“Hürriyet Bilim” jurnalının 25 oktyabr 2003-cü il tarixli sayında, “Yoxsa nikotin bağlılığı irsidir?” başlıqlı yazı nəşr olundu. Ümumiyyətlə, həyatı boyu qazanılan (siqaret çəkmə vərdişi kimi) xüsusiyyətlərin, irsi olaraq keçməsinə aid yeni iddialardan bəhs olunan yazıda, zürafələrlə əlaqədar bir darvinist yanılma gözə dəyirdi. Bu yazıda, “Hürriyet Bilim”in bəhs olunan yanılması göstəriləcək.

“Hürriyet Bilim” Lamarkın təkamül iddiasını izah edir, bunun 40 il qəbul olunduğunu gördüyünü, ancaq Çarlz Darvinin təkamül nəzəriyyəsi ilə birlikdə, vəziyyətin dəyişdiyini və Darvinin nəzəriyyəsinin qəbul olunduğunu gördüyünü yazırdı. “Hürriyet Bilim”, darvinizmi açıq-aşkar dəstəkləyir və “Dəlillər o qədər aydin idi ki, Darvin və ardıcılları qəti olaraq haqlı çıxdı” şərhini edirdi. Yazıda, sonra da, zürafələrin boyu ilə əlaqədar darvinist iddia belə irəli sürülürdü:

 

“Deməli, Darvinə görə, zürafələr yarpaqlara (boyu) çatmaq üçün səy göstərməmişdir, təsadüfi şəkildə dünyaya gələn qısa və uzun boyunlu növlər arasında, yalnız yarpaqlara çata biləcək qədər uzun boyunlular həyatda qalmışdı.”

 

“Hürriyet Bilim”, Lamark və Darvinin təkamül iddialarını düzgün şəkildə təqdim edir. Ancaq ciddi səhvə yol verir və Darvinin iddiasını ifadə etməklə qalıb, bunun elmi həqiqət olduğu təəssüratını verir. Halbuki müasir elmin tapıntıları zürafələrlə əlaqədar darvinist iddianı açıq şəkildə rədd edir. Çünki əslində, zürafələr arasında hündürlüyə uzanmaq üçün bir rəqabət yoxdur və bu da, uzun zürafələrin həyatda qalaraq guya təkamülləşə biləcəyi darvinist ssenari, həqiqətdən uzaq bir xəyaldan ibarət olduğunu göstərir. Uppsala Universiteti zooloqu Robert Simmons, “The American Naturalist” jurnalında, 1996-cı ildə nəşr olunan bir məqaləsində bunları yazmışdır:

 

“Ətrafa həddindən artıq morfoloji uyğunlaşmanın sadə nümunəsi, zürafənin boyudur (Giraffa camelopardalis). Bioloqların çoxu, Darvindən bu yana, bu xüsusiyyəti, digər məməli gövşəyənlərlə rəqabətə meyl etmişdilər. Ancaq, uzun boynun qorunması üçün hal-hazırki dəlillərə baxanda, (bəslənmə rəqabətinin ən çox lazım olan) quraqlıq mövsümündə zürafələrin ümumiyyətlə uzun ağaclardan deyil, alçaq kollardan qidalandıqlarını görərik. Dişilər zamanlarının 50%-dən çoxunu boyunları üfüqi formada bəslənərək keçirərlər. Həm erkək, həm də, dişilər boyunları əyilmiş vəziyyətdə olanda, daha sürətli bəslənərlər və ümumiyyətlə də, qidalanmaları bu şəkildədir. Digər gövşəyənlər nadir hallarda hündürlüyə uzanaraq bəslənərlər…” 1 (vurğular bizə aiddir)

 

Göründüyü kimi, zürafələrin əslində, quraqlıq dövründə belə, yuxarıdakı yarpaqlar üçün rəqabət aparma davranışı yoxdur. Simmons, bu həqiqətə əsaslanaraq eyni məqaləsində, standart Darvinist şərhin “şişirdilmiş nağıldan başqa bir şey olmayacağını” ifadə edir.2

Bir sözlə, “Hürriyet Bilim”, qəti surətdə haqlı imiş” kimi göstərilməyə çalışılan Darvinin, zürafələrlə əlaqədar iddiası əslində “təkzib” olunur.

Bundan əlavə, zürafənin boyu və bunun təməlindəki ürək-damar sistemi, aydın şəkildə şüurlu dizaynı göstərir və ortaya qoyduğu kompleksliklə, pilləli təkamülə ən ağır zərbələrdən birini əmələ gətirər. İndi bu mükəmməl dizaynı ümumi xətləri ilə araşdıraq:

 

Bir zürafə, ayaqda ikən ürəyindən 2.5 metr yuxarıda olan beyni, zürafə su içmək üçün əyiləndə də, bu səfər ürəyindən 2.5 metr aşağıda olur. Yəni su içmək üçün əyilən bir zürafənin beyni bir anda tam 5 metr aşağıda olur. Əlbəttə, boyun aşağı və yuxarıda hərəkət edərkən, ürəkdən beyinə gedən qanın tətbiq etdiyi təzyiqdə ani dəyişməsi qaçınılmaz görünür. Ancaq belə olmaz. Çünki zürafələrdə həm qanı 2.5 metr yüksəyə qədər çatdırmağı, həm də, ani əyilmələrdə beyinə həddindən artıq qan getməyinə maneə törədən üstün bir ürək-damar sistem dizaynı vardır.

Ağırlığı 12 kiloqrama qədər çata bilən ürəkləri, qanı lazım olduğu qədər uzağa nasosla vura biləcək gücdədir. Bundan əlavə, ürək-damar sistemin gücləndirilmiş arteriya divarları, yığılmağa maneə törədən qapaqcıqları və zürafə əyiləndə əsnəyərək çox qanın beyinə girməsinə maneə törədəcək şəkildə yığan incə damar şəbəkəsi, (kapilyar) (Latınca adı rete mirabile- möcüzəvi şəbəkə) kimi işçiləri vardır.3

Bunlarla yanaşı, təzyiqə həssas siqnallar sayəsində, beyinə doğru olan qan axışı uyğun təzyiq səviyyəsində qalar.

Zürafələrdəki bu sistemin bir-birinə bağlı olan çoxlu hissədən əmələ gələn və olduqca ağıllı, kompleks bir sistem olduğu aydındır. Sistemin işçilərindən hər hansı biri əskik olsa, sistemin bütün funksiyası böyük ölçüdə pozular. Zürafədəki bu sistemə baxdığımızda, bütün hissələrin yerli-yerində və müəyyən bir məqsədə görə təşkil edildiyini görərik. Belə kompleks və xüsusi bir sistemin təsadüfi mutasiyalarla, mərhələli olaraq ortaya çıxdığını iddia etmək tamami ilə məntiqdən uzaqdır. Zürafədəki bu sistemin özünün ehtiyacına görə hazırlandığı, yəni zürafənin mənşəyinin şüurlu dizayn olduğu açıq-aşkar həqiqətdir.

 

Nəticə:

“Hürriyet Bilim”in, zürafənin boyu ilə əlaqədar darvinist şərhi, modern elmin tapıntıları qarşısında etibarsızdır. Zürafələrin hündürdəki yarpaqlar üçün quraqlıq vaxtında belə rəqabət aparmadığı, “Hürriyet Bilim”in iddiasının bir nağıldan fərqi olmadığını ortaya qoyur. Zürafənin ürək-damar sistemindəki quruluş, “Hürriyet Bilim”in əsaslandığı darvinizmlə açıqlana bilməz. “Hürriyet Bilim”ə, canlılardakı kompleks dizaynın Allahın yaratdığının bir dəlili olduğunu bu açıq həqiqəti qəbul etməsini və müasir elmin tapıntılarını bir tərəfə buraxıb, XIX əsrin xurafatlarına sarılmaqdan imtina etməsini tövsiyə edirik.

 

 

1) Simmon, R. E. and Scheepers, L. “Winning by a Neck: Sexual Selection in the Evolution of Giraffe” The American Naturalist (1996) 148 səh. 771-786

2) Simmon, R. E. and Scheepers, L. “Winning by a Neck: Sexual Selection in the Evolution of Giraffe” The American Naturalist (1996) 148 səh. 784

3) Percival Davis and Dean H. Kenyon, Of Pandas and People, Haughton Publishing Company, Dallas (Texas), səh. 71, 1989