Ernst Mayr, müasir təkamül nəzəriyyəsinin sintezində əhəmiyyətli rol oynamış adlar arasında iştirak edən və keçdiyimiz aylarda yüz yaşına çatmış ateist bir zooloqdur. “Cumhuriyet Bilim Teknik” jurnalı, Mayr ilə edilən bir reportajı 30 oktyabr 2004-cü il tarixində “Canlılar nəzəriyyəsinin memarı 100-cü yaşında” başlığıyla nəşr etdi. Yazı araşdırıldığında reportajı hazırlayan jurnalistin heyvandarlığı təkamül dəlili zənn etmə kimi bir yanılma içində olduğu, Mayrın da buna açıq dəstək verdiyi görülürdü:

 

Sual: İnsan min illər boyu heyvandarlıq və bitkiləri dəyişdirərək yetişdirməsinə baxmayaraq, növlərin dəyişməz olduğuna inandı. İnsan öz təcrübələrini nə üçün görə bilmədi?

Mayr: Bu gerçəkdə çox təəccüblüdür. Hər şeyin Allah tərəfindən yaradıldığını düşünənlər, təkamül düşüncəsini dəqiq olaraq görə bilməzlər.

 

Gerçəkdə heyvandarlıqla əldə edilən dəyişikliklər, təkamül düşüncəsinə heç bir elmi dayaq meydana gətirməməkdədir. Əvvəlcə bu dəyişikliklərlə yeni bir canlı növü ortaya çıxmamaqda, canlılar aid olduqları növün xüsusiyyətlərini qorumaqdadırlar. Minlərlə illik təcrübə, insanlara, canlıları çarpazlama üsuluyla əldə etdikləri dəyişmənin daim məhdud olduğunu göstərmiş, növlərin keçirəcəyi bioloji dəyişmənin limitləri olduğunu öyrətmişdir. Necə ki, biologiya professoru Lane P. Lester və molekulyar bioloq Raymond G. Bohlin, “Natural Limits to Biological Change (Bioloji dəyişikliyin təbii sərhədləri)” adlı kitablarının girişində bunları yazmaqdadırlar:

 

Yaşayan orqanizmlərin populyasiyalarının, müəyyən bir zaman hissəsi içində anatomiya, fizioloji, genetik quruluş və s. baxımından dəyişmə göstərdikləri, mübahisə edilməyən bir gerçəkdir. Geriyə qalan çətin məsələ, bu problemin cavabıdır: Nə qədər dəyişiklik mümkündür və bu dəyişikliklər hansı mexanizm ilə meydana gələr? Bitkiçilik və heyvandarlıq, canlıların dəyişməsi mövzusunda təsir edici nümunələri bir yerə gətirə bilərlər. Amma bir heyvandar işə itlə başladığında nəticədə yenə it əldə etməkdədir, fərqli və qəribə görünüşlü bir it belə olsa bu, nəticədə itdir. Meyvə milçəyi, meyvə milçəyi olaraq qalmaqda, güllər gül olaraq qalmaqdadır.1

 

Mayr da elm adamı olaraq bu doğruları çox yaxşı bilir. Buna baxmayaraq, sualdakı səhvi düzəltməməkdə və dəyişikliklərin təkamülçü düşüncənin bir nümayişi olduğu yanılmasına qatılmaqda qorxu görməməkdədir.

Burada Mayrın rəftarına gətirib çıxaran faktorlara işıq tutmaq faydalı olacaq çünki reportajda heç bir elmi dayağı olmayan görüşlər, yalnız Mayrın təkamül araşdırmaçı karyerasına əsaslanaraq etibar qazanılmağa çalışılmaqdadır. Gerçəkdə Mayrın təkamülə dəstəyi yalnız ön fikirlərinə əsaslanmaqda, ayrıca özü yaradılışı səhv anladığı üçün mövzuyla əlaqədar şərhləri də yanıldıcı olmaqdadır.

 

Mayrın ön mühakiməsi

Mayrın təkamülə doqmatıq bağlılığını açıqca su üzünə çıxdığı elmi yığıncaqlardan biri də, riyaziyyatçıların neo-darvinist sintez əleyhindəki hesablamalarını təqdim etdikləri bir simpozium olmuşdur. Bu simpozium, 1967-ci ildə Filadelfiyadakı Wistar İnstitutunda reallaşdırılmış, bu simpoziumda bir tərəfdə dünyanın məşhur fizika alimləri və riyaziyyatçıları, digər tərəfdə Mayr ilə birlikdə digər qabaqcıl təbiət alimləri iştirak etmişdir. Simpoziumda təqdim edilən işlər, “Təkamülün neo-darvinist şərhinə riyazi meydan oxuma” başlığıyla yığılıb nəşr olunmuşdur.2

 

Bu simpoziumda riyaziyyatçı D. S. Ulam, etdiyi hesablamalara əsaslanaraq gözün kiçik mutasiyaların təcrübəsiylə təkamülləşməsinin qeyri-mümkün olduğunu açıqlamışdır. Bir başqa riyaziyyatçı Fransız Schutzenberger də müşahidə edilən bu qədər çox sayda növün təsadüfi mutasiyalarla ortaya çıxmasının qeyri-mümkün olduğunu hesablamış, gəldiyi nəticəni bu sözlərlə ifadə etmişdir:

 

“Neo-darvinist təkamül nəzəriyyəsində əhəmiyyətli boşluq var və bu boşluğun mövcud biologiya anlayışımızla doldurula bilinməyəcəyinə inanırıq.”

 

Darvinistlər adına söz alan Mayr, riyaziyyatçıların darvinizm əleyhindəki bu hesablamalarına elmi müdafiə etmə etməsi gözlənilərkən, o elmdən kənar bir cavab vermişdir:

 

“Elə, ya da belə bu hesablamaları nizamlayıb düzə çıxacağıq. Təkamül zatən reallaşdığı üçün narahat olacaq bir çətinliyimiz yoxdur.” 3

 

Mayrın sözlərinin bir yoldaş yığıncağında deyilmədiyinə diqqət yetirmək lazımdır. Qabaqcıl riyaziyyatçı mütəxəssislər, uzun işlərinin nəticələrini elmi simpoziumda açıqlamaqdadırlar və ortada darvinizmə qarşı son dərəcə ciddi elmi arqumentlər mövcuddur. “Buradayıq, o halda təkamülləşdiyimizi bilirik” məntiqindəki bir cavabın isə heç bir elmi dərinlik daşımayan, nə dərəcə doqmatiq cavab olduğu açıqdır.

Qısacası, CBT reportajında fikirləri diktə edən Mayr, materialist şəxsiyyətini elm adamı şəxsiyyətindən əvvəl tutanlar arasında yer alan bir araşdırmaçıdır.

 

Mayrın səhv anlaması

Ayrıca Mayr, CBT-dəki reportajında, Allah inancı olanların təkamül düşüncəsini görmədiyinə təəccübləndiyini ifadə etməkdədir. Bu maraqlıdır. Əgər qarşı düşüncəni anlamaması təəccüblü qarşılanması lazım olan biri varsa, Mayra təəccüblənməsi lazımdır.

 

Çünki Mayr yüz yaşının təcrübəsi və o qədər illik karyerasına baxmayaraq, yaradılış gerçəyinin açıq-aşkar dəlillərini qavraya bilməmiş və doğrunu anlaya bilməmişdir.

Mayr, 2001-ci ildə nəşr olunmuş “What Evolution is” başlıqlı kitabında yaradılışçılığı belə təsvir etmişdir:

 

“Yaradılışçılıq, dünyanın hər şeyə güc çatdıran Tanrı tərəfindən yaradıldığı inancıdır. Bu inanca bağlı olanların əksəriyyəti, bütün canlıların bir-birlərinə və ətraflarına mükəmməl bir şəkildə uyğun olduğunu və bu gün dünyada görməkdə olduğumuz hər şeyin yaradıldığı andakı kimi olduğuna inanarlar.” 4

 

Növlərin dəyişə biləcəyini, bütün yaradılışcılar qəbul etməkdədir. (Təbiətdə müşahidə edilən dəyişiklik, mikro-təkamül olaraq adlandırılan növ içi dəyişiklikdir və bunun canlıları başqa canlılara çevirici bir təsirinin olmadığı, bəzi qabaqcıl təkamülçülər tərəfindən də qəbul görməkdədir) Yəni Mayr, öz zehnində hazırladığı əlaqəsiz bir inancı yaradılış olaraq izah etməkdədir.

Heyvandarlıqda əldə edilən variasiyaların yaradılışa zidd heç bir istiqaməti yoxdur. Ancaq Mayr, yaradılış inancını səhv anlamış olduğu və hər hansı bir bioloji dəyişmənin yalnız təkamüllə açıqlanar olduğu kimi bir zənn içində olduğu üçün, bu vəziyyəti təkamül dəlili olaraq şərh edib özünü və oxucularını yanıltmaqdadır.

Qısacası, heyvandarlıq nümunəsində müşahidə edilən dəyişmələr, canlıların başqa canlılara çevrildiyini iddia edən təkamül nəzəriyyəsinə heç bir dəlil meydana gətirməməkdə, Mayrın mövzuya yanaşması da təkamülçü ön fikirləriylə yaradılışı səhv anlamasından qaynaqlanmaqdadır. Bu da çox təəccüblü deyil, çünki Mayr, təkamülə inanmış, təkamülün doğru olmasını istəmiş, elmi tapıntıların təkamül əleyhinə ola biləcəyini ən başdan rədd etmiş, qısacası yaradılışa gözlərini ən başdan bağlamışdır.

Nəticə olaraq, Mayrın sözlərini “Hər şeyin təkamüllə ortaya çıxdığını düşüncəsinə kor-koranə bağlı olan Mayr, yaradılışı dəqiq olaraq görə bilməməkdədir” şəklində izah etmək uyğun olacaq. Görə bilməməsi isə anlaya bilməmə şəklində deyil, anlamazlıqdan gəlmə şəklində bir əskiklikdir. Mayr, səksən ildən çox elmi karyeri boyunca saysız yaradılış dəlilinə şahid olduğu halda vicdanında hiss etdiyi bu gerçəyin üzərini örtməyi seçmişdir. Allah bir Quran ayəsində belə bildirməkdədir:

 

Vicdanları qəbul etdiyi halda, zülm və böyüklənmə səbəbindən bunları inkar etdilər… (Nəml surəsi, 14)

 

Mayra Allahın canlıları yoxdan yaratdığı gerçəyini qəbul etməsini, CBT jurnalı səlahiyyətlilərinə də yanıldıcı təkamül təbliğatına son vermələrini tövsiyə edirik.

 

 

1) Lane P. Lester, Raymond G. Bohlin, Natural Limits to Biological Change, səh.13-14

2) Paul S. Moorhead and Martin Kaplan, eds, “Mathematical Challenges to the Neo-Darwinian Interpretation of Evolution” (Wistar Institute Press, 1967)

3) Phillip E. Johnson, Darwin on Trial, InterVarsity Press, 2nd ed, 1993, səh. 39-40

4) Ernst Mayr, What Evolution Is, 2001, Basic Books, səh. 4