

  • Fosil qeydləri təkamül nəzəriyyəsinə qarşıdır. Çünki bu qeydlər fərqli canlı qruplarının yer üzündə bir-birlərindən müstəqil olaraq, birdən və kompleks strukturlarıyla ortaya çıxdığını və yüz milyonlarla il boyunca dəyişmədən sabit qaldıqlarını göstərməkdədir. Fosil elmində “sudden appearance” (birdən ortaya çıxış) və “stasis” (sabitlik) olaraq adlandırılan bu iki elmi gerçək, təkamül nəzəriyyəsini deyil, yaradılışı dəstəkləməkdədir.

 

  • Təkamül nəzəriyyəsi, canlıların heç bir plan və dizayn olmadan, yəni şüurlu bir şəkildə yaradılmadan, təsadüflər və təbiət qanunlarıyla ortaya çıxdığı iddiasındadır. Halbuki, aparılan müşahidələr, təcrübələr, bioriyazi hesablar, bunun mümkün olmadığını isbat etmişdir. Bir kompüterin, metal, plastik, şüşə kimi vəsaitlərin “təsadüfən” birləşmələriylə meydana gəlməsinin qeyri-mümkün olması kimi, canlıların da molekulların “təsadüfən” birləşməsiylə meydana gəlməsi qeyri-mümkündür.

 

  • Təkamülçülər tərəfindən iddia edilən “təkamül mexanizmləri”, gerçəkdə heç bir təkamül təmin etmir. Təbii seleksiya və mutasiya (yəni canlı genlərində yaranan təsadüfi dəyişikliklər) yoluyla, heç bir canlının üstünlük təmin etdiyi, inkişaf etdiyi müşahidə edilməmişdir. Gerçəkdə mutasiya canlılara hər zaman zərər verməkdədir. Yəni təbiətdə canlıları sadədən kompleksə doğru inkişaf etdirən “təkamül mexanizmləri” yoxdur.

 

  • Canlıların anatomik və xüsusilə də biokimyəvi strukturlarının araşdırılması, darvinizmin təməli olan “kompleks strukturlar, kiçik təsadüfi dəyişikliklərlə addım-addım meydana gələr” fərziyyəsini çürütmüşdür. Çünki bir çox orqanik quruluşunun “sadələşdirilə bilməz kompleks” olduğu, yəni daha sadə bir formada heç bir funksiya görməyəcəyi, bu səbəbdən ancaq mükəmməl formasıyla ortaya çıxmış ola biləcəyi aydın olmuşdur.

Qısacası, hörmətli Alkanın da ifadə etdiyi kimi “elm yıxa-yıxa gəlməkdədir.” Lakin hörmətli Alkanın anlamadığı nöqtə budur: Elmdən gələn ən böyük zərbəni darvinizm almışdır. (Darvinizmin çöküşünün elmi dəlilləri üçün baxın: http://www.harunyahya.org/evrim/hy_hayatin_gercek_kokeni/hk.html)

 

Allah, canlılığı təkamüllə yaratmamışdır

Hörmətli Alkan yazısında, həyatın təsadüfi olaraq başladığına inanmadığını, bütün yaradılışı istiqamətləndirənin Allah olduğuna inandığını ifadə etmişdir. Hörmətli Alkan, hər ağıl və vicdan sahibi insanın gəldiyi nəticəni bu cümlələri ilə ifadə etmişdir:

 

“Məndən soruşsanız, bütün yaradılışı istiqamətləndirən bir Tanrı vardır. Möcüzəvi həyat macərasının bir təsadüf olduğuna inanmıram.”

 

Ancaq, hörmətli Alkan, cümləsinə belə davam etmişdir:

 

“Amma (Tanrı) iradəsini niyə din kitablarında izah edildiyi kimi qoysun, Darvinin dediyi kimi qoymasın, bunu anlamaq mümkün deyil.”

 

Əslində, hörmətli Alkanın “anlamaq mümkün deyil” dediyi mövzu son dərəcə açıq və aydın olandır. Allah canlılığı təkamüllə yaratmamışdır və bu gerçəyi görə biləcəyimiz iki qaynaq vardır: Quran və elm. Allahın qəti sözü olan və heç bir dəyişikliyə məruz qalmamış olan Quranda Allah, canlıları necə yaratdığını bildirmişdir və bu yaradılışda təkamülləşmə yoxdur. Allah canlıları “Ol” əmri ilə, bugünkü şəkil və strukturları ilə yaratmışdır. Quranı və canlıları yaradan Allah olduğuna görə, Allahın canlıları necə yaratdığını öyrənəcəyimiz qaynaq Qurandır, Darvinin kitabı deyil. Bu səbəblə, “niyə din kitablarında izah edilən yaradılışın qəbul edildiyi” sualı da cavablandırılmış olmaqdadır.

Allahın canlıları təkamül ilə yaratmadığını bizə göstərən ikinci qaynaq isə elmdir. Yuxarıda da söz edildiyi kimi, canlıların təkamül keçirdiklərinə dair tək bir elmi dəlil yoxdur. Bu vəziyyətdə, təkamül nəzəriyyəsini qəbul etmənin heç bir səbəbi yoxdur. (Bu mövzuda daha detallı məlumat üçün baxın:

http://www.harunyahya.org/imani/yalanliyor/yalanliyor.html)

 

Nəticə

İndiki vaxtda bəzi elm adamlarının hələ də təkamül nəzəriyyəsini qəbul edir və müdafiə etməsi hörmətli Alkanı yanıldır və təkamül nəzəriyyəsini elmi bir gerçək sanmasına səbəb olur ola bilər. Ancaq təkamül nəzəriyyəsi, tək bir elmi dəlili olmayan və tamamilə ideoloji səbəblərlə müdafiə olunan bir nəzəriyyədir. Allahın varlığına inanmayan, materialist və ateist bir dünya görüşünə sahib kəslər üçün, təkamül nəzəriyyəsi, canlılığın mənşəyini açıqlayan yeganə izahdır. Bu səbəblə, ideologiyaları və ön mühakimələri üçün, heç bir elmi dəlili olmayan bir nəzəriyyəni müdafiə edərlər. Ancaq, hörmətli Alkan kimi, Allahın varlığını qəbul edən, yaradılış gerçəyini görə bilən şəxslərin, təkamül nəzəriyyəsini müdafiə etməyə heç bir ehtiyacları yoxdur.

Hörmətli Alkanın, Darvinizm haqqında kifayət qədər məlumat sahibi olmaması və bəzi elm adamlarının, ön mühakimələri səbəbiylə təkamül nəzəriyyəsini müdafiə etmələrindən təsirlənməsinin, təkamül nəzəriyyəsi lehinə düşünməsinə səbəb olduğunu hesab edirik. Mövzu haqqında ətraflı məlumat əldə etdiyində, Darvinizmin elm tərəfindən yıxıldığını və Allahın təkamüllə yaratmadığını asanlıqla görə biləcəyinə əminik.