Header

“Evrensel” qəzetinin yanıldıcı təkamül təbliğatı

Aa4a

“Evrensel” qəzetinin 18 may 2005-ci il tarixli sayında, “Nə sincab, nə də donuz” başlıqlı xəbər nəşr olundu. Xəbərdə, Tailandda kəşf edilən yeni bir canlı növü açıqlanırdı. Uzun bığları, qısa və qalın ayaqları, tüklü quyruğu olan bu heyvanın bəzi xüsusiyyətlərinin sincaba, bəzilərinin isə siçana bənzədiyi, hətta gəmirici olmasına baxmayaraq, donuzu da xatırlatdığı ifadə edilirdi. Kəşf edildiyi bölgənin yerli xalqı tərəfindən “Khanyou” olaraq adlandırılan canlının otyeyən məməli olduğu ifadə edilir və bunun haqqında bu şəkildə bir təkamülçü iddiaya yer verilirdi:

“İki elm insanının “khanyou”nun sümükləri, skelet sistemi üzərində apardığı araşdırmalar və tətbiq etdikləri DNT testləri, bu heyvanın milyonlarla il əvvəl digər gəmiricilərdən fərqli təkamül müddətinə girdiyini ortaya qoydu”.

“Evrensel” qəzeti, bu sətirlərdə sözünü etdiyi araşdırmaları təkamül nəzəriyyəsinə dəstək vermiş kimi göstərmə səyi içərisindədir. Halbuki burada bir yanıltma vardır. Çünki bu çalışmalarda əldə edildiyi deyilən nəticələr, əslində təkamülçü araşdırmaçıların ən başda bir doqma olaraq qəbul etdiyi fərziyyələrdən ibarətdir. Gerçəkdə araşdırmaların təkamülü dəstəkləyici heç bir xüsusiyyəti yoxdur.

Bu araşdırmalar, “Sistematik” olaraq adlandırılan və canlıların bir-birlərinə olan bənzərliklərinin anatomik və molekulyar baxımdan ölçülüb təsnif edilməsinə əsaslanan araşdırmalardır. Canlılar arasında edilən təsniflərin isə bunların mənşəyinə dair heç bir şey söyləməyəcəyi açıqca ortadadır.

Bu vəziyyətə, nəqliyyat vasitələrindən bir nümunə verə bilərik: Quru, dəniz və hava nəqliyyat vasitələri də müxtəlif bənzərlikləri baxımından təsnif edilə bilər və bu təsniflər öz içlərində daha kiçik kateqoriyalara ayrıla bilər. Bu təsnif çalışması bir velosipedin, bir qatardan daha çox da motosikletə bənzədiyini göstərmədə istifadə edilə bilər. Ancaq bu araşdırmaların; velosiped, qatar və motosikletin təsadüflərlə təkamülləşərək ortaya çıxdığına dair heç bir şey söyləmədiyi də çox açıqdır.

Kəşf edilən yeni canlı növü ilə əlaqədar vəziyyət də belədir. Bu canlı, anatomik və ya molekulyar səviyyədəki bənzərlikləri baxımından, bəzi canlılara yaxın, digər bəzilərinə isə daha yaxındır. Ancaq bu vəziyyət onun təkamüllə ortaya çıxdığına dair heç bir elmi dəlil meydana gətirməməkdədir.

Burada təkamül bir doqma olaraq mənimsənmiş olduğu üçün “khanyoun”un nisbətən gəmiricilərə bənzər olması, bu canlının ayrı bir təkamül müddətinə girdiyi istiqamətində izah olunmaqda və təkamülçü ön fikirlər elmi tapıntılarmış kimi önə sürülərək yanıldıcı təkamül təbliğatı ortaya qoyulmaqdadır. Bu qəzet səlahiyyətlilərini elmi tapıntılarla əlaqədar nəql etdiklərini daha obyektiv olmağa və yanıldıcı darvinizm təbliğatına son verməyə dəvət edirik.

Əlaqədar kitab hissəsi: “Ubanın ortaq strukturları təkamülə dəlil göstərmə yanılması”

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313