Header

Kor-koranə təkamül inancına bir nümunə

Aa4a

“Radikal” qəzetinin 24 sentyabr 2005-ci il tarixli sayında “tək yoldaşlı əfəndi quş” başlıqlı yazı nəşr olundu. Sevin Okyay imzasıyla nəşr olunan yazıda, pinqvinlərlə əlaqədar müxtəlif məlumat və şərhlərə yer verilirdi. Okyayın pinqvinlərin mənşəyiylə əlaqədar yazdıqları isə təkamülü kor-koranə bir inanc olaraq dəstəklədiyinin təəccüb verici sənədi idi:

Məcburi geyimli, bu uçmayan quşların əsas xüsusiyyəti isə, fərqləridir. Aves sinfindən, Sphenisciformes dəstəsindəndirlər. Biologiyaları və təkamüllərinin fərqi, onları tam fərqli etmiş. Yaxın qohumları olmalı olan növlər arasından onlara doğru dürüst bənzəyən quşa rast gəlməzsiniz. Yəni, özlərindən başqa kimsəylə qohum deyildirlər. Başqa quşlara heç bənzəməyən quşlardır. Ən yaxın qohumları albatroslar, fırtına quşları və yelqovan quşlarıdır. Görünüş olaraq onlara bənzəyən quşlarla isə qohumluqları yoxdur. Sirlərinin bir başqa yanı da haradan gəldiklərinin bilinməməyidir. Nəticə olaraq, möhtəşəm varlıqlarla qarşı-qarşıyayıq. Qədim qohumları bilinmir, gəldikləri yer bilinmir. Müasir qohumları da sanki sırf olsun deyə müəyyən olunmuşdur. Yerlərinə ən qədimdən, ən yaxşı yerləşmiş, məxrəci naməlum mühacirlərdir.

Görüldüyü kimi Okyay, bir tərəfdən pinqvinlərin təkamüllə ortaya çıxdığını qarşıya qoymaqda, bir tərəfdən də “haradan gəldiklərinin bilinmədiyini”, “kimsəylə qohum olmadıqlarını”, “müasir qohumlarının da sırf olsun deyə, müəyyən olunmuş olduğunu” yazmaqdadır. Yaxşı, əgər pinqvinlərin haradan gəldiyi bilinmirsə, hörmətli Okyay bu canlıların təkamüllə ortaya çıxdığını haradan bilir? Aydındır ki, bu iddiasının təməli, elmi məlumat deyil, fəlsəfi ön baxışlardır. Özü təkamülü ən başdan bir doqma olaraq qəbul etməkdə, pinqvinlərin mənşəyiylə əlaqədar olaraq dəstəkləyici heç bir elmi tapıntı olmaması vəziyyətində də heç bir şübhəyə qapılmamaqda, sorğulamamaqda və təkamül inancına kor-koranə sarılmaqdadır.

Əslində pinqvinlərlə əlaqədar bu vəziyyət, digər bütün canlı qrupları üçün etibarlıdır. Təkamülçülər, heç bir canlı qrupunun sözdə təkamüllü mənşələriylə əlaqədar dəstəkləyici dəlillər bilməməkdə, bu mənşələri kor-koranə müdafiə etməkdədirlər. Yaradılışı müdafiə edən zooloq Bolton Davidheiser bu vəziyyəti bu sözlərlə ifadə etmişdir:

“Bir adam, kiçik və ya böyük hər hansı bir heyvan və ya bitki qrupunu təsadüfi şəkildə seçsin. Daha sonra bir kitabxanaya getsin. Göstərdiyi böyük səbir nəticəsində qabiliyyətli bir yazarın bu formanın təkamüllü mənşəyinin bilinmədiyinə dair ifadəsini tapacaq.” 1 (Bolton Davidheiser, Evolution and Christian Faith, Phillipsburg, New Jersey: The Presbyterian and Reformed Publishing Company, 1969, səh. 302.)

Hörmətli Okyayı, heç bir elmi sübutla dəstəklənilməyən bir inanca kor-koranə bağlanmaqdan imtina etməyə, ağıl və elmin göstərdiyi yaradılış gerçəyini qəbul etməyə dəvət edirik. Pinqvinlər və digər bütün canlılar, nümayiş etdirdikləri möhtəşəm kompleksliklərlə təkamülün təsadüf iddiasını yalanlamaqda, ortaya qoyduqları mükəmməl strukturlarla yaradılışı sübut etməkdədirlər. Uca Allah pinqvinləri və digər bütün canlıları “OL” əmriylə, bir anda, qüsursuzca yaratmışdır.

  • http://www.creationscience.com/onlinebook/ReferencesandNotes24.html
Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313