Muminun surəsi, 93-96-cı ayələrin təfsiri
ADNAN OKTAR: “De: “Ey Rəbbim! Əgər onlara vəd olunanı mənə göstərəcəksənsə; “məni zalım adamların içində qoyma, ey Rəbbim!”” Bax, Qiyamət qopacaqsa, böyük bir fəlakət gələcəksə nə deyir? “Ey Rəbbim, bu vəziyyətdə məni zalım tayfanın içində qoyma.” “Məni ayrı tut.” Ayrı tutmayınca nə olur? Məsələn Mehdi (ə.s) var, ayrı tutmayınca nə olur? Qiyamət dayanır. Qiyamət hərəkət halındaykən, dünyanın üstünə doğru gələrkən birdən dayanır. Soruşursan Qiyamətə; “niyə dayandın?” deyirsən. “Mehdi (ə.s) var” deyir. Mehdi (ə.s) getdikdən sonra Qiyamət irəliləyə bilir. Hz. İsa (ə.s) getdikdən sonra irəliləyə bilir. Ondan sonra Qiyamət dünyanın üstünə çökür, inşaAllah.
Allah, “Sözsüz ki, Biz onlara vəd etdiyimizi sənə göstərməyə qadirik.” Sən pisliyi yaxşılıqla dəf et. Biz onların aid etdikləri sifətləri daha yaxşı bilirik.” deyir. Yalan deyirlər, fırıldaqçılıq edirlər, bax saxtakarlıq edirlər. Məsələn bax, burada açdıq, dəccaliyyət var və Mehdiyyət var. Adam deyir ki, “harada dəccaliyyət?” Sənin gözün kordursa mən nə edim? Sən Qurana baxmırsanki.