25 fevral 2001-ci il tarixli qəzetinin 10-cu səhifəsində “Məgər genlər Tanrı deyilmiş” başlıqlı yazı nəşr olundu. Yazının mövzusu ən son genetik tapıntılar idi. “Evrensel” qəzeti bu tapıntıların Yaradılışı yalanladığını, dialektika materializmi, Marksizmi və təkamül nəzəriyyəsini isə təsdiqlədiyini iddia edərək, çox dəhşətli yanılma göstərdi. Yazının məzmunundakı məntiq pozuqluğunu, son dərəcə qərəzli və etibarsız şərhləri ictimaiyyətin məlumatına təqdim etməyi lazımlı görürük.

Kənan Atəş tərəfindən qələmə alınan yazıda, İnsan Genom Proyekti daxilində təsbit edilən canlılar arasındakı genetik bənzərliklərin yaradılışı yaraladığı və canlıların bir-birlərindən təkamülləşdikləri ssenarisini sübut etdiyi iddia edilir. Bu iddia tam bir məlumatsızlıq və ön mühakiməli müddəa hökm nümunəsidir.

Həqiqətən də Genom Proyekti daxilində, insanın genetik quruluşunun fərqli canlılar ilə bənzərlik göstərdiyi görülmüşdür. Ancaq, bu tapıntı qəti olaraq yaradılışa qarşı olan və ya yalanlayan nəticə deyil. Çünki yaradılışın bu mövzuya zidd iddiası yoxdur. Hətta yer üzündəki canlıların bir-birlərinə yaxın genetik quruluşa sahib olmaları gözlənilməz vəziyyət deyil. Canlıların təməl həyati funksiyaları bir-biriylə eynidir və insan da canlı bədənə sahib olduğuna görə, digər canlılardan fərqli DNT quruluşuna sahib olması gözlənilə bilməz. İnsan da digər canlılar kimi zülallarla bəslənərək inkişaf edir, onun da bədənində qan dolaşır, hüceyrələrində hər saniyə oksigen istifadə edilərək enerji istehsal edilir.

Bu səbəbdən canlıların genetik bənzərliyə sahib olmaları, ortaq atadan təkamülləşdikləri iddiasına dəlil olaraq göstərilə bilməz. “Evrensel” qəzetinin yazıçısı Kənan Atəş, əgər ortaq atadan təkamülləşmə iddialarını dəlilləndirmək istəyirsə, bir-birinin atası olduğu iddia edilən canlıların molekulyar strukturlarında da bir ata-nəvə əlaqəsi olduğunu isbat etmək məcburiyyətindədir. Halbuki öz yazısında verilən məlumatlarda da, canlıların genetik strukturları arasında ata-nəvə əlaqəsi olmadığını açıqca ortaya qoyur. Çünki insan ilə heç bir bənzərliyi olmayan (bu səbəbdən təkamülçülərin də əlaqə qura bilmədikləri) canlıların da genetik quruluşu insana çox bənzəyir. Bu mövzunu şəxsən yazının içində verilən nümunələrlə dəlilləndirmək mümkündür.

 

Bir-biriylə heç bir yaxınlığı ola bilməyəcək canlılar arasında da genetik bənzərliklər olması təkamül nəzəriyyəsinin iddialarını yalanlayır

Təkamülçülər bu günə qədər, bəzi canlılar arasındakı genetik bənzərliyi, gen saylarının və ya xromosom saylarının yaxınlığını bu canlıların bir-birlərindən təkamülləşdiklərinin dəlili olaraq göstərirdilər. Xüsusilə də meymun və insan genlərinin 98% bənzərliyini insanın meymunla ortaq atadan təkamülləşdiyinin ən böyük dəlili olaraq təqdim edirdilər. (Bundan əlavə bu nisbət qəti bir nəticə deyil. Çünki hələ də meymun genomu haqqında tamamlanmış bir araşdırma yoxdur).

Ancaq son tapıntılar genetik bənzərliklərin, canlıların bir-birlərindən təkamülləşdiklərinə dəlil ola bilməyəcəyini göstərdi. Çünki bu bənzərliklər təkamülçülərin ümid etdiyi kimi ata-nəvə əlaqəsi olduğunu göstərmirdi. Məsələn, bəhsi keçən yazıda da ifadə edildiyi kimi insanın genləri itlə 85%, siçanla 90% bənzərlik göstərir. Təkamülçülərin iddialarına görə insanın siçan ilə yalnız 10%-lik fərqinin olması lazım idi. Hətta insanın genləri nematod soxulcanları ilə 75% bənzərdir. Bu vəziyyətdə insan ilə nematod soxulcanı arasında 25% fərq olduğunu qəbul etməyimiz lazım idi.

“Evrensel” yazıçıları kimi təkamülçülərin burada heç cür anlaya bilmədikləri nöqtə, canlılar arasında hər hansı bir şəkildə bənzərlik olmasını, darvinizmə dəlil hesab etmələridir. Halbuki canlıların genetik quruluşunun bir-birinə bənzəməsi deyil, bu bənzərliklərə görə bir sxem qurulsa ortaya nə çıxdığı sualı əhəmiyyətlidir. Bu tipdə sxem qurulduğunda, təkamül nəzəriyyəsinə görə bir-birinin yaxın qohumu olması lazım olan canlılar bir-birlərindən çox uzaq qalır, buna qarşı təkamül nəzəriyyəsinə görə aralarında heç bir əlaqə olmaması lazım olan canlılar da bir-birlərinə çox bənzər çıxırlar. Yəni genetik bənzərliklər, 150 ildir müdafiə olunan darvinist “həyat ağacı” ilə ziddiyyət təşkil edir, bu ağacı etibarsız edir.

Bu mövzunu daha əvvəl dəfələrlə açıqladığımız üçün detallarına burada təkrar yer verilməyəcək. Ancaq mövzu haqqında detallı məlumat əldə etmək istəyənlər, aşağıdakı qaynaqlara və ünvanlara müraciət edə bilərlər:

 

(Harun Yəhya, Həyatın gerçək mənşəyi, “Evrensel” nəşriyyat, İstanbul, fevral 2000, səh. 216)

Michael Denton, Evolution: A Theory en Crisis, London: Burnett Books, 1985, səh. 290-91)

http://www.netcevap.org/hurriyet000702.html

http://www.netcevap.org/genetik.html

 

 

Dialektika materializm və marksizm 20-ci əsrdə tamamilə çökmüşdür

Dialektika materializmin canlıların dialektikası iddiası, təkamül nəzəriyyəsinin elmi tapıntılar tərəfindən rədd edilməsi ilə tamamilə yıxılmışdır. Elmi tapıntılar hüceyrəni meydana gətirən zülalların da son dərəcə kompleks quruluşa sahib olduğunu və qəti olaraq təsadüfən inkişaf edən hadisələr nəticəsində öz-özünə meydana gələ bilməyəcəyini göstərmişdir. Bundan əlavə yuxarıda da toxunulan mövzu kimi genetika, biokimya, paleontologiya, anatomiya, antropologiya kimi bir çox elm sahəsində əldə edilən inkişaflar təkamülün heç vaxt reallaşmadığını ortaya qoymuşdur.

Necə ki, təkamülçülər də, əldə edilən tapıntıların təkamül nəzəriyyəsini yalanladığını ancaq təkamül nəzəriyyəsinə dialektika materializmə olan bağlılıqları səbəbiylə kor-koranə inanmağa davam etdiklərini etiraf edirlər. Bunlardan biri də təkamülçü elm adamı Robert Shapirodur. Shapiro, təkamül nəzəriyyəsinin iddiası olan, cansız maddələrin öz-özlərini təşkil edərək DNT və ya RNA-ı meydana gətirdikləri iddiasının heç vaxt isbat edilə bilmədiyini açıqlayır və belə deyır:

 

Bizi sadə kimyəvi maddələrin var olduğu qarışıqdan, ilk təsirli replikator (DNT və ya RNA) daşıyacaq təkamüllü qanuna ehtiyac vardır. Bu qanun “kimyəvi təkamül” ya da “maddənin özünü təşkilatlandırması” olaraq adlandırılır, amma heç bir vaxt detallı şəkildə təsvir edilməmiş ya da varlığı göstərilə bilməmişdir. Belə bir prinsipin varlığına, dialektika materializmə olan bağlılıq üçün inanılır. (Robert Shapiro, Origins: A Sceptics Guide to the Creation of Life on Earth, Summit Books, New York, 1986. səh. 207)

 

Dialektika materializm, maddənin, zamanın əzəli və əbədi olduğunu, yəni bir başlanğıcı olmadığını iddia edir. Ancaq, XX əsrdə ortaya atılan və daha sonrakı elmi dəlillər ilə isbat edilən “Big Bang”, yəni böyük partlama, maddənin və zamanın bir başlanğıcı olduğunu dəlilləri ilə göstərmişdir. Yəni maddə və zaman, yoxluqdan, heçdən bir anda meydana gəlmişdir. Bu, dialektika materializmi yuyarkən yaradılışı təsdiqləyən başqa bir gerçəkdir.

Nəticə olaraq “Evrensel” qəzetində yer alan bu yazıda son tapıntıların dialektika materializmin və marksizmin zəfəri olduğu iddiasının, marksistlər heç bir zaman reallaşmayacaq xəyalları olmasından uzaq dəyəri yoxdur. Əksinə, elmi inkişaflar, bütün canlıların, ortaq xəyalı Allah tərəfindən yaradıldıqlarını göstərir.

Yaradılış hər insanın asanlıqla görə biləcəyi çox açıq bir gerçəkdir. Ancaq, dialektika materializmə inanmağa şərt qoşanlar, ən açıq yaradılış dəlillərini də görə bilməyəcək qədər korlaşa bilirlər.