“Bilim ve Ütopya” jurnalının aprel 2001-ci il tarixli sayında nəşr olunan təkamülçü məqalələrin biri, eyni zamanda “Cumhuriyet Bilim Teknik” jurnalının dəyişməz ateist və materialist yazıçılarından biri olan Alaeddin Şenelin “Biotexnologiya materializmi sübut edir” adlı yazısı, adı çəkilən jurnalın aprel 2001-ci ildəki sayında nəşr olundu. Yazıda, Şenel, bu jurnalın daha əvvəlki nəşrlərində də özü tərəfindən təkrar edilmiş və tərəfimizdən cavablandırılmış iddialarını təkrarlayırdı. Şenelin eyni əsassız iddiaları təkrar etməkdən imtina etməməsi səbəbiylə, yazısındakı məntiq pozulmalarından bir neçə nümunəni ifadə etməkdə fayda görürük.

 

Şenelin çox uzun olan məqaləsi, 100 illik dialektika materialist ədəbiyyatın bir təkrarı xüsusiyyətindədir. Marx və Engelslə başlayan “tarixi materializm” izahları, dinin mənşəyini “sinif qarşıdurmasıyla” şərh etməyə çalışan səthi analizlər, ruhun sözdə var olmadığını isbat etməyə istiqamətli sadə nümunələr, hər materialist ideoloq kimi Şenel tərəfindən də şablon materialist terminlər və ifadələrlə təkrar edilmişdir.

Şenel, bu köhnə materialist ədəbiyyatı uzun-uzun təkrarladıqdan sonra, “biotexnologiyanın niyə materializmi sübut etdiyini” izah etməyə çalışmaqdadır. Ona görə biotexnologiyanın sözdə “materializmi sübut etməsi”, bəzi orqanik molekulların insan əli ilə edilmiş olmasından və ya yaxın gələcəkdə ediləcək olmasından qaynaqlanmaqdadır. Şenelin “məntiq hörgüsünü”, aşağıdakı paraqrafından anlamaq mümkündür:

 

“Bütündən qeyri-üzvi (cansız) elementlərin sintezi ilə canlılığın elementləri olan DNT və RNA sintezini bu qurşağın insanlarının görə bilmə şansı ola bilər. Belə bir müvəffəqiyyətin əhəmiyyəti, canlılığa keçidin yaradıcı bir tanrını tələb etmədiyinin göstərilməsindən çox, əsl yaradıcının insan olduğunun sübut edilməsindən qaynaqlanacaq.”

 

Şenelin buradakı məntiqi (daha doğrusu məntiqsizliyi) çox maraqlıdır: Həyatın təməli olan DNT və RNA molekullarının yaxın bir gələcəkdə (əlbəttə, böyük elmi araşdırmalarla, fövqəladə bir əmək və səylə) sintez edilə biləcəyini ifadə etməkdə və sonra da bunu Allahın varlığına və yaradılışa qarşı bir dəlil zənn etməkdədir. Halbuki, bu molekulların sintez edilməsi üçün bu cür böyük bir məlumat və texnoloji gücə ehtiyac duyulur olması, yaradılışın başlı-başına bir dəlilidir. Çünki bu vəziyyət göstərməkdədir ki, həyatın ən fundamental elementlər də, “təsadüfən meydana gəlmək” bir tərəfə, fövqəladə bir ağıl, məlumat və güclə meydana gətirilə bilər. Halbuki, Alaeddin Şenelin “dünya görüşüm” dediyi materializm, həyatın mənşəyində heç bir ağıl və məlumat olmadığını, bütün canlılığın “hərəkət halındakı maddə”nin təsadüfləriylə meydana gəldiyini iddia etməkdədir.

Həyatın mənşəyi üçün iki fərqli izah vardır. Birinci izah “təsadüflər və təbii şərtlərdir (Yəni təkamül nəzəriyyəsi). İkinci izah isə, həyatın bu şəkildə meydana gəlmiş ola bilməyəcəyi, şüurlu şəkildə hazırlanıb var edildiyi istiqamətindədir (Yəni yaradılış). DNT və RNA kimi həyat üçün zəruri molekulların, böyük elmi işlər, məşğul olunar, sınaqlar nəticəsində laboratoriyada sintez edilməsi isə, təkamülün deyil yaradılışın lehində bir tapıntı olacaq. Çünki bu əməliyyat, canlılığın ortaya çıxması üçün mütləq şüurlu dizayn lazım olduğunu təyin etməkdədir.

Həqiqət bu ikən, Alaeddin Şenelin, RNA və DNT sintez edilməsini “yaradılışın lazım olmadığı” şəklində anlaması, başa düşülməsi çətin mühakimə pozuqluğudur.

Alaeddin Şenelin mühakiməsindəki pozuqluq, üstdə ifadə etdiyimiz sözlərinin ikinci hissəsində daha irəli ölçülərə çatmaqdadır. Şenel burada RNA və DNT sintez edilməsinin, “əsl yaradıcının insan olduğunu sübut edəcəyini” irəli sürməkdədir. Görəsən Şenel nə deməyə çalışır? Ona görə, bundan 3.5 milyard il qədər əvvəl, dünya üzərindəki ilk hüceyrələrin DNT və RNA zəncirlərini, hüceyrə pərdələrini, orqanellərini, ferment sistemlərini “insan” mı var etmişdir? Ya da ona görə insan, özünün yer üzündə ortaya çıxışından daha əvvəllər yaşamış milyonlarla fərqli canlı növünün dizayneridir?

 

Əlbəttə, bunların hamısı boş sözdür. İnsan nə başqa bir canlı növünün, nə də özünün yaradıcısı deyil. Varlığını, Allahın özünü yaratmış olmasına borcludur. Hal-hazırda “biotexnologiya” adı altında etməyə çalışdığı şey isə, Allahın möhtəşəm və qüsursuz yaradılışının çox cüzi hissəsini (tək bir RNA və ya DNT zəncirini) təqlid etməkdir.

Alaeddin Şenelin və onunla eyni düşüncələri paylaşan materialistlərin bu cür təəccüblü mühakimə pozuqluqları və boş sözlər nümayiş etdirmələri isə, əslində sahib olduqları materialist dünya görüşünün nə qədər böyük aldatma olduğunun, insanları nə qədər ağılsız və şüursuz hala gətirdiyinin bir göstəricisidir.

Şenelinkinə bənzər mühakimə pozuqluqları, “Bilim ve Ütopya”nın eyni sayında məqalələr qələmə alan digər yazıçılar tərəfindən də paylaşılmaqdadır. Prof. Beyazıt Çırakoğlu, “Bilim ve Ütopya”nın onunla etdiyi reportajda, sonsuz dövr məntiqləri ilə ona görə təkamülü sübut etdiyini zənn etməkdədir. (Baxın: http://www.netcevap.org/butopya0104_1.html).

Turqut Gürer “Həyat nədir” başlıqlı məqaləsində, maddənin öz özünü qura biləcəyi istiqamətindəki materialist doqmanı təkrarlamaqdadır, ancaq buna dəlil sandığı anlayışların mövzuyla əlaqəsi yoxdur. (Baxın: http://www.netcevap.org/butopya0104_2.html)

Alan Woods və Ted Grantın “Maddə özünün şüuruna çatır” başlıqlı məqalələrində isə, insanın bir maddə yığını olduğu istiqamətindəki materialist doqma təkrarlanmış, maddənin öz-özünə “təşkil olunduğu”, üstəlik “şüurlu hala” gəldiyi istiqamətindəki əfsanə təkrar edilmiş, ancaq yenə bu əfsanəyə dair elmi dəlil önə sürülə bilməmişdir. Çünki belə bir dəlil yoxdur.

Nəticədə, “Bilim ve Ütopya”nın aprel 2001-ci il sayındakı yazılar, materialistlərin öz özlərinə təlqin etmələrindən və tərəfdarlarına dəstək verməyə çalışmalarından kənara çıxa bilməmişdir. Həm də materializmin və darvinizmin insanları dar qəliblər və xurafatlarla düşünməyə məcbur edən və nəticədə məntiq və mühakimələrini korlayan bir yalan olduğunu bir daha göstərmişdir.

Alaeddin Şenelin yazısının başlığında iddia etdiyinin əksinə, “biotexnologiya materializmi sübut edir” deyil. Gerçəkdə, materialistlərin biotexnologiya haqqındakı izahları, materializmin nə qədər mənasız söz olduğunu sübut etməkdədir.