Materialistlərin diqqətə çarpan xüsusiyyətlərindən biri, müdafiə etdikləri görüşlərin son dərəcə dayaz və sadə olması və bunları müdafiə edərkən müxtəlif göz boyama və saxtakarlıqlara asanlıqla müraciət edə bilmələridir. Xüsusilə, din əleyhinə icra etməyə çalışdıqları təbliğat, tarix boyunca yalanlar və təhriflərlə dolu olmuşdur.

 

Türkiyədə bu rolu boynuna götürənlərin başında isə Turan Dursun gəlir. Yazdığı İslam və Quran əleyhindəki kitablarla, bu kitablardakı sadə təhriflərlə, ciddi olmayan iddialarla, yanlış məntiqlərlə, bir qisim cahil və ya din əleyhinə ön mühakiməli şəxslərə təsir etmişdir. Əksər hallarda cavab belə verməyi tələb etməyəcək qədər axmaq və əsassız iddialar qarşıya qoyan Turan Dursun, əslində qarşıya qoyduğu iddialar baxımından deyil, sahib olduğu yanlış məntiq hörgüsü səbəbiylə ələ alınması və araşdırılmalı olan bir addır. Yazdıqları, Allahın Quranda inkarçılar üçün verdiyi “ağlı kəsməyən bir qövm” (Həşr surəsi, 14) hökmünün bir nümunəsi vəziyyətindədir.

Turan Dursunun müxtəlif iddiaları arasında diqqət çəkici olanlardan biri, Quranı və dolayısilə İslamı irqçiliklə ittiham etməsidir. İslamın yalnız ərəblərə vəhy edilmiş bir din olduğunu, peyğəmbərimiz hz. Məhəmmədin də Türklərə qarşı mənfi hisslər bəslədiyini irəli sürmüşdür. Ancaq bu iddiasını nə kimi məntiqlərə və dəlillərə əsaslandığı araşdırıldığında, son dərəcə sadə təhriflər, cəhalət və yalanlar ortaya çıxmaqdadır.

Bu məqalədə, Turan Dursun tərəfindən yazılıb 1990-cı ildə “2000-e Doğru” jurnalında nəşr olunan və təqibçiləri tərəfindən hələ internetdə nəşr olunmağa davam edən bir yazını və bu yazıdakı yanlış iddiaları ələ alacağıq.

 

1) Quranda irqçiliyin olduğu və yəhudilərin üstün irq olaraq ifadə edildiyi böhtanı

Turan Dursun, haqqında danışılan yazısında Quranda irqçi bir yanaşma olduğunu iddia etmişdir. Həm də bu irqçiliyin “Yəhudi irqçiliyi” olduğunu irəli sürmüşdür. Quranda “Ən üstün cəmiyyət, İsrail cəmiyyətidir” deyildiyini iddia etmiş və ardından öz aləmində “ziddiyyət” vəhm etmişdir:

 

“Bir tərəfdə İslam dünyasındakı “yəhudi düşmənliyi”, o biri yanda da, Qurandakı “Tanrının İsrailoğulları”na belə çağırışı… Bu, bir ziddiyyətdir.” (2000-e Doğru, 28 yanvar 1990, cild 4, sayı 5)

 

Halbuki, gerçəklər araşdırıldığında Turan Dursunun bu iddiasının son dərəcə axmaq bir etiraz olduğu açıqca görülməkdədir. Turan Dursunun iddiasına dayaq kimi göstərməyə çalışdığı Quran ayəsi bu şəkildədir:

 

Ey İsrailoğulları, sizə bağışladığım nemətimi və sizi aləmlərə üstün etdiyimi xatırlayın. (Bəqərə surəsi, 47)

 

Normal ağla sahib olan hər kəs anlayar ki, bu ayədə keçmiş zamandakı bir “üstünlükdən” danışılmaqdadır. Allah, İsrailoğullarına, onları bir zamanlar nemətləndirdiyini və üstün etdiyini xatırlatmaqdadır. İsrailoğullarıyla əlaqədar digər Quran ayələrinə və hekayələrinə baxdığımızda, bu nemətin və üstünlüyün necə olduğunu da açıq şəkildə görə bilərik. Allah, İsrailoğullarının atası olan hz. İbrahimdən başlayaraq, onlara peyğəmbərlər göndərmiş və aralarında yaşadıqları bütpərəst qövmlərə qarşı onları mənəvi olaraq üstün etmişdir. Firon dövründə Misirdə təzyiq və zülm görərkən, onları hz. Musa vəsiləsiylə qurtarmış, ardından hz. Musaya Tövratı endirmiş və İsrailoğullarını bu müqəddəs kitabla doğru yola yönəldib şərəfləndirmişdir. Hz. Musadan sonra da İsrailoğullarına bir çox peyğəmbər göndərilmişdir. Bunlar, Allahın bu qövmə olan lütf və nemətləridir.

Ancaq İsrailoğullarının əhəmiyyətli bir hissəsi bu nemətə layiq ola bilməmiş, özlərinə göndərilən peyğəmbərlərə itaətsizlik etmiş, Allahın vəhyi olan Tövrata baş qaldırmış, hətta Tövratı öz mənfəətlərinə uyğun olaraq dəyişdirib təhrif etmişdir. Beləcə Allaha vermiş olduqları sədaqət əhdini pozmuşlar. Bir ayədə İsrailoğullarının bu vəziyyəti belə izah edilir:

 

“Allah İsrail oğulları ilə əhd bağlamışdı. Biz onlardan on iki başçı təyin etdik. Allah dedi: “Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, Mənim elçilərimə inanıb onlara yardım etsəniz və kasıblara könüllü yardım etməklə Allaha gözəl bir borc versəniz, əlbəttə, Mən təqsirlərinizdən keçər və sizi ağacları altından çaylar axan Cənnət bağlarına daxil edərəm. Sizlərdən kimsə bundan sonra kafir olsa, bilsin ki, artıq o, doğru yoldan azmışdır”. İsrail oğulları verdikləri əhdi pozduqlarına görə Biz onları lənətlədik və qəlblərini sərtləşdirdik. Onlar Kitabda olan kəlmələrin yerlərini dəyişdirirlər. Onlar özlərinə öyrədilmiş şeylərin bir hissəsini unutdular. İçərilərindən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcəksən. Onları əfv et və təqsirlərindən keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir.” (Maidə surəsi, 12-13)

 

Görüldüyü kimi, İsrailoğullarının Turan Dursunun iddia etdiyi mənada, yəni bütün bir irq olaraq üstün edilmələri haqqında danışılan deyil. Allah, İsrailoğullarını bir irq olaraq, yəni əxlaq və rəftarlarından müstəqil olaraq, qalıcı bir şəkildə “üstün etməyib”. Allahın hz. İbrahimə olan vəhyini bildirən bir ayə, bu gerçəyi vurğulamaqdadır:

 

“Rəbbi İbrahimi bəzi kəlmələrlə sınadığı zaman o, bunları tamamilə yerinə yetirdi. Allah: “Mən səni insanlara imam edəcəyəm!” – dedi. İbrahim: “Nəslimdən də (imam et)!” – dedi. Allah: “Zalımlar Mənim onlarla əhd bağlamağıma nail olmazlar!” – dedi.” (Bəqərə surəsi, 124)

 

Görüldüyü kimi, Allah hz. İbrahimin soyundan olanları bir irq olaraq üstün etməmiş, əksinə bu irqdən olub da zalım olanların Allahın əhdinə, yəni İsrailoğullarına verdiyi üstünlük əhdinə daxil olmayacağını xəbər vermişdir. Allahın hz. İbrahimə və soyuna verdiyi üstünlük, irq mənasında bir üstünlük deyil, hər kim hz. İbrahimin yolunu izləyər, onun əxlaq və inancını izləsə, onun tərəfindən alınacaq mənəvi bir üstünlükdür. Necə ki, Allah “doğrusu, insanların İbrahimə ən yaxın olanı, ona iman gətirənlər və bu peyğəmbər ilə iman edənlərdir. Allah, möminlərin vəlisidir” (Ali-İmran surəsi, 68) buyuraraq, çağımızda hz. İbrahim millətinin müsəlmanlar olduğunu bildirmişdir.

Allah, insanlar arasındakı irq, soy, qəbilə bağlarının üstünlük mövzusu olmadığını da aşağıdakı ayəsiylə açıqca bildirmişdir:

 

“Ey insanlar, həqiqətən, biz sizi bir kişi və bir dişidən yaratdıq və bir-birinizlə tanış olmanız üçün sizi xalqlar və qəbilələr etdik. Şübhəsiz, Allah qatında sizin ən üstün olanınız, (irq ya da soy tərəfindən deyil) təqva tərəfindən ən irəlidə olanınızdır. Şübhəsiz Allah, biləndir, xəbər alandır.” (Hucurat surəsi, 13)

 

Bu səbəbdən Quranda irqçilik olduğunu iddia etmək, ancaq bu mövzuda heç bir şey bilməyən və mühakiməsi də zəif olan insanları aldada biləcək bir böhtandır.

Turan Dursun və digər materialistlər, əgər irqçiliyin qaynağının nə olduğunu həqiqətən öyrənmək istəyirlərsə, öz dünya görüşlərinin təməlini meydana gətirən təkamül nəzəriyyəsini araşdırmalıdırlar. Çünki, yer üzündəki irqlər arasında irsi “üstünlüklər” olduğu, bəzilərinin “irəli” bəzilərinin isə “geri” olduğu iddiasının qaynağı, Darvinin təkamül nəzəriyyəsindən başqa bir şey deyil.

 

2) Quranın yalnız ərəblər və Məkkə ətrafındakılar üçün göndərildiyi böhtanı

Turan Dursunun bir başqa iddiası, Qurani Kərimin yalnız ərəblər üçün bir kitab olaraq vəhy edildiyi, digər millətlərin Qurandan məsul olmadığı şəklindədir. Bunu, bu sözləriylə irəli sürür:

 

“Quranın içində, Məhəmmədin “qövm”ündən, yəni “cəmiyyət”indən “Tanrı vəhyləri”ni, bu “cəmiyyət”ə çatdırmaq məcburiyyətində olduğundan, bunu etdiyindən danışılır. Məhəmmədin “cəmiyyət”i, “Ərəb cəmiyyəti”dir. Elə isə “xitab olunan” də bu cəmiyyətdir. Quran, öz deyimiylə “ərəbcə”, səsləndiyi hissə də, “ərəblərdir”. Amma “ərəblərin” də hamısı deyil; yalnız “bir hissəsi”. Qorxutma yalnız “Məkkə və ətrafı”nadır. Ayələr çox açıqdır. “Quran”la edilən “xəbərdarlıq”ların, “qorxutma”ların, “Məkkə” (ümmül-Kura) və “ətrafı” üçün olduğu, Ənam surəsinin 92-ci, Şura surəsinin 7-ci ayəsində, şübhəyə yer buraxmayacaq bir açıqlıqla izah edir.” (Turan Dursun, 2000-e Doğru, 28 yanvar 1990, cild 4, sayı 5)

 

Turan Dursunun bu iddiasına dəlil olaraq istifadə etməyə çalışdığı və bu məqsədlə təhrif edərək şərh etməyə çalışdığı ayənin tərcüməsi bu şəkildədir:

 

“Bu, şəhərlər anası Məkkəni və onun ətrafındakıları qorxutmaq üçün nazil etdiyimiz, özündən əvvəlkiləri təsdiq edən mübarək bir Kitabdır. Axirətə inananlar ona da inanırlar. Onlar namazlarını doğru-düzgün qılırlar.” (Ənam surəsi, 92)

 

Turan Dursunun “Məkkə” mənasında şərh etdiyi sözün ayədəki əsl ifadəsi “ümmül kura”dır. Bu sözün lüğət qarşılığı isə “kəndlərin, qəsəbələrin, şəhərlərin anası” deməkdir. Yəni bu sözlə yalnız Məkkə deyil, bütün ana şəhərlər, qəsəbə və kəndlər ifadə edilmişdir. Məkkə də bir şəhər mərkəzidir, lakin “ümmül kura” Məkkə ilə məhdud olmayıb, bütün zamanların bütün mərkəzi şəhərlərini əhatə etməkdədir. Bu səbəbdən, “Quran yalnız Məkkə ətrafındakılara aiddir” deyə bir iddia etmək, yalnız bu iddia sahibinin cəhalət və ya səmimiyyətsizliyini göstərir.

Gerçəkdə, yuxarıdakı ayədə Turan Dursunun səviyyəsindəki şəxslərin heç qavraya bilməyəcəkləri bir hikmət açıqlanmaqda, İslamın bir təbliğ üsulu olaraq əvvəl mərkəzi şəhərlərə, ardından bunların ətrafına yayılmasına işarə edilməkdədir.

Diqqət yetirilsə, Turan Dursun, bir əvvəlki başlıq altında (irqçilik iddiasında) qarşılaşdığımız təhrif etmə üsulunu burada bir daha istifadə etməkdədir. Bir ayəni ələ almış, içində keçən bir anlayışı qəsdən səhv şərh etmiş, üstəlik bu mövzunu açıqlayan, təfsir edən digər Quran ayələrini qəsdən görməzlikdən gələrək sadə bir təhrif etmişdir.

Necə ki, bu mövzuyla əlaqədar digər ayələrə baxdığımızda, Turan Dursunun nə qədər böyük bir təhrif etdiyi bütün açıqlığı ilə ortaya çıxar. Hz. Məhəmmədin bütün insanlığa göndərilmiş bir peyğəmbər olduğu və Quran hökmlərindən qiyamətə qədər bütün insanların məsul tutulduğu bir çox ayədə vurğulanmışdır. Aşağıdakı iki ayə, mövzunu açıqlığa qovuşdurmaqdadır:

 

“Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən bir peyğəmbər kimi göndərdik. Lakin insanların çoxu bunu bilmir.” (Səba surəsi, 28)

 

“De: “Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm. Göylərin və yerin hökmranlığı Ona məxsusdur”. (Əraf surəsi, 158)

 

Görüldüyü kimi, İslam peyğəmbəri hz. Məhəmməd, bütün insanlar üçün bir xəbərdar edib qorxudandır. Bütün insanlar da Qurana iman gətirməklə məsuldur.

Turan Dursunun iddiasının ikinci hissəsi isə, Quranın yalnız ərəbcə bilənlərə göndərildiyi şəklindədir. Halbuki, Quranın ərəbcə olması, bu kitabdan məsul olanların yalnız ərəblər olduğu mənasını verməz. Yer üzündə bir çox fərqli dildə danışılmaqdadır və insanlara vəhy ediləcək bir kitabın təbii olaraq bu dillərin birində olması lazımdır. İslam peyğəmbəri hz. Məhəmməd ərəb olduğu və ətrafındakı insanlar da ərəbcə danışdığı üçün, Quran da ərəbcə olaraq vəhy edilmişdir. Ancaq Quranın mənası hər millətin öz dilində rahatlıqla təfsir edilə bilər, açıqlana bilər və hökmləri aydın ola bilər. Necə ki, elə də olmuşdur. Quranın ərəbcə olması, digər millətlərin İslam dinini öyrənmələrini və tətbiqlərinə heç bir şəkildə maneə törətməmişdir.

 

3) Peyğəmbərimizin Türklər haqqında ittihamları iftirası

Turan Dursunun milliyyət mövzusundakı üçüncü əsassız iddiası, peyğəmbərimiz hz. Məhəmmədin türklərə düşmən olduğudur. Bu iddiasına dəlil olaraq bəzi səhih (doğru) olmayan, “mövzu” (yəni peyğəmbərə ətf edilərək sonradan uydurulan) hədisləri göstərməyə çalışmışdır. Turan Dursunun təlqin etdiyi hədislər bu şəkildədir:

 

– Müsəlmanlar, Türklərlə savaşmadıqca, qiyamət qopmayacaq. Üzləri qalxan kimi, üst-üstə minmiş (qalın) dərili olan bu cəmiyyətlər…. tüklü geyinərlər.”

– ”Siz (müsəlmanlar), kiçik gözlü, basıq burunlu, üzləri qalxan kimi, dərisi üst-üstə minmiş olan cəmiyyətlə savaşmadıqca qiyamət qopmayacaq.”

 

Turan Dursunun təlqin etdiyi bu hədislərin, peyğəmbərimiz tərəfindən deyilməmiş, vəfatından çox sonra bir sıra art niyyətli kəslər tərəfindən uydurulub ona ətf edilmiş sözlər olduğu bilinən bir gerçəkdir. “Mövzu hədislər” olaraq bilinən bu kimi hədislər, əvvəldən axıra bir araşdırma sahəsidir. Bu mövzuda bir çox İslam alimi əsərlər yazmış, mövzu hədislərin ümumi xüsusiyyətlərini təsbit etmişlər. Bu mövzuda qəbul edilən bir prinsipə görə, bir milləti sırf milli şəxsiyyətindən ötəri tənqid edən və ya tərifləyən hədislərin hamısı uydurmadır. Bu şəkildə bir çox uydurma hədis vardır. Turan Dursunun təlqin etdiyi kimi Türkləri tənqid edən və pisləyənlər olduğu kimi, Türkləri dünyanın ən üstün milləti kimi tanıdan uydurma hədislər də var. Eyni şəkildə ərəbləri də şişirdilmiş dərəcədə tərifləyən və ya tənqid edən uydurma hədislər olduğu məlumdur. Bütün bunlar, milli bir fanatizm içindəki şəxslər tərəfindən uydurulmuş və peyğəmbərimizə ətf edilmiş uydurma sözlərdir.

 

Bu sözlərin uydurma olduğunun ən böyük isbatı isə, Qurana zidd olmalarıdır. Allah, başda da ifadə etdiyimiz kimi, millətlər, qövmlər və ya qəbilələr arasındakı fərqlərin əhəmiyyətli olmadığını, əhəmiyyətli olanın təqva (Allah qorxusu və bundan qaynaqlanan əxlaq) olduğunu Quranda açıqlamışdır. Allahın hökmü bu ikən əlbəttə peyğəmbərimizin fərqli bir düşüncə içində olması düşünülə bilməz. Əksinə peyğəmbərimiz, Quranı ən yaxşı şəkildə anlayan, tətbiq edən, həyata keçirən və Quranın heç bir hökm və qanunundan güzəştə getməyən müqəddəs insandır.

 

Nəticə

Turan Dursunun burada ələ aldığımız və cavablandırdığımız iddiaları, bu adamın Quran və İslam əleyhindəki böhtanlarının nə qədər cahil, ağılsız və səmimiyyətsiz bir yanaşmanın məhsulu olduğunu da göstərməkdədir. Sadə söz oyunlarıyla, bir ayənin mənasını Quranın ümumisindən qoparıb təhrif edərək irəli sürdüyü iddialara, kiçik hiyləgərliklər və göz boyamalar hakimdir. İstifadə etdiyi üslub, sanki “uşaq aldatma üsulu” kimidir.

Turan Dursunun İslam və Türk milləti haqqındakı iddiaları, bu “uşaq aldatma üsulu”nun bir nümunəsidir. Quranı və peyğəmbərimizi yalnız ərəblərə xitab edən və Türkləri pisləyən qaynaqlar kimi göstərərək, öz aləmində Türk millətini İslamdan soyudacağını zənn etmişdir. Halbuki, Quranı bilən və mühakiməsi düz işləyən bir insanın bu gülünc qışqırtmalara əsla etibar etməyəcəyi, əksinə bunları qarşıya qoyan kəslərin zəka və mədəniyyət səviyyəsini gülünc görəcəyi aşkardır.

Gerçəkdə yalnız Turan Dursunun deyil, onunla eyni xətdəki Quran və İslam düşməni ateistlərin bütün iddiaları; Quranın Allahın haqq kitabı olduğunu, içində heç bir ziddiyyət və uyğunsuzluq olmadığını, Qurana qarşı çıxanların isə yalnız böhtanlar və yalanlar önə sürə bildiklərini göstərən əhəmiyyətli bir “iman həqiqəti”dir. Allah inkarçıların içinə düşdükləri bu acizliyə, Quranda belə diqqət çəkir:

 

“Gör sənin üçün necə pis məsəllər çəkdilər. Onlar azdılar və artıq doğru yolu tapa bilməyəcəklər.” (İsra surəsi, 48)