“Cumhuriyet Bilim Teknik” (CBT) jurnalının 17 iyul 2004-cü il tarixli sayında, “İlan və kərtənkələnin atası tapıldı” başlıqlı xəbər nəşr olundu. Bu xəbərlə, ilan və kərtənkələlərin sözdə təkamülünə dəlil meydana gətirdiyi iddia edilən bir fosil tapıntısından danışıldı. “National Geographic Deutschland” jurnalından köçürülən xəbərə görə, Michael Wachtler adlı araşdırmaçının tapdığı və Megachirella wachtleri olaraq adlandırdığı fosil, günümüzdəki ilan və kərtənkələlərinin sözdə təkamülü müddətinin başlanğıcında yer alırdı.

 

Ancaq CBT-dəki bu xəbər tamamilə yanıldıcı darvinizm təbliğatından ibarətdir. İlanların və kərtənkələlərin mənşəyinə dair təkamül nəzəriyyəsinin iddiaları tamamilə qaranlıqdadır. Və bu son qalıq tapıntısı təkamülçülərin çarəsizliyini aradan qaldırma mənasında heç bir qatqı təmin etməməkdədir.

Amerikan təbiət tarixi muzeyinin nəşri olan “Natural History” jurnalında, 2003-cü ilin aprel ayında nəşr olunan bir məqalədə isə, ilanların mənşəyiylə əlaqədar olaraq bu ifadələrə yer verilmişdir:

 

“İlanların (təkamüllü) mənşəyi onurğalı biologiyasında mübahisəli bir mövzudur və daha çox dəlil əldə edilənə qədər həll ediləcək kimi görünməməkdədir.” 1

 

Related imageTapılan fosil, ayaqları və pəncələriylə əskiksiz bir kərtənkələyə aiddir. CBT-nin qaynaq olaraq qarşıya qoyduğu “National Geographic Deutschland” jurnalındakı bərpaetmə şəkil (yanda göstərilən) də bunu açıqca göstərməkdədir[*]. İlanların və kərtənkələlərin mənşəyiylə əlaqədar təkamül hekayəsi, ilanların, quruda yaşayan kərtənkələlərin zamanla ayaqlarını itirib ilanlara çevrilməsiylə ortaya çıxdıqları şəklindədir.

Bu şəkildə fosili xəyali bir şəkillə canlandıran rəssamın çəkdiyi canlının isə, ayaqlarını itirmə müddətindəki bir ilana bənzəmədiyi rahatlıqla görülə bilməkdədir. Necə ki, CBT xəbərində bu fosilə verilən latınca adın “iri pəncəli” mənasını verdiyinin ifadə edilməsi də bunun üstü bağlı bir göstəricisidir. Necə olar da iri pəncəli bir kərtənkələ, pəncələri kiçilərək funksiyasını itirməyə üz tutmuş ilan kimi bir canlının hekayəsinə dayaq göstərilə bilər? Əlbəttə bu, axmaq bir iddiadır və təkamülü kor-koranə mənimsəmiş, məntiqsiz bir dünyagörüşünün məhsuludur.

Digər tərəfdən, CBT xəbərindəki “İlan və kərtənkələlərin atası tapıldı” başlığı tamamilə aldadıcıdır. Xəbər verilən tapıntı, soyu tükənmiş bir kərtənkələ fosilindən ibarətdir ancaq CBT bunu zorakı izahlarla təkamül dəlili kimi təqdim etməkdə və ilanlarla kərtənkələlərin xəyali təkamülünü elmi həqiqət kimi göstərən başlığıyla verməkdədir. Beləcə CBT-nin elmi tapıntıyla əlaqədar obyektiv gerçəkləri deyil, yanlı və həqiqətdən kənar şərhləri köçürərək Darvinizm təbliğatı etdiyi ortaya çıxmaqdadır.

Ancaq CBT-nin bu təbliğatı boş yerədir. Paleontologiya sahəsindəki tapıntılar göstərmişdir ki, həm ilanlar həm kərtənkələlər qalıq qeydlərində, digər bütün canlı növləri kimi, günümüzdəki xarakteristika xüsusiyyətləri eynilə mövcud olaraq və birdən ortaya çıxarlar. Və CBT-nin zorakı izahlarla təkamül dəlili kimi təqdim etməyə çalışdığı fosillər bu gerçəyi dəyişdirməməkdədir.

Fosil qeydlərində qüsursuz bədən strukturlarıyla birdən ortaya çıxan ilan və kərtənkələlərin mənşəyiylə əlaqədar açıq-aşkar gerçək, bunların Allahın ayrı-ayrı yaratmasıyla ortaya çıxmış canlılar olduqlarıdır.

CBT səlahiyyətlilərinə, bu kor-koranə darvinizm təbliğatına son vermələri və müasir elmin təsdiqlədiyi yaradılış gerçəyini qəbul etmələrini tövsiyə edirik.

 

[*] Bərpaetmə şəkillər təkamülçü ön fikirlərə və qərəzli şərh etmələrə potensial olaraq daim açıq olmalarına baxmayaraq, təkamülçülərin bəzi fosillərlə əlaqədar dünyagörüşlərini əks etdirmələri baxımından bir meyar olaraq alına bilərlər.

 

Əlaqədar yazılar:

http://netcevap.org/ntvmsnbc040409.html

http://darwinizminsonu.com/doga_tarihi_1_10.html