26 fevral 2003-cü il tarixində “National Geographic TV”-də, PBS televiziyasının istehsalı olan təkamül (evolution) adlı sənədli film seriyasının din və elm mövzulu hissəsi nəşr olundu. Sənədli filmin digər hissələrində olduğu kimi bu hissəsində də bir çox yanıldıcı məlumat verilir və təkamül təbliğatı edilir. Bu yazıda “National Geographic TV”-in yanıldıcı məlumatları açıqlanır:
Din, elmlə deyil, təkamüllə ziddiyyət təşkil edir
Sənədli film boyunca təkamülçülərin ən klassik yanıltma taktikalarından biri tətbiq olunur, din ilə təkamül nəzəriyyəsi arasındakı ziddiyyət, “din ilə elm” arasındakı ziddiyyət kimi göstərilməyə çalışılır. NCSE (Elm Təhsili Milli Mərkəzi)-in başçısı Eugnie C. Scottun sənədli filmdə yer verilən “İnsanlara inanc ilə elm arasında seçim etmələri deyilir” sözləri bunun bir nümunəsidir.
Halbuki, din elmlə deyil, təkamül nəzəriyyəsi ilə ziddiyyət təşkil edir. Və təkamül nəzəriyyəsi elm deyil. Bu əslində dəfələrlə açıqlanmış, bilinən bir gerçəkdir. Bundan əlavə, təkamül nəzəriyyəsinə qarşı çıxan, yaradılış gerçəyini müdafiə edən bir çox elm adamı olduğu da məlumdur. Ancaq təkamülçülər bu cür söz oyunları ilə, dini elmi gerçəklərə qarşı kimi göstərməyə çalışırlar. Bunu edərkən də “təkamülə qarşı olan elmə də qarşıdır”, “təkamül nəzəriyyəsi olmadan elm var ola bilməz”, “təkamül nəzəriyyəsinə inanmayan doqmatiqdır”, “təkamül nəzəriyyəsinə inanmayan elmdən uzaqdır” kimi əsassız şüarlarla, təkamülə inanmayanları elmsiz olmaqla günahlandırırlar.
Təkamül sənədli filmində bu üsul sıxlıqla istifadə edilmiş, təkamül nəzəriyyəsinə qarşı çıxanların elmli cəmiyyətdən uzaq kəslər olduğu təəssüratı verilmişdir. Məsələn, sənədli film boyunca təkamül nəzəriyyəsinə qarşı olan yaradılış tərəfdarı elm adamlarının fikirlərinə heç yer verilməmişdir. Sənədli filmdə fikrinə yer verilən təkamül əleyhinə tək adam “Answers in Genesis” adlı təkamül əleyhinə xristian quruluşun başçısı olan Ken Hamdır. Ancaq, PBS televiziyasının sənədli filmini hazırlayarkən Ken Ham ilə etdiyi 2.5 saatlıq reportajda təkamül nəzəriyyəsinə etdiyi elmi tənqidlərə xüsusilə yer verilmədiyi görülür. Bu səbəbdən, “National Geographic” və PBS televiziyası, təkamül nəzəriyyəsini yalnız “fundamentalist xristianlar” tərəfindən qarşı qoyulan, elmi gerçək olaraq göstərir, beləliklə təkamül nəzəriyyəsinə gətirilən tənqidləri bilərək əhəmiyyətsiz edir. Təkamül nəzəriyyəsini tənqid edən elm adamlarının gətirdikləri mürəkkəb komplekslik, kompleksliyin şüur olmadan təmin edilə bilməməsi, fosil qeydlərindəki boşluqlar kimi bir çox elmi tənqid, PSB və “National Gegraphic” tərəfindən qərəzli yox sayılır, çünki bunlara gətirə bildikləri cavab yoxdur.
NGC-nin təkamül nəzəriyyəsi və “sputnik” haqqındakı böyük səfehliyi
Sənədli filmdə bundan əlavə, ortaya olduqca məntiqsiz iddia atılır və ABŞ-dakı məktəblərdə illərlə təkamül nəzəriyyəsinin tədris olunmadığı, bu səbəblə ABŞ-ın kosmosa gedən ilk ölkə ola bilmədiyi, məktəblərində təkamül nəzəriyyəsini oxudan Rusiyanın bu mövzuda önə keçərək 1957-ci ildə “sputnik” adlı süni peyki kosmosa göndərdiyi qarşıya qoyulmuşdu. İddia bununla da qalmır və davam edirdi: Məktəblərində təkamül nəzəriyyəsi tədris olan Rusiyanın onu keçdiyini görən ABŞ, dərhal məktəblərdə təkamül nəzəriyyəsini tədris etməyə başladı və 1969-cu ildə ABŞ ilk dəfə Aya ayaq basdı!
Bu iddianın qeyri-ciddiliyi açıqca ortadadır. Amma yenə də bunu açıqlamaqda fayda vardır: Hər şeydən əvvəl ABŞ-da təkamül nəzəriyyəsinin bir müddət məktəblərdə tədris olunmaması, məktəblərdə elmi təhsil verilmədiyi mənasını vermir. Daha əvvəl də ifadə edildiyi kimi təkamülçülər qərəzli olaraq təkamül və elm sözlərini bir-birinin yerinə istifadə edirlər.
Bundan əlavə, haqqında danışılan dövrdə Amerikan məktəbləri, bütün ölkələrin cəmindən daha çox Nobel mükafatı qazanan elm adamı yetişdirmişdir. Bununla yanaşı, yenə eyni dövrdə, darvinizmin tədris olunmamasından ən çox təsirlənməsi gözlənilən sahələrdən fizioloji və tibb sahəsində, bütün digər ölkələrin cəminin iki misli qədər ABŞ-lı elm adamı Nobel mükafatı almışdır. (www.discovery.org)
Rusiya kosmosa peyk göndərincə, ABŞ-ın təkamül dərslərini tədris planına əlavə etməsi və bunun ardından kosmosa gedə bildiyi iddiası isə son dərəcə məntiqsizdir. Kosmos gəmisini aya göndərmək üçün təkamül nəzəriyyəsi lazımlı deyil. Kosmos elmi günümüz şərtlərinin müşahidə etməsi üzərinə quruludur. Təkamül nəzəriyyəsi isə keçmişlə əlaqədar dəlili olmayan hekayədir.
Bundan əlavə, ABŞ-ın kosmos proqramı olan Apollo proqramının rəhbəri olan Wernher von Braunun dindar adam olması da təkamül sənədli filmini hazırlayanların “təkamül və sputnik” əlaqəsinin məntiqsizliyini bir daha vurğulayır.
Nəticə: “Dinsiz elmə inanmaq qeyri-mümkündür”
“National Geographic TV”-də yayımlanan təkamül sənədli filmlərində təlqin edilməyə çalışılan sözdə “din və elm ziddiyyəti” qəti olaraq doğru deyil. Din, Allahdan elçiləri vasitəsi ilə insanlara gələn məlumatlara əsaslanır. Elmin mövzusu olan kainatı və təbiəti isə Allah yaratmışdır. Bu səbəbdən, hər ikisi arasında ziddiyyət olması qeyri-mümkündür. Ancaq, dini ortadan qaldırmaq istəyənlər, xüsusilə son iki əsrdir dini və elmi qarşı-qarşıya gətirməyə çalışmışlar. Təhrif edilmiş Tövrat və İncildə elmi məlumatlarla uyğun gəlməyən məlumatların olması son dərəcə təbiidir. Ancaq Quran Allahın vəhyidir və heç bir dəyişikliyə uğramamışdır. Necə ki, elmi heç bir tapıntı Quran ayələri ilə ziddiyyət təşkil etməz. Əksinə atom altı hissəcikləri, ana qarnındakı üç qaranlıq bölgə, dəmir filizlərinin yer üzünə meteoritlər ilə gəlməsi və qitələrin sürüşməsi kimi keçdiyimiz əsrdə kəşf edilən bir çox məlumat, 1400 il əvvəl vəhy edilmiş Quranda bildirilmişdir. (Geniş məlumat üçün baxın: Quran Möcüzələri və Quran elmə yol göstərir, Harun Yəhya)
Həqiqi din həm elmə uyğun gəlir, həm də elmi təşviq edir. Allahın varlığına iman edən elm adamı, araşdırdığı canlılardakı və nizamdakı möcüzələri görərək, Allahın böyüklüyünü, ucalığını, sonsuz qüdrətini daha yaxşı qavrayar. XX əsrin ən böyük elm adamlarından biri olan Albert Eynşteynin ifadə etdiyi kimi:
“Dərin imana sahib olmayan həqiqi elm adamı düşünə bilmirəm. Bu vəziyyət belə ifadə edilə bilər: Dinsiz elmə inanmaq qeyri-mümkündür.” (Einstein, Science, Philosophy, And Religion: A Symposium, 1941, səh. 13)