“Hürriyet Bilim” jurnalının 19 dekabr 2003-cü il tarixli sayında, “Kenqurunun atası, 125 milyon yaşında” başlıqlı yazı nəşr olundu. Yazıda, “Science” jurnalında nəşr olunan bir fosilin tapıntısı xəbər verilirdi. Çində ortaya çıxarılan və siçan böyüklüyündə bir məməliyə aid olduğu ifadə edilən fosil, 125 milyon illik idi və “Hürriyet Bilim”, bunun “kisəli heyvanların bugünkü Asiyada inkişaf etdiyinə əsaslanan nəzəriyyəni də sübut etdiyini” iddia edirdi.
Ancaq “Hürriyet Bilim”in bu qalıqla əlaqədar xəbərdə, təkamül təbliğatı məqsədi daşıyan “kenqurunun atası və Asiyada inkişaf” ifadələri yalnız ön mühakiməyə əsaslanır. Bunun kenqurunun ortaq atası kimi təqdim edilməsi, tapılan fosilin kenqurular kimi kisəli, ancaq daha qədim bir canlı qrupuna aid olmağından qaynaqlanır. Ortada kenquruların bu canlılardan təkamülləşdiyinə dəlil göstərilə biləcək hər hansı bir qalıq ardıcıllığı yoxdur. Həm də, xəbərdə verilənlərin əksinə, fosil heç bir “inkişaf” izi göstərmir, yalnız kisəlilərin təbiət tarixində, 125 milyon il əvvəlki “təcrid edilmiş” bir nöqtəni üzə çıxardır. Təkamülçülərin iddialarının təməlindəki inkişaf anlayışı isə, tək bir nöqtə deyil, mərhələlər şəklində sıralana bilən birdən çox nöqtə tələb edir ki, bu vəziyyət xəbərdə irəli sürülən inkişaf iddiasının, kor-koranə təkamülçü yanaşmasından ortaya qoyulduğunu göstərir.
“Ən qədim kisəli fosili, Asiyada tapılmışdır, o halda kisəlilər orada inkişaf etmiş olmalıdır” şəklində yekunlaşdırıla biləcək qəribə bir məntiqə əsaslanan bu iddianın isə, təkamül nəzəriyyəsinə bir dəlil gətirməyəcəyi açıqdır.
Bir sözlə “Hürriyet Bilim”dəkı bu xəbər, yalnız fərziyyəyə əsaslanan təkamül iddialarına heç bir fayda verməmişdir, yalnız onları bir neçə milyon il də geriyə aparmışdır.