“Cnnturk.com” saytında 24 fevral 2005-ci il tarixli xəbər nəşr olundu. “Milyonlarla illik fosillər” başlığını daşıyan xəbərdə, Avstraliyalı elm adamların tərəfindən reallaşdırılan fosil tapıntıları xəbər verilirdi. Paleontoloq Ben Kear 110 milyon illik təxminən 10 dəniz tısbağası fosiliylə 40 milyon illik timsah fosili tapdıqlarını açıqlayırdı. Dəniz tısbağası fosilləriylə əlaqədar təəccüblü tapıntı, 100 milyon ildən çox yaşlarına qarşı günümüzdəki nümunələrindən fərqsiz olmaları idi. Timsah qalıqları isə indiki vaxtda nəsli kəsilmiş bir timsah ailəsinə aid idi. (Günümüzdəki timsahlar da dəniz çanaqlı bağaları kimi “yaşayan fosillərdir” və 80 milyon il əvvəlki nümunələrindən fərqsizdirlər).
İndi soruşaq: 110 milyon ildir reallaşan iqlim dəyişiklikləri kimi hadisələrə baxmayaraq, heç bir dəyişiklik keçirməmiş bu fosillər necə dəlil ola bilər? Bu, əlbəttə, canlıların heç bir təkamül keçirmədiyini göstərir. Və bunlar digər çox sayda növdən bilinən başqa yaşayan fosillərlə birlikdə ələ alındığında, növlərin təbiət tarixi boyunca başqa növlərə çevrilmədiyinə, soylarını davam etdirdikləri müddətcə xarakteristika xüsusiyyətlərini eynilə qoruyub milyonlarla il boyunca dəyişmədən qaldıqlarına dəlil meydana gətirər.
Ancaq buna baxmayaraq, “CNNTurk” xəbərində təkamülçü bəzi izahlar edilməkdə və dəniz tısbağalarının iqlim dəyişikliklərinə baxmayaraq, niyə dəyişmədiyinin araşdırılacağı ifadə edilməkdədir. Sanki fosil qeydləri təkamülü dəstəkləyirmiş, bu tapılan son fosillər bu portret içində bir anomaliya meydana gətirmiş kimi hava yaradılmağa çalışılmaqdadır. Bu izah aldadıcı olmamalıdır. Bu sözlər heç bir elmi dəlilə əsaslanmır. Bunlar, təkamülü bir doqma olaraq mənimsəmiş bir araşdırmaçının, təkamülü çürüdən dəlillər qarşısında diqqət yayındırmaq üçün yaymaq istədiyi duman pərdəsindən ibarətdir.
Ben Kear, sanki tısbağa fosillərindəki sabitliyi ilk dəfə görmüş kimi danışmaqdadır. Halbuki sabitlik, yəni dəyişməzlik qanunu fosil qeydləri haqqında hər paleontoloqun öyrəndiyi ən birinci dərs, bildiyi ən təəccüblü bir gerçəkdir. Məsələn, paleontologiya sahəsində öndə gələn qabaqcıllardan biri və Harvardlı təkamülçü olan Stephen Jay Gould, dəyişməzliyi, fosil qeydlərinin pilləli təkamüllə ziddiyyət təşkil edən iki maddəsindən biri olaraq öyrətmişdir:
“Fosilləşmış növlərin çoxunun tarixi, pilləli təkamüllə ziddiyyət təşkil edən iki fərqli xüsusiyyət ortaya qoymaqdadır:
1) Sabitlik: Əksər növ, dünya üzərində var olduğu müddətcə heç bir əsas dəyişiklik göstərməz. Fosil qeydlərində ilk ortaya çıxdıqları andakı strukturları nə isə, qeydlərdən yox olduqları andakı strukturları da eynidir. Morfoloji (şəkil) dəyişiklik ümumiyyətlə, məhduddur və müəyyən bir istiqaməti yoxdur.
2) Birdən ortaya çıxış: Hər hansı bir lokal bölgədə, bir növ, atalarından pilləli fərqliləşmələrə məruz qalaraq mərhələ-mərhələ ortaya çıxmaz; bir anda və “tamamilə şəkillənmiş” olaraq meydana çıxar. (S. J. Gould, “Evolution”s Erratic Pace”, Natural History, cild 86, may 1977)”
Dünyaca məşhur Oksford universitetinin Zooloji kolleksiyalar rəhbəri Tom Kemp isə dəyişməzlik qanununu bu sözlərlə ifadə etmişdir:
Çox yaxşı bilindiyi kimi, bir çox növ fosil qeydlərində birdən meydana çıxar, heç dəyişikliyə məruz qalmadan bir neçə milyon il qalar və birdən itərlər. (Tom S. Kemp, “A Fresh Look At The Fossil Record,” New Scientist, cild 108 (5 dekabr 1985), səh. 66)
Ben Kear, diplomlu bir paleontoloq olaraq, bu gerçəkləri çox yaxından bilməkdədir. “Heyrət, dəniz tısbağaları niyə görəsən dəyişməyib” şəklindəki sualı süni qarşılanmalı olan bir sualdır. Bu sünilik isə təkamül nəzəriyyəsinin akademik sahədə bir doqma olaraq mənimsənmiş olması və karyeranın davamı üçün hər tapıntının bu doqmaya görə şərh olunmasının araşdırmaçılar üçün bir zərurət halını almasından qaynaqlanmaqdadır. Bir paleontoloq, əleyhinə bütün dəlillərə qarşı, darvinizmə görə düşünmə və şərh etmə zəruriliyi duymaqda və belə etdiyi zaman heç bir tənqid qəbul etməməkdədir. Məşhur paleontoloqlar elmi gerçəkləri bu səbəblə görməzlikdən gəldiklərini açıqca dilə gətirmişlər. Bunlardan ikisi olan Niles Eldredge və Ian Tattersall (Amerikan Təbiət Tarixi Muzeyi) bu mövzuda aşağıdakıları yazmışdır:
Növlərin təəccüblü bir şəkildə sabit olduqları və uzun zaman dilimləri boyunca həmişə statik qaldıqları istiqamətindəki müşahidə, “Kral çılpaqdır” hekayəsindəki bütün xüsusiyyətləri saxlamaqdadır: Hər kəs bunu görmüş, amma görməzlikdən gəlməyi seçmişdir. Darvinin nəzərdə tutduğu portreti təkidlə rədd edən fosil qeydi ilə qarşı-qarşıya qalan paleontoloqlar, bu gerçəyə açıqca üz çevirmişlər. (N. Eldredge, and I. Tattersall, The Myths of Human Evolution, Kolumbiya University Press, 1982, səh. 45-46)
Bu kimi etiraflar ancaq 1980-ci illərdə gəlməyə başlamış, yəni paleontoloqlar Darvindən bəri 120 il boyunca heç bir dəlilini görmədikləri halda darvinçi təkamül həqiqətən varmış kimi davranmışlar.
İndi Kearın sanki bütün tapıntılar təkamülü dəlillərmiş də sabitlik çaşdırıcı bir şeymiş təəssüratı verən sözləri də bu elmdən kənar tutumun bir davamıdır.
Ancaq Eldredge və Tattersallın bənzətmə etdiyi “Kral çılpaqdır” hekayəsinin də göstərdiyi kimi, hər yalan, gerçəklər qarşısında gec-tez ortaya çıxacaq.
Təkamül nəzəriyyəsi üçün də bu qaçınılmaz sondan bir qurtuluş yoxdur. Təkamül, müasir elmin çox müxtəlif intizamlarından gələn dəlillərlə, çürüdülmüş bir nəzəriyyədir. Buna qarşı fosil qeydlərini təkamül nəzəriyyəsinə görə şərh etmək, “görəsən niyə dəyişməyib” kimi süni qarışıqlıqlar yaratmaq təkamül nəzəriyyəsini geri gətirə bilməyəcək. Əgər təkamül nəzəriyyəsi bu gün hələ elm dünyasında bəzi kütlələr tərəfindən təkidlə qəbul olunarsa, bu, yalnız bəzi zehinlərdə “fosilləşmiş” bir düşüncə olaraq varlığını qorumasındandır.
Təkamül nəzəriyyəsini çürüdən gerçəklər, artıq geniş şəkildə bilinməkdədir. Darvinizmin dünya səviyyəsində sürətlə gərginləşməsi göstərir ki, təkamül nəzəriyyəsi qısa bir müddət sonra zehinlərdəki bu fosil varlığını da itirəcək. Beləliklə, “Kral çılpaqdır” hekayəsindəki kimi hər gözün gördüyü, amma inkar etdiyi gerçək elan ediləcək: Yaradılış gerçəyi. Bu, Allahın bir vədidir. Allah bir Quran ayəsində belə bildirir:
“Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz. Allaha aid etdiyiniz sifətlərə görə vay halınıza!” (Ənbiya surəsi, 18)